171
Bakı-2017, səh.: 147)
Əmir Pəhləvanın “Rəsul Rza”adlı özgür şeirindəki ritmik
təkrarlar onun azad şeirin poetikasına vaqif olduğunu
aydın göstərir. Burada bədii fikrin ritmikası həm fonik, həm
sintaktik, həm də konstruktiv sistemlərdə şeirin texnikası ilə
yüksək ustalıqla uzlaşdırılmışdır. Əminəm ki, Ə.Pəhləvan
hər ikimizin Universitet müəllimimiz olmuş görkəmli
türkoloq-alim Kamil Vəli Nərimanoğlunun “Azərbaycan
dilinin poetik sintaksisi” əsərini diqqətlə oxuyub öyrənmiş
və şeirdə tətbiq etmişdir.
Nəsirdə (həm də nəzmdə) roman ən qədim
janrlardan biridir. Roman janrında məzmunca
müxtəliflik həmişə olub: eşq mövzuları, müxtəlif
macəralar- cəngavərlik, səyahət, avantüra, maarifçi,
intibah, sentimental, tənqidi realist , bioqrafik və s.
Müasir dövrdə bu mənzərə daha da zənginləşib. Lakin
bu heç kəsə haqq vermir ki, yazıçıya nəyi necə və hansı
mövzuda yazmaq barədə dərs versin. Belə naqis şeylər
20-30-cu və 60-80-ci illərin ədəbiyyatşünaslığında
geniş yayılmış “xəstəliklərdən” biri idi. Bu cür halların
ilk
yayıldığı
dönəmlərdə
görkəmli
sovet
ədəbiyyatşünaslarında professor M.Rəfilinin o dövr
üçün çox aktual səslənən “Sərbəst şeir haqqında ilk
söz” məqaləsi dərc edildi. Tənqidçi yazırdı: “Biz yeni,
böyük beynəlmiləl bir ədəbiyyat yolunda mücadiləyə
başlamışıq. Biz üzümüzü Füzulilərə, Nəsimilərə,
Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə doğru
172
deyil, Verxarnlara, Uitmenlərə, Jül Ronerlərə,
Mayakovskilərə və bütün dünya klassiklərinə doğru
çeviririk
.”(M.Rəfili: Gülən adam. Göst. Məqalə, Maarif işçisi.
Bakı-1929. № 1. Səh: 75-76).
M.Rəfili öz səhvini sonradan
dərk etdi, rədd etdiyi adıçəkilən klassiklərdən biri
haqqında- M.F.Axundov barədə hələ heç kimsənin
indiyəcən yaza bilmədiyi gözəl bir tədqiqat əsərini –
monoqrafiyanı yazdı.
Görkəmli ədəbiyyatşünas, müəllimim professor
Əkbər Ağayev Azərbaycan şeirinin 20-70-ci illərini
əhatə edən “Azərbaycan sovet poeziyası” adlı
monoqrafiyasında Azad şeirin yeni dövrünü
səciyyələndirərkən yazırdı: “Nə Mikayıl Rəfili, nə Rəsul
Rza, nə Süleyman Rüstəm, nə Səməd Vurğun, nə də
başqaları 20-ci illərdə və ya 30-cu illərdə sərbəst şeir
yazarkən
bu
formanın
poeziyamızın
qədim
təcrübəsindəki müəyyən elementlərlə səsləşdiyini,
yəni sərbəstliyin həm vəzndə, həm də şeir dilinin
sintaksis quruluşu və poetik şəklində vaxtı ilə Qədim
Türkdilli şeirdə təzahür etmiş olduğunu, onun
qalıqlarının və izlərinin “Dədə Qorqud”dan başlayaraq
həm yazılı, həm də şifahi xalq şeirində (məsələn, atalar
sözləri, yanıltmaclar, bəzi xalq mahnıları və sairədə-
N.F.) uzun müddət nəzərə gətirməmişlər, bu yeni
meylin milli poeziyada hər hansı bir şəkildə kökü olub
173
olmadığı ilə məşğul olmamışlar
.”(Göst.əsər. Azərbaycan
jurnalı, Bakı-1974. № 3. Səh.: 186
).
Ədəbiyyatşünasların öz arasında da bu dövrdən
etibarən gələcək “nəsillərə” yadigar qalan bir xəstəlik
geniş yayılmışdı. Onların əksəriyyəti ciddi-cəhdlə şeir
vəznləri
arasında
doğmalıq-yadlıq
yaratmağa
çalışırdılar. Bu mənada, guya Əruz vəzni və Azad şeir
dilimizə yad, Heca vəzni isə doğma milli vəznimiz idi.
Bu vulqar yanaşma ədəbiyyatın inkişafına vurulmuş
ağır zərbələrdən biri oldu. Məhz bu səbəbdən
Azərbaycan klassik şeirinin XXI əsrə uzanan minillik
yolu müəyyən zaman intervallarında ağır kəsintilərə
məruz qaldı. Əliağa Vahid kimi klassik şairin
ədəbiyyatımızdakı böyük yeri onun Hitler, faşizm və
mollalar əleyhinə yazdığı həcvlərdən ibarət hesab
edildi.
Vahidin
klassik
şeir
yaradıcılığı
ədəbiyyatşünaslıqda öz elmi dəyərini heç vaxt
layiqincə almadı...
“Xalq şeiri forması” kimi yalnız sillabik şeiri (heca
vəznini) nəzərdə tutanların vulqar baxışları hən Əruzu
, həm də Əski Türk verlibrini bilməməklərindən irəli
gəlirdi.
Xalq
dastanlarındakı
ustadnamələrin,
müxəmməs və müstəzadların böyük əksəriyyəti Şifahi
Xalq ədəbiyyatının bir qolu sayılan Aşıq ədəbiyyatında
milli Əruz vəznli şeirimizin bədii parçaları deyilmi?!
“Kitabi-Dədə Qorqud” eposunun, demək olar ki, bütün
174
poetik parçaları
əsasən Azad şeirin klassik
örnəkləridir... Bunları xalqa yad vəznlər kimi necə
qəbul etmək olar?!.
Vəzn yaradıcılığını ədəbiyyat nəzəriyyəsindən bəlli
olan ayrı-ayrı dühaların müxtəlif Poetika kitabları ilə
qarışdırmaq olmaz. Nəzəri poetikanın ilk sanballı
örnəyi yunan filosofu Aristotelin (Ərəstunun-e.ə. 384-
322) adı ilə bağlıdır. Ərəstunun “Poetika”sından sonra
ədəbiyyatda kanonizasiya xarakterli daha neçə-neçə
poetikalar zühur etmişdir. Məsələn, Qədim Romada
Horatsinin (e.ə. 65-8-ci illər) “Pizonlara məktub” kimi
daha çox məşhur olan “Poeziya sənəti” taktatı, XV-XVI
əsrlərin coğrafi kəşflərindən ilhamlanmış Qərb
dünyasında İntibah ədəbiyyatını kanonlaşdıran C.
Trissino, T.Tasso, L.Kastelvetronun poetika təlimatları,
Skaligerin “Poetika”sı, nəhayət, N.Bualonun (1636-
1711)“Poeziya sənəti” əsəri və s. hələ bu fəaliyyətin
nöqtəsi olmadı. XVIII əsrin Maarifçilik hərəkatından III
min
illiyin
çağdaş
postmodernizminə
qədər
ədəbiyyata nəzəri baxışlar yenilənməkdə davam etmiş
və etməkdə davam edir. Lakin ədəbiyyatda poetik
vəznlərin ümumi sayı məhduddur. Azərbaycan
şeirində onun sayı üçdür: əruz, heca, azad şeir
(verlibr). Ümumi poetika kitablarında isə bu say bir
qədər fərqlidir. Dünya ədəbiyyatı tarixində ümumi
şəkildə aşağıdakı şeir vəznləri tanınır: antik, tonik
Dostları ilə paylaş: |