N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə32/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Müəllimin nəzərinə!
Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, ling qanununu Arximed kəşf
etmişdir. Bu qanuna əsasən, dayaq nöqtəsini tapmaqla ən ağır əş ya -
ları belə yerindən tərpətmək mümkündür. Güzgünün günəşə tutulması
yolu ilə gəmilərin yandırılması isə işığın qayıtması qanununa əsaslanır.
Sahə nə qədər kiçik olarsa, işıq qayıdan zaman ayrılan istilik enerjisi
o qədər çox olur və yanğın əmələ gətirir. Buna görə də Arximed güz -
gü ləri kiçik parçalardan yığmışdı.
Müəllim şagirdlərin diqqətini zərbi-məsələ çevrilmiş “Həndəsə ilə dö -
yüş mək mənasızdır” cümləsinə yönəldə bilər. Əslində, Arximed öz
döyüş üsullarını tətbiq edərkən fizika qanunlarından istifadə etmiş
dir. Lakin çox güman ki, o dövrdə fizika bir elm kimi hələ formalaş-
madığından ifadə bu şəkildə yaddaşlarda qalmışdır.
Dil qaydaları
(St. 4.1.3) 
5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Göy rənglə verilmiş
cümlə sintaktik təhlil edilir. Cümlədə bir mübtədaya aid olan iki xəbər vardır.
Həmcins üzvlərin ümumi xüsusiyyəti müəyyənləşdirilir. Qrammatik qayda izah
edilir. 
6-cı tapşırıq keçilmiş mövzunu möhkəmləndirməyə xidmət edir. 7-ci
tapşırıq praktik xarakter daşıyır.  Şagirdlər nöqtələrin yerinə uyğun gə lən
həmcins üzvlər əlavə etməlidirlər. Sözlər və söz birləşmələri əlavə edi lər kən
qrammatik qayda ilə yanaşı, semantik cəhətdən uyğunluğa da diqqət yetirmək
lazımdır.
8-ci tapşırıq çətinlik dərəcəsi yüksək olan tapşırıqdır. Bu tapşırıqda müəy -
yən edilir ki, şeirlərdə tez-tez istifadə olunan təkrir həmcinz üzv hesab edilmir.
Bu ancaq şeirin təsir gücünü artırmağa xidmət edir. 
9-cu tapşırıqda həmcins üzvləri bağlayan vasitələr müəyyənləşdirilir. Şa -
girdlər bu nəticəyə gəlirlər ki, həmcins üzvlər sadalama intonasiyası və tabesizlik
bağlayıcıları ilə bağ la nır. Yazıda həmcins üzvlər arasında vergül işarəsi qoyulur.
10-cu tapşırıq həmcins üzvlərin eyni bir üzvlə bağlı olması barədə biliyi
praktik vərdişə çevirir. 11-ci tapşırıq həmcins üzvləri bir-birinə bağlayan bağ -
la yı cıların yerində işlədilməsi ilə əlaqədar bacarıqlar formalaşdırır. Bu zaman
VII sinifdə qazanılmış biliklərə də istinad edilir.  
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
97
İXTİRALAR VƏ KƏŞFLƏR


Dərs 20. QƏLƏMİN TARİXİ (3 saat)
Motivasiya
Müəllim: – Ətrafda gördüyümüz bir çox əşyalar var ki, gündəlik fəaliy yə ti -
mizi və rahatlığımızı təmin edir. Onlar bizə çox adi gəlir və bu əşyaların necə
ər səyə gəldiyi, hansı mərhələlərdən keçərək bu formaya düşdüyü haqda heç
düşünmürük. Əslində isə bu əşyaların çoxu alimlərin çoxillik, bəzən çoxəsrlik
axtarışlarının nəticəsidir. Elə götürək bu qələmi...
Müəllim əlinə bir avtoqələm alıb soruşur:
– Bu avtoqələmin mexanizmini izah edə bilərsinizmi?
Şagirdlər qələmi nəzərdən keçirərək öz mülahizələrini yürüdürlər.
Söz ehtiyatı
(St. 2.1.2) 
Mətndə şagirdlərə tanış olmayan bir neçə söz (“sığorta”, “brend”,
“kapilyar”) var ki, onların mənası oxudan əvvəl açıqlansa, daha yaxşı olar, çün -
 ki həmin sözlər mətnin məzmununu təşkil edən açar sözlər siyahısına daxildir.
Xüsusilə “kapilyar” sözünün daha geniş şərhə ehtiyacı var. Şagirdlər biologiya
fənnindən bu sözün “kiçik damar” mənası ilə tanışdırlar. Lakin mətndə bu söz
məcazi mənada işlədilmişdir: “cüzi miqdarda mayenin axıdıl masına imkan
verən kiçik borucuq”.
Oxu
(St. 2.2.2) 
Şagirdlərə mətnin oxusuna başlamazdan əvvəl bir cədvəl
təqdim edilir. Cədvəlin hər sütununa uyğun olaraq mətndən məlumatlar seçilir
və qeyd edilir.
Standartlar
Təlim nəticələri
2.1.2. Həqiqi və məcazi mənalı söz
və ifadələrin mənasını nümunələrlə
şərh edir.
Kontekstdən çıxış edərək sözün həqiqi,
yoxsa məcazi mənada işləndiyini
müəyyənləşdirir.
2.2.2. Mətnin hissələri arasında
əlaqəni şərh edir.
Mətnin müxtəlif hissələrindəki məlu 
-
mat ları verilmiş cədvəldə kateqoriyalar
üzrə qruplaşdırır.
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözləməklə
yazıya düzəlişlər edir. 
Mətndə abzaslar və mətnin hissələri ara -
sında keçid cümlələr yazır.
3.1.4. Müxtəlif əməli yazılar (arayış,
protokol) yazır.
Verilmiş situasiyaya uyğun arayış yazır.
4.1.3. Həmcins üzvlər, əlavələr, xi -
tab və ara sözlərlə bağlı durğu işa -
rələrindən istifadə edir.
Həmcins üzvlərdə ümumiləşdirici söz -
lə ri müəyyənləşdirir və onların ya zı lı -
şında durğu işarə lərindən yerli-yerində
isti fadə edir.
98
IV 
BÖLMƏ


Mətn Səssiz oxu üsulu ilə oxunur. İş bütün siniflə aparılır.   
Yazı
(St. 3.1.3) 
Şagirdlərə tapşırılır ki, məlumatları xronoloji ardıcıllıqla düz -
məklə yeni mətn qursunlar. Bu zaman onlar mətndə verilmiş cümlələrdən is -
tifadə etməklə yeni mətn yazmalıdırlar. Təqribən belə bir mətn yazıla bilər
(mətn nümunə xarakteri daşıyır):
Yazı meydana çıxandan sonra insanlar nə ilə yazmağın daha rahat olacağı
haqqında düşünməyə başladılar. Müxtəlif əşyalardan istifadə etməklə, nə -
hayət, mürəkkəblə yazan qələmlərin daha məqsədəuyğun olduğuna qərar
ver dilər. Əvvəlcə lələyi mürəkkəbə batırmaqla yazırdılar. Lakin sonralar bu
işin çatışmayan tərəfləri ortaya çıxdı və bu, qələmlərdən istifadə edənlər üçün
müəyyən problemlər yaratmağa başladı. Belə ki, bu qələmlər yazıya mü -
rəkkəb ləkəsi salır, mürəkkəbi bir yerdən başqa yerə aparanda dağılır və çə -
tinlik yaradırdı. Buna görə də insanlar vəziyyətdən çıxış yolu axtarmağa
baş  ladılar. İndi bizim işlətdiyimiz mürəkkəbi içində olan və ucu diyircəkli qə -
ləmlərin tarixi də həmin andan başladı.  
Tədqiqatçılar m.ö. XIV əsr  Misir hökmdarı Tutanxamonun sərdabəsində
tapılan ucuiti qurğuşun borucuğu məhz belə qələmlərdən hesab edirlər. On -
ların fikrincə, borucuğun içində tünd mayedə isladılmış qamış liflər var imiş.
Ya zı zamanı maye liflərdən süzülür və papirusun üstündə iz buraxırmış. Lakin
bu, fərziyyədir.
Əlimizdə olan təkzibolunmaz sənəd isə Fatimilər sülaləsinin saray tarixçisi
əl-Təmiminin (X əsr) qeydləridir: “Xəlifə Lidinillah mürəkkəbi içə ri sində olan
Tarix
İxtiraçı və ya
məlumat verən
Məlumat
1883
Luis Edson Vater-
man (ixtiraçı)
İşdə yaşanan uğursuzluq nəticəsində mü rək -
kəbə batırmadan yazan və ləkə sal ma yan
qələm ixtira etdi. 
e.ə. XIV əsr
Tutanxamonun sərdabəsində ucuiti qurğuşun
borucuğun qələm ol duğu güman edilir. Tədqi -
qatçıların fikrincə, bo ru cu ğun içərisində tünd
mayedə isladılmış qamış lifləri var imiş.
X əsr
Fatimilər xilafətinin
saray tarixçisi əl-
Təmimi
Xəlifə Lidinillahın tapşırığı ilə içinə mürək kəb
dolduranda yazan qələmlər düzəldilir. Belə
qələmləri başıaşağı tutanda, yana əyəndə
mürəkkəbi axmırdı. Hər dəfə ya zan da mü -
rəkkəb axtarmaq lazım gəlmirdi. Çünki mü -
rəkkəb qələmin öz içində idi.
1636-cı il
Alman Daniel
Şventer (məlumat
verən)
İngiltərə monarxı II Çarlzın döv 
 rünə aid
mənbələrdə “üç gümüş özü yazan mürəkkəbli
qələm”  ifadəsinə rast gəlinir.
99
İXTİRALAR VƏ KƏŞFLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə