52
qarĢı olan bu yumĢaqlığı kafirlərin haqq yoluna qaytarılması kimi
qiymətləndirməyə çalıĢırdılar. Bu baxımdan yuxarıda adlarını çəkdiyimiz iki
sərkərdənin söhbəti diqqəti cəlb edir. Müsəlmanların iĢğalçı siyasətinə necə olursa-
olsun bəraət qazandırmağa çalıĢan ərəb sərkərdəsi deyirdi: “Biz buraya dünya
nemətləri üçün gəlməmiĢik, çünki bizim istək və qayğılarımız bambaĢqadır”.
Sözünə qüvvət olaraq o, peyğəmbərin bu sözlərini də xatırlayır: “Mənim dinimə
iman gətirməyənlərin üstündə mən öz silahdaĢlarımı qoydum, onların vasitəsilə
həmin adamları cəzalandırdım... Onlar bu dində qaldıqca mən onlara hakimiyyət
bəxĢ edirəm. Çünki bu – haqq dinidir. Ondan yalnız zəlillər üz döndərir, onu yalnız
güclülər tutur”.
Lakin çox keçmədən, Ġslam bütpərəstliklə yanaĢı atəĢpərəstliyi də aradan
götürdü. Tədqiqatçıların fikrincə, Allah qarĢısında bütün müsəlmanların
bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-iranlı əhalisi, o
cümlədən azərbaycanlılar arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin
məlumatını ĢiĢirdilmiĢ fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq
xəlifə Əlinin dövründə (656 – 661) Ġslamı qəbul etmiĢ, Quran oxuyurdular.
Ġslamaqədərki etiqadlarında (xristian və yəhudiləri nəzərə almasaq) əsasən
Azərbaycanın dağ yerlərinin əhalisi qalmıĢdı. Əl-Ġstəxrinin məlumatına görə, o, bu
yerlərdə olduğu vaxt, yəni təqribən X əsrin 20 – 30-cu illərində də, Qabh (Qafqaz)
dağında bir çox müxtəlifdilli kafirlər yaĢayırdılar. XII əsrin 30 – 40-cı illərində
Azərbaycanın bir sıra Ģəhər və kəndlərini gəzmiĢ əndəluslu Əbu Hamid əl-Qərnati
Dərbənd yaxınlığındakı dağ kəndlərində “Ġslamı qəbul etməmiĢ, hətta cizyə də
verməyən”, dəfn mərasimlərinə görə atəĢpərəst olduqları bəlli olan adamlara rast
gəlmiĢdi.
Ġslamı qəbul etmiĢ xalqlar, o cümlədən azərbaycanlılar arasında bəzi dağ
kəndləri sakinlərinin nəinki öz etiqadlarını, eləcə də dillərini qoruyub saxlaya
bilmə səbəbini XIV əsrin II yarısı, XV əsrin əvvəllərində yaĢayan ərəb tarixçi-
filosofu Ġbn Xəldunun fikri ilə izah etmək olar. Onun rəyincə “ərəblər dağlıq
yerlərə deyil, yalnız düzən yerlərə hücum etməyə meyllidirlər; Çünki... dağlıq
yerlərdə öz məqsədlərinə nail olmaq onlar üçün asan olmur”. ġimali və Cənubi
Azərbaycanın atəĢpərəstliyin təsir dairəsində olan, nisbi müstəqilliyini saxlamıĢ
məhz belə dağlıq yerləri, eləcə də qonĢu Deyləm, Gilan, Təbəristan və s. ərəb üsul-
idarəsinə qarĢı mübarizə meydanı oldu. Onu da qeyd edək ki, uzun müddət yerli
əhali ilə bağladıqları müqavilənin Ģərtinə görə atəĢpərəstlərdən can vergisi almaqla
kifayətlənən ərəblər, sonralar xüsusilə atəĢpərəst xürrəmilərin onlara qarĢı çıxıĢları
baĢlananda bu dinin tərəfdarlarını təqib etməyə baĢladılar. Lakin yuxarıda adlarını
çəkdiyimiz əl-Müqəddəsinin və əl-Qərnatinin məlumatlarından göründüyü kimi bu
təqib ucqar dağ kəndlərində yaĢayan atəĢpərəst əhaliyə gedib çatmadı. Əl-
Qərnatinin qeydə aldığı məlumat bu cəhətdən daha diqqətəlayiqdir: “Dərbənd
yaxınlığında böyük bir dağın ətəyində iki kənd vardır. Burada yaĢayan adamlara
zəryəqaran, yəni zireh ustaları deyilir. Onlar hərb meydanında iĢlədilən bütün
53
zirehlərdən – dəbilqə, qılınc, nizə, yay, ox, xəncər və eləcə də misdən olan baĢqa
alətlər düzəldirlər. Onların qadın, uĢaq, qız, qul və kənizləri bu sənəti hərtərəfli
öyrənirlər. Burada əkilən torpaq və bağlar yoxdur. Adamların çoxu xeyirxah və
dövlətlidir. BaĢqa yerlərdə olanlar hər tərəfdən satmaq üçün onlara müxtəlif mallar
gətirirdilər. Onların dini yoxdur və cizyə də vermirlər. Həmin adamlardan biri
öldükdə, ölən adam kiĢidirsə, onlar meyiti yerin altında yaĢayan adamlara verilir,
onlar da meyitin əzalarını doğrayır, [nəticədə] yalnız ətindən ayrılmıĢ sümüklər və
beyin qalır. Ölünün ətini yığır və qara qarğalara yedirirlər. Həmin adamlar
soyuqqanlılıqla [ölünün qoyulduğu yerə] gedib, baĢqa quĢları ölünün ətindən
yeməyə qoymurlar. Əgər ölən qadındırsa, onlar meyiti yerin altında yaĢayan
adamlara göndərirlər. Həmin adamlar onun sümüklərini ayırır, ətini quzğunlara
yedirir, onun ardınca oxlarla gedərək, ətinə yaxın düĢmək istəyən baĢqa quĢlara
mane olurlar.
Mən Dərbənddə əl-Əmir Əbu əl-Məlik ibn Əbu Bəkrə dedim: “Necə olub ki,
bu millət Ġslamı qəbul etməmiĢ və onlara cizyə və xərac verməməyə icazə verilib”.
O dedi: “Onların sehri var”.
Dərbəndin sahibi əl-Əmir Seyf əd-Din Məhəmməd ibn Xəlifə əs-Suləmi –
Allah ona rəhmət etsin... məni Allahın buyurduğu kimi xeyirxahlıqla qarĢıladıqdan
sonra belə bir söhbət etdi: Mən... türklərdən və baĢqa millətlərdən olan adamları
topladım... dağlardan olan əl-Lakz, əl-Filan və s. millətlər də bizə qoĢuldular... biz
həmin iki kəndə yollandıq. Burada onların nə bürcləri, nə qalaları var idi. [Bizi
görən kimi] onlar qapılarını bağladılar. Mən bu kəndə birinci daxil olanlardan
oldum. Bu vaxt yerin altından (yəqin ki, kahalardan – N. V.) adamlar çıxdılar.
Onların üstündə silah yox idi. Onlar dayandılar, əlləri ilə dağlara iĢarə etdilər və
mənim baĢa düĢmədiyim dildə danıĢmağa baĢladılar. Sonra [yenidən] yerin altında
yox oldular. [Bundan sonra] bizi soyuq külək və möhkəm qar tutdu. Heç bir Ģey
görmədik. Göy bizim üstümüzə qar, soyuq yağdırdı. Biz [geriyə] qayıtdıq, lakin nə
mən, nə də baĢqaları haraya getdiyimizi bilmirdik. Bizlərdən bəzisi güclü atların
zəifləmiĢ atlarla toqquĢmasından həlak oldu. Həmin [zəif at] və onu minən süvari
yıxılır, [qalan] adamlar onları ayaqlayıb keçir, onların atları və özləri ölürdülər...
Bilmirəm kim oxla mənim sol çiynimdən vurdu, [ox] qoltuğumun altından çıxdı.
Mən az qala ölmüĢdüm. Onlardan bir neçə fərsəx uzaqlaĢanadək bir təhər dözdüm.
[Nəhayət] qar, külək və soyuq ara verdi, biz qoĢunumuzdan çoxlu adam itirdik.
Mən çiynimdən oxu çıxartdım və bu [yara] nəticəsində dörd ay xəstə yatdım. Biz
həmin kəndlərdə yaĢayanlardan bir tikə çörək belə ala bilmədik, onların bir adamı
ilə döyüĢmədik. Bu isə həmin adamların yalnız sehrkarlığından ola bilərdi. Bu
adamlar ölünün sümüklərini çıxarır, sümükləri kisələrə doldururlar. Dövlətlilərin
və məĢhur adamların kisələri zərli rum ipəyindən, qul və kənizlərinki isə çit və
baĢqa bu kimi Ģeylərdən olur. [Adamlar] kisələri evdə asır, hər birinin üstündə
sahibinin adını yazırlar...”.
Dostları ilə paylaş: |