Naxçivan bəŞƏRİYYƏt beşİYİ



Yüklə 39,61 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü39,61 Kb.
#49960


Hüseynova Aysel Ramiz qızı  

AMEA-nın  Memarlıq və İncəsənət İnstitutu doktorantı 

 

"NAXÇIVAN BƏŞƏRİYYƏT BEŞİYİ" 

 

Naxçıvan  memarlığı...    Heç  zaman  aktuallığını  itirməyən  memarlıq 



nümunələri  ilə  bol  olan  tarixi  abidələr  diyarı...    Məni  Naxçıvana  elmi  işim  və 

Naxçıvana  olan  sevgim  apardı.  Təyyarədən  endiyim  an  qarşıma  Nizami  Əliyev 

çıxdı.  Onun  isti  gülərüzlə  qarşılaması  naxçıvanlıların  böyük  mədəniyyətə  sahib 

olmalarının, gülərüz və mehriban olmalarının göstəricisi idi.  

 

Səhər  açıldı...  Artıq  tədqiqatlara  start  verildi.  Tətqiqat  üçün  ilk  istiqamət 



Ordubad  qoruq  şəhəri  oldu.  Dünyanın  ən  qədim  insan  məskənlərindən  olan 

Ordubadda  e.ə  VII-I  minilliklərdə  insanların  məskunlaşıb,  daşlar  üzərində 

yaratdıqları təsvirlərlə bol olan Gəmiqaya dağı, e.ə IV-II min illiyə aid Sabir-Dizə 

yaxınlığındakı  Plovdağ  yaşayış  yerindən  tapılmış  maddi  mədəniyyət  nümunələri, 

yaşayış evləri  və qəbir abidələri, e.ə II  minilliyin sonu  I  minilliyin əvvəllərinə aid 

edilən qədim Sumbatan şəhərinin qalıqları, Xaraba Gilan ərazisində orta əsrlərə aid 

şəhər ərazisi və memarlıq abidələri, orta əsrlərdə şəhər kimi formalaşan Aza, Əylis  

kimi 


memarlıq 

abidələri 

ərazidə 

insanların 

çox 

qədim 


dövrlərindən 

məskunlaşmasının xəbərçisidir. 

 

Naxçıvan  tarixi  keçmişi  olan  şəhərləri  içərisində  Ordubad  şəhərsalma  və 



memarlıq irsi ilə çox seçilir. Ordubadın qədim tarixi mərkəzi Ambarabas məhəlləsi 

və bu məhəllənin mərkəzində tikilən Ambarabas məscididir.  

Ordubad  şəhərində  mərkəzi  meydan  bazarı,  Qeysəriyyə,  buzxana,  hamam, 

meydan  məscidləri,  mərsəyələr  mövcuddur  ki,  Cümə  camı  əsas  dini  mərkəz  kimi 

mövqe və mahiyyəti ilə digər məhəllə məscidi özünə tabe etmişdir.  



 

Ordubad  yaşayış  məskənlərin    görə  dünyada  ikinci,  kiçik  şəhərlərinə  görə 

Avropada ikinci yerdədir.  

 

Ordubad buzxanası 

 

Ordubad Came məscidi 

 

Ordubad hamamı 

 



 

Ordubad mədrəsəsi 

 

 

Ordubadın  tarixi  məhəllələrini  gəzdikdən  sonra  Kəngərli  rayonunun 

Qarabağlar türbəsi və Şahtaxtı hamamına getdik. 

 

XII  əsrin  sonu  XIII  əsrin  əvvəllərinə  aid  edilən  Qarababağlar  türbəsindən 



başqa  burada  qoşa  minarə  və  onların  arasında  yerləşən  dini  binaların  qalıqları  da 

var idi. Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatının şərəfinə tikildiyi ehtimal 

edilir.  Daş  kürsülük  üzərində  on  iki  yarımsilindrik  çıxıtılı  türbəni  2003-cü  ildə 

iranlılar, hal-hazırda yerli bərpaçılar tərəfindən bərpa edilir. 

 

  

Qarabağlar türbəsi 



 

Naxçıvan  memarlıq  məktəbinin 

nümunələri  hər  zaman  diqqətləri  özünə  cəlb 

etməyi bacarıb. Bunlara Möminə Xatun türbəsi, 

Yusif  Kuseyr  oğlu  türbəsi,  Qarabağlar  kimi 

dillər  əzbəri  olmuş  abidələr  misal  ola  bilər. 

Məşhur 

Azərbaycan 



memarı 

Əcəmi 


Naxçıvanının  şah  əsəri  və  Naxçıvan-Marağa 

memarlıq  məktəbinin  ən  dəyərli  abidələrindən  biri  olan  Mömünə  Xatun  türbəsi  

Naxçıvan  şəhərinin  tarixi  mərkəzində  -  Atabəylər  Memarlıq  Kompleksinin 



tərkibində  yerləşir.  Möminə  xatun  türbəsi  həmin  kompleksdən  dövrümüzə  çatmış 

yeganə  abidədir.  Memarlıq  tarixi  tədqiqatçısı  Ə.  Ə.  Ələsgərzadə  baştağ 

çərçivəsinin  üstündə  abidənin  tikilmə  tarixinin  "məhərrəm  582"  (miladi  1186)–cı 

ilin yaz çağı olduğunu aydınlaşdırılmışdır. 

 

Ümumi  hündürlüyü  34  m  olmuş,  sonralar  8  m  hündürlüyündə  xarici  örtüyü 



dağılmışdır.  Türbə  yeraltı  (sərdabə)  və  yerüstü  hissələrdən  ibarət,  sərdabə  hissəsi 

planda  10  bucaqlıdır.  Sərdabə  orijinal  quruluşlu  olub,  bədii  baxımdan  zəngin 

tərtibata  malikdir.  Mərkəzdə  yerləşmiş  sütundan  onbucaqlının  hər  küncünə  doğru 

bir  tağ  salınmışdır.  Türbə  sərdabəsindəki  bu  quruluş  sonralar  Qərbdə,  qotika 

memarlığında  tətbiq  edilmişdir.  Türbənin  yerüstü  hissəsi  xaricdən  10  guşəli  olub 

bütün  tərəfləri  kufi  kitabələrlə  haşiyələnmiş,  daxildən  isə  dairəvidir.  Türbə 

günbəzinin daxilində xəlifələrin adı yazılmış dörd dairəvi medalyon var.

(2)


 

 

Bişmiş  kərpicdən  tikilmiş  Mömünə  Xatun  Türbəsinin  bucaqları  çıxıntı  şəklində, 



səthləri  isə  batıq  formada  həkk  edilmişdir.  Türbənin  bucaqlarındakı  çıxıntılar  kufi 

xətti  ilə  işlənmiş  kitabələrlə  örtülmüşdür.  Bu  kitabələrin  uzunluğu  500  m  çatır. 

Türbə  əvvəlki  dövrlərə  nisbətən  mürəkkəb  quruluşlu  həndəsi  ornamentlərlə 

kompozisiyaya  daxil  edilmiş  firuzəyi  kaşılarla  daha  da  zənginləşdirilmişdir. 

Türbənin  qərb  hissəsi  işlənmə  xüsusiyyətinə  görə  fərqlənir.  Burada  səth  iki  yerə 



bölünmüş,  aşağı  hissəsində  giriş  qapısı  baştağ  şəklində  həkk  edilmiş,  yuxarı 

hissəsində  isə  ornamental  bəzəklər  verilmişdir.  Memarın  adını  və  abidənin  inşa 

tarixini  göstərən  kitabələr  baştağdan  yuxarıda  həkk  edilmişdir.  Türbənin  sadə 

quruluşlu daxili səthi gəc  ilə suvanmış, günbəzin  iç tərəfınə 4  medalyondan  ibarət 

bəzək vurulmuşdur.

 (3)


 

 

Kompozisiyaya,  yetkinliyə,  ayrıntılarının  incə,  zərif  işlənməsinə  və 



memarlıq  üslubuna  görə  türbə  orta  əsrlər  memarlıq  sənətinin  şah  əsərlərindən 

sayılır.  Abidə  əzəmətli  memarlıq  zənginliyi  ilə  yanaşı,  Azərbaycanın  qədim 

tarixini, möhtəşəm dövlətçiliyini, yüksək səviyyəli mədəniyyətini, böyük memarlıq 

məktəbinə  malik  olduğunu  göstərir.  XIX  əsrə  aid  rəsm  əsərlərindən  və 

fotoşəkillərdən görünür ki, Mömünə xatun türbəsinin yanında monumental tikililər, 

o cümlədən Cümə məscidi yerləşirdi. 

Möminə  Xatun  türbəsi  hər  zaman  Naxçıvanın  əsas  simvolu  sayılıb.  Bu 

abidəni  illər  boyu  məhv  etmək  arzusunda  olanlar  olub.  1953-cü  ildə    Möminə 

Xatun türbəsində ruslar tərəfindən  qazıntılar və axtarışlar aparılmışdır. Tədqiqatçı 

qadın  türbədə  qazıntı  işləri  aparmaq  məqsədilə  onun  şərq  hissəsini  sökməyi 

fəhlələrə  göstəriş  verdi.    2  m-ə  yaxın  aparılan    qazıntılardan  sonra  uzun  bir  taxta 

sandıq çıxarılmışdır. Bu sandığın içində qədim kitabələr, sənədlər aşkar edilmişdir. 

Burada  üç  ədəd  karton  üzərində  çəkilmiş  qadın  rəsmi  də  aşkarlanmışdır.  Daha 



sonra  həmin  yer  betonlandı.  Oradan  tapılan  yazıların  isə  Sankt-Peterburqdakı 

Saltıkov  Şedrin  adını  daşıyan  kütləvi  kitabxananın  xüsusi  fondlarında  saxlanıldığı 

ehtimal edilir.  

 

1973-cü  ildə  Naxçıvan  Şəhər  Soveti  Rəhim  xanın  həyətindəki  su  kranını  



türbənin  qərbində  yerləşdirdikdən  sonra,  daim  axan  su  türbənin  bünövrəsinin 

süxurlarının sürüşməsinə, bu da öz növbəsində abidənin əyilməsinə səbəb oldu.

 (1)

 

1953-cü  illərdə  tarix  üzrə  fəlsəfə  doktoru  Musa  Quliyevin  dediyinə  görə 



məqbərinin  qapısı  indiki  yerdə,  sərdabənin  girişi  isə  qərbdən  idi.  1905-ci  ildə  

türbənin litoqrafik şəklində, yeraltı sərdabəyə giriş qərbdən, 1930-ci ilə aid şəkildə 

isə artıq şərqdəndir. 

 

Bəzi  tətqiqatçıların  fikrinə  görə  sərdabədə  Atabəy  dövlətinin  başçısı 



Şəmsəddin Eldəniz, onun həyat yoldaşı Mömünə Xatın və oğlu Məhəmməd Cahan 

Pəhləvan  dəfn  edilmişdir.  Təəsüflər  olsun  ki,  sərdabədəki    məzarların  baş  daşları 

vaxtilə  oğurlanıb  aparıldığı  üçün,  bu  haqda  dəqiq  məlumat  əldə  etmək  mümkün 

olmamışdır. 




Aparılan  tətqiqatlar  göstərir  ki,  Naxçıvan  memarlıq  məktəbinin  parlaq 

nümunəsi  olan  Möminə  Xatun  türbəsi  dəfələrlə  təhrif  olunduğu  üçün,  abidənin 

davamlı olaraq araşdırılması mütləqdir.  

 

Açıq səma altında muzey 

Tətqiqatlar  apardığım  zaman  mənə  dəstək  olan    Nizami  Əliyev,  Gülnarə 

Qəmbərova,  Qadir  Əliyev,  Musa  Quliyeva  təşəkkür  edirəm.  Çünki  tarixi 

abidələrini  mənə  tanıdan  və  sevdirən  məhz  bu  inslar  oldu.  Gulnarə  xanımın 

məqalələrimi  oxuduğum  zaman  Naxçıvan  memarlığının  necə  gizli  və  sirli  aləm 

olduğumu anladım. Bütün araşdırmalarımdan və tətqiqatlarım tək bir fikirə gəldim 

– Naxçıvan bəşəriyyətin beşiyidir. 



 


Ədəbiyyat 

1.  Şərq qapısı qazeti. fevralın 14: 2014 

2. 

 C.  Qiyasi  –  Nizami  dövrünün  memarlıq  abidələri,  Bakı,  İşıq  nəşriyyatı, 



1991, səh 98.

 

3. 



Ayvazian,  Argam.  1988.  The  Historical  Monuments  of  Nakhichevan. 

Detroit: Wayne State University Press, 90-92

 

 

PЕЗЮМЕ 



Айсель Гусейнова 

"Нахчыван-Колыбель Человечества" 

Нахчыванской  школa  архитектуры  всегда  удавалось  привлечь  к  себе 

внимание.  В  качестве  примера  можно  сказать  про  Мавзолей  Момина  Хатун, 

могила  сына  Юсифа  Гусейр,  Гарабаглар  и.т.г.  Мавзолей  Момина  Хатун 

всегда  считался  символом  в  Нахчыване.  Но  в  течение  многих  лет    хотели 

уничтожить памятник. Но не смогли. 

Ордубад  старейших  населенных  пунктов  в  мире.  Горы  Гемикайа, 

Пловдаг,  остатки  города  Сумбатан,  Хараба  Гилан,  Аза,  Айлис    предвестник 

старейших памятников в этом районе. 

Ключевые слова: Нахчиыан, Ордубад, мавзолей Момина Хатун.  

 

Summary 


Aysel Huseynova 

"Nakhchivan-The Cradle of Humankind" 

Nakhchivan  school  of  architecture  has  always  managed  to  attract  attention. 

As  an  example  we  can  say  about  the  Mausoleum  of  Momina  Khatun  tomb  of  the 

son  of  Yusif  Guseyr,  Garabaglar.  Momina  Khatun  Mausoleum  has  always  been 

considered  a  symbol  of  Nakhchivan.

 

For  many  years  wanted  to  destroy  the 



monument.

 

But they could not. 




Ordubad  oldest  settlements  in  the  world.  Mountain  Gemikaya,  Plovdag, 

remnants of the city Sumbatan, Kharaba Gilan,  Aza, Aylis harbinger of the oldest 

monuments in the area. 

Keyword: Nakhchivan, Ordubad, Mausoleum of Momina Khatun 

 

 



 

 

 



 

Yüklə 39,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə