N metod k V sa t



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə6/49
tarix11.04.2018
ölçüsü0,78 Mb.
#37876
1   2   3   4   5   6   7   8   9   ...   49

Tapşırıqlar cütlərə paylanır, oxu prosesində lazımi qeydlər aparılır.
İnformasiya mübadiləsi və müzakirəsi
Dərsin bu mərhələsində oxu zamanı edilmiş qeydlər müzakirə edilib qur -
tar dıq dan sonra ümumiləşdirilir.
Qiymətləndirmə və refleksiya
Şagirdlər onlara paylanmış meyarlar üzrə əldə etdikləri nəticələr əsa sın -
da qeydlər aparır, bu nəticələri necə qazandıqlarını ümumi şəkildə nəzərdən
keçirirlər.
2-ci saat – Dinləyib-anlama və danışma
İş forması: kiçik və böyük qruplarla iş
Texnikalar: beyin həmləsi, səsli oxu
Motivasiya
Sual:  “Yüksək səviyyəli peşəkar” və “dünyagörüşü geniş insan”
ifadələrini fərqləndirin. 
Tədqiqat sualıYüksək peşəkarlığa nail olmaq dünyagörüşünü genişlən -
dir məyi istisna edirmi?
Tədqiqatın aparılması
Aşağıdakı dinləmə mətni səsləndirilir. Şagirdlərə tapşırılır ki, mətni din -
lə dikcə doktor Vatsonun və Şerlok Holmsun fikirlərini özləri üçün qeyd
etsinlər və sonda ümumiləşdirib bu fikirlərə münasibət bildirsinlər.
ŞERLOK HOLMS VƏ DOKTOR VATSON
Holmsun avamlığına da bilikləri qədər heyrətlənmək olardı. Onun müasir
ədəbiyyat, siyasət və fəlsəfədən təsəvvürü belə yox idi. Mən Bernard
Şounun adını çəkəndə Holms sadəlövhcəsinə onun kim olduğu və
məşğuliyyəti barədə soruşdu. Ancaq mən biləndə ki, onun nə Kopernikin
Standartlar
Təlim nəticələri
1.2.4.
Başqasının mühakimələri ilə öz fikirlərini müqayisə edir və
ümumi ləşdirmə aparır.
1.2.1. 
Nitqini leksik və qrammatik cəhətdən auditoriyanın səviyyəsinə
uyğunlaşdırır.
1.1.2. 
Dinlədiyi əks fikirlərdən doğru olanını seçir və onun düzgün-
lüyünü əsaslandırır.
17


nəzəriy yəsindən, nə də Günəş sisteminin quruluşundan xəbəri var,
yerimdəcə donub-qaldım. İnana bilmirdim ki, XIX əsrdə yaşayan və özünü
savadlı sayan adam Yerin Günəş ətrafında fırlandığını bilməsin!
– Siz, deyəsən, təəccüblənmisiniz, – deyə o mənim mat qaldığımı görüb
söylədi. – Məni maarifləndirdiyiniz üçün təşəkkür edirəm, amma tezliklə
bütün bunları unutmağa çalışacağam.
– Unutmağa?!
– Bilirsinizmi, zənnimcə, insan beyni boş, balaca bir çardağı xatırladır.
Siz ora əşyaları istədiyiniz kimi yığa bilərsiniz. Axmaq adam əlinə keçən
köhnə-kürüş nə varsa, ora dolduracaq və faydalı, xeyirli şeylərə yer qalma -
ya  caq, bu zir-zibilin içində onları tapmaq çətin olacaq. Ağıllı adam isə bey -
ninin çardağına yığmaq istədiklərini diqqətlə saf-çürük edəcək. O yalnız
işində lazım ola bi lə cək ləvazimatları seçəcək və çox olmalarına baxma-
yaraq, səliqə ilə hərəsini öz yerinə düzəcək. İnsanlar nahaq yerə elə düşü -
nür lər ki, bu otağın divarları elastikdir və onu istədiyin qədər dartmaq olar.
Sizi inandırıram, vaxt gələcək və yeni bir şey öyrəndiyiniz vaxt əvvəlkilərdən
nəyisə unudacaqsınız. Buna görə də lazımsız məlumatların lazım olanları
sıxışdırıb çıxarmaması çox vacibdir.
– Yaxşı, axı Günəş sistemi haqda məlumatsız olmaq!.. – deyə mən az
qala qışqırdım.
– Bu mənim nəyimə lazımdır axı? – deyə o, hövsələsiz şəkildə  sözümü
kəsdi. – Yaxşı, tutaq ki, biz, həqiqətən də, dediyiniz kimi, Günəşin ətrafında
fırlanırıq. Bəs birdən bizim Ayın ətrafında dövrə vurduğumuzu öyrənmiş
olsaydım, bunun mənə və ya işimə nə köməyi dəyə bilərdi?
Şagirdlər öz qeydləri əsasında fikir yürüdürlər. Səslənən fikirlər qızğın
mübahisələrə səbəb olarsa, müəllim bu mübahisəni debat formatına sala
bilər. Qruplar, təxminən, aşağıdakı arqumentləri səsləndirə bilərlər:
Doktor Vatson tərəfdarları: Ətraf aləmdə elə təzahürlər var ki, müəyyən
həyat təcrübəsi olan istənilən insanın onlardan xəbəri olmalıdır. Yalnız
peşəkar olmaqla cəmiyyətdə hörmət qazanmaq olmaz. Dünyagörüşünün
darlığı adama utanc gətirən bir şeydir.
Şerlok Holms tərəfdarları: Həyatda bilik və bacarıqlar əldə etmək üçün
insan məhdud zamana malikdir. Söhbət ondan gedir ki, insan öz zamanını
nəyə sərf etsin: müxtəlif sahələrdə bilik əldə edib “geniş dünyagörüşlü insan”
imici qa zansın, yoxsa gücünü və vaxtını yalnız bir sahəyə yönəldib yüksək
sə viy yəli peşəkar olsun. Tarix göstərir ki, elm və texnikanı, ümumiyyətlə, si -
vili zasiyanı irəli aparanlar yüksək səviyyəli peşəkarlardır. Hər şeydən bir az
bil mək cəmiyyət üçün deyil, yalnız insanın özü üçün lazımdır.
Tədqiqat 6-cı tapşırıq üzərində davam etdirilir. (Şagirdlər onlara təqdim
edilmiş qiymətləndirmə meyarlarını bir daha nəzərdən keçirir və əldə edə -
cəkləri təlim nəticələrinə nəzarət yetirirlər.)
18
GİRİŞ


Siz aşağıda sadalanan elm sahələrindən heç biri üzrə mütəxəssis deyil -
siniz.
1. Anatomiya üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
2. Fizika üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
3. Tarix üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
4. Botanika üzrə bilikləriniz sizə hansı məqamlarda lazım ola bilər?
I qrup (anatomiya)
Təsəvvür edin ki, siz sualla bağlı öz fikirlərinizi azsavadlı bir qocaya
çatdırmaq istəyirsiniz.
II qrup (fizika)
Təsəvvür edin ki, siz sualla bağlı öz fikirlərinizi 8-9 yaşlı bacı və qar daş -
larınıza çatdırmaq istəyirsiniz.
III qrup (tarix)
Təsəvvür edin ki, siz sualla bağlı şagirdlərin beynəlxalq elmi konfransında
çı xış edirsiniz.
IV qrup (botanika)
Təsəvvür edin ki, siz sualla bağlı öz fikirlərinizi V sinif şagirdlərinə çatdır -
maq is təyirsiniz.
Şagirdlər təqdimatlarında çıxış edəcəkləri auditoriyadan asılı olaraq lek-
sikaya və cümlə quruluşlarına fikir verirlər.
Təqdimatlar edilir. Şagirdlərin müxtəlif fənlər üzrə fərqli auditoriyaya
uyğun nitqi müzakirə edilir. Nəticələr ümumiləşdirilir.
Qiymətləndirmə və refleksiya
Meyarlar üzrə əldə edilən nəticələr qeyd edilir. Bu nəticəni necə əldə
etdikləri refleksiya edilir.
3-cü saat – Dil qaydaları
İş forması: kiçik və böyük qruplarla iş
Texnikalar: beyin həmləsi, Venn diaqramı
Motivasiya
Mətndə göy rənglə verilmiş ifadələr müəyyən edilir. Onlardan hansının
aşa ğıdakı xüsusiyyətlərin hamısına malik olduğunu söyləmək tapşırılır.
• İki müstəqil mənalı sözün birləşməsindən ibarətdir.
Standartlar
Təlim nəticələri
4.1.2.
Söz birləşməsinin xüsusiyyətlərini, onun sözdən və cümlədən
fərqini izah edir.
19


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə