212
Müasir lirik şeirin böyük ustadı Yisif Nəğməkarın
poeziyasında da xeyli belə nümunələr diiqəti özünə
çəkir. Lakin Yusif müəllimin ilk baxışda dağınıq
görünən bu şeiri Azad şeir olmaqdan uzaqdır. Çünki
Heca vəznli şeirin bu əvəzsiz ustadı sərbəst tərtibata
baxmayaraq sillabik şeir sistemindən çıxmamışdır.
Burada şeirin “heca” mahiyyəti çox cüzi istisna ilə
sabit heca misralarından ibarət olmağındadır:
Mən inadam,
Yanar odam.
Yanma desən, yanacağam,
Unut desən,
Hər vaxt səni anacağam.
Gəlmə desən, gələcəyəm,
Görmə desən, görəcəyəm.
Sevmə desən, sevəcəyəm.
Görmək- inad,
Sevmək- inad,
Bir məqsədə yetmək- inad.
İnad- uca bir zirvəyə
Uçmaq üçün qanadımdır.
Hər qələbəm, hər zəfərim
Elə mənim inadımdır.
Göründüyü kimi, şeirdə hecaya xas 4+4 bölgüsünə
sonacan
riayət
olunmuşdur.
Diqqətlə
fikir
verdikdə,aydın olur ki, şair qafiyə sistemində xeyli
213
sərbəstliyə yol versədə, şeirdə misralararası qoşa
qafiyələnməni daim saxlamışdır. Bundan başqa, şeirdə
daxili bölgü (4+4) ardıcıl gözlənilib, misraların 8-lik heca
bərabərliyi əsasən qorunub ki, bu da onu Heca vəznli
şeir kimi qəbul etməyə bizi məcbur edir.
Azad şeir sənətində də digər bədii əsərlərə xas xeyli
xüsusiyyətlər vardır. Verlibr poemasındakı süjetlilik,
epik, lirik və dramatik təsvirlər, oxşar bədii ifadə və
təsvir vasitələri və s. Amma bunların heç biri onun vəzn
təyinatında aparıcı yer tutmadığından, vəznşünaslıq
baxımından bizim üçün də əhəmiyyətsizdir.
Bununla demək istəyirəm ki, hər bir vəznin
ritmometrik sistemi yalnız onun öz daxili xüsusiyyətləri
əsasında şərh edilməlidir. Vəznşünas hər bir vəznin
əsas cəhətini, yəni özəl ritmometrik sistemini
müəyyələşdirməyi bacarmalıdır. Əks- təqdirdə onun
bütün mülahizələri havadan asılı qalacaqdır.
Əruz vəzninin milli ədəbiyyatşünaslığımızda ətraflı
öyrənilməsi tarixi çox qədimdir. Bu sahədə hələ prof.
Əkrəm Cəfərə qədər xeyli tədqiqatçılarımız baş
yormuşlar: Əhməd Həmdi Şirvani, Abdulla Qutqaşınlı,
H.Ə.Qayıbov, Rəşid bəy Əfəndizadə və b... Bütün
bunlara baxmayaraq, Azərbaycan milli əruzunu elmi
zirvəyə yalnız dahi şairimiz Hüseyn Cavidin tələbəsi və
bizim müəllimimiz olmuş prof. Əkrəm Cəfər gətirib
çıxarmışdır.
Heca vəznli həm şifahi, həm də yazılı ədəbiyyatın janr
və şəkil xüsusiyyətləri, daxili bölgü, ritm və qafiyə