atmosfer cəbhələri boyunca aramsız yağıntılar zonasının əmələ
gəlməsi mümkün hesab edilir.
2. Atmosfer cəbhələrinin proqnozu ilə eyni zamanda, aramsız
yağıntılar zonasının yerdəyişməsi də hesablanır. Bu halda
köçürmələri aparıcı hava axın qaydası üzrə MT
700
xəritəsinin
izohipsləri ilə həll etmək olar. Aramsız yağıntı zonasının
evolyusiyası
siklonların
və
cəbhələrin
evolyusiyasının
proqnozlarına uyğun olaraq tərtib edilir. Aramsız yağıntıları
proqnozlaşdırarkən əlavə olaraq aşağıdakıları da nəzərə almaq
zəruridir:
1. As-Ns buludlarının yuxarı sərhəddinin hündürlüyünü,
qalınlıqlığını və mənfi 10
0
C izoterminın vəziyyətini bilmək
lazımdır. Bu buludların yuxarı sərhədləri MT (mütləq topoqrafiya)
xəritələrinində şeh nöqtəsi çatışmazlığına görə aşkarlana bilər.
Burada mənfi 10
0
C izotermi buludlarda buz kristallarının fazasının
yaranma mümkünlüyünü xarakterizə edir ki, bu da yağıntıların
əmələ gəlməsi üçün çox vacib şərtdir. Mənfi 10
0
C izotermi
buludların daxilində yerləşərsə, bu zaman yağıntıların müşahidə
edilməsi daha çox ehtimallıdır və gözləniləndir.
2. Havanın əhəmiyyətli dərəcədə yuxarı qalxan hərəkətlərində
(0, =p<0) qalxan havanın fasiləsiz olaraq soyuması və izafi
su buxarının kondensasiyası təmin olunur ki, bu da bulud
hissəsiciklərinin kaoqulyasiyası ilə birlikdə yağıntıların düşməsinə
səbəb olur.
Leysan yağıntıların proqnozu.
Leysan tipli yağıntıların
proqnozunun əsasını konvektiv buludluluq və şimşəklərin proqnozu
təşkil edir. Leysan yağıntıların əmələ gəlməsi və proqnozu yer
səthində və hündürlüklərdə havada böyük rütubət (7q/kq), şeh
noqtəsi
çatışmazlığının
kiçik
kəmiyyəti
(2-3ºC),
havanın
temperaturunun şaquli qradiyenti, rütubətli adiabitik qradiyentin
artması,
inversiya
və
izotermiya təbəqələrinin olmaması,
yüksəklikdə soyuq adveksiya və s. meteoroloji və sinoptik amillərlə
çox sıx bağlıdır.
Leysan yağıntıların təkrarlanması dağlıq rayonlarda daha
çoxdur. Səth örtüyünün qeyri-bircinsliyi, torpağın tez və kəskin
qızması konveksiyanı gücləndirir, nəticədə, leysan xarakterli
yağıntıların əmələ gəlməsi üçün əlverişli şərait yaranır.
Cəbhə xarakterli leysan yağıntıların proqnozu zamanı cəbhənin
gələcək
vəziyyətini,
onun
evolyusiyasını
və
konvektiv
dayanıqsızlığın mümkün dəyişkənliyini nəzərə almaq zəruridir.
Cəbhə xarakterli leysan yağıntıların davamiyyəti (t
d
) topa-yağış
buludlarının miqdarından, şaquli gücündən daha çox asılı olmaqla,
aşağıdakı tənlik vasitəsilə həll edilir:
t
d
=
,
V
L
k
burada,
L
-
1000-850
hPa-lıq
təbəqələrdə
hissəciklərin
trayektoriyalarının 12 saatlıq orta uzunluğu, km;
V - buludların hərəkətinin orta sürəti, km/s;
k- sabit əmsal olub, okklyuziya cəbhələri üçün 0,25, isti
atmosfer cəbhələrində 0,3, soyuq atmosfer cəbhələrində 0,2,
dağılmaqda olan atmosfer cəbhələrində isə 0,1-ə bərabərdir.
İldırımın proqnoz üsulları
İldırımın proqnozunu tərtib etmək üçün bir neçə üsullar
mövcuddur. Bunlara misal olaraq aşağıdakı üsulları göstərmək olar:
- aeroloji diaqramların qurulması (faktiki və proqnostik),
- konveksiya səviyyəsinin qalınlığı,
- -20˚ və daha yuxarı izotermlərdən keçən, enən konveksiya,
- konveksiyanın indekslərini nəzərdən keçirmək.
Atmosfer dayanıqsızlığının CAPE, Lifted kimi bəzi indeksləri
mövcuddur. Bunlar, əsasən, praktikada istifadə olunurlar. Aşağıda
verilmiş rəqəmlər, əsasən, avropa üçün hesablanmışdır. Məhz buna
görə digər regionlar üçün daha dəqiq rəqəmlər əldə etmək üçün
tədqiqatlar aparmaq lazımdır. Bu indekslər atmosferin zond
məlumatlarına əsasən alınır.
CAPE indeksinin qiyməti, c/kq :
a) 0 (sabitlik)
b) 0-1000 ( minimum qeyri-sabitlik)
c) 1000-2500 (mülayim qeyri-sabitlik)
d) 2500-3500 (yüksək qeyri-sabitlik)
e) 3500 + ( ekstremal qeyri-sabitlik)
Lifted indeksinin qiymətləri cədvəl 12-də verilmişdir.
Cədvəl 12
Lifted indeksinin qiymətləri
İldırımlar ən çox sönməyə başlayan siklonlarda, az hərəkətli
antisiklonların ətrafında, barik yəhərlərdə və azqradiyentli barik
sahələrdə, həmçinin cəbhələrdə, xüsusilə, soyuq cəbhələrdə
müşahidə edilirlər.
İldırımın
proqnozu
atmosferin
səhər
radiozondlarının
məlumatlarına əsasən dəqiqləşdirilir.
İldırımın
2-3
saatlıq
proqnozunda
radiolokasiya
müşahidələrindən də istifadə olunur. Belə ki, meteoroloji
11
Ekstremal sabitlik
İldırım gözlənilmir
8-11
Sabit
İldırım gözlənilmir
4-7
Sabit
İldırım gözlənilmir
0-3
Zəif sabitlik
İldırım gözlənilmir
-3- -1
Zəif qeyri-sabitlik
İldırım ehtimal olunur
-5 - -4
Qeyri-sabitlik
İldırım gözlənilir
-7 - -6
Yüksək qeyri-
sabitlik
Güclü ildırım
< - 7
Ekstremal qeyri-
sabitlik
İntensiv
ildırımlar,tornado
ehtimal olunur.
Dostları ilə paylaş: |