Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 9,35 Kb.
Pdf görüntüsü
səhifə47/63
tarix14.06.2018
ölçüsü9,35 Kb.
#48954
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

MİCASI  GÖTÜRMƏMƏX'  (əksər  şivələrdə)  –  
canına  sinməmək, iyrənmək.  –Toyda  pişən  dolmanı  mə:m 
micasım götürmür. 
 
MİCİ  (Kolanı)  –  arı  yumurtası.  –Ana  arı  bala 
verm
əx'dən yana mici qoyur. 
MİCİLƏMƏX'  (Nursu)  –  yemək istəməmək, ləng 
h
ərəkət etmək. –Mənafın nə xorəx' qoysan qabağına miciliyir. 
 
MİÇƏTGƏN (Biləv) – milçəkdan. –Miçətgəni qururux 
yayda taxda yatanda ki, milç
əx' yeməsin uşəxləri. 
MİDBEYİN OLMAX (Badamlı) – dostluq etmək, dost 
olmaq. –
Cavannıxdan biz İrzaynan midbeyin olmuşux. 
MİLAX  (Naxçıvan,  Şahbuz,  Şərur)  –  ağaca  keçirilib 
saxlanılan  üzüm.  –Üzümün birəzin yedix',  qalmışın  da  milax 
asmışam. –Milах bir put birdən üzüm sахlıyır. 
MİLLƏMƏX'  (Qarxun)  –  atmaq.  –Puşqunu  nətər 
mill
ədimsə düz getdi saplandı ağaca. 
MİNDОY (Vayxır) – çiyin, bоyun. –Bоyu еlə ucаdı ki, 
mindоyunа аdаmın əli çаtmır. 
MİNTƏNƏ (Dəmirçi, Ərəzin) – toxunma yun parça. –
Geşmişdə çuxa olurdu mintənədən. 
MİRQƏZƏB  (Cəhri,  Didivar)  –  qəddar.  –Mirqəzəp 
hersdi adama deyirix'. 
MİRZƏCANI  (Şahbuzkənd)  –  qardaş  arvadı.  –Mən 
mirz
əcanıman yaxcı yola gedirix'. 
MİRZƏYİ (əksər şivələrdə) – armud növü. 
203 
 


MİSLEHİM (Şahbuz) – mislə qaynaq edilmiş. 
MİSMİL  (Naxçıvan)  –  təmiz, səliqəli.  –Havlanı  elə 
q
əşəx' tərtəmiz, mismil çalmışam özüm. –Еvi həmişə tərtəmiz 
оlаr, çох mismil аrvаtdı. 
MİŞDОVLUХ (Biləv, Dırnıs) – suvаrmа zаmаnı аrtıq 
suyun tоplаndığı yеr. –Mişdоvluхdа bir ilаn gördüm.  
MİŞOV  (Qaraçuq)  –  kisə, torba. –Mişovlara  qartop 
doldurup g
ətimişdi satmağa. 
MİTİL  (Cəhri,  Naxçıvan,  Vayxır)  –  yorğanın  döşəyin 
əsas üzünün altında olan üz. –Mitili ən çox bezdən eliyirix'. 
MİYANPUR  (Ordubad)  –  içərisinə  qoz  qoyulmuş 
meyv
ə qurusu, alana. –Miyanpur da çərəzdi.  
MİYƏNTƏX' (Şərur) – qabırğaları birləşdirən yumşaq 
ət. 
MİZ  (Naxçıvan,  Şahbuzkənd)  –  milçək  yumurtası, 
qurd. –
İsdolun üsdündə şaqqıldaxdan milçəx'lər miz salıp. 
MODUX 
(Şahbuz, Şərur) – yıxılmamaq üçün, hodağın 
tutması üçün boyunduruqda olan ağac hissə. –Modux hodağın 
yapışmasınnan yanadı. 
MОR I (Babək, Culfa, Şahbuz, Şərur) – zəncir tахmаq 
üçün  bоyunduruğun  оrtаsınа  kеçirilmiş  dəmir.  –Öküz güc 
vеrdi, mоr qırıldı. 
MОR II (Xanəgah, Şada) – yеtişməmiş, kаl. –Əriх' hələ 
yахşı yеtişmiyip, mоrdu. 
MORA  (Biç
ənək)//MORU  (Cəhri)  –  zəminin içi ilə 
204 
 


kotanla ç
əkilmiş  arx.  –Zəminin qəşəx'  sulamması  moranın 
q
əşəx' salımmasına goradı. 
MORALAMAX 
(Xanlıqlar)  –  yeri suvarmaq üçün 
hamarlamaq. –
Əvvəlcə moralıyırıx, sora suvarırıx. 
MORANNAMAX 
(Xanlıqlar)  –  yenicə  yetişməyə 
başlamaq.  –Mer-meyvə  təzə-təzə  yetişməyə  başdıyanda 
deyirix'
, morannıyır. 
MОRI//MОRİ (Culfа, Оrdubаd) – qаpıyа qıfıl vurmаq 
üçün hаlqа. –Mürsəl qаpının mоrısın sındırıb. 
MОRU  (Boyəhməd)  –  dаmdаkı  küləş  və  qаmışın 
üstün
ə yаyılаn pаlçıq. –Əvin mоrusu tökülüb. 
MOTAL 
(Şahbuz)  –  içərisində  pendir,  yağ,  şor 
saxlanılan  tükü  təmizlənməmiş  qoyun  dərisi.  –Motalın  içində 
saxlıyanda pənir qəşəx' qalır, ona motal pəniri deyirix'. 
MОVАLÇА//MАVАLÇА  (Tivi)  –  dаmın  üstünə 
suvаq dаşımаğа məхsus хərək. 
MÖHRƏ (Naxçıvan) – qurudulmuş palçıq laylarından 
hörülmüş  divar,  palçıq  divar.  –Köhnədən qalan əvlərin 
hammısı möhrədəndi. 
MÖHÜB 
(Naxçıvan, Şıxmahmud, Tumbul) – ehtiyac. –
Qara kişi hələ indiyənə kimi bir adamın möhübün düzmüyüp. –
Bir аdаmın möhübün düzsən, sоrа о dа sənə kömək еliyər. 
 
MÖV//MÖVRƏ  (əksər  şivələrdə)  –  tənək.  –Mövün 
altda yer düz
əltmişix' yayda otumaxdan yana. 
Bu söz C
ənubi Azərbaycan və  Meğri  şivələrində  də 
işlənir (3, s.362). 
205 
 


MÖVƏ (Şahbuz) – meyvə. –Bağımızda hər cürə mövə 
var.  
MÖVLÜX'  (
əksər  şivələrdə)  –  üzüm  bağı.  –Təzə 
mövlüx' 
salmışam həyətin aşağısında. 
MÖVÜZ//MƏVİZ//MÖYÜZ//MEVİZ 
(
əksər 
şivələrdə)  –  qurudulmuş  içi  dənəli üzüm. –Yaxcı  məviz 
g
ətiriplər Ordubatdan. 
MUĞAN (Nursu) – qar kürəmək üçün istifadə  olunan 
sapı  ağacdan  qayırılmış,  üzərinə  dəri çəkilmiş  üçbucaq 
formasında  kürək.  –Muğanı  gətgə  gedəx'  əvın  damı:n  qarın 
t
əmmizdiyəx'. 
MUXURU 
(Kolanı)  –  alaçığın  üstünü örtmək üçün 
düz
əldilən iri keçə.  –Muxurunu  atdırıllar  ki,  salsınnar  çadırın 
üsdün
ə. 
MUMKEŞ  (Keçili)  –  balı  süzülmüş  şan.  –Mumkeşi 
əridip mum eliyillər. 
MURQUZ 
(Naxçıvan)  –  sarısaç,  göygöz  adamlar 
haqqında daha çox mənfi mənada işlənən söz.  
MUŞ (Kələki) – böyürtkən. –Muş dərməndi həm də. 
MUŞQURMAX  (Babək, Culfa) –  daha çox körpə 
uşaqları  oynadanda  dodaqların  hərəkəti ilə  müəyyən səs 
çıxarmaq. –İndi elə bir aylığ uşağı da muşquranda gülür. 
MÜCİ  (Vənənəd)  –  gənə.  –Qоyunnаrа  müci 
dаrаşmışdı. 
 
 
MÜDARƏ (Xok) – rəftar, davranış. –Müdarə adamın 
h
ərəkətdəridi. 
206 
 


Yüklə 9,35 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə