167
istərdim: poman janrının həm klassisizm, həm
sentimentalizm, həm romantizm, həm tənqidi realizm,
həm də sovet ədəbiyyatşünasının mövüeyini ifadə
etdiyi sosialist realizmi ədəbi məktəblərində yüksək
bədii səviyyəsyə malik nümunələri vardır. Əsərin
ideoloji-estetik tərəfi onun forma deyil, məzmun
məsələsidir. Bu problemi Azad şeir sisteminin forma
mübahisələrinə şamil edərək, bundan xüsusi nəticə
çıxarmaq fərqli anlayışları bir-birinə qatışdırmaqdır.
Odur ki, 20-30- cu və ondan sonrakı illərdə “sərbəst
şeir”in forma mübahisısini “vəzn və qafiyə”
hadisəsindən ayırıb, daha çox “dünyagörüşü”nə və
ideologiyaya bağlamaq, əlbəttə, Şamil Salmanovun da
düzgün bir elmi mövqedə durmadığını aydın göstərir.
Müəmmalı olan bu mövqe alimə imkan vermir ki,
verlibrin Əski Türk şeir sistemi olmağını, bu şeirdəki
“ənənə və novatorluğu” məhz ideoloji deyil, metrik
müstəvidə izah etməyə çalışsın. Ədəbiyyatın istənilən
növündə, o cümlədən şeirin istənilən vəznində
istənilən məzmunda əsər yaratmaq mümkündür.
Buna əyani misal olaraq, Azərbaycan Yazıçılar Birliyinin
üzvü, 2007-ci ildə “Rəsul Rza”ədəbi mükafatçısı İlqar
Fəhminin sosial şəbəkədə paylaşdığı “Sarı yarpaqlar”
rədifli qəzəlindən bəzi beytlərə baxaq:
Budaqlardan yerə gəlmiş qonaqlar, sarı yarpaqlar,
Qonaq? Yox, yox yetim qalmış uşaqlar, sarı yarpaqlar.
168
... Elə bil tapdalanmış haqqıdır məzlumların yerdə
Bu az ömürdə çox görmüş ayaqlar, sarı yarpaqlar.
Əlbəttə, burada ənənvi aşiqanə Qəzəl məzmunu
yoxdur. Lakin vəzn baxımndan, Azərbaycan milli
əruzunun Həzəc bəhrinin (dördbölümlü bütöv) Birinci
növü vardır:
Məf*Aİlün Məf*Aİlün Məf*Aİlün Məf*Ailün/
İlqar Fəhminin əruz yaradıcılığında islahatçı meyllər
az deyil. Məsələn, başa bir nümunəyə diqqət yetirək:
Dünya qəmini, vaxt ola, çiynimdən atardım,
Getsəydi, bu dünyanı beş-on şeirə satardım,
dünyanı beş-on şeirə satardım
və yatardım.
...Son dəfə mənimçün gözünün yaşı axardı,
Göz yaşını son dəfə öpüşlərlə silərdim,
Son dəfə öpüşlərlə silərdim
və ölərdim.
(Sabir poeziya günləri. 150 şeir. Poeziya almanaxı.
Təhsil. Bakı-2012. Səh:162.
Buradakı “yenilik” ünsürləri əruzun müstəzad
həzəcinin ayaqlarını xatırladır. Lakin şeirdəki sərbəstlik
cəhdləri onun metrik kanonları içindədir. Deməli, bu
“cəhdlər” bizə yalnız o haqqı qazandırır ki, İlqar
Fəhminin bu yeniliklərinə də sərbəst əruzun
prizmasından yanaşaq. Lakin söhbət metrik-ritmik
kanonizasiyadan gedirsə, onda etiraf etməliyəm ki, bu
169
şeirdə vəzn baxımından hər şey əla vəziyyətdə öz
yerindədir. Bu şeir mənə “Ləbu-ləbu-ləb” xalq
mahnısını xatırladır. Həmin mahnı öz şeir mətninin
ritmikasına görə Rəməl vəznindədir:
Bu gecə a/ yə baxıb, yar,/ səni yad ey/ləmişəm
Ləbu ləbu/ ləbu ləbu/ ləbu ləbu/ ləbu ləb
(fAilAtün / fAilAtün/ fAilAtün, fAilun)
Lakin burada ənənəvi Əruz üzrə Qəzəl janrının tərtibi
yoxdur. Deməli, mahnı mətni azad əruz tipinə
uyğunlaşdırılmışdır.
Poeziyada təkrarların (epiforaların) ritmik xarakteri
güniş öyrənilmiş mövzulardan biridir. Lakin bu
ünsürlərin leksik, fonetik, sintaktik, konstruktiv növləri
ayrı-ayrı şeir vəznləri üzrə əsaslı araşdırılmamışdır.
Əruz vəzni üçün əruz qəliblərinin işlənmə kəmiyyəti və
keyfiyyəti Ə.Cəfərin tədqiqatlarında geniş yer tutur.
Təssüf ki, bu araşdırmalar Ə.Cəfərlə nöqtələnmişdir.
Nə orta məktəb, nə də ali məktəblərin Ədəbiyyat
dərsliklərində
klassik
şeirin
forma-vəzn
xüsusiyyətlərinə diqqət yetirilir. Halbuki Rəməl ritmi
ilə Həzəc ritmikalı şeirin məzmunu eyni ola bilməz.
Bunlar onların muğamla ifasında da nəzərə alınmalıdır.
Bu
cəhətlər
Üzeyir
Hacıbəyovun
musiqi
tədqiqatlarında geniş araşdırılmışdır. Bu məsələyə
sonra qayıdacağıq.
170
Eyni mənada Azad şeirin də poetikası üçün müxtəlif
çeşidli ritmik təkrarlanmalar mühüm bədii-konstriktiv
əhəmiyyət kəsb edir. Müasir Azərbaycan şeirinin ünlü
simalarından sayılan Əmir Pəhləvanın bu günlərdə işıq
üzü görmüş son kitabında “Rəsul Rza” özgür şeiri
dediklərimizə əyani misaldır:
Dünyada yenilik həmişə olmur,
İnsanda da həmçinin.
Amma
Rəsul Rza adlı həmişəbhar
bir şairi vardı Bakının.
Həmişə yeniydi,
gənc idi...
Dünyada yenilik həmişə olmur,
Şeirdə də həmçinin.
Amma
Rəsul Rza adlı şair vardı,
“İndi də var” (Əli Kərim demiş)!
Yeniliyin şairi idi.
Nə qədər li Rəsul Rza vardır--
yenilik həmişə olacaq:
dünyada da,
insanda da,
şeirdə də.
(Əmir Pəhləvan. “Rəsul Rza” şeiri. Qanun nəşriyyatı,
Dostları ilə paylaş: |