N metod k V sa t


Dərs 11. REKLAM  (3 saat)



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Dərs 11. REKLAM  (3 saat)
Motivasiya
I variant. Müəllim:
– Təsəvvür edin ki, valideynlərinizdən müəyyən markadan olan kompüter
almağı xahiş edirsiniz. O isə başqa bir markanı təklif edir. İstəyinizə nail olmaq
üçün seçdiyiniz markanı valideyninizə necə təqdim edərdiniz? 
II variant.
– Hansı markadan olan məişət texnikasına (və ya kompüterlərə, mobil tele-
fonlara) üstünlük verirsiniz? Səbəbini izah edin.
Şagirdlər seçdikləri markanın üstünlükləri haqqında danışdıqdan sonra bu
informasiyanın haradan əldə edildiyi soruşulur.
Oxu
(St. 2.2.2) 
Sinif qruplara bölünür. Lakin bütün qruplara eyni tapşırıq verilir.
Şagirdlər mətni oxumalı, bitkin hissələrə ayırmalı, hər hissədən əsas fikirləri
seç mə lidirlər. Bu işə 10 dəqiqə ayırmaq tövsiyə edilir. Sonra Karusel üsu lu
tətbiq olunur. Qruplar işləri bir-birinə ötürürlər. Əlavələr olunduqdan sonra
təqdimatlar dinlənilir.
Müəllimin nəzərinə!
Mətn təqribən bu hissələrə bölünməlidir:
1. Reklam nədir? – birinci üç ulduza qədər.
Standartlar
Təlim nəticələri
2.2.2. Mətnin hissələri arasında əla -
qəni şərh edir.
Mətnin hissələrini məzmuna uyğun
adlandırır və fikirlər arasındakı əlaqəni
müəyyənləşdirir.
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələn -
dirir.
Mətndəki məlumatları real həyatla
müqayisə edərək mətnin məzmununu
tamamlayan nəticələr çıxarır.
2.1.1. Tanış olmadığı söz və ifadə lə -
rin mənasını müvafiq qarşılığını tap-
maqla şərh edir.
Eyni cür səslənən sözlərin mənasını
kontekstə görə müəyyənləşdirir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt
və hadisələr barədə özünün fikir və
mülahizələrini dəqiqləşdirir.
Mətni dinləyərkən qeydlər götürür və
suallar verməklə özü üçün aydın ol-
mayan məqamları dəqiqləşdirir.
1.2.4. Müzakirələrdə deyilmiş müx -
təlif mövqeli fikirləri ümumiləşdirir.
Əldə etdiyi məlumatları ümumiləşdirir
və münasibət bildirir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
Söz birləşmələrinin bütövlükdə və
tərəflərinin ayrı-ayrılıqda cümlə üzvü
kimi çıxış etdiyi halları izah edir.
67
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


2. Reklam necə formalaşır və nəyə xidmət edir? – ikinci üç ulduza
qədər.
3. Reklamın hansı növləri var? – mətnin sonuna qədər.
1-ci hissədəki əsas fikirlər:
• Reklamın mahiyyəti
• Reklamın insanlara təsiri
• “Reklam” sözünün mənası və mənşəyi
2-ci hissədəki əsas fikirlər:
• Reklam işində iştirak edən tərəflər
• Onların vəzifəsi və marağı
3-cü hissədəki əsas fikirlər:
• Reklam necə olmalıdır?
• Reklamın hansı növləri var?
• Reklam işi necə tənzimlənir?
Qrupların işi təqdim edilən zaman mətndaxili suallar da cavablandırılır.
1-ci mətndaxili tapşırıq oxuduqlarını ümumiləşdirmək və nəticə çıxarmaq
bacarığı tələb edir. 
(St. 2.2.3) 
1-ci mətndaxili sualı cavablandırmaq üçün şagirdlər oxuduqla -
rını real həyatla müqayisə etməli, mətndəki fikirləri tamamlayan nəticələrə
gəlmə li dirlər. 
2-ci mətndaxili sual. “Reklam işinin 4-cü tərəfi” dedikdə reklam çağırışının
ünvanlandığı tərəf, yəni istehlakçılar nəzərdə tutulur.
Söz ehtiyatı
(St. 2.1.1) 
Tanış olmayan sözlər üzərində iş aparılır (3-cü tapşırıq). Burada
“kampaniya” sözünə xüsusi diqqət yetirmək, onun “kompaniya” sözü ilə
fonetik və leksik fərqlərini araşdırmaq lazımdır. Eyni cür səslənən bu sözlərin
yazılışı və leksik mənası fərqlənir.
Şifahi nitq
(St. 2.2.2) 
4-cü tapşırıq layihə xarakterlidir. Bu tapşırıq uzun müddətə (7-
10 gün müd dətinə) nəzərdə tutulmuşdur. Təqdimatların elektron şəkildə ha -
zır lanması (qrafik informasiyanın, şəkillərin, audio və videomaterialların
is ti fadəsi) töv siyə olunur. Hər qrup işini təqdim edən zaman digər şagirdlərə
tap  şırılır ki, onlara aydın olmayan hissələri dəqiqləşdirmək üçün suallar ha -
zır lasınlar. Bunun üçün təqdimatı dinləyərkən qeydlər götürülməlidir. Mə lum -
dur ki, sualın düzgün formalaşdırılması fikri ümumiləşdirmək bacarığı tələb
edir. Ona görə də bu prosesdə müəllim məhz sualın necə for ma laş dığına,
fikrin necə ümu mi ləşdiyinə diqqət yetirməlidir
(st. 1.1.1, 1.2.4)
.
68
II 
BÖLMƏ


Dil qaydaları
(St. 4.1.2) 
5-ci tapşırıq motivasiya xarakteri daşıyır. Hələ ikincidərəcəli
cümlə üzvləri ilə tam tanış olmayan şagirdlər yalnız sual verməklə cümlə
üzvlərini müəyyənləşdirə bi lər lər. Şagirdlər çətinlik çəkəndə müəllim onları
yönəldə bilər. 
6-8 və 10-11-ci tapşırıqlar dil qaydaları üzrə əldə edilmiş biliklərin prak-
tikada tətbiqini tələb edir.
9-cu tapşırığın çətinlik dərəcəsi yüksək olduğundan şagirdlərdən məntiqi-
analitik təfəkkür tələb edir. Tapşırığın mahiyyəti tərkibin sərhədini, yəni əsas
tərəfə aid olan sözləri tam şəkildə müəyyənləşdirməyi öyrətməkdən ibarətdir.
Şagirdlərin diqqətinə çatdırılmalıdır ki, tərkibə daxil olan bütün sözlər əsas tə -
rəfə aid olmalıdır. Xəbərlə birbaşa bağlı olan sözlər müstəqil cümlə üzvü ro -
lun da iştirak edərək tərkibə daxil olmur. 
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yox lanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
Dərs 12. Ümumiləşdirici təkrar (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Tapşırıqlar dərslikdə
təqdim olunmuşdur. Sinfin səviyyəsinə uyğun olaraq müəllim başqa tapşırıqlar
da verə bilər. Yazı bacarıqlarının yoxlanılması üçün aşağıdakı mövzuda esse
yazdırmaq tövsiyə olunur: “KİV insanların düşüncə və davranışlarına necə
təsir göstərir? Fikrinizi əsaslandırın”.
69
İNFORMASİYA VƏ KOMMUNİKASİYA 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə