N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

4. Söz-simvol və söz-anlayış nə deməkdir?
5. Qavrama hansı hallarda baş tutmur?
6. Söz ehtiyatının və fikrin yayınmasının sürətli oxu ilə nə əlaqəsi vardır?
7. Sürətli oxu fitri istedad, yoxsa qazanılan bacarıqdır? Nə üçün?
1-ci mətndaxili sual elmi (akademik) şəkildə ifadə olunmuş cümləni anla-
maq və onu daha populyar formada ifadə etmək bacarığını tələb edir. 
Beyin söz-simvolu tanımır = A) Beyin sözü müvafiq anlayışla eyniləşdirə
bilmir = C) insan sözün mənasını bilmir.
Beyin sözə “məhəl qoymur” = B) İnsanın diqqəti oxuduğu mətn
üzərində cəmlənmir = D) İnsanın fikri yayınır.
2-ci mətndaxili sualın cavabı:  Çünki dilimizdə cəmi 32 hərf var, onları
öyrənmək çox vaxt tələb etmir, sürətli oxu üçün isə on minlərlə sözün
mənasını bilmək lazımdır.
3-cü mətndaxili tapşırığın cavabı: “Sürətli oxumaq üçün: 1) zəngin söz
ehtiyatına malik olmaq lazımdır, 2) diqqəti oxunulan mətn üzərində cəmləmək
lazımdır”. 
Əlavə şərh:
Birinci amil söz ehtiyatı ilə bağlıdır. Lakin dilin lüğət ehtiyatında on minlərlə
söz var. Ona görə də oxu bacarığının inkişafı insanın həyatı boyu baş verən
prosesdir. Zəngin söz ehtiyatına malik olmadan sürətli oxuya nail olmaq
mümkün deyil. Bunun üçün isə, sadəcə, çox mütaliə etmək, bədii və elmi-
kütləvi əsərlər oxumaq və bu zaman tanış olmayan hər bir sözün mənasını
araşdırmaq lazımdır.
Qavramanı zəiflədən ikinci səbəb oxu zamanı diqqətin yayınmasıdır. Bunun
üçün oxumağa başlamazdan əvvəl kitaba köklənmək, oxunun məq sə dini,
mövzu ilə bağlı sualları müəyyənləşdirmək lazımdır. Siz bütün başqa fikirləri
kənara atmalı, oxumaq üçün elə yer seçməlisiniz ki, diqqətinizi ya yın dıracaq
bir şey olmasın.
4-cü tapşırıq verilərkən müəllim bildirir ki, hər bir kitabı və ya mətni oxu -
ma ğa başlayarkən insan özünə sual verməlidir: – Mən bu kitabı nəyə görə
oxumalıyam? Məqsədli oxu insanın diqqətini yayınmağa qoymur. 
Tapşırıqda verilmiş mətn növlərinə ensiklopediya, dərslik və s.-ni əlavə
etmək olar. 
Mətn tam oxunub suallar cavablandırılandan sonra mətnin tərkib hissələri
müəyyənləşdirilir.
• Giriş – birinci üç ulduza qədər
• Əsas hissə – sonuncu abzasa qədər
• Nəticə – sonuncu abzas
Daha sonra şagirdlər bu hissələrdən hər birinin funksiyasını və onların bir-
birini məzmun baxımından necə tamamladığını izah edirlər.
46

BÖLMƏ 


Yazı
(St. 3.1.3) 
5-ci tapşırıqda mətnin məzmununu yazıda ifadə etmək üçün
konkret suallar qoyulub. Bu sualları oxunmuş mətnin məzmununu əks etdirən
yarımbaşlıqlar kimi qəbul etmək olar. Şagirdlər əvvəlcə sualların mətnin məz -
mununa uyğun ardıcıllığını müəyyən etməli, sonra bu ardıcıllıqla onların ca vab -
larını öz sözləri ilə yazmalıdırlar. Lakin cavablar arasında əlaqə göz lənilməlidir
ki, sonda bitmiş mətn alınsın.
Dinləmə
(St. 1.1.2) 
Müəllim sürətli oxuya nail olmaq üçün bəzi qaydalar haqqında
şagirdləri məlumatlandırır. Əvvəlcədən şagirdlərə tapşırılır ki, mətni dinlədikcə
özləri üçün qeydlər aparsınlar, aydın olmayan məqamları müəyyənləşdirmək
məqsədi ilə yaranmış sualları qeyd etsinlər. 
Sürətli oxu heç də səhifədə yazılanları sürətlə nəzərdən keçirmək və ya
ucadan tez-tez oxumaq demək deyil. Sürətli oxu yazılı mətni daha az vaxt ər -
zində qavramaq deməkdir. Bunun üçün isə ilk növbədə bəzi sadə qaydalara
riayət etmək lazımdır.
Kitabı oxumağa başlamazdan əvvəl onun müəllifi haqqında məlumat al -
mağa çalışın, daha sonra kitabın mündəricatı, ön sözü, annotasiyası ilə ta nış
olun. Kitabın mövzusu ilə bağlı suallarınızı müəyyənləşdirin. Oxuyarkən bu
suallara cavab tapmağa çalışın.
İstənilən kitabı oxuyarkən özünüzə qeydlər götürün. Bədii əsəri oxuyarkən
bu, maraqlı fikirlər, obrazlı ifadələr, elmi-kütləvi və ya tədris ədəbiyyatında
vacib məlumatlar ola bilər.
Hədəf qoyulan hissəni oxumadan kitabı əlinizdən yerə qoymayın, diqqəti
yayındıracaq şeylərə icazə verməmək əhəmiyyətlidir. Bu həm də cümlələrin,
bəzən isə hətta bütöv bir abzasın təkrar oxunmasının qarşısını alır.
Oxuma prosesində səssiz oxudan istifadə etmək daha məqsədəuyğundur.
Lakin bu zaman da oxu sürətini azaltmamaq üçün dodaqları tərpətmək, başı
hərəkət etdirməklə və ya barmaqla mətni izləmək məsləhət deyil.
Oxudan sonrakı mərhələlər isə xatırlama və təkraretmə prosesləridir. Yeni
biliyi əldə etdikdən sonra bunu zehnimizdə canlandıra bilməsək, həmin biliyi
heç bir zaman istifadə edə bilmərik. Ən çox xatırlanan bilik ən çox istifadə olu -
 nan bilikdir. Hər hissəni bitirdikdən sonra xatırlamaq vacibdir. Oxuduğumuz
mət ni hərdənbir fasilə verərək zehnimizdə canlandırsaq, bu bilik yad da şı mız -
da öz əksini tapacaqdır. Beləliklə, yeni biliyi istənilən vaxt xatırlamaq və
istifadə etmək imkanımız olacaqdır. 
Təkraretmə isə kitabı və ya mətni oxuduqdan sonra bu barədə fikir ləş -
məyimiz, o vaxta qədər nə öyrəndiyimizi, yaddaşımızda qalan biliklərin nə ol -
du ğunu 5-10 dəqiqə düşünüb yada salmaqdır. Bu, biliyin yaddaşımızda
qal masını möhkəmləndirəcəkdir.
47
KAMİLLİYƏ DOĞRU


Sonda refleksiya aparılır. 3-cü mətndaxili tapşırığa verilmiş cavablara
dinləmə mətnindən əldə edilmiş məlumatlar əlavə olunur. 
Sual: – Sürətli oxumaq üçün nə lazımdır?
Cavablar:
1. Zəngin söz ehtiyatına malik olmaq
2. Diqqətli oxumaq 
3. ...
4. ...
5. ...
Şagirdlər hər dəfə əlavə etdikləri fikrin izahını verməli və fikirlərini
əsaslandırmalıdırlar.
Müzakirələrdən sonra yenidən epiqrafda ifadə edilmiş fikir müza ki rə olunur.
Şagirdlərin əvvəl və sonra söylədikləri fikirlər müqayisə edilir. 
Dil qaydaları
(St. 4.1.2) 
Şagirdlər söz birləşmələrinin əsas və asılı tərəfi anlayışı ilə artıq
tanışdırlar. Mətndə göy rənglə dörd söz birləşməsi verilmişdir:  “söz ehtiyatı”,
“qavramanı zəif 
lədən”, “oxu zamanı”, “sualları müəyyənləşdirmək”. Bu
prosesdə şagirdləri əsas tərəfi feillə ifadə olunmuş birləşmələrdə feilin
təsriflənməyən formalarla ifa də olunduğuna yönəltmək lazımdır.  Mü qa yisə
üçün “qavramanı zəiflədən” bir ləşməsini “qavramanı zəiflədir” forması ilə əvəz
etmək olar.  Bu zaman şa girdlərə əyani şəkildə aydın olacaq ki, təs rif lə nən
feillər söz birləşməsi yarada bilmir. 
“Söz birləşmələrinin növləri” nəzəri materialı mənimsədildikdən sonra 7-ci
tapşırıq yerinə yetirilir. Bu tapşırıq bilavasitə əldə edilmiş biliyin tətbiqinə və
möhkəmləndirilməsinə yönəl mişdir.
8-ci tapşırıqda quruluşca mürəkkəb söz birləşmələrinin tərkibinə daxil olan
sadə söz birləşmələrini də müəyyənləşdirmək lazımdır.  Bu zaman şagirdlərə
xatırladılmalıdır ki, mürəkkəb söz birləşmələrinin daxilində müxtəlif növ birləş -
mələr olmasına baxmayaraq, onların növü əsas tərəfin ifadə vasitəsinə görə
müəyyən edilir. 
Dərs 6. Ümumiləşdirici təkrar (2 saat)
Bu dərs müvafiq bölmədə reallaşdırılmış məzmun standartları üzrə ba ca -
rıq ların möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Tap şırıqlar dərslikdə
təqdim olunmuşdur. Sinfin səviyyəsinə uyğun olaraq müəllim başqa tapşırıqlar
da verə bilər. Yazı bacarıqlarının yoxlanılması üçün aşağıdakı mövzuda esse
yazdırmaq tövsiyə olunur:  “Deyirlər ki, gənclər də yaşlıları öyrədə bilərlər.
Konkret nümunələrlə fikrinizi əsaslandırın”
Qiymətləndirmə
Girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 22-23), müxtəlif ba carıqların
yoxlanılması üzrə müəllim tərəfindən rubriklər hazırlanır və qiymətləndirmə aparılır.
48

BÖLMƏ 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə