34
yazmışlar...” Deməli, sərbəst şeir yaradıcılığını yalnız
Modernizm ilə bağlayaraq, onu XIX-XX əsrlərdə meydana
çıxmış və sovet ədəbiyyatşünaslığında “burjua mədəni
təmayülü” kimi qiymətləndirilmiş estetik cərəyanlara:
futurizm, sürrealizm, impressionizm, fovizm, kubizm,
abstraksionizm, dadaizm, avanqardizmə və sair “izmlərə”
aid etmək ən azından gülüş doğurur. O da doğrudur ki,
modernizmin inkişafında azad şeirin bir çox dahi ustadları
bəşəriyyətə öz xidmətlərini göstərmişlər. Bunlardan Uolt
Uitmen (1819-1892) “Ot yarpaqları”kitabı ilə, Şarl Bodler
(1821-1867) “Şər yarpaqları” ilə, A.Rembo (1854-1891)
“Aydınlanma” ilə, Nazim Hikmət (1902-1963) “Günəşi
içənlərin türküsü” ilə, Andrey Belıy (1880-1934)
“Peterburq”-u ilə, Rəsul Rza (1910-1981) “Rənglər ”silsiləsi
və “Nəsimi”poeması ilə, Osip Mandelştam (1891-1938)
“Daş”şeirlər kitabı ilə, Rayner Mariya Rilke (1875-1926),
Emil Verxarn (1855-1916), İosif Brodski (1940-1996), Vaqif
Səmədoğlu (1939-2015) və başqaları da azadfikirlilik
poeziyası sayılan ölməz əsərləri ilə daim yad ediləcək,
xatırlanacaqlar... Amma onlara modernist demək bu
dahilərin heç də hər hansı təməl və əsaslardan, poetik
ənənələrdən tamamilə məhrum olduğu mənasına gəlmir.
Milli əruzşünaslığımızın banisi , keçmiş Universitet
müəllimim dr. Əkrəm Cəfər“Əruzun nəzəri əsasları və
Azərbaycan əruzu”(“Elm” nəşr., Bakı-1977) fundemental
tədqiqat əsərində dünya ədəbiyyatında “şeir vəznlərinin
35
müxtəlif növlərini” sadalayaraq: “antik vəzn, tonik vəzn,
sillabik vəzn, sillabik-tonik vəzn, əruz vəzni”(səh: 23)
adlarını çəkmişdir. Göründüyü kimi, əziz müəllimim bu
sıraya “azad şeir”(verlibr/ özgür şeir, sərbəst şeir və s.)
adını daxil etməməşdir. Məni əruzşünaslıq üzrə Universitet
müəllimi hazırlamaq və görmək istəyən, bunun üçün də
xeyli dilə tutub, “sərbəst şeir” poetikasından ayırmaq
istəyən əziz həmyerlim, hörmətli müəllimim, professor
Əkrəm Cəfərin arzusu xilafına gedərək, Azad şeirin
poetikasını işləyib hazırlamaq üçün öz ömrümün böyük
hissəsini sərf etmişəm... Həyatım siyasi, kitabım isə fiziki
yanğınlar içindən keçib gəlmişik:
Mən bir əlyazmasıyam,
yaddırın məni.
Yanıb oda dönərəm,
amma heç vaxt
K Ü L O L M A R A M!..
Əkrəm Cəfərə görə, dillər ritm baxımından heca
keyfiyyəti üzrə iki qrupa bölünür: “Birinci qrup dillərdə
hecaların güclü-zəifliyi onların vurğulu və vurğusuzluğu ilə
qeyd olunur. Vurğulu hecalar güclü, vurğusuzlar zəif sayılır.
İkinci qrup dillərdə hecaların güclü-zəifliyi onların uzun və
qısa olması ilə qeyd olunur. Rus, alman, ingilis dillərində
hecaların gücü onların vurğulu-vurğusuzluğu ilə, yunan,
latın, ərəb, fars, türk dillərində isə hecaların gücü onların
36
uzun-qısalılığı ilə ölçülür.” (Gəstə kitab, səh: 23). Hörmətli
professor bundan belə bir nəticə çıxarır ki, “əruz ilə rus və
Qərb şeirinin vəzn ölçüləri eyni keyfiyyət daşımır.”(səh: 23).
Əsərin yekun hissəsində Əkrəm müəllim fikrini
qətiləşdirərək yazır: “Vəzn terminini biz ümumiyyətlə, əruz
vəzni, heca vəzni, antik vəzn mənasında işlədirik.” (Səh:
395). Professor beləliklə azad şeiri metrik poeziya kimi
rədd edir.
Dahi Əruzşünas alimimiz Əruz poetikasının ilk fəslində
anti-azad şeir cəbhəsində durduğunu açıq bəyan edərək
“Şeir nədir” bölümündə yazır: “Son dövrdə şərqşünaslıq
sahəsində bir cərəyan baş vermişdir. Bu cərəyan Şərqdə və
Qərbdə “Azad şeir” adı ilə qanuniləşməyə doğru hərəkət
edir. Ayrıca bir tədqiqat mövzusu olan bu məsələdən biz
burada qısaca bəhs edəcəyik.”(Səh: 14). Azad şeir
haqqında yzılmış və deyilmiş bütün “mənfi rəyləri” bir
araya gətirən Əkrəm Cəfər, nəhayət, bu nəticəyə
gəlir:“Azad”, yəni vəznsiz, qafiyəsiz şeirləri nəzərə alaraq:
şeir
nədir? -
sualına
müəyyən
cavab
vermək
çətindir...”(səh: 16). Odur ki, Azad şeir poetikasının işlənib
hazırlanması möhtərəm əruzşünasımız Əkrəm Cəfərin və
digər apponentlərimizin Azad şeir sahəsində qarşılaşdıqları
“Şeir nədir?”sualına tapa bilmədikləri ilk “cavab”olacaqdır.
Burada rus verlibrinin ustadı Vladimir Buriçin(1932-1994 )
“Nəsr. Udeteronlar. Şeirlər”kitabından məna qatı öz
37
sətrləri altında yatmış şeirlərindən bir nümunə gətirmək
istəyirəm:
Хочуболи
хочу резкой непроходящей боли
боли правды
боли жизни
хочу плакать большими цветными
слезами
приводя публику в восхищенье
Azəri türkcəsi ilə:
Ağrı istəyirəm
kəskin ötüşməz bir ağrı
həqiqət ağrısı
həyat ağrısı istəyirəm
kütləni heyran etmək üçün
böyük rəngli göz yaşlarilə
ağlamaq istəyirəm
Yeri gəlmişkən, müasir rus verlibrinin atası sayılan
Vladimir Buriç (1932-1994 ) “Aksent ritminin tipologiyası”
barədə bunu yazırdı: “İnsan dili müxtəlif sistemlərdən
ibarətdir: fonetik tərkib, qramatik tərkib, leksik tərkib.
Dostları ilə paylaş: |