Şək. 113. İsti adveksiya zamanı 300 m-dən aşağı və yuxarı
buludluluğun proqnozu üçün nomoqramma
Hər iki tənlikdə H- buludların aşağı sərhəddinin hündürlüyü, m;
T- yer səthində havanın temperaturu, C; R- isə nisbi rütubətlikdir,
%.
Abşeron yarımadası üzərində aşağı sərhəd buludlarının minimal
hündürlüyünü təyin etmək üçün N.Hüseynov tərəfindən tərtib
olunmuş aşağıdakı formullardan istifadə edilir.
- şimal küləkləri zamanı H
min
= [0.56 H
0
+ 58] ± 50,
- cənub küləkləri zamanı H
min
= [0.79 H
0
+ 3] ± 36,
burada,
H
min
– aşağı sərhəd buludları yarandıqdan sonra, yaxın 3 saat
ərzində proqnozlaşdırılan buludların minimal hündürlüyü,
H
0
– proqnoz tərtib olunan zaman proqnoz məntəqəsində aşağı
sərhəd buludlarının hündürlüyü, m.
Buludların yuxarı sərhəddinin proqnozu. Buludların yuxarı
sərhəddinin hündürlüyü buludların aşağı sərhəddi ilə müqayisədə
uçuşların təhlükəsizliyinə az təsir edir. Bununla belə, bulud
təbəqələrinin şaquli gücü uçuşların təhlükəsiz yerinə yetirilməsinə
əhəmiyyətli dərəcədə təsir göstərən amillərdəndir.
Havada olan hava gəmilərindən verilən məlumatları buludların
yuxarı sərhəddinin diaqnozu və proqnozu üçün kifayət qədər dəqiq
məlumat hesab etmək olar. Bütün dolayı yollarla alınan bu
məlumatlar
operativ
praktikada
istifadə
edilir
və
çox
əhəmiyyətlidir. Hava gəmilərindən verilən məlumatlar olmadıqda
buludların yuxarı sərhəddi haqqında məlumatları meteoroloji
radiolokatorların və aeroloji diaqramların köməyi ilə əldə etmək
mümkündür. Aeroloji diaqramlarda buludların yuxarı sərhəddi
havanın nisbi rütubətliyinin kəskin və nəzərə çarpan dərəcədə
azalan səviyyəsinə uyğun gəlir. Aeroloji diaqramlarda bu səviyyəni
şeh noqtəsi temperaturunun əyrisi ilə stratifikasiya əyrisinin bir-
birindən kəskin aralanması ilə təyin etmək olar.
Buludların yuxarı sərhəddinin hündürlüyünü müxtəlif bulud
sistemlərinin orta şaquli güclərinə görə təxmini olaraq təyin etmək
olar. Müxtəlif bulud sistemlərinin şaquli gücü haqqında ətraflı
məlumat isə aşağıdakı cədvəl 11-də verilmişdir.
Buludların yuxarı sərhəddini təyin etmək üçün bəzi empirik
tənliklərdən istifadə etmək olar. Məsələn, laylı-topa buludların
yuxarı sərhəddini hesablamaq üçün aşağıdakı tənlik təklif edilir:
),
100
a
H
2(
y
H
burada,
H
a
– buludların aşağı sərhəddinin hündürlüyüdür, m.
İsti atmosfer cəbhələrində isə buludların yuxarı sərhəddini təyin
etmək üçün aşağıdakı tənlikdən istifadə etmək olar:
1,
100
L
y
H
burada,
H
y
– buludların yuxarı sərhəddinin hündürlüyü, km;
L – atmosfer cəbhəsində yağıntı zonasının eni, km.
Cədvəl 11
Müxtəlif bulud sistemlərinin şaquli gücünün (qalınlığının)
orta
kəmiyyətləri
Buludların forması
Buludların qalınlığı, km
Laylı və laylı topa
0,5 – 07
Qışda isti bölmədə laylı və laylı-yağışlı
2 – 3
Laylı-topa
2 – 3
Yuyulmuş cəbhələr zamanı laylı-
yağışlı
2 – 3
Aktiv cəbhələrdə yüksək-laylı və
laylı-yağışlı
5 – 8
Həmçinin yuyulmuş cəbhələrdə
laylı-yağışlı
1 – 2
Yüksək-topa
1 – 3
Topa –yağış
9-11
Lələkvari
1-3
Operativ iş zamanı bulud sahələrini və onların hərəkət
istiqamətlərini, yuxarı sərhədlərinin hündürlüklərini və digər
parametrlərini aşkarlamaq üçün daha əlverişli vasitə olan peyk
məlumatlarından istifadə etmək lazımdır.
Atmosfer yağıntılarının proqnoz üsulları
Çiskin yağıntıların proqnozu.
Çiskin yağıntılar laylı və yaxud
laylı-topa buludlardan düşürlər. Bu yağıntıların damcılarının
ölçüləri, adətən, 0,5 mm-dən çox olmur. Çiskin yağıntılar, əsasən,
siklonların isti bölməsində müşahidə edilməklə, isti hava kütlələri
üçün xarakterikdirlər. Aşağı laylı buludluq üçün səciyyəvi
yağıntılar müsbət temperaturlarda çiskin, mənfi temperaturlarda isə
həddən artıq soyumuş çiskin və qar dənələridir.
Çiskin yağıntılar zamanı buludların yuxarı hündürlükləri mənfi
10°C-dən yüksək olmur. Bu yağıntılarda havanın zəif şaquli
hərəkətləri müşahidə edilir.
Çiskin yağıntıların proqnozu, əsasən, 850 hPa səthdə aparıcı
axın üzrə yağıntı zonalarının hərəkət istiqaməti və evolyusiyası
nəzərə alınmaqla verilir. Yağıntı zonalarının hərəkəti siklonun isti
bölməsinin hərəkəti ilə əlaqədardır. Əgər yağıntılar antisiklonların
ətraf hissələrində müşahidə edilirsə, onda onların yerdəyişmə
istiqaməti mərkəzdə olan qradiyent küləyin istiqaməti boyunca
olacaqdır. Çiskin yağıntıların proqnozu zamanı ərazinin yerli
xüsusiyyətlərini və yağıntıların sutkalıq gedişini nəzərə almaq
lazımdır. Çiskin yağıntılar zonası MT
850
xəritəsinin izohipsləri
boyunca buludluğun dəyişməsini nəzərə almaqla təyin edilir. Bu tip
yağıntılar tez-tez gecə saatlarında buludluğun radiasiya soyuması
nəticəsində güclənirlər.
Aramsız yağıntıların proqnozu.
As-Ns buludlar sisteminin,
yəni bütöv cəbhə buludları sisteminin yağıntıları adi, aramsız
yağıntılar adlanır. Cəbhələrdə yağıntılar zonasının enindən,
cəbhənin yerdəyişmə sürətindən və müşahidə məntəqəsinə görə
hərəkət istiqamətindən asılı olaraq aramsız yağıntılar fasiləsiz
olaraq bir neçə saat və hətta bir neçə sutka da davam edə bilər.
Aramsız yağıntılar zonasının siklonların mərkəzi hissələrində və
ya isti cəbhə qarşısında əmələgəlməsi daha çox səciyyəvidir. Onlar,
həmçinin okklyuziya, bəzən də soyuq cəbhələrin keçməsi zamanı
da müşahidə edilir.
Bununla belə, aramsız yağıntılar zonasının eni həmişə onların
intensivlikləri ilə uyğun gəlmir. Məsələn, isti atmosfer cəbhəsinin
qarşısında siklonlar yaranmağa başladıqca dar, ensiz zonada (100-
200 km) intensiv yağıntılar müşahidə edilir, lakin ilin soyuq
dövrlərində siklonlardan (400 km və daha çox üfüqi paylanma
məsafəsi olmaqla) zəif qar müşahidə edilə bilər. Hava kütlələrinin
rütubətliyi və küləklərin şaquli hərəkətləri böyük olduqca,
yağıntıların intensivliyi də böyük olur.
Atmosfer yağıntılarının proqnozu aşağıdakı sinoptik şəraitlər
nəzərə alınmaqla tərtib edilir:
1. Aramsız yağıntıların proqnozu yeni cəbhə siklonlarının
əmələgəlməsi və ya əmələ gəlmiş siklonların dərinləşməsinin
proqnozları ilə eyni zamanda qabaqcadan müəyyən edilir. Təzyiq
çuxurlarında hələ yağıntı verməyən isti atmosfer cəbhəsi
yerləşdikdə və ya təzyiq çuxurunun dərinləşməsi gözlənilirsə, onda
Dostları ilə paylaş: |