N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

qələm düzəldilməsini  tapşırır. Yazan onu rahat gəzdirə bilsin, hə min yerə ləkə
salmasın, içinə mürəkkəb doldurub istədiyi qədər yaza bilsin”. Us ta həmin
qələmdən düzəldir, lakin, təəssüf ki, bunlar günümüzə qədər gəlib çatmayıb.
Daha sonra özü yazan qələmlər haqqında məlumata 1636-cı ildə alman
ixtiraçısı Daniel Şventerin qeydlərində rast gəlmək olar. Orada göstərilir ki,
İngiltərə monarxı II Çarlzın dövrünə aid mənbələrdə “üç gümüş özüyazan
mürəkkəbli qələm”  ifadəsinə rast gəlinir. 
Lakin həmin ixtiraların praktik əhəmiyyəti dərk edilmir və onlar bir-birinin
ardınca unudulur. Yalnız nyu-yorklu Luis Edson Vatermanın 1883-cü ildə ixtira
etdiyi mürəkkəbə batırılmayan və ləkə salmayan qələmi məşhurlaşır. Vater-
man  bu ixtiranın bəşəriyyət üçün nə dərəcədə mühüm olduğuna hamını inan -
dıra bilir. XX əsrin ilk ilində onun təsis etdiyi şirkətin satış həcmi artıq ayda 30
min qələm təşkil edirdi.
Beləliklə, indi hamımızın adi baxdığı ucu diyircəkli və içinə mürəkkəb dol -
durub yazdığımız qələmlər çox böyük bir inkişaf yolu keçmişdir. İndi hər kə -
sin işlətdiyi, çeşidlərinin çoxluğundan seçim etməyə belə çətinlik çək di yimiz
bu qələmlərin ən adisi vaxtilə çoxu üçün əlçatmaz olmuşdur.
Yazı
(St. 3.1.4) 
Tapşırıq. Vaterman özüyazan qələmi ixtira etdikdən sonra onu patent -
ləşdirir. Patentləşdirmə Agentliyi xüsusi bir komissiya yaradaraq Vatermanın
ixrirasını nəzərdən keçirir. Komissiya sonda verdiyi sənəddə bu barədə arayış
verir. Agentliyin Vatermana verdiyi sənədi hazırlamağı sizə tapşırsalar, necə
yazardınız?
Müəllimin nəzərinə!
Şagirdlər artıq “Mirzə Səfər” dərsində arayış yazmaq qaydaları ilə tanış
olub lar. Onlara həmin qaydaları xatırlatmaq lazımdır. Şərait olan yerdə
şa girdlərin yazdıqları arayışla müqayisə etmək üçün proyektorla
lövhədə arayış nümunəsi göstərmək olar.
Dil qaydaları
(St. 4.1.3) 
3-cü tapşırıq motivasiya xarakteri daşıyır. Mətndə göy rənglə
verilmiş cüm lədə “çantanın içindəkilər” söz birləşməsi “dəftərini”, “kitabını”,
“albomunu” sözlərini ümu mi ləş di rir. Bunu müəyyənləşdirmək üçün qrammatik
biliklərə malik olmaq lazım deyil. 
Sonra şagirdlər ümumiləşdirici sözlərlə bağlı nəzəri qayda ilə tanış olurlar.
4-cü tapşırıq mövzunun daha dərindən mə nim sədilməsinə xidmət edir. Eyni
zamanda şagirdlərin diqqətini ümumiləşdirici söz 
lərdə durğu işarələrinin
işlənməsinə yönəltmək və onların işlənməsi qaydalarını da izah etmək
lazımdır. 
5-ci tapşırıq praktik xarakter daşıyır. Belə ki, durğu işarələrini bərpa et mək -
lə qazanılmış biliklər möhkəmləndirilir və redaktə bacarığı formalaşdırılır. 
6-cı tapşırıqda nöqtələrin yerinə uyğun gələn ümumiləşdirici sözləri əlavə
100
IV 
BÖLMƏ


et mək tələb olunur. Bu, ümumiləşdirici sözləri düzgün seçməyə kömək edən
tapşırıqdır. Məlum olduğu kimi, ümumiləşdirici söz seçmək bəzən şagirdlərdə
çətinlik yaradır. Bu tapşırıqda onlar belə sözlərin xüsusiyyəti ilə tanış olurlar.
Belə ki, şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, ümumi ləş dirici söz sa da -
lanan üzvlərin hamısını özündə əks etdirə bilməlidir. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 21. ÖLÇÜ VAHİDLƏRİ  (2 saat)
Motivasiya
Əvvəlcə  Anlayışın çıxarılması, sonra isə Şaxələndirmə üsulundan
istifadə etmək olar.
Anlayışın çıxarılması:
– “Altıağac” toponiminin tərkibində olan “ağac” sözünün mənasını
bilirsinizmi?
– “Öz arşınınla ölçmə” məsəlinin mənasını necə izah edərdiniz?
– Yəqin ki, Jül Vernin “20 000 lyö su altı ilə” əsərini oxumusunuz. “Lyö” nə
deməkdir?
Şagirdləri ölçü vahidi anlayışına yönəltmək lazımdır. Sual:
– Bu sözləri birləşdirən ümumi anlayış nədir? (ölçü vahidləri)
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla -
qə ni şərh edir.
Mətnin müxtəlif hissələrindəki məlu 
-
matları əlaqələndirərək sillogizm qurur.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əla qələn -
dirir.
Mətndəki məlumatları öz elmi bilikləri ilə
əlaqələndirərək nəticələr çıxarır.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Alınma söz və terminlərin müasir məna -
sı ilə etimologiyası arasındakı bağ lılığı
izah edir.
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
mövqeli fikirləri ümumiləşdirir.
Müzakirədə səslənən fikirləri ümumi ləş -
dirərək nəticəni təkzib və ya təsdiq et -
mək üçün əsaslı arqumentlər gətirir.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin ya -
zılış qaydalarına əməl edir. 
Həmcins üzvlərdə şə kil çi və hissə cik -
lərin ixtisarı ilə bağlı qaydalara riayət
edir.
101
İXTİRALAR VƏ KƏŞFLƏR


Şaxələndirmə:
Oxu
(St. 2.2.2, 2.2.3) 
Mətn səssiz oxu ilə oxunur. İstiqamətləndirilmiş oxu
üsulundan istifadə olunur. Suallar əvvəlcədən şagirdlərə təqdim edilir.
Şagirdlər mətni oxuyarkən, ilk növbədə, həmin suallara cavab tapmağa
çalışırlar. (Suallar nümunə üçün veril miş dir.)
1. Milli ölçü vahidlərinin çoxluğu hansı problemlər yaradırdı?
2. Metr ilk dəfə neçənci ildə və harada ölçü vahidi kimi qəbul olunmuşdur?
3. Cədvəldə verilənlərə əsasən “kiloqram, meqabayt” ölçü vahidlərinin
qarşılığını yazın.
4. “Litr” sözünün mənşəyi haradan götürülmüşdür?
5. “Litr” sözü ilə bağlı tarixi yanlışlığın yaranmasına səbəb nə oldu?
Suallara cavab veriləndən sonra ölçü vahidləri haqqında əldə olunan
məlumatları tezis şəklində təqdim etmək tapşırılır:
1. Qədimdə hər xalqın öz ölçü vahidi olmuşdur.
2. Lakin bu, elmdə problem törətdiyindən vahid ölçü sistemi yaratmaq qə -
rarına gəldilər.
3. Bu sistem metrik sistemə əsaslanırdı. 
4. 1795-ci ildə Fransada metr ölçü vahidi kimi qəbul edildi.
5. Metrik sistem onluq say sisteminə əsaslanır.
6. Ölçü vahidləri baza vahidlər sisteminə əsaslanır.
7. Qalan ölçülər bu vahidlərin onluqlarla artması və ya azalması hesabına
düzəldilir.
8. Ölçü vahidinin adı ya sözün mənası, ya da onu müəyyən edən şəxsin
adı ilə bağl olur. 
9. Buna görə də bəzən tarixdə müəyyən yanlışlıqlara yol verirlər. 
Mətn üzərində iş aparılarkən mətndaxili tapşırıqlar yerinə yetirilir. 
1-ci mətndaxili tapşırıqda Yer kürəsi meridianının uzunluğunu və 1 kubmetr
Ölçü vahidləri
uzunluq
zaman
çəki
sahə
102
IV 
BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə