57
www.aliyevheritage.org
sabitlik davamlı və uğurlu iqtisadi inkişafın əsas amilidir.
Qonşularımız və dostlarımızla - Türkiyə və Gürcüstanla dünyanın ən
iri ener-
ji layihələrini həyata keçiririk. Bu, təkcə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-
Ərzurum kəmərləri deyildir. Həm də bizim nəhəng neft və qaz yataqlarının
işlənilməsi layihələridir. Biz artıq lazımi proqnozları aparmışıq. Azərbaycanın
neft dən nə qədər fayda götürəcəyini bilirik. Bunun nəzərə alınması ilə bir neçə
il əvvəl Neft Fondu yaratmışıq. Bu struktur, tam şəff afl ığı ilə seçilir. Beynəlxalq
auditorlar ona nəzarət edir. Neft Fondu Beynəlxalq Valyuta Fondunun tövsiyə
və məsləhətləri ilə idarə olunur. Azərbaycan Britaniya Baş nazirinin hasilat
sənayelərində şəff afl ıq təşəbbüsünə qoşulan ilk ölkələrdən olmuşdur. Ölkədə
neft və qaz gəlirlərinin tam şəff afl ığına nail olmaq üçün lazımi tədbirlər həyata
keçirilir.
Bir sözlə, ölkəmizin qarşısında çox problem görmürük. Regional
əməkdaşlığı artırmaq lazımdır. Əminəm ki, enerji və nəqliyyat layihələri başa
çatdırıldıqdan sonra dünyanın özü də daha təhlükəsiz olacaqdır. Regionda da
təhlükəsizlik artacaq, əməkdaşlıq genişlənəcəkdir.
Regiona isə təhlükəsizlik lazımdır. Təəssüf ki, Cənubi Qafqazda baş verən
proseslər, xüsusilə də, təcavüzkar separatçılıq, ölkələrimizdə - Gürcüstan və
Azərbaycanda baş verən hadisələr bütün regional əməkdaşlığı və təhlükəsizliyin
özünü təhlükə altına alır. Azərbaycan separatçılıqdan əziyyət çəkmiş ölkədir.
Azərbaycan erməni işğalından əziyyət çəkmiş ölkədir.
Bu təcavüzün nəticəsi
kimi, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfi ndən
zəbt edilib, 1 milyon qaçqın-köçkünümüz var.
Bu, dünyada ölkənin əhalisinin sayına nisbətdə qaçqın-köçkünlərin ən
yüksək göstəricisidir. 8 milyon əhalinin 1 milyonu qaçqınlar və məcburi
köçkünlərdir.
Təəssüf ki, beynəlxalq ictimaiyyət bu məsələlərə kifayət qədər diqqət ye-
tirmir. Təcavüzkar separatçılıq, beynəlxalq hüquq normalarının pozulması,
ərazi bütövlüyünün pozulması beynəlxalq ictimaiyyət tərəfi ndən pislənməli,
lənətlənməli hərəkətlərdir. Həm də bunları yalnız pisləməklə kifayətlənmək
olmaz. Sanksiyalar tətbiq olunmalı, təcavüzə son qoymaq üçün praktiki ad-
dımlar atılmalıdır.
Bu gün Cənubi Qafqazda, bizdə, qanunsuz ərazilər mövcuddur. Dağlıq Qa-
rabağ onlardan biridir. Gürcüstan ərazisində də qanunsuz ərazilər mövcuddur.
Burada
beynəlxalq nəzarət, beynəlxalq monitorinq yoxdur və həmin zonalarda
qanunun aliliyi qorunmur. Bu cür təhlükə ilə yanaşı necə yaşamalı? Nəzarətsiz
ərazilərin törədə biləcəyi təhlükə potensialı hamıya məlumdur. Bu, bütün kri-
minal elementlər üçün rahat ərazidir və beynəlxalq ictimaiyyətin terrora qar-
şı mübarizədə birləşdiyi bir şəraitdə, düşünürəm ki,
bu qanunsuz ərazilərə
də diqqət artırılmalıdır. Çünki bu ərazilərdə terrorizmin çox böyük dayaqları
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
58
www.aliyevheritage.org
ola bilər. Azərbaycan ərazilərinin itirilməsi ilə heç vaxt razılaşmayacaq, biz bu
əraziləri geri alacağıq. Biz bunu sülh yolu ilə etmək istəyirik, amma təəssüf ki,
sülh yolu ilə ciddi uğur əldə etməmişik.
Bu gün Azərbaycandakı iqtisadi vəziyyət Ermənistanın iqtisadi vəziyyəti ilə
müqayisə oluna bilməz. Bizim iqtisadiyyatın bugünkü gücü Ermənistanınkından
3-4 dəfə böyükdür. Bir neçə ilə fərq 10 dəfəyə çatacaqdır. Əlbətt ə ki, bütün im-
kanların, ehtiyatların istifadə olunması ilə biz sonda ərazimizi azad edəcəyik.
Biz digər ərazilərə can atmırıq. Amma Dağlıq Qarabağ və onun ətrafındakı
7 rayon Azərbaycanın torpaqlarıdır. Azərbaycanın ayrılmaz
hissəsidir və
Azərbaycana qaytarılmalıdır.
Mən əminəm ki, məsələ ilə birbaşa məşğul olan beynəlxalq təşkilatlar bunu
həll etməkdən ötrü səylərini ikiqat gücləndirəcəklər. Biz istərdik ki, yalnız
ATƏT deyil, Avropa Birliyi, Avropa Şurası, digər beynəlxalq təşkilatlar da
məsələnin həllində fəal rol oynasınlar. Əlbətt ə ki, ATƏT-in Minsk qrupunun
məsələni həll etmək üçün mandatı vardır və biz bu mandata hörmətlə yana-
şırıq. Amma düşünürəm ki, daha geniş beynəlxalq
ictimaiyyətin bu yönümdə
fəal rol oynamasının vaxtı çatmışdır.
Əminəm ki, Azərbaycanı gözəl gələcək gözləyir. Qeyd etdiyim kimi, regional
əməkdaşlıq çox yaxşı səviyyədədir. Bütün qonşularla çox yaxşı münasibətlərimiz
var. İqtisadi artım üçün gözəl iqtisadi potensial var. Biz sosial problemlərimizi
həll edirik. Yalnız bizə deyil, bütün regiona, bütün dünyaya lazım olan ancaq
sülhdür. Azərbaycan bütün dünyada sülhün bərqərar olmasına
öz töhfəsini
vermişdir. Biz regiona sülh gətirilməsi yolunda səylərimizi əsirgəməmişik və
bu siyasətimiz dəyişməz qalacaqdır. Mən sizi əmin etmək istəyirəm ki, həyata
keçirdiyimiz siyasət, xüsusilə də Avropa strukturlarına, Avratlantik qurumla-
rına inteqrasiya siyasətimiz davam edəcəkdir. Ölkəmiz ümumavropa işinə öz
töhfəsini verməkdə davam edəcəkdir. Çox sağ olun.
Bryus Cekson: Sağ olun, cənab Prezident.
Gördüyünüz kimi, qarşınızda
nəzəriyyə də var, nəzəriyyəni həyata keçirən lider də. Sonuncu natiqimiz ye-
kun sözü ilə buyursun.
Bryus Cekson: Natiqlərin çıxışından sonra bizim sual-cavab üçün təxminən
22-23 dəqiqəmiz var. Sual verərkən özünüzü təqdim edin. Buyurun.
Sual (Stənford Universitetindən Mayk Makfol): Sualım Prezident Əliyevədir.
Mən Stənford Universitetində demokratikləşmədən dərs deyirəm. Tələbələrimə
izah etməyə çalışıram ki, demokratiyaya keçid səhv ifadədir. Demokratiya bü-
tün ölkələrdə daim tərəqqi edən iş tələb edir. Mən özüm Amerika haqqında
danışmağa başlasam, bir neçə mövzunun adını çəkərdim ki, onların düzəlməsi
ilə Amerikada demokratiyanın səviyyəsi artar. Bəlkə, Siz ölkənizə aidiyyatı
olan bu məsələlərin adını çəkərdiniz?
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL