Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə76/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   72   73   74   75   76   77   78   79   ...   83

 
öz fikirl
ərini məktub vasitəsilə bildirmişdir. 12 oktyabr 1973-
cü ild
ə yazılmış məktubda Mirzə İbrahimovun sənədli janr ba-
r
ədə dəyərli fikirləri nəzərə çatdırılmışdır: «... hər hansı bədii 
əsərdə  müəyyən  konkret  şəxsi təsvir edəndə  gərək «sənədli» 
yaxud «dok
umental» adlandırdığımız janrın qaydalarına əməl 
olunsun. M
əsələn, şəxsin həyatına aid faktlar düz verilsin. Bu-
nun üçün 
əsəri  yazmamış  gərək  bir  sıra  şeyləri dəqiqləşdirə-
s
ən... 
Siz bunları etmədiyiniz üçün səhvlərə yol verirsiniz. Mir-
z
ənin anasının adı Gülsüm yox, Zəhra idi, atası Mirzəni götü-
rüb k
ənddən  çıxan  zaman  Zəhra (sizdə  Gülsüm)  sağ  deyildi, 
v
əfat etmişdi. Əlbəttə, yazıçının «sənədli» əsərdə də uydurmaq 
ix
tiyarı var. Hətta adları da dəyişə bilər. Onda gərək hekayədə-
ki 
əsas şəxsə də başqa ad verəydiniz. Beləliklə, siz həm kon-
kret  bir  adamı  nəzərdə  tutmuş  olardınız,  həm də  tam sərbəst 
h
ərəkət edərək istədiyiniz şəkildə əsər yaza bilərsiniz, heç kəs 
d
ə  sizə  deyə  bilməz ki, filan fakt elə  yox, belə  olub»  [168, 
s.340]. 
Mirz
ə  İbrahimovun  ilk  aspirantı  olmuş  Teymur  Əhmədo-
vun xatir
ələri öz məzmun və mündəricəsi etibarilə daha artıq 
diqq
ət çəkir. Burada Mirzə  İbrahimovun  şəxsi xüsusiyyətləri 
il
ə yanaşı XX əsr Azərbaycan  ədəbiyyatında, elmi və ictimai 
al
əmdə  tutduğu  mövqe  işıqlandırılmışdır.  Müəllifin özünün, 
Teymur Əhmədovun 
 bu göz
əl, nəcib, xeyirxah insanın mə-
n
əvi keyfiyyətlərinin, elmi fəaliyyətinin öyrənilməsində xatirə-
l
ərin əhəmiyyəti xüsusilə vurğulanmalıdır. 
Bir çox b
ədii  əsərlərin əsasını real faktlar təşkil  edir. Əsl 
s
ənətkarın tərcümeyi-halı, fərdi taleyi onun əsərlərindədir. Ya-
zıçı  Qılman  İlkinin  əsərləri buna əyani  sübutdur.  O  yazır  ki, 
«m
ən «Şimal küləyi»ni gözümlə gördüyüm, eşitdiyim və mü-
şahidə etdiyim hadisələr və bir də tutarlı faktlar əsasında qələ-
m
ə almışam» [143, s.189]. Professor Teymur Əhmədov 96 il 
ömür  sürmüş  Qılman  İlkinə  həsr  olunmuş  nekroloqda  onun 
h
əyat və fəaliyyətindən, mənəvi keyfiyyətlərindən söhbət açır. 
 
229 


 
Onun dav
ranışı,  tələbkarlığı,  səmimiyyəti  hamı  üçün  tərbiyə 
m
əktəbi idi. «O, ən nəcib insani keyfiyyətlərə malik istedadlı 
q
ələm sahibi, əqidəli redaktor və ictimai xadim kimi tanınırdı. 
O, öz h
əmkarları arasında müqəddəsliyi, təmizliyi və sadəliyi 
il
ə seçilirdi... Qılman İlkin həmişə deyirdi ki, o, ömrü boyu bir 
prinsipl
ə  işləmişdi:  «Mənə  olan pislikləri və  başqalarına 
etdiyim  yaxşılıqları dərhal unuduram»  [74]. Məhz bu prinsip 
uzun ömür sürm
əyin sirlərini çoxlarına təlqin edə bilər. 
Yenid
ən əvvəlki fikrimizə  yazŞ
çŞ
larŞ

əsərləri ilə həyat 
v
ə fəaliyyətləri arasında əlaqəsi məsələlərinə qayıdaq. Müsahi-
b
ələrinin birində dünyaşöhrətli detektiv romanlar müəllifi Çin-
giz Abdullayev qeyd etmişdir ki, mənim yazdıqlarımın hamı-
sını ya özüm yaşamışam, ya görmüşəm, ya da hadisənin real 
iştirakçısı  mənə  danışmışdır.  Digər bir müsahibəsində  yazıçı 
bunları  söyləyir: «Doxsan faiz real faktlar, olacaq hadisələri 
q
ələmə alıram. Siyasi detektivlərimin hamısını isə  gerçəkliyə 
söyk
ənmiş  faktlar  əsasında  qələmə  alıram.  Digər  əsərlərimdə 
ola bilsin ki, t
əxəyyülümün məhsulu daha qabarıq özünü biru-
z
ə verir, lakin onların da əsasını real həyat, gerçək faktlar təş-
kil edir» [4]. 
Çağdaş  ədəbiyyatımızın  daha  bir  tanınmış  nümayəndəsi, 
poe
ziyamızın  ən ünlü təmsilçisi Zəlimxan  Yaqub  «Peyğəm-
b
ər»  poemasını  yazma  səbəbini incələyərkən həyatının  ayrı-
ayrı  məqamlarına  nəzər salır,  ömür  yolunu  vərəqləyir. «Pey-
ğəmbər» əsərini yazmağa onu nə vadar etdiyini şair belə izah 
edir: «Ömrümün Borçalıda 
 K
əpənəkçidə keçən gənclik illə-
ri, m
əni  Əli  Fəhmiyə  qovuşduran  tələbəlik  çağları,  taleyimin 
Heyd
ər  Əliyev  mərhələsi, iki dəfə  Məkkəni ziyarətim, qoca 
Şərqin gördüyüm və sevdiyim müqəddəs ziyarətgahları, qədim 
şəhərləri, oxuduğum elmi-bədii tarixi kitablar silsiləsi, ucalığı-
na heyran olduğum heyrət zirvələri, ömrümün 60-cı pilləsinə 
q
ədəm basmağa başlayanda öz barını-bəhrəsini verdi  «Pey-
ğəmbər»i dünyaya gətirdi.  Yaşadığım  illərin təcrübəsi mənə 
deyir: « Z
əlimxan, elə  mövzular var ki,  onlara gəncliyində 
 
230 


 
yox, ancaq ömrün 60-da, 70-d
ə  yaxınlaşa  bilərsən». Mənim 
üçün «Peyğəmbər» də belə yazıldı, belə yarandı» [261, s.4]. 
C
əfər Cabbarlının, Üzeyir Hacıbəyovun məqalə və çıxışla-
rında əks olunan yaradıcılıq hesabatlarında olduğu kimi, «Mən 
«Pey
ğəmbər»i niyə  yazdım»  məqaləsində  müəllif tərcümeyi-
halına başqa yöndən yanaşır. Tərcümeyi-halının bəzi məqam-
la
rı, ən əsası müəllif şəxsiyyəti «Mənim şeir, sənət yolum» ad-
lı şeirində açıq-aşkar sezilir: 
 
 S
əsli-küylü gündüzlərdən, 
 Sakit gec
ələrdən keçdi. 
 Q
ələmləri mürəkkəbdən 
 
Alnımdakı tərdən keçdi, 
 M
ənim şeir, sənət yolum. 
 
 Zild
ən keçdi, bəmdən keçdi
 Çox sevincd
ən, qəmdən keçdi. 
 Neç
ə cəhənnəmdən keçdi, 
 C
ənnət ruhum, cənnət yolum. 
 
 
Kim yarıya, kim yarıda, 
 
Balımı tapdım arıda. 
 M
əni qoymadı yarıda, 
 Güv
əndiyim zəhmət yolum. 
 
 
Anan andı, qanan qandı, 
 Sev
ən sevdi, danan dandı. 
 
Borçalıdan qanadlandı 
 
Borçalıya həsrət yolum [260, s.43]. 
Əsərlərində  xatirə  örnəkləri  açıq-aşkar  sezilən Zəlimxan 
Yaqubun ulu önd
ər Heydər Əliyevə həsr etdiyi «Böyük ömrün 
dastanı» poeması özünün sözlərinə görə, «lirik-epik romantik 
s
əpkidə isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirə əsəri-
dir, el
egiyadır» [262, s.371]. 
 
231 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə