Viii siNİFDƏ Kİmya dərsləRİNİn kənd təSƏRRÜfati iLƏ ƏlaqəLƏNDİRİLMƏSİ



Yüklə 35,7 Kb.

tarix22.05.2018
ölçüsü35,7 Kb.
növüDərs


Kimya məktəbdə 

 

23



 

VIII SİNİFDƏ  KİMYA DƏRSLƏRİNİN KƏND TƏSƏRRÜFATI İLƏ 

ƏLAQƏLƏNDİRİLMƏSİ 

 

M.N.Hüseynov, G.B.Ağabəyova  

Azərbaycan  Dövlət Pedoqoji Universiteti 

 

 

Mövzunun izahına kimyanın  məişətdən tutmuş xalq  təsərrüfatının  müxtəlif 

sahələrində  tətbiqinə  dair  konkret  misallar  göstərməklə  başlanılmalıdır.  Qeyd 

edilməlidir ki, müasir cəmiyyət həyatında kimyanın rolu çox böyükdür. 

VIII sinifdə gübrələr haqqında sadə şəkildə (gübrələrin xassələri,əhəmiyyəti 

və  sadə  üsulla  təyini)  məlumat  verilir.  IX  sinifdə  isə  həmin  məlumat 

dərinləşdirilir.  Bu  mövzu  qeyri-üzvi  birləşmələrin  başlıca  sinifləri  mövzusundan 

sonra  keçilir.  Buna  görə  də  bu  dərsin  izahına  belə  bir  qısa  girişlə  başlanmağı 

münasib bilirik. 

Uşaqlar,  siz  kimyəvi  birləşmələrini  başlıca  siniflərini  öyrənərkən  onların 

kimyəvi tərkibləri, xassələri və tətbiqi ilə hələ VIII sinifdə tanış olmuş və bundan 

əvvəlki  dərslərdə  o  haqdakı  biliyinizi  daha  da  dərinləşdirmişsiniz.  Bu  gün  isə 

həmin  birləşmələrin  mühüm  bir  sinifini  təşkil  edən  və  həyatda  böyük  praktik 

əhəmiyyəti olan bir qrup duzlarla tanış olacağıq. 

Bundan  sonra,  müəllim  şagirdlərə  bir  neçə  duz  nümunəsi  (natrium-nitrat, 

kalium-xlorid, kalsium-nitrat və s.) göstərərək qeyd edir ki, bunların hamısı kənd 

təsərrüfatı  üçün  çox  böyük  əhəmiyyəti  olan  maddələrdir.  Buna  görə  də  onlara 

ümumi  adla  “mineral  gübrələr”  deyilir.  Bu  duzları  müxtəlif  bitkilər  əkilmiş 

sahələrə verdikdə məhsuldarlıq qat-qat artır. Buna səbəb duzların  tərkibində olan 

ayrı-ayrı elementlərdir. 

Hesablamalar  nəticəsində  müəyyən  edilmişdir  ki,  bütün  yer  üzündə  əldə 

edilən məhsulda hər il torpaqdan 25 milyon tondan artıq azot və 30 milyon tondan 

artıq kalium (kalium-oksidi hesabı ilə) aparılır. Təkcə bunu demək kifayətdir ki, 

bir  ton  məhsul  özü  ilə  torpaqdan  30-60  kq  azot,  15-20  kq  fosfor  və  30-60  kq 

kalium  aparır.  Başqa  bir  misal:  bir  hektar  kartof  əkilmiş  sahədən  kartof  öz 

yumruları və yer üstü hissəsi ilə orta hesabla 175 kq azot, 80 kq fosfor və 350 kq 

kalium  aparır.  Bu  səbəbdən  də  hər  hansı  bir  sahədə  uzun  müddət  eyni  bitki 

əkildikdə  çox  sərf  olunan  elementlərin  torpaqdakı  miqdarı  xeyli  azalır.  Bu  isə 

məhsulun azalması ilə nəticələnir.                                                  

Torpağı  uzun  müddət  istismar  etdikdə  ondakı  mineral  maddələr  tükənir, 

bitkinin  məhsuldarlığı  və  məhsulun  keyfiyyəti  aşağı  düşür.  Ona  görə  də  bitkilər 

üçün  qida  maddələri  hesab  edilən  maddələrin  miqdarını  kompensasiya  etmək 

lazımdır. Bu məqsədlə mineral gübrələrdən istifadə edilir. 



1(61)2018 

 

 



24 

Buna görə də, bitkilərin qida mənbəyi olan torpaqdan hər il yüksək məhsul 

almaq  üçün  onda  çatışmayan  elementlər  müəyyən  edilməli  və  gübrə  verilməklə 

onların  miqdarı  artırılmalıdır.  Respublikamızın  kənd  təsərrüfat  işlərində  çalışan 

qabaqcıl  fermerlərin  təcrübəsi  göstərir  ki,  bitkiçilik  məhsullarının  artırılmasında 

gübrələrdən  istifadə  olunması  ən  əlverişli  və  etibarlı  üsuldur.  Bu  halda  həm 

məhsuldarlıq xeyli artır, həm də mineral gübrələrin istehsalına çəkilən xərclər qısa 

bir müddətdə ödənilir. 

Şagirdlərin nəzərinə çatdırılmalıdır ki, bitkilərin əsas qida elementləri azot, 

fosfor  və  kaliumdur.  Bu  elementlər  bitki  hüceyrələrində  maddələr  mübadiləsini 

yaxşılaşdırır, bitkilərdə qiymətli maddələrin miqdarını artırır. Göstərilən maddələr 

çuğundurda,  meyvələrdə  şəkərin,  kartofda  nişastanın,  taxılda  zülalın  və  s. 

çoxalmasına  səbəb  olur.    Buna  görə  də  mineral  gübrələr  tərkibindəki  qida 

maddəsindən  asılı  olaraq  əsas  etibarı  ilə  üç  qrupa:  azot,  fosfor  və  kalium 

gübrələrinə  bölünür.  Mineral  gübrələr  nəinki  bitkilərin  normal  inkişafına  səbəb 

olur, eyni zaman onların məhsuldarlığının artmasında da böyük rol oynayır. Buna 

görə  də  kənd  təsərrüfatı  bitkiləri  əkiləcək  torpaqlara  məhsuldarlığı  müntəzəm 

surətdə artırmaq üçün qiymətli vasitə olan azot, fosfor və kalium gübrələri verilir.  

Təcrübələr nəticəsində müəyyən edilmişdir ki, torpağa bir ton azot gübrəsi 

verildikdə  12-15  ton,  bir  ton  fosfor  gübrəsi  (di  fosfor-penta  oksid  hesabı  ilə) 

verildikdə  isə  7-8  ton  əlavə  buğda  məhsulu  götürmək  olur.  Müxtəlif  meyvə 

ağaclarından  bol  məhsul  götürülməsində,  tərəvəz,  kartof,  pambıq  və  s.  bitkilərin 

məhsuldarlığının artırılmasında da gübrələrin rolu böyükdür. 

Azot gübrələri mövzusunu keçərkən müəllim qeyd edir ki, kənd təsərrüfatı 

bitkilərinin normal inkişafı, boy artması və yüksək məhsul verməsi üçün ən vacib 

qida maddələrindən biri azotdur, çünki ən mühüm qida elementi olan azot bütün 

canlıların,  o  cümlədən  bitkilərin  orqanizminin  əsas  tərkib  hissəsini  təşkil  edən 

zülalın  əmələ  gəlməsi  üçün  vacibdir.  Təkcə  bunu  demək  kifayətdir  ki,  bitki 

zülallarının çəki ilə 1/6 (altıda bir) hissəsi azotdan ibarətdir. Zülalsız heç bir canlı 

orqanizm ola bilməz. Deməli, azotsuz həyat qeyri-mümkündür. 

Doğrudan  da  azotsuz  heç  bir  bitkinin  inkişaf  etməsi  mümkün  deyildir. 

Torpaqda azot çatışmadıqda bitkilərin yarpaqları solğunlaşır, tez saralır, onlar zəif 

qol-budaq  atır,  pis  böyüyür  və  nəticədə  qısa  boylu  qalırlar.  Bütün  bunların 

nəticəsində məhsulun miqdarı az olmaqla bərabər, keyfiyyəti aşağı düşür. Əksinə, 

torpaqda azot birləşmələri kifayət qədər olduqda, bitkilər normal surətdə boy atır, 

onların ayrı-ayrı hissələri yaxşı inkişaf edir, yarpaqları həm iri, həm də yaşıl rəngli 

olur və əkin sahələrindən yüksək məhsul götürülür, həm də məhsulun keyfiyyəti 

xeyli yaxşılaşır.  

Qeyd  etmək  olar  ki,  peyinin  tərkibində  azot  elementi  var.  Onda  azotun 

təsirinin başlanğıc halda saxlanması üçün onu bir yerə toplayıb, üstü torf təbəqəsi 




Kimya məktəbdə 

 

25



 

ilə örtülür. Sonra dərhal torpağa qarışdırılmalıdır. Bol çovdar məhsulu almaq üçün 

torpağın hər bir hektarına 45-50 t peyin verilməsi tələb olunur. 

Mineral gübrələrdən düzgün istifadə olunduqda kənd təsərrüfatı bitkilərinin 

yüksək məhsuldarlığına nail olmaq mümkündür. Lakin nəzərə almaq lazımdır ki, 

mineral gübrələrin, məsələn, nitratların (natrium-nitrat, kalium-nitrat, ammonium-

nitrat)  artıq  miqdarının verilməsi  bitki  orqanlarında onların  toplanmasına gətirib 

çıxara bilər. Belə bitkilərdən alınan məhsullar qida üçün yararsız olur. 

Kənd təsərrüfatının inkişaf etdirilməsi üçün təkcə mineral gübrələrin istehsal 

artımı  və  onların  keyfiyyətinin  yaxşılaşdırılması  kifayət  deyildir.  Buna  görə  də, 

bütün  kənd  təsərrüfatı  istehsalının  kimyalaşdırılması  zəruridir.  Bunun  üçün 

mineral gübrələrdən, bitkilərin mühafizəsində tətbiq olunan kimyəvi vasitələrdən, 

konservatlardan, yemlərə edilən əlavələrdən və s. düzgün istifadə olunması lazım 

gəlir. 


Şagirdlərə bu izahatdan sonra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının 

artırılmasında mühüm rol oynayan azot gübrələrindən ammonium-nitrat NH

4

NO

3



ammonium-sulfat  (NH

4

)

2



SO

4

,    natrium-nitrat    NaNO



3

,  kalium-nitrat  KNO

3   

(bu 


həm  kalium  gübrəsi  hesab  olunur)  və  kalsium-nitratın  Ca(NO

3

)



2

  xassələri  və 

alınması haqqında şagirdlərə məlumat verilməlidir. 

 

 



İstifadə  edilmiş  ədəbiyyat: 

 

1. Əliyev. Kimya tədrisinin kənd 

təsərrüfatı ilə əlaqələndirilməsi. ”Maarif” 

Nəşriyyatı, Bakı-1966, səh.24 

2. R.Əliyev, Ə.Əzizov. Kimyanın tədrisi 

metodikası. I hissə, Bakı Dövlət 

Universiteti Nəşriyyatı, Bakı-2005, 

səh.340 


 

3. R.Əliyev, Ə.Əzizov. Kimya təliminin 

prinsipləri, üsulları və priyomları. Bakı-

2002, səh.214 

4. M.N.Hüseynov, G.N.İsmayılova, 

A.Q.Sadeddinli. Kimyanın əsas 

anlayışlarının tədrisi. Kimya məktəbdə. 

Elmi-nəzəri və metodik məcmuə 2016, 

səh.10 

 



1(61)2018 

 

 



26 

М.Н. Гусейнов, Г.Б. Агабекова

 

Взаимосвязь уроков по химии для 8-го класса с сельским хозяйством

 

 

РЕЗЮМЕ 

 

Представлена общая информация о значении удобрений, являющихся одним 



из  мер  химизации  сельского  хозяйства,  а  также  необходимости  их  широкого 

применения. Роль трёх основных питательных элементов в жизни растений. Вынос 

питательных  веществ  с  урожаем  сельскохозяйственных  культур.  Умелое 

использование  минеральных  удобрений  для  достижения  высокой  продуктивности 

сельскохозяйственных растений.

 

 



M.N. Huseynov, G.B. Agabayova 

Linking chemisty lessons with agriculture in VIII form 

 

SUMMARY 

 

General  information  is  given  about  importance  of  fertilizer  which  is  one  of 

chemicalization measures of agriculture and necessity of their large usage. The role of the 

three  main  nutrient  elements  in  plant  life.  The  removal  of  nurtients  with  crop  yield. 

Skillful use of mineral fertilizers to achieve high productivity of agricultural plants. 

 

 



 

Açar sözlər: mineral gübrələr: azot, fosfor və kalium gübrələri 

 

Ключевые слова: минеральные удобрения: азотные, фосфорные и калийные 

удобрения 



 

Key words: mineral fertilizers: nitrogen, 

phosphorus



 and potassium fertilizers. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə