N metod k V sa t


Dərs 13. PİZA QÜLLƏSİ (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

FƏRD VƏ CƏMİYYƏT 
73
Dərs 13. PİZA QÜLLƏSİ (3 saat)
Motivasiya
Sual: – Piza qülləsi haqqında nə bilirsiniz? (BİBÖ və ya auksion)
Dinləmə (St. 1.1.2)
Dərslikdəki mətn oxunmazdan əvvəl müəllim Piza qülləsi haqqında aşa -
ğı dakı mətni səsləndirir:
Piza qülləsi İtaliyanın eyniadlı şəhərindəki Möcüzələr meydanında yerlə -
şir. 1173-cü ildə tikintisinə başlanılan qüllənin bünövrəsi düzgün qoyul ma dı -
ğın dan qüllə bir müddət sonra şimala doğru əyilməyə başladı. Bu səbəbdən
qül lənin tikintisi yarımçıq qaldı və qonşu dövlətlərlə aparılan müharibələr tikinti
prosesini bir əsr gecikdirdi.
Yalnız 1272-ci ildə tikinti yenidən başlandı. Qüllənin əyilməsini tarazlaş dır -
maq üçün növbəti üç mərtəbə bir qədər maili tikildi. Yeddinci mərtəbə tikiləndə
Standartlar
Təlim nəticələri
1.1.2. Dinlədiyi fikrin məntiqiliyini əsas -
landırır.
Fikir və mülahizələrini dinlədiyi mətn dəki
fakt və hadisələrə istinad et məklə də qiq -
ləşdirir.
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin müxtəlif hissələri arasında mən -
tiqi əlaqə yaradaraq əsas obraz və ideya
haqqında fikir yürüdür.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələndirir.
Mətndəki faktları öz düşüncələri ilə
əlaqələndirərək müəllifin fikirlərini şərh
edir.  
2.1.1. Tanış olmadığı söz və ifadələrin
mənasını müvafiq qarşılığını tapmaqla
şərh edir. 
Tanış olmadığı sözlərin qarşılığını lüğət
vasitəsilə müəyyənləşdirir. 
1.2.4. Müzakirələrdə deyilmiş müx -
tə lif mövqeli fikirləri ümumiləşdirir.
Müzakirədə səslənən fikirləri ümumi -
ləş dirərək nəticəni təkzib və ya təsdiq
et  mək üçün əsaslı arqumentlər gətirir.
1.2.3. Nitq etiketlərindən məqa mın -
da istifadə edir.
Müzakirə zamanı nitq etiketləri və nə -
zakətli ifadələrdən istifadə edir.
3.1.1. Mövzuya uyğun müxtəliftipli (nəq   -
li, təsviri, mühakimə) mətnlər ya zır.
Mövzuya uyğun mühakimə xarakterli
esse yazır.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Cümlənin ikincidərəcəli üzvləri vəzifə -
sində işlənmiş söz və söz birləşmələrini
müəyyən edir.


III 
BÖLMƏ
74
qüllə bu dəfə cənuba doğru əyilməyə başladı. Bunun qarşısını almaq üçün ən
ağır zəngi qüllənin şimal tərəfinə yerləşdirdilər. Bu minvalla tikinti prosesi
1360-cı ildə başa çatdırıldı.
Qüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metr, ən yüksək
tərəfi isə 56,7 metrdir.
Qüllə bu vəziyyətdə artıq neçə əsrdir ki, dayanıb durur. Onun əyrisini dü -
zəltməyə dəfələrlə cəhd olunsa da, bu cəhdlərin hamısı uğursuzluqla nə ti cə -
lənib. 
Mətnin dinlənilməsindən sonra verilən tapşırıq:
– Bir çox tarixi memarlıq abidələri insanda müəyyən təəssüratlar, assosia -
siyalar yaradır. Məsələn, Bakıdakı Qız qalasını bəziləri möhtəşəmlik, qədim -
lik, digərləri əbədilik rəmzi kimi qəbul edir. Onun haqqında əfsanələri bi   lən  lərdə
isə bu abidə bakirəlik, təmizlik təəssüratı yaradır. 
Bəs Piza qülləsi sizdə nə ilə assosiasiya olunur?
Şagirdlərin fikirləri müzakirə olunur və açar sözlər vasitəsilə lövhədə qeyd
olunur
Oxu
(St. 2.2.2, 2.2.3) 
Mətn  Sürətli oxu texnikası ilə oxunur. Verilmiş vaxt
ərzində (müəllim sinfin səviyyəsini nəzərə alaraq vaxt müəyyən edə bilər)
şagirdlər mətni oxuyurlar. Əv vəlcədən onların nəzərinə çatdırılır ki, mətndəki
faktlara, onlar arasındakı əla qələrə diqqət yetirsinlər. 
1-ci mətndaxili suala qədər olan hissənin (1-ci iki abzas) oxunmasına 2
də qiqə vaxt verilir. Bu sual müəyyən mənada proqnozlaşdırma xarakteri
daşıyır. Şagirdlər öz fikirlərini bildirdikdən sonra mətnin oxusu davam etdirilir.
3-cü sual cavablandırılır və dinləmə mətnindən sonra lövhədə yazılmış
açar sözlərlə (şagirdlərin fikirləri ilə) müqayisə olunur.
4-cü sual mətndəki məqamlardan çıxış edərək obraz haqqında fikir yü -
rütmək bacarığı tələb edir:
– nəzakətlidir: “Həm də nədənsə əsəbiləşdiyimi gizlətməli oluram... həmişə
təşəkkür əlaməti olaraq bu qüllənin əcaib əyriliyinə təəccüblənməli olmuşam”;
– iradəsiz, amma vicdanlıdır: “Heç olmasa, axırıncı loğmadan imtina edə
bilsəydim, deyərdim. İntəһası, neyləyim, alınmır. Vicdan da yaxşı şeydir axı,
bircə loğmadan keçə bilmirsənsə, nə danışasan?!”;
– kommunizm ideyalarına qarşıdır;
Müəllimin nəzərinə!
Şagirdlər tarix fənnindən ən yeni dövrü keçmədiklərindən kommunizm
haqqında anlayışları olmaya bilər. Belə olan halda müəllim kommu-
nizm ideyaları haqqında müəyyən bilgilər verə bilər. 
– Piza qülləsi haqqında fikirləri əməllərində düzgün və əqidəli olduğunu
göstərir.


FƏRD VƏ CƏMİYYƏT 
75
5-ci sual. Mətnin 3-cü və sonuncu abzasları müəllifin Piza qülləsi haqqında
düşüncə və mühakimələrini əks etdirir.
Söz ehtiyatı
(St. 2.1.1.) 
“Tent” və “spagetti” sözlərinin mənası lüğət vasitəsilə müəyyən -
ləşdirilir.
Danışma
(St. 1.2.4, 1.2.3) 
6-cı sual. Tənqid etmək istədiyindən pay alma” hökmünün
hansı hissəyə uyğun gəldiyi müəyyənləşdirildikdən sonra bu mövzuda
müzakirə keçirilir. Şagirdlərə bu fikirlə bağlı situasiyalar düşünmək və fikrə
münasibət  bildirmək təklif olunur. Şagirdlər müzakirədə səslənən fikirləri
ümumiləşdirə rək gəldikləri nəticələrə münasibət bildirməli, bu zaman müza -
kirə formasına xas ifadələrdən və nitq etiketlərindən istifadə etməlidirlər
(“Bağışlayın, sö zü nüzü kəsdim”, “Buyurun, davam edin”, “Zəhmət olmasa,
sonuncu fikrinizi ay dınlaşdırardınız” və s.).
Yazı
(St. 3.1.1) 
7-ci tapşırıqda şagirdlərə verilmiş mövzulardan birini seçməklə
10-12 cümləlik esse yazmaq tap şı rılır. Esseni yazarkən Piza qülləsi və dərs -
likdəki mətnlə əlaqə yaratmaq tövsiyə olunur. Yazıya başlamazdan əvvəl
mühakimə xarakterli essenin xüsusiyyətləri xatırladılır.
Dil qaydaları
(St. 4.1.2) 
8-ci tapşırıqdan motivasiya yaratmaq üçün istifadə oluna bilər.
Tapşırığın şərtinə görə, mətndə altından xətt çəkilmiş cümlədə (“Hərdən bu
vaһiməli yuxuda bir italiyalı da peyda olur.”) qrammatik əsas saxlanılmaqla
digər üzvlər ixtisar edilir. Baş vermiş dəyişiklik (italiyalı da peyda olur) izah olu -
nur. Belə ki, mübtəda və xəbər vasitəsilə ifadə olunan məlumat çox yığcamdır,
hadisənin nə vaxt, harada baş verdiyi bilinmir. 
Bundan sonra şagirdlər nəzəri məlumatla tanış edilir.
9-cu tapşırıq şagirdlərdə cümlələri genişləndirmə bacarığı ilə yanaşı, sin-
taktik sual vermə bacarığını da formalaşdırmağa xidmət edir. Bu məqamda
müəllim morfoloji sualla sintaktik sualı fərqləndirməlidir.
10-12-ci tapşırıqlar yuxarıdakı bacarığı inkişaf etdirməklə yanaşı, ikin ci -
dərəcəli üzvləri müəyyənləşdirməyi, eləcə də onların aid olduqları əsas üzvləri
seçməyi, onlara sintaktik sual verməyi öyrədir.
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə