N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

idarə edə biləcəkdi. Bəs yerə enmək vaxtı çatanda? Devi atasının üzünə bax -
dı. Bəlkə, o artıq ölüb? Yox, ağır da olsa nəfəs alır...”
Müəllif mətni şagirdlərin versiyaları ilə müqayisə olunur. 
Söz ehtiyatı
(St. 2.1.1.) 
“Rif” və “akvalanq” sözlərinin mənası muəyyənləşdirilir (3-cü
tapşırıq).
Yazı
(St. 3.1.1) 
“Özünü sınamadan heç vaxt nəyə qadir olduğunu öyrənə bil -
məzsən” (mətn də fərqli şriftlə verilmiş cümlə) mövzusunda esse yazmaq ev
tapşırığı kimi verilə bilər (6-cı tapşırıq). 
Dil qaydaları
(St. 4.1.2.) 
7-ci tapşırıq dil qaydalarına keçid xarakteri daşıyır. Tap şı rığın
şərtinə görə, mətndə göy rənglə verilmiş sözlərin sualı və izah etdiyi cüm lə
üzvünün ifadə vasitəsi müəyyənləşdirilməlidir. Tapşırığı yerinə yetirəcək şa -
 girdlər artıq sintaktik sual vermək və cümlə üzvünün ifadə vasitəsini müəy -
yənləşdirmək bacarığına yiyələniblər. Tapşırıq yerinə yetirildikdən sonra təyin
haqqında nəzəri məlumat ümumiləşdirilir. 
8-ci tapşırığın icrası zamanı şagirdlər nəzəri məlumatdan əldə etdikləri bi -
lik ləri bacarığa çevirirlər: təyinə sual verməklə onu tapır, ifadə vasitəsini və
izah etdiyi üzvü müəyyənləşdirirlər.
9-cu tapşırıq isə təyin və tərzi-hərəkət zərfliyini müqayisə etməyi nəzərdə
tu tur. Tapşırığın icrası zamanı təyin və zərfliyin izah edə bildiyi cümlə üzvünün
ifadə vasitəsinə diqqət yetirmək lazımdır. Yadda saxlamaq lazımdır ki, təyin
əşya bildirən sözlərə, zərflik isə hərəkət bildirən sözlərə aid olur. 10-cu tapşırıq
söz birləşmələrini cümlədə təyin kimi işlətmə bacarığı formalaşdırır.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
85
FƏRD VƏ CƏMİYYƏT 


Dərs 17. YAXŞI VƏ PİS (2 saat)
Motivasiya
Sinfə aşağıdakı suallarla müraciət etmək olar:
– Qarşılaşdığınız insanın xarakterini necə müəyyənləşdirirsiniz? 
– Bu zaman hansı xüsusiyyətlərə fikir vermək lazımdır? 
– İnsanın zahiri görünüşü ilə xarakteri arasında əlaqə varmı?
– Zaman keçdikcə insanın xarakteri dəyişə bilərmi?
Suallara verilən cavablar müxtəlif və ziddiyyətli ola bilər. Bu ziddiyyət və
müxtəlifliyi aradan qaldırmaq üçün mətni oxumaq təklif olunur.
Dinləmə
(St. 1.1.2) 
“Yaxşı və Pis” mətninin məzmunu və burada Leonardo da
Vinçinin sözügedən “Son şam yeməyi” əsəri məşhur xristian dini rəvayəti ilə
bağlıdır. Şagirdlərin İsa Məsih və Yəhuda obrazları haqqında təsəvvürləri ol-
masa, bu mətni dərindan qavramaq mümkün deyil. 
Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl İsa peyğəmbər və
Yəhuda haqqında şagirdlərin bilik səviyyəsini yoxlaya bilər.
“İncil” rəvayətlərinə görə, İsa Məsih özünün çarmıxa çəkiləcəyini öncədən
bilirdi. O, çarmıxa çəkilməzdən bir gün əvvəl on iki davamçısını – həvarilərini
başına toplayaraq onlarla birlikdə sonuncu dəfə şam edir. Şam yeməyi zamanı
İsa deyir: “Sizə həqiqəti deyirəm: sizlərdən biri mənə xain çıxacaq!” Həvariləri
bu sözləri təəccüb və etirazla qarşıladıqda İsa bir də onu deyir ki, satqınlıq
edən həvari əlini yeməyə İsa ilə eyni anda uzadacaq. Elə bu an İsanın yeməyə
sarı uzanan əlinə fikir verməyən Yəhuda da əlini yeməyə uzadır. 
Rəvayətə görə, məhz Yəhuda İsa Məsihin qiyamçı olduğunu deyərək Ro -
ma hökumətinə satır. Elə həmin şam yeməyi zamanı əsgərlər İsa Mə sihi həbs
edərək aparırlar və o, ertəsi gün çarmıxa çəkilir. 
Standartlar
Təlim nəticələri
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır.
Dinlədiyi mətnə əsaslanaraq eyni möv -
zu da çəkilmiş şəkli şərh edir.
2.2.3. Mətndəki fakt və hadisələri
real həyatla müqayisə edir və əla -
qə ləndirir.
Mətnin məzmunundan və həyat
haqqında görüşlərindən çıxış edərək
əsərin ideyasını şərh edir.
2.1.1. Tanış olmadığı söz və ifadələ -
rin mənasını müvafiq qarşılığını tap-
maqla şərh edir.
Tanış olmadığı söz və ifadələrin qarşı lı -
ğını lüğətin köməyi ilə tapır və kontekst
da xilində izah edir.
3.1.2. Sitatlardan istifadə etməklə fi -
kir və mülahizələrini qüvvətləndirir.
Araşdırma xarakterli mətn yazarkən
fikirlərini əsaslandırmaq üçün sitatlardan
istifadə edir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Cümləni sintaktik təhlil edir.
86
III 
BÖLMƏ


Bu rəvayət bir sıra kitabların əsas süjet xəttinə, bir çox dünyaca məşhur
mah nıların mövzusuna, ən əsası isə bir sıra rəssamların ilham mənbəyinə
çevrilərək böyük rəsm əsərlərinin yaranmasına səbəb olmuşdur. Həmin rəsm
əsərlərindən biri dahi italyan rəssamı Leonardo da Vinçinin “Son şam yeməyi”
əsəridir. Da Vinçi bu rəsm əsərini 1495-1498-ci illərdə İtaliyanın Milan şə hə -
rindəki kilsələrdən birinin mətbəxinin divarına həkk etmişdir.
Suallar verməklə şagirdlərin dinləmə mətnini nə səviyyədə mənimsədikləri
yoxlanılır. Daha sonra şagirdlərin diqqəti dərslikdəki illüstrasiyaya yönəldilir.
Dinləmə mətnindən çıxış edərək şəkli şərh etmək tapşırılır. 
Oxu
(St. 2.2.3) 
Mətn  İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. 4-cü tap -
şırıqdakı cümlələr iş vərəqi şəklində şagirdlərə paylanır ki, oxu zamanı yerin -
dəcə onların doğru, yoxsa yanlış olduğu müəy yən edilsin.
1-ci tapşırıq. Bu iki söz (Yaxşı və Pis) İsa Məsihin və Yəhudanın rəmzi
adları kimi verilir.
Əlavə suallar:
• Müxtəlif obrazlarda və fərqli xarakterləri yaratmaq üçün eyni şəxsin
natura olmasının səbəbi nə idi?
• Dinlədiyiniz və oxuduğunuz mətnlərdən çıxış edərək dərslikdəki mətnin
başlığını hansı sözlərlə əvəz edə bilərsiniz? (“müqəddəs” və “xain” – İsa
Məsih müqəddəslik, Yəhuda isə xəyanət rəmzidir)
3-cü tapşırıq. Şagirdlər mətnin son abzasında verilən fikrə münasibət
bildirir, onu öz sözləri ilə ifadə edirlər: – Heç bir insan anadan pis və ya yaxşı
doğulmur, bu xüsusiyyətləri o, həyatı boyu qazanır.
5-ci tapşırıqda verilmiş atalar sözlərindən hansının mətnin ideyasına uyğun
olduğu da müzakirə obyektinə çevrilə bilər. Mətnin ideyasına uyğun gələn ata-
lar sözləri bunlardır:
• Ağ gün adamı ağardar, qara gün qaraldar. 
• Mərdi qova-qova namərd edərlər.
Söz ehtiyatı
(St. 2.1.1.) 
Lüğətdən istifadə etməklə “Madonna”, “ştrix”, “çarmıx”, “həvari”,
“na tura”, “məkr”, “freska”, “eskiz”, “kardinal” sözlərinin mənaları araşdırılır (2-ci
tapşırıq).
Yazı
(St. 3.1.2.) 
6-cı tapşırıq araşdırma xarakterlidir. Leonardo da Vinçi,
İtaliyanın Florensiya və Milan şəhərləri haqqında məlumat toplayıb təqdimat
hazırlamaq ev tapşırığı kimi verilə bilər. Şagirdlərə tapşırılır ki, mənbələrdən
istifadə edərkən öz fikir və mülahizələrini əsaslandırmaq üçün mənbə gös tə -
rilmək şərti ilə sitatlardan (məsələn, məşhur adamların Leonardo da Vinçi
haq qında fikirləri) istifadə etsinlər.
87
FƏRD VƏ CƏMİYYƏT 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə