N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

II 
BÖLMƏ
Dərs 7. QƏZET (2 saat)
Motivasiya
Şaxələndirmə (klaster) texnikasından istifadə etməklə mo 
ti va siya
yaradılır.
Müəllim KİV (kütləvi informasiya vasitələri) haqqında ümumi məlumat
verir: – İnsanlar dünyada baş verən hadisələr haqqında müxtəlif vasitələrlə
məlumat alırlar. Bu vasitələrə kütləvi informasiya vasitələri deyilir.
Sual işarələrinin yerinə “radio”, “televiziya”, “internet” və s. sözlər yazıla
bilər. Şaxələndirməni “qəzet” sözünü alana kimi davam etdirmək olar. 
Oxu
(St. 2.2.3) 
Mətn İzahlı oxu üsulu ilə oxunur. Oxu zamanı mətndaxili suallar
cavablandırılır. 
Standartlar
Təlim nəticələri
2.2.3. Mətndəki fakt və hadisələri real
həyatla müqayisə edir və əlaqələn -
dirir.
Öz biliklərindən və həyatda gördüklərin -
dən çıxış edərək mətndəki elmi fikri şərh
edir və dərinləşdirir. 
1.2.4. Müzakirələrdə deyilmiş müxtəlif
mövqeli fikirləri ümumiləşdirir.
Müzakirədə səslənən fikirləri ümumiləş -
di rərək nəticəni təkzib və ya təsdiq et -
mək üçün əsaslı arqumentlər gətirir.
2.1.1. Tanış olmadığı söz və ifadə lə -
rin mənasını müvafiq qarşılığını tap-
maqla şərh edir.
Lüğətdən istifadə etməklə terminlərin
mənasını müəyyənləşdirir və qarşılı -
ğını tapmaqla izah edir.
1.1.1. Suallar verməklə dinlədiyi fakt
və hadisələr barədə özünün fikir və
mülahizələrini dəqiqləşdirir.
Dinlədiyi mətndəki hadisələrlə bağlı öz
fikrini həyatdan misallar gətirməklə əsas -
landırır.
3.1.2. Sitatlardan istifadə etməklə fi -
kir və mülahizələrini qüvvətləndirir.
Yazıda öz fikrini əsaslandırmaq üçün
oxuduğu mənbələrə istinad edir.
1.2.2. Əlavə materiallardan istifadə
etməklə nitqini zənginləşdirir.
Qoyulmuş problem üzrə çıxış edərkən
elmi məruzəyə xas nitq nüma yiş et-
dirir.
4.1.2. Söz və söz birləşmələrinin sin-
taktik vəzifəsini müəyyən edir.
İsmi birləşmələrin qrammatik xüsusiy -
yətlərini izah edir.
KİV
?
?
?
?
52


İNFORMASİYA VƏ KOMMUNİKASİYA 
1-ci mətndaxili tapşırıq şagirddən elmi-kütləvi mətndə rast gəldiyi tezisi
şərh etmək və dərinləşdirmək bacarığını tələb edir. Bunun üçün o, indiyə kimi
oxuduqlarından, həyatda gördüklərindən çıxış etməlidir. Qeyd etmək lazımdır
ki, 5-ci mətndaxili tapşırıq da eyni məqsədə xidmət edir.
Müəllimin nəzərinə!
İmkan olarsa, müəllim 1-ci mətndaxili tapşırığa daha çox vaxt ayırıb
onun ətrafında araşdırma xarakterli fəaliyyət qura bilər. Belə ki, kitab -
xa nadan 20-30 il əvvəl (məsələn, müstəqilliyimizin ilk illərində) çıxmış
bir neçə qəzet tapıb gətirmək olar. Şagirdləri qruplara bölüb hərəyə bir
qəzet vermək və qəzetdəki materiallara əsasən həmin dövr haqqında
fikir yürütməyi tapşırmaq yaxşı olardı.
2-ci tapşırığı yerinə yetirmək üçün şagirdlər 7-ci sinifdə keçdikləri “Kitab
çapının tarixi” mətnini xatırlamalıdırlar.
Fəndaxili üfüqi inteqrasiya 
(St. 2.2.3, st. 1.2.4)
. 3-cü suala cavab ver -
mək üçün mətni diqqətli oxumaq tələb olunur. Həmin məqama qədər ilk
qəzetin yaran ması ilə bağlı müxtəlif versiyalar təqdim olunur. Şagirdlər ver-
siyalarda irə li sürülmüş faktlardan istifadə etməklə müzakirə aparırlar. 
Fənlərarası inteqrasiya (Ümumi tarix: st.3.1.1) 4-cü sualı cavablandı -
rarkən  şagirdlər VII sinifdə ümumi tarix fənnində keçdiklərini xatırlaya bilərlər.
Müəllimin yönəldici sualları ilə onlar bu qənaətə gəlirlər ki, mətbuat iqtisadi
yüksəliş olan ölkədə daha güclü inkişaf edir, çünki qəzet ən effektli reklam
daşıyıcısıdır.
6-cı sual cavablandırılarkən B.Vahabzadənin “
Şəhidlər
” şeirindən aşağıdakı
misra xatırladıla bilər:
“Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi Şəhidlər...”
7-ci tapşırığı yerinə yetirərkən diqqətli şagird mətnin son hissəsində “B”
variantındakı fikrin əks olunmadığını müəyyənləşdirəcək.
8-ci tapşırığın icrası zamanı təklif edilən parçalar mətnin müəyyən 
hissə -
lərinə əlavə edilir:
A – III hissənin 1-ci abzasına; 
B – II hissənin 3-cü abzasına; 
C – I hissənin 3-cü abzasına;
D – II hissənin 1-ci abzasına.
Dinləmə
(St. 1.1.1) 
Müəllim aşağıdakı mətni səsləndirməzdən əvvəl şagirdlərdən
“sensasiya”, “sarı mətbuat”, “komiks” söz və ifadələrinin mənasını soruşur.
SARI MƏTBUAT
1896-cı ildə Nyu-Yorkun “Uorld” (Dünya) qəzeti hər gün birinci səhifəsində
komikslər dərc etməyə başladı. Bu komikslərin qəhrəmanı şəhər həyatında baş
verən hadisələri özünəməxsus bir dillə, istehza ilə şərh edən oğlan uşağı idi.
53


Onun paltarı açıqsarı rəngdə olduğundan komikslər “Sarı oğlan” adını qazandı.
Qəzetin tirajı xeyli artdı və “Uorld” tezliklə şöhrətinin ən yüksək zirvəsinə çatdı.
Sonradan komikslər çəkən rəssamı başqa bir qəzet öz redaksiyasına cəlb
etdi. Beləliklə, iki qəzet arasında hadisələri əcaib şəkildə təqdim etmək, mənəvi
dəyərlərə məhəl qoymadan ən qalmaqallı mövzuları vermək uğrunda rəqabət
başladı. Nəticədə, gəlir əldə etmək naminə yalan-doğru xəbərlər yayan, məşhur
şəxslərin həyatına müdaxilə etməkdən belə çəkinməyən  qəzetlər “sarı mətbuat”
adlandırılmağa başlandı.
Mətni dinlədikdən sonra şagirdlər sarı mətbuata nümunələr gətirir və ona öz
münasibətini bildirirlər.
Yazı və söz ehtiyatı
(St. 3.1.2, 2.1.1) 
9-cu tapşırığı yerinə yetirən şagirdlər jurnalistika sahəsində
terminlərə yiyələnməklə söz ehtiyatlarını artırmış olurlar. Bu zaman onlar həmin
sözlərin mənasını öyrənmək üçün lüğətdən istifadə edir (bunun üçün 
azleks.az
saytında yerləşdirilmiş “Jur nalistika terminləri lüğəti”nə müraciət etmək olar) və
qarşılığını göstərməklə sözlərin və ifadələrin izah edirlər, məsələn, media-kütləvi
informasiya vasitələri. Daha sonra şagirdlər qəzetləri araşdıraraq müxtəlif publi-
sistika janrlarını izah etmək üçün sitatlar gətirə bilərlər.
Şifahi nitq
(St. 1.2.2) 
Araşdırma xarakterli 10-cu tapşırığı yerinə yetirərkən şagirdlər
topladıqları məlumatları qrafik informasiya şəklində təqdim etmək bacarığını
nümayiş etdirməlidirlər. Tərtib etdikləri cədvəl və sxemləri nümayiş etdirərkən
onlar elmi məruzəyə xas zəngin nitq nümayiş etdirməlidirlər.
Dil qaydaları
(St. 4.1.2)
Motivasiya mərhələsində dərslikdəki 11-ci tapşırıqdan istifadə
etmək olar. Mətndəki göy rənglə verilmiş mətbuatın rolu, dördüncü hakimiyyət,
dünya oxucusu söz birləşmələrinə daxil olan sözlərin qrammatik əlamətləri
göstərilir. Bu zaman aşağıdakı cədvəldən istifadə etmək olar.
Cədvəl doldurulduqdan sonra ismi birləşmələr yaranma vasitələrinə görə
qruplaşdırılır və şagirdlər nəzəri məlumatla tanış edilir.
12-ci və 14-cü tapşırıqlar əldə edilmiş bilikləri praktik bacarığa çevirməyə
im kan yaradır. 
Söz birləşmələri
Söz birləşmələrinin
tərəfləri
Tərəflərin qrammatik
əlamətləri
mətbuatın rolu
mətbuatın
yiyəlik hal şəkilçisi
rolu
mənsubiyyət şəkilçisi
dördüncü hakimiyyət 
dördüncü
0
hakimiyyət
0
dünya oxucusu
dünya
0
oxucusu
mənsubiyyət şəkilçisi
54
II 
BÖLMƏ


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə