163
ömrümüze.
Su başında durmuşuz,
Öncə kedi gidecek kaybolacak suda sureti.
Sonra ben gidecegim kaybolacak suda
suretim.
Sonra çinar gidecek kaybolacak suda sureti.
Sonra su gidecek geneş kalacak, sonra o da
gidecek.
Su başında durmuşuz,
çinar, ben, kedi, güneş, bir de ömrümüz.
Su serin, çinar ulu, ben şiir yazıyorum, kedi
uyukluyor,
güneş sıcak, çok şükür yaşıyoruz.
Suyun şavkı vuruyor bize,
Çinara, bana, kediye, güneşe, bir de
ömrümüze...
Bu şeirin poetik sisteminin tam-tamına “Kitabi-
Dədə Qorqud” verlibrinin metrik və ritmik
xüsusiyyətlərini daşıdığı göz qabağındadır. Şeirin
bütün misraları, demək olar, “s” səsi ilə başlayır. Şeirin
bütün ritmi sintaktik paralelizmlər üzərində qurulub.
“Kitabi-Dədə Qorqud”un “Dirsə xan oğlu Buğac
boyu”ndan yuxarıda gətirdiyimiz kiçik şeir parçasında
164
da eyni ritm texnikasi və metrik kanonlar tətbiq
edilmişdir.
Boynu uzun bədəvi atlar gedərsə, sənin
gedər,
Bənim də içində binədim var,
Qomağım yoq qırq namərdə!
Qaytabanda qızıl dəvə sənin gedər,
Mənim də içində yüklətim var,
Qomağım yoq qırq namərdə!..
...........
Bu folklor şeirinin 19 misralıq verlibr bəndində 6 dəfə
“Qomağım yoq qırq namərdə!” ifadəsi təkrir kimi
təkrarlanmışdır. Nazim Hikmət də “Nağıllar nağılı”nda
eyni ifadə və leksik vahidləri dəfələrlə təkrarlayaraq,
şeirin ekspressiv ifadə gücünü olduqca artıra bilmişdir.
Hər iki azad şeir nümunəsinin əsas ritmik ahəng
vasitəsi ritmik-sintaktik paralelizmlərdir.“Kitabi-Dədə
Qorqud” verlibrinin metrik və ritmik xüsusiyyətləri
bizdən əvvəl hörmətli türkoloqlar: akademik
V.M.Jurminski və filologiya elmləri doktoru, professor
Kamil Vəli Nərimanoğlu tərəfindən ətraflı tədqiq
edildiyindən, burada geniş tekstoloji ritmometrik
analiz aparmağa lüzum görmürəm.
Ötən əsrin 20-30- cu illərində vulqar marksist-leninçi
ideologiyadan
çıxış
edən
əksər
sovet
165
ədəbiyyatşünasları Velibr şeirinə qiymət verərkən,
klassik şeirə qarşı Ümumittifaq səviyyəsində hücum
kompaniyası aparırdılar. Onlar “yeni şeir” kimi qələmə
verdikləri verlibr sənətini onun bütün tarixi
köklərindən də qırıb atmaq yolunu tutmuşdular. Bu
hal Azərbaycan ədəbiyyatşünaslığında da xüsusi vüsət
almışdı. “Şeirimizin və şüurumuzun xəstəlikləri
haqqında”, Ədəbiyyatda rekonstruksiya”, “Əskini
yıxan, yenini quran şair”,“Formalizm və naturalizm
əleyhinə” və s. məqalələrlə çıxış edənlər bu
fəaliyyətləri ilə Azad şeirin qədim Türk şeirindəki yerini
də dolayısı ilə rədd edirdilər. Bu hərəkat Qırmızı
ideologiyanın antitürk proqram fəaliyyətinin əsas
tərkib hissələrindən biri idi. Yarandığı gündən
bədməramlı xarakter daşıyırdı. Belə saxta
prinsipiallıqla kimi M.Ə.Sabirin satiralarının əruz
vəzninə diqqət yetirmədən, onun satiralarındakı
inqilabi məzmuna uyaraq, əruz vəzninə mühariə
açırdı. Kimi də Azad şeirin nümayəndələrini qəti rədd
edərək, onları“süni ədəbi forma” yaratmaqda,“şeiri
formalizmə aparmaqda” günahlandırırdılar. Əslində,
ədəbiyyatın bütün dövrlər üçün əsas problemi yüksək
səviyyəli bədii əsələr yaratmaqdan ibarət olub, olaraq
qalır... Ədəbiyyatın bütün ədəbi növlərində və
janrlarında, şeirin bütün vəznlərində həmişə həm zəif,
səviyyəsiz əsərlər, həm də şedevrlər yaradılmışdır.
166
Həmin illərdə hələlik eksperimental səciyyə daşıya
yeni Azərbaycan verlibrini haqlı-haqsız hücumlardan
qoruyanların ilk sırasında özü də belə şeirlər yazan
professor
Mıkayıl
Rəfili
oldu.
Azad
şeirin
müdafiəçilərindən
Əli
Nazim,
M.Quliyev,
M.Rzaquluzadə
və
b.
Azərbaycan
ədəbiyyatşünaslığının həmin dövrdəki elmi-ideoloji
vəziyyətinə uyğun səhvlər buraxırdılar. Bu məsələlərin
geniş
araşdırmasını
verən
Şamil
Salmanov
“Azərbaycan sovet şeirinin ənənə və novatorluq
problemi”(Bakı-1980, Elm) kitabında yazır: “Sərbəst
şeir təkcə vəzn və qafiyə hadisəsi deyildi; əsrlər boyu
işlənmiş vəznlərdən imtina, qafiyəyə üsyan sərbəst
şeir mübahisələrində bir qədər uca səslənsə də,
əslində mübahisə -- şeirin daxili zənginləşməsi, yəni
insanın əhvali-ruhiyyəsi, dünyagörüşü ilə aşılanması və
öz növbəsində bu əhvalı-ruhiyyənin, dünyagörüşün
fəal və təsirli bir təbliğatçısı olması məsələləri
ətrafında gedirdi ”(Səh.: 123). Müəllifin “sərbəst
şeir”adlandırdığı verlibrin 20-30-cu illərdəki mübahisə
probleminin “sosialis realizmi” ədəbi metodunun
ideya-məzmun tələbləri ilə bağlaması vulqar
sosiologizmə yuvarlandığını açıq göstərir. Hər hansı
ədəbi şeirin vəzn problemi ilə onun məzmun tərəfini
süni şəkildə eyniləşdirmək qeyri-elmi qənaətbəxşdir.
Dünya ədəbiyyatə tarixindən bəzi örnəklər gətirmək
Dostları ilə paylaş: |