- 36 -
Xəstəlik ən çox istixanalarda yerləşən arıçılıq təsərrüfatlarında rast gəlinir, burda olan
yüksək temperatur və rütubət xəstəliyin sürətlə inkişaf etməsinə şərait yaratdığından burda saxlanan
arı ailələri zəifləməyə başlayır.
Zəifləmiş arı ailələrinə müxtəlif antibiotiklərin verilməsi onların orqanizmində maddələr
mübadiləsinin pozulmasına səbəb olur. Arı ailələrinə quzqulaq turşusu məhlulunun verilməsi
onların askoferozla yoluxma intensivliyini artırır. Arılar askoferozla bədən səthi və ya qida
vasitəsilə yoluxur. Bədən səthi ilə yoluxma zamanı sürfələrin bədənində spordan çıxan mitseli
kutukulanı deşib keçir. Qida vasitəsilə yoluxma zamanı isə sporlar bağırsağın epiteli qatını deşib
bədən boşluğuna daxil olur. Nəticədə epitelinin sitoplazma və nüvəsi zədələnir, enositin və bədəndə
olan yağ təbəqəsinin pozulması baş verir. Xüsusən sürfələrin bədənində enositlərin artımı müşahidə
olunur. Yağ hüceyrələrində nüvənin zədələnməsi nəticəsində nekrobioz prosesi başlayır. Nəticədə
malpigi borularında hipertrofiya gedir. Sonralar mitselilər bütün toxumaları zədələyir, sürfələrin
bədən səthi boyu sürətlə çoxalmağa başlayır. Sürfə quruyub ağımtıl rəngli bərkimiş kütləyə çevrilir.
Kütləvi məhv olma prosesi beçə vermə dövrünün başlaması zamanı pupun əmələ gəlməsi və
sürfənin son qabıq dəyişməsi zamanı baş verir. İlkin yoluxma zamanı sürfələr ağımtıl-sarı rəng alır,
sonra parıltılı yumşaq kütləyə çevrilir. Sonralar göbələyin ağ mitselisi ilə tam örtülüb pətəyin digər
hissələrinə yayılır. Sürfələrin mumiyası bərkiyib kiçilir. Əgər arı pətəyinə göbələyin ancaq erkək
mitselisi düşərsə bu zaman sürfənin bədəni ağımtıl-sarı rəng almır. Yoluxma əsasən pətəyin yan
tərəflərindən başlayır, çünki burda rütubət və temperatur əlverişli olur. Parazit üçün əlverişli rütubət
və temperatur şəraitində arı ailəsinin 60-70 % məhv olur. Yeşiyin dibində ölmüş sürfələr toplanır ki,
bu arı ailəsinin tam zəifləməsinə gətirib çıxarır.
Diaqnoz qoyulan zaman xəstəliyin epizootologiyasına xüsusi diqqət verilməlidir.
Xəstəliyin kliniki əlamətləri və patoloji-morfoloji əlamətləri araşdırılmalıdır. Etibarlı diaqnoz ancaq
ölmüş sürfələrin mikroskopik tədqiqindən sonra qoyula bilər. Bunun üçün ölmüş sürfələr çox da
köhnə olmamalıdır. Könhə sürfələrdə spor kürələri yaxşı vəziyyətdə qalmır.
Profilaktika – arı ailələrində yoluxmanın qarşısını almaq üçün onları quru,
küləkdən yaxşı qorunan yerlərdə saxlamaq lazımdır.
Virus daşıyıcısı olan gənələrdə yoluxmaya səbəb olur.
Varroa gənələri virus daşıyıcılarıdır.
Xarici görünüşü sağlam olan arılar virus daşıyıcıları ola bilər. Xroniki iflicə səbəb olan viruslar üst
çənənin və nazik bağırsağın sinir hüceyrələrinin sitoplazmasına daxil olub çoxalmağa başlayır.
Yoluxmuş hüceyrələrin daxilində polimorf hissəciklər əmələ gəlir və 72 saatdan sonra arılar
fəaliyyətdən düşürlər. Xroniki iflic zamanı ilkin əlamətlər 4-10 gündən sonra üzə çıxır, arılar
arasında narahat vəziyyət baş verir, onlar vurnuxmağa başlayır. Xarici təsirlərə qarşı biganəlik
müşahidə olunur. Xəstəliyin xarakterik əlaməti arıların xarici tük örtüyünü itirməsi ilə müşahidə
olunur. Arılar qaralmağa və parıldamağa başlayır, qarıncıq kiçilir, uçmaq qabiliyyəti itir və 12-20
gündən sonra ölürlər. Arı ailələri zəifləyir və çoxala bilmirlər.
Kəskin iflic əsasən cavan arılar arasında müşahidə olunur. Qarıncığın böyüməsi baş verir,
onlar uça bilmir.
Arıların məruz qaldığı infeksion xəstəliklərdən biri də spiroplazmoz xəstəliyidir.
Xəstəliyin
törədicisi Spiroplasma apis kiçik ölçülü, sap şəkilli, hərəkətli mikroorqanizmlərdir. Mikoplazmlara
aiddir. Hüceyrələrinin divarı bir qatlı membrandan ibarətdir. Bu xəstəlik ilk dəfə 1976-cı ildə ABŞ-
da qeydə alınmışdır. Arılar əsasən may və iyun aylarında yoluxmaya məruz qalır.
Mikroorqanizmlər
orta bağırsağa daxil olub çoxalmağa başlayır və hemolimfaya keçərək onların ölümünə səbəb
olurlar. Yoluxma ən çox 3-12 günlük fərdlər arasında baş verir. Yoluxmadan 4-9 gün sonra ölüm
baş verir.
Arıların əsas parazitlərindən biri də varroa gənələridir. Varroa jacobsoni varroatoz xəstəliyi
törədir. Arı sürfələrinin yoluxduğu ən ağır xəstəliklərdəndir. Puplar və yaşlı arılar da xəstəliyə eyni
intensivliklə tutulurlar. Xəstəlik arıçılıq təsərrüfatlarına ciddi ziyan vurur. Yoluxmuş arı ailələri
müalicə olunmasa2-4 il ərzində məhv olurlar.
Gənənin dişi fərdi qonur rəngli bel tərəfdən bir qədər sivridir. Bədən xaricdən tüklə örtülüdür,
sancıcı-sorucu ağız aparatına və 4 cüt yaxşı inkişaf etmiş ətraflara malikdir. 24 saatdan sonra
yumurtadan yaxşı inkişaf etmiş sürfə çıxır. Protonimfa inkişaf edərək deytonimfaya, o isə öz