NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə26/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

54 
 
Ġslamın Azərbaycanda yayılmağa baĢladığı dövrdən az qala beĢ yüz il sonra 
aĢkar  edilmiĢ  bu  fakt  bu  yerlərdə  qədim  zərdüĢtilik  ayinlərinin  hələ  də  qorunub 
saxlandığını, yerli əhalinin Ģəksiz atəĢpərəst olduğunu sübut edir. Marqlıdır ki, hələ 
yunan  alimi  Herodotun  və  b.  əsərlərində  Midiya  maqlarının  öz  ölülərini  məhz  bu 
üsulla dəfn etmələri təsvir edilir. Amerika alimi Riçard Frayın fikrincə, meyitlərin 
yırtıcı  heyvan  və  quĢlara  yem  edilməsi,  sümüklərin  isə  saxlanmasını  Ġran 
mobedləri  Orta  Asiyadan  əxz  etmiĢdilər.  Akademik  V.V.  Bartold  bu  mərasimin  
Ġran  mənĢəli  olduğunu  güman  edirdi.  Qeyd  etməliyik  ki,  əl-Qərnatinin  haqqında 
danıĢdığı  bu  mərasim  baĢqa  formalarda  digər  türk  xalqlarında  (xüsusilə  Tibetdə) 
təsadüf olunurdu
*

Müxtəlif  etnolinqvistik  qruplara  aid  olan  və  ərəblərin  baĢa  düĢmədikləri 
dillərdə  danıĢan  bu  adamları  ərəblər  çox  vaxt  milliyətcə  fərqləndirmir,  onların 
özlərinə  “kafir”,  dillərinə  isə  “kafir  dili”  deyirdilər.  ĠĢğaldan  sonrakı  dövrdə  isə 
meyar  bir  idi  –  müsəlman  və  ya  kafir.  Hətta,  hər  hansı  yerin  əhalisi  haqqında 
məlumat  verdikdə,  onun  etnik  tərkibi  deyil,  dini  tərkibi  əsas  tutulur,  üstünlük 
müsəlmanlara  verilirdi.  Məsələn,  Qəbələ  sakinləri  haqqında  məlumatında  əl-
Məsudi  vilayət  əhalisinin  etnik  tərkibini  qətiyyən  aramır,  yalnız  Ģəhərlilərin 
müsəlman, kəndlilərin isə xristian olduğunu bildirirdi. ġəki əhalisinə də o, məhz bu 
ölçü ilə yanaĢırdı. 
Azərbaycanın “əhli kitab” hesab olunan xristian və azsaylı yəhudi əhalisi, o 
cümlədən  müqəddəs  kitabı  –  “Avesta”sı  olan  atəĢpərəstlər  bağlanılmıĢ 
müqavilələrə  əsasən  ərəblərin  siyasi  hakimiyyətini  qəbul  edir,  qeyri-islam  dini 
etiqadlarına  görə  can  vergisi  –  “dövlətlinin  dövlətinə  görə,  varlının  varına  görə, 
kasıbın kasıblığına görə” cizyə verirdilər. 
Tədqiqatçıların  fikrincə,  Ġslamı  ilk  növbədə  ərəblərin  simasında  özlərinə 
arxa  tapmaq  istəyən  yerli  əyanlar  qəbul  edirdilər.  Onlar  Ġslamı  qəbul  etməklə  öz 
mülklərini  də  qorumuĢ  olurdular.  Alimlər  onu  da  qeyd  edirdilər  ki,  Ġslam 
Azərbaycanın Ģimalında cənubunda olduğundan daha gec mənimsənildi. ġəhərlilər 
Ġslamı  kəndlilərə  nisbətən  daha  həvəslə  qəbul  edirdilər.  Bu  dövrün  ən  yaxĢı 
tədqiqatçısı  akademik  Ziya  Bünyadovun  yazdığına  görə,  ərəb  iĢğalı  dövründə 
kəndlilərə  nisbətən  daha  ağır  cizyə  ilə  yüklənmiĢ  Ģəhərlilərin,  xüsusilə  tacir  və 
sənətkarların,  Ġslamı  ilk  növbədə  qəbul  etməsi  onların  öz  varidatlarını  qorumaq 
cəhdindən,  ərəb  üsul-idarəsinin  isə  tacir  və  sənətkarlara  daha  böyük  güzəĢtlər 
verməsindən  irəli  gəlir.  Bundan  baĢqa,  Ġslamı  qəbul  etmək  həmin  adamları  nəzəri 
olaraq müsəlman ərəblərlə bərabərləĢdirirdi. Yeni dinə keçənlərin böyük bir hissəsi 
müsəlman ordusuna yazılır, bununla da, ərəblərlə bağlanılmıĢ müqavilələrin Ģərtinə 
görə  cizyədən  azad  edilir,  müharibə  qənimətlərindən  ərəblərlə  bərabər  istifadə 
edirdilər. Ġslamı qəbul etmiĢ qeyri-ərəblər yerli əhalinin “məvla” (cəmdə “məvali”) 
                                                           
*
 
Xalq arasında indi də yaĢayan “ətini versəm də, sümüyünü atmaram” məsəli, çox güman ki, bu qədim 
mərasimlə bağlıdır. 


55 
 
adlandırılan  qrupunu  təĢkil  edirdilər.  Hələ  islamaqədərki  Ərəbistanda  geniĢ 
yayılmıĢ  bu  termin  əslində  “kimdənsə  asılı”  mənasında  iĢlədilirdi,  özü  də  yalnız 
qan  qohumluğu  ilə  bağlı  olanlar  deyil,  baĢqa  qəbilədən  hamiliyə  götürülənlər  də 
nəzərdə  tutulurdu.  Ərəb  iĢğalı  dövründə  isə  bu  termin  yalnız  “kiminsə  qeyri-ərəb 
adamı”  mənasını verir, həmin adam ya  müəyyən bir Ģəxsin (mütləq ərəbin) və ya 
qəbilənin  (mütləq  ərəb  qəbiləsinin)  adamı  –  məvlası  olurdu.  Məvalilər  onlara 
hamilik  edən  adamın  və  ya  qəbilənin  yanına  köçür,  hərbi  yürüĢlərdə  onları 
müĢayiət edirdilər. 
Azərbaycan  iĢğal  edildikdən  sonra  Arran  əhalisinin  bir  hissəsi,  Cənubi 
Azərbaycanın  əhalisinin  isə  çox  hissəsi  Ġslamı  qəbul  etməyə  baĢladı.  Məvalilərin 
sayı  gündən-günə  artırdı.  Mənbələrdəki  adda-budda  faktlardan  görünür  ki,  Ġslamı 
qəbul  etmək  üçün  əsasən  zor  iĢlətməyən  ərəblər,  Ġslamdan  üz  döndərənləri  ağır 
cəzalandırırdılar.  Çünki  bu,  Allahla  bağlanılan  əhdin  pozulması,  böyük  günah 
hesab  olunurdu.  Belə  adamlar,  əl-Bəlazurinin  əsərində  verilmiĢ,  Ġran 
dehqanlarından  birinin  yenicə  qəbul  etdiyi  Ġslamdan  üz  döndərməsi  faktına  görə, 
hətta qətlə yetirilirdilər. Müsəlmanların sayı əsir düĢmüĢ döyüĢçülərin hesabına da 
artırdı;  belə  ki,  həmin  döyüĢçülər  əsir  düĢdükləri  ərəb  sərkərdəsinin  köləsinə 
çevrilir, sonradan isə Ġslamı qəbul etmək Ģərtilə azad olunurdular. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Ġslamın  Azərbaycanın  cənub,  xüsusilə  də 
Ģimal hissəsində baĢdan-baĢa qərarlaĢması uzun çəkən bir proses oldu. Bu prosesin 
birinci  mərhələsində  Ġslamı  yayan  əsas  qüvvə  ərəblər  idisə,  müsəlman 
mədəniyyətinin çiçəkləndiyi X əsr dövründən baĢlayaraq bu iĢi Ġslamı qəbul etmiĢ 
yerli  əhali  özü  görürdü.  Yuxarıda  gördüyümüz  kimi,  iĢğal  prosesində  bağlanılmıĢ 
müqavilələrə görə “əhli kitab” yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi, 
lakin  bundan  cəmi  bir  neçə  il  keçmiĢ,  xəlifə  Əlinin  dövründə    isə,  Azərbaycan 
ərazisində  yerləĢdirilmiĢ  ərəblər yerli  əhalini Ġslama  dəvət etmək tapĢırığı aldılar. 
Məhz  elə  o  dövrdə  Cənubi  Azərbaycanın  baĢ  Ģəhəri  elan  edilmiĢ  Ərdəbildə  o 
zaman  Azərbaycanın  hakimi  təyin  edilmiĢ  əl-ƏĢas  ibn  Qeys  məscid  tikdirdi.  Ġlk 
vaxtlar belə məscidlər ancaq ərəb qəbilələrinin  yerləĢdirildiyi Ģəhərlərdə fəaliyyət  
göstərirdisə,  sonralar  Azərbaycanın  hər  bir  yaĢayıĢ  məntəqəsində  kiçik  və  böyük 
məscidlər tikildi. Artıq X əsrdə Azərbaycanın demək olar bütün Ģəhərlərində came 
məscidləri vardı, hətta X əsrin məĢhur coğrafiyaĢünas-səyyahı əl-Müqəddəsi Ģəhəri 
kənddən  fərqləndirən  əsas  cəhəti  məhz  hər  hansı    yaĢayıĢ  yerində  came  məscidin 
olmasında  görürdü.  Buna  görə  də  o,  hər  hansı  yer  haqqında  məlumat  verərəkən, 
mütləq,  orada  came  məscid  olub-olmadığını  qeyd  edirdi.  “Dərbəndnamənin” 
məlumatına  görə  733/34-cü  ildə  əməvi  sərkərdəsi  Məsləmə  ibn  Əbdülməlik 
Dərbənddə  olan  came  məsciddən  baĢqa  daha  yeddi  məhəllə  məscidləri  (Xəzər, 
Fələstin, DəməĢq, Hims, Qeysəri, Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı 
millətlərin,  daha  doğrusu,  tayfaların  yaĢadığı  məhəllələrdə  tikilən  bu  məscidlərə 
ərəblərlə yanaĢı islamı qəbul etmiĢ qeyri-ərəblər – məvalilər də gəlirdilər. Onu da 
qeyd  edək  ki,  mənbələrin  dili  ilə  desək,  məhz  Dərbənd,  Ġslamı  “kafirlərin” 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə