187
M.K.Xamrayevin “Türk şeir sənətinin əsasları”,
X.Koroğlunun “Qorqud nəğmələri”və d. bu kimi
qiymətli elmi əsərlərdə əski və yeni türk şeir
praktikasının əsasında Azad şeir poetikasının bir sıra
çox mühüm problemləri dərindən araşdırılmış və
düzgün elmi nəticələr əldə edilmişdir.
Əruzşünas
Ə.Cəfərin
simasında
Azərbaycan
ədəbiyyatşünaslığında Azad şeirin barışmaz bir
düşməninin meydana çıxması, əlbəttə, mənim üçün
hərmətli professorun öz tələbəsi olaraq, ağır təəssüf
hissi doğurur. Məncə, milli əruzumuza da, milli
hecamıza da, milli verlibrimizə də öz milli irsimiz kimi
eyni ehtiramla yanaşmalıyıq. Ən doğru və ədalətli
olanı məhz budur. Təəssüf etməyə bilmərəm ki, Sovet
dövrü Azərbaycan ədəbiyyatşünaslarının böyük
əksəriyyəti antiverlibr baxışların daşıyıcıları idilər. Bu
həm dərsliklərdə, həm elmi-ictimai konfranslarda,
həm də KİV-lərdə diqqəti çəkən neqativ bir hal idi.
Ə.Cəfər həmin antiverlibr hərakatının öndərlərindən
biri olaraq, açıq şəkildə Azad şeirə qarşı savaş açmışdı.
Bu da həqiqət naminə hörmətli müəllimimiz önündə
bir sıra mənəvi öhdəliklərimizdən geri çəkilməyə bizi
vadar etmişdir. Professor Ə.Cəfər yazır: “Azad şeir”
məsələsinə keçək... “Azad” sözünün mənasından
anlaşıldığı kimi, şair özünü vəzn və qafiyə ilə bağlamaq
istəmir. Bunun nəticəsində o, bəşəriyyətin ən qədim
188
zamanlardan bəri mövcud olan vəznli (antik, sillabik,
tonik, sillabik-tonik, əruz-N.F.) və qafiyəli şeir sənətini
bir növ rədd edir. Bu cərayan ədəbiyyatda və o
cümlədən şeirşünaslıq sahəsində müsbət hadisə
hesab edilə bilməz.”(Ə.Cəfər. Göst. əsər. Səh.: 15).
Hörmətli professorun yanaşması ilə, deyək ki, gənc
şair Qulu Ağsəsin aşağıdakı poetik düşüncələri şeir
deyil:
Yarpağın üstündə
damlaya-
işığı düşür damlara.
Qapıda elan:
“Giriş qıfıldan...”
Sev illərlə,
unut qəfildən.
Kişi- istedadlı,
Qadın- isti, dadlı,
ya da əksinə:
həyatdı!
Bazardı, bazar
həftənin günləri
Satışda
saat əqrəbinin zəhəri.
...Darıxma, gəlirəm sabahla
İki güllə,
Bir silahla...
(Şeir vaxtı. Poeziya almanaxı.; Qulu Ağsəs. “Təhsil”.
189
Bakı-2013.səh: 73 ).
Bu şeirdə 18 misra var. Cəmi üç yerdə qafiyələnmə
nəzərə çarpır: “qıfıldan-qəfildən”, “günləri-zəhəri”,
“sabahla-silahla.” Lakin bunlardan da ilk cütlükdə “qıfıl
və qəfil” sözlərində ənənəvi qfiyəyə uyğunluq yoxdur.
Şeirin sillabizmindən hüç danışmağa dəyməz. Amma
bununla belə buradakı lirik ovqatın poeziyadan kənar
bir şey olduğunu iddia etmək açıq qərəzkarlıqdır.
Əkrəm Cəfərin vəznlərarası qaşılıqlı əlaqələr, vəzn
yaradıcılığının tarixi mərhələşdirilməsi və s.
məsələlərdə də kəskin antiverlibr mövqeyi nəzərləri
özünə çəkir. O yazır: “ Antik vəzn heca vəzninə
nisbətən yüksək mərhələdə durur... Modellər antik
vəzn ilə yazılan şeirdə xoş ritm yaradır. Bu ritm şeirin
vəzninə musiqi keyfiyyəti verir... Əruz isə antik vəznə
nisbətən sonrakı təkamül mərhələsinin icadıdır. O
daha dəqiq və daha mütəşəkkildir, formaca daha
rəmgarəng, ritmcə daha zəngindir. Əruzun təfilələri
antik vəznin modellərindən kəmiyyətcə artıq,
keyfiyyətcə üstündür.”(Göst. əsər. Səh.: 52). Əvvəla,
burada alim özü özünü inkara yol verib. Belə ki, o,
dillərin fərqli heca keyfiyyətlərindən danışarkən, hər
vəznin müəyyən dilə tətbiqində bu zəruri amilin
nəzərdə tutulmasını vacib bilmişdir. Deməli, əgər heca
gücü vurğulu-vurğusuzluğu ilə müəyyənləşən dillər
(rus, alman, ingilis və s.) ilə heca gücü onların uzun-
190
qısalılığı ilə müəyyənləşən dillər (ərəb, fars, yunan,
türk və s.) arasında hər hansı konkret poetik
metrikanın tətbiqində reallıqdan irəli gələn zəruri
fərqlər varsa, onda bu vəznlərin birini o birində
“yüksək-alçaq”və ya “keyfiyyətli-keyfiyyətsiz” elan
etmək tamamilə qeyri-elmi mülahizədir. Bu olsa-olsa
dillərarası milli-irqi ayrı-seçkiliyə yol aça bilər, müasir
faşizmin
saxta
hind-avropaçılıq
irqi
üstünlük
nəzəriyyəsinə Dil faktorunu da artırmış olar. İkinci
tərəfdən, bir vəznin musiqiliyinin az-çoxluğundan
söhbət gedirsə, burada musiqilərin də fərqli milli
keyfiyyət
və
ahəng
sistemlərində
olması
unudulmamalıdır. Qədim Türk ozanı öz Qopuzunda
oxuduğu Dədə Qorqud nəğmələrini əski türk şeirinin
ritmik tələbləri içində oxuyarkən, özünü heç bir xalqın
musiqi səviyyəsindən aşağı durmuş ifaçı zənn
etməmişdir. Bu indiki dövrdə öz nəğməsini oxuyan
Yakutun (Sakanın) da mədəniyyətinə şamil edilən
mülahizədir. Həm musiqinin, həm də şeir vəzninin
ritmik xüsusiyyətlərindən danışarkən, hər bir xalqın,
yaxud superetnik mədəniyyətin öz xüsusi ritmometrik
vəziyyətindən çıxış etmək lazımdır. Bu gün Türkiyənin
aparıcı musiqi elitasının ifasında ən çox səslənən şeir
mətnləri türk verlibrinin lirik nümunələrindən
ibarətdir...
Dostları ilə paylaş: |