112
əl-Ġdrisinin məlumatında da özünü göstərir. Görünür burada ya Donun mənsəbi ilə
guya birləĢmiĢ Oka çayı, ya da Volqanın Dona ən çox yaxınlaĢmıĢ orta axarı
(qayıqları burada sürüyərək Volqaya və ya Dona salırdılar) nəzərdə tutulur. Yalnız
XIV – XVI əsr müəllifləri (Əbul-Fida, əl-Hərrani, əl-Brusəni) artıq qəti olaraq
Xəzər dənizinin heç bir okean və ya dənizlə birləĢmədiyini təsdiq edirlər.
Xəzər dənizinə xüsusi fəsil həsr etmiĢ X əsrin görkəmli coğrafiyaĢünas-
səyyahı əl-Ġstəxrinin əsərində biz ilk dəfə olaraq dənizin sonrakı müəlliflər
tərəfindən az qala sözbəsöz təkrar edilən fiziki-coğrafi təsvirini görürük. Elə
buradaca Xəzər sahil xətti və dənizdəki adalar barəsində daha ətraflı məlumat və
eləcə də, ən baĢlıcası, Xəzər dənizinin xəritəsi verilir. Əl-Ġstəxrinin ardıcılı Ġbn
Havqəlin eyni məlumatı təshih, düzəliĢ və əlavələrlə yenidən iĢləməsi Xəzər
dənizinin bundan yuxarıda haqqında danıĢdığımız yeni xəritəsini ortaya gətirir.
Əgər əl-Ġstəxrinin Xəzər dənizi xəritəsində qeyd etdiyi adlar daha çoxdursa, Ġbn
Havqəl bu adların xəritədə daha dəqiq yerləĢdirilməsinə nail ola bilmiĢ, Dərbəndlə
Gilan arasındakı bütün sahil xəttini, artıq qeyd etdiyimiz kimi, Azərbaycan
adlandırmıĢ, bununla Xilafət dövründə ilk dəfə əyani olaraq, vahid Azərbaycan
torpaqlarının real vəziyyətini əks edə bilmiĢdi.
Onu da qeyd edək ki, əl-Ġstəxri və Ġbn Havqəl öz sələfləri əl-Məsudidən
fərqli olaraq, Xəzərin uzunsov olmasına inad etmir, xəritələrində də əl-Məsudidən
bir əsr əvvəl yaĢamıĢ Ġbn Xordadbehdə olduğu kimi bu dənizin dairəvi Ģəklini
çəkir, onun sahil xəttinin uzunluğu haqqında dumanlı fikir yürüdürlər. XI əsrdə
yaĢamıĢ əl-Ġdrisi isə Xəzər dənizinin sahil xəttinin bir hissəsinin (Abaskun
Ģəhərindən Xəzərlərin ölkəsinədək) həmin müəlliflər tərəfindən qeyd olunmuĢ
uzunluğu haqqında yazır: “Abaskundan xəzərlərin ölkəsinədək 900 mildir (təqr.
1800 km), bu isə dənizin uzunluğudur”.
Beləliklə, əl-Ġstəxrinin və Ġbn Havqəlin Xəzər dənizinin ölçüləri haqqında
verdikləri məlumat onlardan əvvəl və sonra da bu barədə yazanlarda olduğu kimi
təqribi idi. Hətta Xəzər sahilində uzun müddət yaĢamıĢ, bu yerləri, necə deyərlər,
eninə, uzununa ölçmüĢ XII əsrin məĢhur səyyahı əl-Qərnati də Xəzəri kiçik dəniz
hesab edir, onun cəmi 300 (təqr. 1800 km) fərsəx uzunluğunda olan (o, hətta səhv
etməkdən də qorxur: “ya da buna yaxın” deyir) sahil xəttindən danıĢır (əslində isə
xəzərin sahil xəttinin uzunluğu 6380 km-dir). Ərəb coğrafiyaĢünaslarının Xəzər
dənizinin Ģəkli və ölçüləri haqqında belə ziddiyyətli fikirləri özünə qədər yazılan
bütün məlumatları ümumiləĢdirən Yaqut əl-Həməvini Ģübhəyə salır, o, Xəzərin
yuxarıdakı mətndən gördüyümüz kimi, heç bir baĢqa dənizlə birləĢmədiyini, “geniĢ
və çox böyük olduğunu” göstərməklə yanaĢı, onun 1500 fərsəxlik çevrəsi haqqında
məlumat verdikdən sonra Ģübhə ilə “Allah bilir” ifadəsini əlavə edir.
Qəribə də olsa, Xəzər dənizinin Qərbdən ġərqə doğru uzunluğu haqda (ən
enli yeri 554 km-dir) az-çox həqiqətə uyğun ölçü X əsrin II yarısında yaĢamıĢ və
öz qısa, kompilyativ qeydilə nə öz müasirlərinin və xələflərinin, nə də
tədqiqatçıların nəzərini cəlb etməyən əl-Mütəhhər əl-Məqdisi olub. Onun
113
məlumatına görə “Xəzər dənizinin Ģərqdən qərbə uzunluğu 300 mildir” (yəni təqr.
600 km). Ondan sonra yazan ərəb müəlliflərinin heç biri Xəzərin ölçülərini
müəyyənləĢdirə bilməmiĢ, onun gah “kiçik”, gah “çox kiçik”, gah da “böyük, çox
böyük, geniĢ” adlandırmıĢlar. Görünür, məhz belə dolaĢıqlıq XIV əsr müəllifi
ġəmsəddin əl-DəməĢqinin əsasən kompilyativ xarakterli məlumatında Xəzərin
sadəcə olaraq böyük olduğu qeyd olunur, onun ölçülərinin üstündən isə keçilir.
Bütün bunlar göstərir ki, əsasən IX – X əsr alimlərinin əsərlərindən istifadə
edən sonrakı müəlliflər də bəzi hallarda Ptolemeyin təsirini saxlayan ənənəvi
xəttindən dönmürdülər. Çox vaxt, onlar hətta hər hansı məlumatın öz dövrlərinə
deyil, məsələn X əsrə aid olduğunu da bildirmirdilər. Məlumatını təqdim etdiyimiz
Yaqut kimi əsərindən istifadə etdiyi müəllifin adını yazmağı vacib bilən
coğrafiyaĢünaslar xüsusilə sonrakı dövrlərdə yox dərəcəsində idi. Məsələn, XIII
əsrin sonu, XIV əsrin əvvəllərində yaĢamıĢ Zəgəriyə əl-Qəzvininin Xəzər dənizi
haqqında məlumatını oxuyan nabələd oxucu, verilən təsvirin öz dövrünə aid
olduğunu, uzaq dənizin sahillərində əslində çoxdan mövcud olmayan Xəzər
dövlətinin hələ də yaĢadığını fikirləĢəcək, XV əsrin oxucusu isə müasiri Ġbn əl-
Vardinin məlumatına əsasən beĢ yüz il bundan əvvələ aid olan materialı bugünkü
xəbər kimi qəbul edəcək, Xəzər dənizi ilə Qara dəniz arasında yeraltı əlaqə
olduğuna inanacaqdır.
Xəzər dənizi haqqında nisbətən yeni və daha maraqlı məlumat Əndəlusdan
olan Əbu Həmid əl-Qərnatinin baĢqalarından fərqli olaraq, əsasən uzun səyahətlər
ərzində öz gördüklərinə və eĢitdiklərinə əsasən topladıqlarıdır. Əl-Qərnatinin
Xəzər dənizinin adaları haqqında həqiqətin fantastikaya qarıĢdığı təsvirləri böyük
maraq doğurur. Əgər cinlərlə məskunlaĢmıĢ adamsız ada haqqında olan məlumat
Ģübhə doğursa, ilanlı ada haqqında məlumatı həqiqətə uyğundur. Ġndi də Bakı
arxipelaqının bəzi adaları vəhĢi quĢ və ilanlarla doludur. Qarasu adasında, indi də
metr yarım-iki metr uzunluğunda, lakin əl-Qərnatinin dediyi kimi nə adamlara, nə
də quĢlara zərər yetirməyən zəhərsiz ilanlar yaĢayırlar.
Hələ antik yunan müəlliflərinin əsərlərində xatırlanan belə qeyri-məskun
adalar haqqında ərəb mənbələri də xəbər verir, bu adaların sayının bəzən iki, bəzən
dörd olduğunu qeyd edirlər. Kiçik adsız adalardan baĢqa ərəb mənbələrində adı
məlum olan bu adalardan da bəhs edilir: Siyakuh – gümanla ManqıĢlaqla
eyniləĢdirilir; əl-Fuvva (Boyana) – mənbələrə görə Kür çayının mənsəbi ilə üzbəüz
idi; Səhilai (ġahilan?); əl-Bab – Dərbənd yaxınlığında idi, gümanla Çeçen adası
olduğu zənn edilir; Rusiya və əl-Qənəm (Qoyunlar) adaları görünür, dənizin Ģimal
hissəsində yerləĢirdi. Bunlardan baĢqa AbĢeron arxipelaqındakı bir neçə qeyri-
məskun ada (əl-Burkan – Vulkan, əl-Həyyat – Ġlanlar və s.) haqqında da xəbər
verilir. Orta əsr ərəb coğrafiyaĢünas-səyyahlarının maraqlı məlumatından geniĢ
istifadə edən XIV əsr Ġran alimi Həmdullah Qəzvini bu dənizin iki yüz adası
olduğunu bildirir, onlardan ən böyüyünün – Abaskunun adını çəkir (gümanla
müasir Çeleken adası ilə eyniləĢdirmək olar). Ərəb mənbələrindən artıq bizə tanıĢ
Dostları ilə paylaş: |