N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Cavablar dinlənildikdən sonra mətnin tam təhlili üçün suallar təqdim olu nur:
1. Bütün dövrlərin işıqforları üçün eyni olan nə idi? (1-ci mətndaxili sual)
2. Sizcə, nə üçün yaşıl və qırmızı rənglər seçilirdi? (qırmızı rəng, adətən,
qadağa, yaşıl isə icazə mənası verir)
3. Müasir işıqforlarla bağlı yaranmış məsəli (“Allah sürücüləri yaratdı, Qar-
ret isə onları bərabərhüquqlu etdi”) necə başa düşürsünüz?
4. Nə üçün kompüter sistemli işıqforlar dövrünü müəllif “ağıllı işıqforlar
erası” adlandırır?
5. Bəzi ölkələrdə işıqforun rəngləri müəyyən səs siqnalları ilə müşayiət olu -
nur. Sizcə, bunun səbəbi nədir? (3-cü mətndaxili sual)
Müəllimin nəzərinə!
Bəzi ölkələrdə işıqforun rənginin müəyyən səs siqnalları ilə müşayiət
olunması zəif görən və gözdən əlil olan insanlar üçün nəzərdə tutul -
muş dur.
6. İşıqforla bağlı dilimizdə hansı ifadələr var? 
Müəllimin nəzərinə!
Dilimizdə “Onun üçün hər yerdə yaşıl işıqdır” (yəni hər şeyə icazə var).
“O lap işıqfor kimi ge yinib” (ala-bəzək, rəngləri bir-birinə uyuşmayan
geyim haqqında deyilir). Şagirdlər bu ifadələri xatırlamasalar, müəllim
onları səsləndirib mənasını soruşa bilər. 
7. R.Rzanın şeirindən verilmiş parçanı izah edin. Şair işıqforu insanlarla
necə əlaqələndirir?
8. İşıqforun inkişaf tarixini cədvəl şəklində təqdim edin (5-ci tapşırıq).
Söz ehtiyatı 
(St. 2.1.1) 
Mətnlə paralel şəkildə lüğət üzərində iş aparılır (4-cü tapşırıq).  
Şagirdlərə araşdırma aparmaq üçün belə bir tapşırıq verilir (bu tapşırığın
ev tapşırığı kimi verilməsi məqsəduyğun hesab edilir):
– “Svetofor” və “işıqfor” sözlərində “for” sözünün mənşəyini müəyyənləşdirin. 
Müəllimin nəzərinə!
Dilimizdə həm “svetofor”, həm də “işıqfor” sözü işlədilir. “Svetofor” sözü
Elektrik işıqforu:
Yaranma dövrü 
• Yaradıcısı
• İşləmə prinsipi
• Təhlükəsizliyi (izah edin)
Müasir işıqforlar:
• Yaranma dövrü 
• Yaradıcısı
• İşləmə prinsipi
• Təhlükəsizliyi (izah edin)
• Əvvəlkilərdən fərqi
Növü
Yaranma tarixi
Yaradıcısı
106
IV 
BÖLMƏ


dilimizə rus dilindən keçmişdir. Bu, rus dilində “svet” – işıq, “o” bitişdirici
hissəcik və alınma “for” sözünün birləşməsindən əmələ gəlmişdir.
Azərbaycan dilində özləşmə meyilləri ilə bağlı olaraq “svet” sözü
tərcümə edilmiş, “for” isə olduğu kimi saxlanılmışdır. “For” sözü yunan
dilində “daşıyan”, “daşıyıcı” deməkdir. “İşıqfor”, yəni “işıq daşıyıcısı”
mənasını verir.
Yazı
(St. 3.1.1) 
“Sizcə, gözdən əlil olan insanlar üçün işıqforda səsli siqnal
olmasının ətrafdakı insanlara hansı müsbət və ya mənfi təsiri ola bilər?”
mövzu sunda mü ha kimə xarakterli mətn yazmaq tapşırılır.
Müəllimin nəzərinə!
Bəzi mənbələrdə göstərilir ki, belə işıqforların səsi ətrafda yaşayan
insanları narahat etdiyi üçün onlar şəhər rəhbərliyindən tələb etmişlər
ki, bu işıqforları dəyişdirsinlər. Bir çox ölkələrdə bunun müxtəlif həlli
yolları tapılmışdır. Bəzi ölkələrdə bu siqnalı qulağa xoş gələn musiqi
səsi ilə əvəz etmişlər və s. Şagirdlər bu kimi müla hi zə lərini də yaz-
maqla mətn hazırlaya bilərlər. Mətnin həcmi o qədər də əhə miyyət
daşımır. Burda əsas məqsəd məntiqi təfəkkür nümayiş etdirilməsi,
fikirlərin yazıda aydın ifadəsi və mühakimə xarakterli mətnin qayda -
larına əməl olunmasıdır.
Dil qaydaları
(St. 4.1.4) 
6-cı tapşırıq dil qaydalarına keçid üçün motivasiya xarakteri
daşıyır. Göy rənglə verilmiş cümlədə həmcins mübtədaların sırasına əvvəlcə
I şəxsin, son ra II şəxsin təkinin şəxs əvəzliyini artırıb yenidən cümlə qurmaq
tələb olunur. Bu zaman şagirdlərin fikrini xəbərdə baş verən dəyişikliyə yö nəlt -
mək lazımdır. Şagirdlər dil daşıyıcıları olduqları üçün çətinlik çəkmədən xə -
bə rə uy ğun gələn şəxs şəkilçisini əlavə edəcəklər. Bu dəyişikliyin baş ver  məsinin
sə bəbini müəyyənləşdirmək üçün 7-ci tapşırığı yerinə yetirmək lazım dır.
7-ci tapşırıqda bərabərlikləri həll etməklə xəbərin həmcins mübtəda ilə
uzlaşma qaydalarını müəyyənləşdirmək mümkündür.  Belə ki, aydın şəkildə
gö rü nür  ki, mən+o=biz. Deməli, həmcins mübtədaların sırasında I şəxsin tə -
kinin şəxs əvəzliyi olarsa, xəbər I şəxsin cəminin şəxs şəkilçisini qəbul et mə -
li dir. Cümlələr üzərində işləyəndən sonra tapşırığın sonunda verilmiş nəticə
tamamlanır. 
8-9-cu tapşırıqlar mənimsənilmiş qaydanı möhkəmlətməyə xidmət edir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
107
İXTİRALAR VƏ KƏŞFLƏR


Dərs 23. TELEFON  (4 saat)
Motivasiya
“Telefonçu qız” filmindən bir parça nümayiş etdirilir (telefonçu qızların neft
buruqları ilə əlaqə yaratdıqları hissə). Şagirdlərin bu barədə biliyi yoxlanılır.
BİBÖ cədvəli
Oxu 
(St. 2.2.1) 
Sinif ikisi işçi qrupu, biri ekspert qrupu olmaqla 3 qrupa bölünür.
Mətn iki hissəyə ayrılır: “telefonun ixtirası ilə bağlı I mülahizə” və “telefonun
ixtirası ilə bağlı II mülahizə”. Hər qrupa suallar təqdim edilir. Ekspertlər qrupu
isə mətni tam şəkildə oxumalı və qeydlər aparmalıdır. 
Mətn İstiqamətləndirilmiş oxu üsulu ilə oxunur. Suallar şagirdlərə təqdim
edilir: 
I hissə: “Telefonun ixtirası ilə bağlı I mülahizə” (birinci üç ulduza qədər)
1. Filip Reysin hazırladığı cihazı təsvir edin.
2. Nə üçün bu yenilik cəmiyyət tərəfindən skeptik qarşılandı?
Standartlar
Təlim nəticələri
2.2.1. Söz sırasını, cümlələr və ab -
zaslar arasında əlaqəni gözləməklə
mətni oxuyur.
Mətni oxuyarkən müxtəlif abzaslarda
bir-birini təkzib və təsdiq edən məlu -
matları aşkar edir və öz fikrini bildirir.
2.1.1. Tanış olmadığı söz və ifadə -
lərin mənasını müvafiq qarşılığını
tapmaqla şərh edir.
Tanış olmadığı söz və ifadələrin qarşı lı -
ğı nı lüğətin köməyi ilə tapır və kontekst
daxilində izah edir. 
3.1.3. Mətnin hissələri, abzaslar və
cümlələr arasında əlaqəni gözləməklə
yazıya düzəlişlər edir. 
Vurğulamaq istədiyi fikirdən asılı olaraq
mətndəki hissələrin ardıcıllığını dəyiş -
məklə yazıya düzəlişlər edir.
1.2.2. Əlavə materiallardan istifadə
etməklə nitqini zənginləşdirir.
Mövzu üzrə çıxış zamanı nitqində əlavə
mənbələrdən əldə etdiyi termin və
ifadələrdən istifadə edir.
3.1.4. Müxtəlif əməli yazılar (arayış,
protokol) yazır.
Verilmiş situasiyaya uyğun protokol
yazır.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin ya -
zılış qaydalarına əməl edir.  
Xəbərin həmcins mübtədalarla uzlaş -
ması zamanı müvafiq xəbərlik şəkil 
-
çisini seçir.
TELEFON HAQQINDA NƏ BİLİRİK?
Bilirəm 
İstəyirəm bilim
Öyrəndim
108
IV 
BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə