N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

3. Təsadüfdən doğan kəşf
4. Arximedin hökmdara cavabı
5. Fırıldaqçı zərgərin aqibəti
6. Kəşfdən doğan elmi nəticələr
Danışma
(St. 1.2.2, 1.2.1) 
Arximedin adı ilə bir çox rəvayətlər vardır. Bunlardan ən
məşhuru “Mənə dayaq nöqtəsi verin, dünyanı yerindən tərpədim” rəvayətidir. 
Şagirdlərə bu ifadənin hansı kəşf və rəvayətlə bağlı olduğunu müəyyənləşdirmək
və təqdimat hazırlamaq tapşırılır (4-cü tapşırıq). Təqdimat hazırlayan zaman
nəzərə almaq lazımdır ki, hər təqdimat formasının öz tələbləri vardır (elektron,
məruzə və s.).
Şagirdlər ifadənin etimologiyasını araşdırdıqdan sonra bu zərbi-məsəlin
işləndiyi məqamları müəyyən etməli və ona uyğun mətn qurmalıdırlar.
Müəllimlərə kömək məqsədilə mətn təqdim edilir.
MƏNƏ DAYAQ NÖQTƏSİ VERİN!
Roma ilə Karfagenin müharibəsi zamanı müdrik Sirakuza hakimi Hieron
onlardan heç birinin tərəfini tutmadı. Lakin o bilirdi ki, əvvəl-axır müharibə
onların dinc şəhərinə də yetişəcək. Ona görə də Arximeddən xahiş etmişdi
ki, öz ağlını şəhərin hərbi gücünün artırılmasında istifadə etsin. 
Arximed bu dövrdə ling qanununu kəşf etmişdi. O müəyyən etmişdi ki,
ling nə qədər uzun olsa, bir o qədər böyük güc əldə etmək olar. Ling qa-
nununa əsaslanaraq Arximed ağır cisimləri qaldırmaq və ya dartıb apar -
maq üçün mürəkkəb bir mexanizm düzəltmişdi.
Sirakuzalılar bəzən gəmiləri təmir etmək üçün onları sahilə çıxarırdılar.
Bu zaman yüzlərlə adam lazım gəlirdi. Arximed Hieronun yanına gəlib
dedi ki, o özü təkbaşına bir gəmini sahilə, təmir yerinə çıxara bilər. Hieron
bunu öz gözləri ilə görmək istədi. O, sahilə gələndə Arximed öz mexa -
nizmini işə salıb bircə əli ilə lingi fırladaraq gəmini sahilə çıxardı. Təəc cüb -
 lənmiş Hieron deməyə söz tapmadı. Onda Arximed dedi:
− Siz mənə dayaq nöqtəsi verin, bütün dünyanı yerindən tərpədim.
Yazı
(St. 3.1.4) 
VIII sinifdə şagirdlər protokol və arayış yazmağı öyrənməlidirlər.
Bu mətn 3.1.4 standartını reallaşdırmağa şərait yaradır. 
Şagirdlərə tapşırılır ki, fırıldaqçı zərgərin məhkəməsinin ssenarisini yazsınlar
və səhnələşdirsinlər (rollu oyun). Ssenari uzunmüddətli olmalı deyil. Şagirdlərə
məhkəmə prosesinin protokolunu tərtib etmək tapşırılır. Əvvəlcə müəllim
şagirdlərə protokolun funksiyasını və yazılma formasını izah edir:
– Müasir dövrümüzdə protokolun müxtəlif növləri vardır:
1. İclasda, müşavirədə, plenumda söylənilən çıxışları və çıxarılan qərarları
əks etdirmək üçün protokol tərtib olunur.
2. Hər hansı bir ictimai qaydanın, qanunun pozulması ilə əlaqədar (mə sə -
lən, yol hərəkəti qaydasının) protokol tərtib olunur.
94
IV 
BÖLMƏ


3. Dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman da protokol yazılır.
Şagirdlərə bir həyati bacarıq kimi daha çox lazım olan  1-ci növ protokoldur.
Ona görə də aşağıda onun nümunəsi verilir.
Protokol nümunəsi
PROTOKOL №1
2014-cü il  sentyabr ayının 1-də Bakı şəhər 75 №-li tam orta məktəbin
pedaqoji şura iclası keçirildi. İştirak etdi: 72 nəfər müəllim, valideyn komitəsinin
sədri S.Quliyeva, təhsil şöbəsinin nümayəndəsi Ə.Nəbiyev.
İclasın gündəliyi:
1. Mərkəzləşdirilmiş buraxılış imtahanının nəticələri.
2. Məktəbdə aparılan təmir işləri barədə.
Eşidildi:
1. Birinci məsələ barədə məktəbin direktoru Ş.Baxışov məruzə etdi (mə -
ruzənin mətni protokola əlavə olunur).
2. İkinci məsələ barədə məktəbin təsərrüfat işləri üzrə direktor müavini
T.Cəfərov məruzə etdi (məruzənin mətni protokola əlavə olunur).
Çıxışlar
1. XI

sinfinin rəhbəri N.Tağıyeva şagirdlərin imtahana hazırlaşmaları, sınaq
im tahanlarında kütləvi iştirak etmələri, imtahanda bir nəfər kimi imtahan mər -
kəzində olmaları haqqında məlumat verdi. İmtahanda yüksək bal toplayan şa -
girdlərin adlarını çəkdi.
2. Valideyn komitəsinin sədri S.Quliyeva təmirin gedişi dövründə va li deyn -
lərin də yaxından iştirakını söylədi. Təmirdən sonra məktəbdə maddi-texniki
bazanın da yeniləşəcəyinə ümidini ifadə etdi. İstilik sisteminin də təzələn mə si -
nin vacibliyini qeyd etdi.
3. Təhsil şöbəsinin nümayəndəsi Ə.Nəbiyev dedi ki, ildən-ilə məktəbdə gö rü -
lən işlərin kəmiyyət və keyfiyyət baxımından yeniləşməsi göz qabağındadır.
Məktəbin dam örtüyünün də təzələnməsi nəzərdə tutulmalı idi. Ümid edirik ki, bu
məsələ növbəti tədris ilində öz həllini tapacaq. Yüksək bal toplayan şa gird lərin
sayına gəldikdə isə ənənələri olan bir məktəbdə onların sayı daha da çox ola bilər.
Qərar:
1. Növbəti dərs ilində mərkəzləşdirilmiş buraxılış imtahanlarına şagirdlərin
daha ciddi hazırlaşmalarını yoxlamaq məqsədi ilə hər yarım ildə məktəbdaxili
sınaq imtahanları təşkil olunsun.
2. Məktəbin dam örtüyünün təzələnməsi növbəti ildə təmir işləri üçün nəzərdə
tutulan işlər sırasına daxil edilsin.
Sədr:       
imzası                                     Ş.Baxışov           
Katib: imzası 
 
A.Məmmədhüseyn
Rollu oyun zamanı məhkəmədə iştirak edən şəxslər: hakim, ittiham edən
tərəf, müttəhim, onların vəkilləri, dinləyənlər, katib olur. Fəal şagird lərdən birinə
təqdim olunmuş nümunə əsasında protokol yazmaq tapşırılır. Sonda yazılmış
95
İXTİRALAR VƏ KƏŞFLƏR


protokolla nümunə müqayisə edilir, səhvlər üzərində iş aparılır. 
Qeyd. İKT şəraiti olan siniflərdə proyektordan istifadə etməklə daha rahat
şəkildə müqayisə aparmaq olar.
Dinləmə mətni
(St. 1.1.2) 
(Fəndaxili inteqrasiya. Həndəsə. Fizika)
HƏNDƏSƏ İLƏ DÖYÜŞMƏK MƏNASIZDIR
Doxsanyaşlı Hieron artıq gücdən düşmüşdü. Oğlu olmadığından o, ha -
kimiyyəti ağsaqqallar şurasına təhvil vermək istəyirdi. Lakin qızı xahiş etdi
ki, on beş yaşlı nəvəsi Hieronimi varis elan etsin. Hieron belə də etdi. Lakin
çox keçmədi ki, əyanlar sui-qəsd təşkil edib gənc hakimi öldürdülər. Bun-
dan sonra Si rakuzada hərc-mərclik başlandı. Ağılsız əyanlar Roma–Karfa-
gen mühari bə sində Karfagenin tərəfində olduq  larını bəyan etdilər. Elə bu
zaman Roma sərkərdəsi Marsella şəhər üzərinə dənizdən hücuma keçdi.
Əyanların arxa lan dıqları Karfagen sərkərdəsi Hannibal isə müttəfiqlərinin
köməyinə yetişə bilmədi. 
Belə bir şəraitdə yetmişyaşlı Arximed ağsaqqallar şurasına gəlib qo şu -
nu onun tabeliyinə verməyi tələb etdi və dedi ki, o özü şəhərin mü dafiə -
sinə başçılıq edəcək.
Birinci döyüşdə Arximed ling qanununa əsaslanan mexanizmin köməyi
ilə on adamın güclə qaldırdığı daşları şəhərə yaxınlaşan Roma donan ma -
sının başına yağdırdı və bir neçə gəmini batırdı. Marsella öz donanmasını
geri çəkməli oldu.
Roma sərkərdəsi ikinci döyüşə hazırlaşmağa başladı. O, qırxa yaxın
gə mi ilə Sirakuzanın qala divarlarına yaxınlaşırdı. Marsella ümid edirdi ki,
gəmilərin əksəriyyəti Arximedin daşlarından yaxa qurtarıb sahilə yan ala
biləcək.
Günəşli bir hava idi. Gün dəniz tərəfdən şəhərə düşürdü. Hələ uzaqdan
Roma dənizçiləri qala divarları üstündə altı böyük güzgü gördülər. Bu
güzgülərin hər biri xırda-xırda güzgülərdən ibarət idi. Arximedin qabaqca-
dan öyrətdiyi əsgərlər bu güzgülərlə günəş şüasını tutub gəmilərin
müəyyən nöqtəsinə salırdılar. Həmin nöqtədə yaranan istilikdən gəmilər od
tutub alışmağa başladı. Beləliklə, Sirakuzaya hücum edən bütün Roma
gəmiləri alışıb yandı. 
İşi belə görən Marsella başa düşdü ki, Arximed olan yerdə o, açıq həmlə
ilə Sirakuza ala bilməyəcək. O öz legionerlərinə dedi:
− Həndəsə ilə döyüşmək mənasızdır.
Mətn oxunmazdan əvvəl şagirdlərə tapşırılır ki, Arximedin hansı üsullardan
istifadə etdiyinə xüsusi diqqət yetirsinlər. Sonda şagirdlər başqa fənlərdən
əldə etdikləri biliklər əsasında bunlara izahat verəcəklər. 
96
IV 
BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə