Namiq atabəYLİ



Yüklə 53,14 Mb.
Pdf görüntüsü
səhifə34/51
tarix19.07.2018
ölçüsü53,14 Mb.
#57064
1   ...   30   31   32   33   34   35   36   37   ...   51

131 
 
 Saqın, dünya malü-mülkü yolunda can fəda etmə
 Dünyaların malü-mülkü nədir can olmayan yerdə? 
 
  BaĢında çox gəda durmuĢ ölkələrin əsrlərcə, 
   BaĢın yox say o xalqın da əql sultan olmayan yerdə. 
 
 Salar bülbül kimi çox dun gözəllər içrə eĢqdən söz, 
 Məhəbbət boĢ bir nağıldır ta  vicdan olmayan yerdə. 
 
 Qovar  xas ovçu öz seydin ki nəxcirdə edə bir ov, 
  Nə ovçudu tüzaq qurmuĢ o ceyran olmayan yerdə? 
 
  Qapından qovma hiddətlə Atayi-aĢiqi, ey yar, 
  BayquĢlar aĢiyan qurar o, mehman olmayan yerdə. 
 
                                                      164 
  Gəl, gəl, gözəlim, vəslinə ta ki vara billəm
  Allahıma and olsun onu tək çara billəm. 
 
   Çıx gəl, qədəmindən güli-gülzarıma nur saç, 
  Kim dəvəti-təğyir buyurubdur xara billəm. 
 
 Çöllərdədi azadey-eĢq, Leylayi-sevda, 
  GəlmiĢ niyə o səhrada Məcnun zara billəm. 
 
Gəl, gəl ki, gülüm, gülüstanın bülbülü sussa, 
Dil-dil sənə öz eĢqimi mən yalvara billəm. 
 
  DurmuĢ baĢım üstündə gecə Ay kimi çöhrən, 
  Gündüz də çəkirsən o üzü sən hara billəm. 
 


132 
 
  Zülfün kimi qapqarədi ömrüm, demə, ey Ģux, 
  Sənsiz də elə bəxtimi daim qara billəm. 
 
  Atayi-qəzəlxan oxuyur hüsnünə Ģeyri, 
  Ġsmin də , Gözəl, çox yaraĢır əĢara billəm. 
 
                          165 
  Bu iĢvə-nazı səpməyin hər yanə, gözəllər, 
 Qəsd eyləməyin bir belə bu canə, gözəllər. 
 
 Mən Yusifəm, əmma ki Züleyxa qəmi çəkməm, 
 Yurdumda da çoxdu elə Ģahanə gözəllər. 
 
  Arizi-xalın köksümə min dağ çəkib əmma, 
                            Bağrımı yarıb gör nə betər Ģanə, gözəllər? 
 
  Məcnuni-məhəbbətdə mənə yoxdu tay aĢiq, 
  Gerçəkdə mənəm, qalanlar əfsanə, gözəllər. 
 
  Canım nə qədər sağdı mənə sevgidi hakim, 
   Çoxdu bu vətən içrə bu cananə gözəllər. 
 
  Tanrım özü bir aĢiqi-Məcnundu ki, ey dil, 
  Versin bu kefi rövzeyi-rizvanə gözəllər. 
 
Ey Ata, bu gün Ģeyrü-qəzəllər Ģahı sənsən,  
Hökmünü yayıb Azərbaycanə gözəllər. 
 
                           166 
  Ayrı düĢdüm necə mən can ilə cananımdan, 
  Yolunda keçdim həmi sərimdən, həm canımdan. 


133 
 
 
 Əğyari-dun baĢıma yığıĢdı səyyarə kimi, 
 Görmədim zərrə xeyir bu çərxi-dövranımdan. 
 
  EĢqin hər bir sitəmi qərar tutdu qəlbimdə
 Olmadı bircə rəhm yari-mehribanımdan. 
 
 Qəlbimi külüng edib aləmə saldım min səs, 
 Çəkildi Fərhad özü dağlara meydanımdan. 
 
  Ey Ata, əhli-cövr yaxĢı bilir ki bir gün 
  Bütün aləm çökəcək taleyə üsyanımdan. 
 
                                       167                                                                                                                                         
 Gəl, canıma qəsd eyləmə, ey can, canın ollam. 
Qaldır qədəhi mənlə ki öz peymanın ollam. 
 
 Neylir ki, qəmi-qüssəni könlün, uzaq eylə
  Gül, gülsün üzün bir bizə xoĢ mehmanın ollam. 
 
Dəhrin nə qədər dövrə vuran ulduzu varsa, 
 Bir eylə sənin baĢına mən dövranın ollam. 
 
  Əğyari-ġamın xiffətini çəkmə çox, ey türk, 
  Azər-günəĢəm, nur ilə ilk heyranın ollam. 
 
 Meydani-Firəngizdə Ģəhid olmağımız var, 
  Ey Qarabağım, Turani-hərb meydanın ollam!! 
 
 Məcnun ilə Fərhadın o köç karvanı getdi, 
 Ey eĢqi-sitəm, könüldə son sarbanın ollam.   


134 
 
 
                           Tərk etdi bizi, ey Ata, tüm Əcəmi-xuban, 
                            Bir Ģuxə də baĢ əysən əgər düĢmanın ollam.   
    
 
                          168 
 Ey həzar, bu bağçanın gör nə güli-rənası var, 
 Dili-zarimdə mənim yarın əcəb xanəsi var. 
 
  Bir gözəl, Ģux nigarın nazına dözməz min ürək, 
  Bir satın qəmzə-nazın xum ilə peymanəsi var. 
 
 Çəkil, ey sağəri-dun, gözəllərdi Ģərab süzən, 
  Bu gözəl meyxananın öz meyi, məstanəsi var. 
 
 Azəri torpağıdı hər atəĢin can yetirən, 
 Bir yanan Ģəm baĢına gör neçə pərvanəsi var. 
 
 Belə cənnət məkanın Adəmi min dərdə salan, 
 Neçə Həvvayi-bəla, buğdeyi-dərd danəsi var. 
 
  Burda bir Leyla neçə Məcnunu səhrayə salıb, 
  Bir dilin qəm dolu min dastanı, əfsanəsi var. 
 
  Atanın qəlbi neçə parədi bilmək istəsən
  Say, ana yurdumuzun gör neçə viranəsi var.   
 
                                                       169 
 Çağır, ey güli-rəna, icb ilə gülzarə məni, 
 Çevirmə yaz səhəri bülbüli-bizarə məni. 
 


135 
 
           Sənin öz aĢiqinəm, yaxĢı bilirsən, ey Ģux, 
  DəyiĢik salma sən o gədayi-əğyarə məni. 
 
Nədi bu çeĢmi-xumar içrə yanan atəĢi-nur, 
 Gündə yüz yol yaxaraq, yandıra odlara məni? 
 
 Gözünə ―həqq‖ demiĢəm bir kərə imanı satıb, 
 Mənsuri-Həllac tək çəkdirəsən darə məni. 
 
 Azəri övladıyam, oddu mənim ruhi-canım, 
 Çəkə hər Nəmrudi-dun dəhrdə min narə məni. 
 
 Görüb Leyla üzünü aĢiqi-Məcnun oldum 
  Ki, sən həsrət qoyasan gül üzlü rüxsarə məni? 
 
 Bilmədin qədrini, ey yari-bivəfa, Atanın, 
 Vaxtı ki, ölüb gedəm: nə ağla, nə ara məni. 
 
                          170 
Bu qədər qəsd elədik biz ki Ģirin canımıza, 
Olmadı zərrə qədər təsiri cananımıza. 
 
  Leyliyə Məcnun  olub, düĢmüĢük eĢqin oduna, 
  Dövri-dun qovub bizi quli-biyabanımıza. 
 
PəriĢan halımıza yanmadı ol Leylayi-eĢq, 
Ağladı səhra belə hali-pəriĢanımıza. 
 
Dərdimiz üstünə hey dərd qaladı canani-yar, 
Bizi həsrət eləyib dərdinə dərmanımıza. 
 


Yüklə 53,14 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə