N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə34/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

suyun çəkisini ölçmək tapşırılmışdır.  Mətndə belə bir cümlə işlədilmişdir ki, şi -
mal qütbündən ekvatora qədər olan məsafənin 10 milyonda bir hissəsi 1 metr
hesab edilir. Deməli, şimal qütbündən ekvatora qədər olan məsafə 10 milyon
metrdir. Bu isə Yerin meridianının (şimal və cənub qütbləri arasındakı mə sa -
fənin) yarısıdır. Deməli, Yerin meridianı 20 mln. metr, yəni 20 000 km-dir. 
Bu sualın ikinci hissəsini cavablandırmaq üçün şagird, sadəcə, çəki vahid lə -
rinin nisbətini bilməlidir: 1000 q = 1litr; 1000 litr = 1 ton. Deməli, 1 mln. q = 1 ton. 
2-ci mətndaxili sual. Xüsusi isimlərin ümumiləşməsinə dair nümunələr:
Rentgen – tündrəngli bərk maddələri yarıb keçən süa. 1895-ci ildə bu şüa -
ları kəşf edən alman fiziki Vilhelm Konrad Rentgenin adından götürülmüşdür.
Şampan – qazlı şərab adı. Fransanın Şampan vilayətinin adından götürül -
müş dür.
Boykot – etiraz əlaməti olaraq müəyyən şəxslə, təşkilatla, dövlət qurumu
ilə münasibətlərin kəsilməsindən ibarət olan siyasi və iqtisadi mübarizə üsulu.
1880-ci ildə irland icarəçilərinin ingilis hakimiyyət nümayəndəsi Çarlz Kan-
ningem Boykota qarşı apardığı mübarizədən sonra işlənməyə başlamışdır. 
Qalife – bud hissəsi enli, baldır hissəsi dar olan şalvar. Bu model onu sü-
vari qoşunları üçün təklif etmiş fransız generalı Qaston Qalifenin adından
götü rül müşdür.
Vatt – elektrik və ya mexaniki güc ölçü vahidi. Universal buxar maşınının
yaradıcısı şotland ixtiraçı-mexanik Ceyms Vattın şərəfinə adlandırılıb.
Amper – cərəyan şiddəti vahidi. Fransız fiziki Andre Amperin şərəfinə
adlandırılıb.
Volt – elektrik cərəyanı gərginliyinin ölçü vahidi. İtalyan fiziki, kimyaçısı və
fizioloqu Alessandro Voltanın şərəfinə adlandırılıb. 
3-cü tapşırıqda sillogizm qurmaq tələb olunur. Sillogizm qurmağı şagirdlər
6-cı sinifdə öyrənmişlər. 
Müəllimin nəzərinə!
Sillogizm
I hökm: Vulner iddia edirdi ki, Litr 1716-1778-ci illərdə yaşamışdır.
II hökm: Çəki vahidinin onun adı ilə bağlı olduğu haqqında məqalə
1978-ci ildə dərc olunmuşdur.
Nəticə: 1778 və 1978. Litrin “ölümündən” 200 il keçir.
Söz ehtiyatı
(St. 2.1.1) 
4-cü tapşırıqda “metr”, “qram”, “mizandarlıq” sözlərinin eti mo -
logiyasını müəy  yənləşdirmək tapşırılmışdır. 
“Azərbaycan dilinin izahlı lüğəti”ndə “mizan” sözünün mənası verilmişdir. 
Mizan is. [ər.] 
1. Çəki aləti, tərəzi. Əl mizan, göz tərəzi. (Atalar sözü) 
2. Qayda, nizam, səliqə, sahman. [Otaqları] nəfis xalçalarla döşəmiş və evin
hər bir şeyinə o mizanda diqqət vermişdi. (M.S.Ordubadi) 
103
İXTİRALAR VƏ KƏŞFLƏR


3. xüs. Artistlərin və səhnə şəraitinin, tamaşanın gedişinin ayrı-ayrı mo -
mentlərinə görə düzülüşü qaydası. Rejissor bu gün göstərdiyi mizanı sabah
dəyişir və hər gün bir yeni mizan verirdi. (S.Rəhman)
4. Çəki, ağırlıq, vəzn, ölçü. 
Mizandar – tərəziyə qoyub ölçən insan; mizandarlıq (metrologiya) – fiziki
parametrlərin ölçülməsi, tələb olunan dəqiqliyin əldə edilməsi üçün istifadə
edilən metod və vasitələr barədə elm. 
Qeyd. Bu sözlər izahlı lüğətdə öz əksini tapmasa da, söz yaradıcılığının
geniş imkanları sayəsində daim yeni sözlər düzəlir. Bundan əlavə, akademik
Çingiz Qacarın “Mizandarlıq” kitabından sonra bu söz dilimizdə “vətəndaşlıq
hüququ” qazanmışdır.
Metr – yunan dilində “ölçürəm” deməkdir.
Qram – yunan dilindəndir. “İki gümüş qəpik ağırlığında” mənasını verir.
Danışma
(St. 1.2.4) 
Müzakirə mövzusu təklif olunur: “Vulner mifik alim obrazı yarat-
maqda haqlı idimi? Fikrinizi əsaslandırın”.
Dil qaydaları
(St. 4.1.4) 
5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Göy rəngdə verilmiş
cümləni sintaktik təhlil edərkən məlum olur ki, həmcins xəbərlərdə idi hissəciyi
ixtisar olunmuşdur. Qrammatik qayda izah edilir.
6-cı tapşırıqda dildə ağırlıq yaradan şəkilçi və hissəciklər ixtisar edilir. Bu,
eyni zamanda şagirddə redaktə etmək bacarığı formalaşdırır. 
7-9-cu tapşırıqlar tətbiqi xarakter daşıyır. Həmcins üzvlərdə ixtisar olunmuş
şə kilçilər, hissəciklər və qoşmalar müəyyənləşdirilir. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
104
IV 
BÖLMƏ


Dərs 22. İŞIQFORU KİM İXTİRA EDİB (2 saat)
Motivasiya
Söz assosiasiyası.
Sual: – Rənglər sizdə hansı assosiasiya yaradır?
Müəllim bir-bir sadalayır: – Qırmızı, yaşıl...
(Qırmızı – qadağa, təhlükə, yüksək dərəcə. Yaşıl – islam; razılıq. Sarı –
xəbərdarlıq. Göy – türkçülük; neytral münasibət. Qara – matəm, qorxu, böh-
tan. Ağ – xoşbəxtlik, sevinc, sülh, ümid. Boz – darıxdırıcılıq. Bu siyahını
artırmaq da olar. 
Qeyd. Cavablar nümunə üçün verilmişdir. Şagird lərin fikirləri fərqli və
müxtəlif ola bilər. 
Suallar: 
– Ətrafda, həyatda rənglərlə fikir ifadə etmək hallarına harada rast gəl -
misiniz? (bayraqlarda, yazıda qiymətləndirmə aparan zaman, işıqforda və s.)
– Sizcə, nəyə görə bütün dünyada işıqforda eyni rənglərdən istifadə olunur
və bu rənglər eyni məna daşıyır?
Oxu
(St. 2.2.2) 
Mətn Səssiz oxu ilə oxunur. Şagirdlərə əvvəlcədən tapşırılır ki,
mətndən aşağıdakı məlumatları müəyyənləşdirsinlər:
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında
əlaqəni şərh edir.
Mətnin müxtəlif hissələrindəki məlu 
-
matları verilmiş cədvəldə kateqoriyalar
üzrə qruplaşdırır.
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir.
Tanış olmadığı söz və ifadələrin qarşı lı -
ğını lüğətin köməyi ilə tapır və kontekst
daxilində izah edir. 
3.1.1. Mövzuya uyğun müxtəliftipli (nəq -
li, təsviri, mühakimə) mətnlər yazır.
Mövzuya uyğun mühakimə xarakterli
esse yazır.
4.1.4. Həmcins üzvlərdə şəkilçilərin ya -
zılış qaydalarına əməl edir. 
Xəbərin həmcins mübtədalarla uzlaş -
ması zamanı müvafiq xəbərlik şəkil 
-
çisini seçir.
Həmcins üzvlərdə ixtisar olunmuş
şəkilçiləri müəyyən edir.
Canlı işıqfor:
• Yaranma dövrü
• Yaradıcısı
• İşləmə prinsipi
• Təhlükəsizliyi (izah edin)
Mexaniki işıqfor:
• Yaranma dövrü
• Yaradıcısı
• İşləmə prinsipi
• Təhlükəsizliyi (izah edin)
105
İXTİRALAR VƏ KƏŞFLƏR


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə