19
dil, din və ibrətamiz keçmişimiz unudulacaqdı. Unudurduq ki,
biz zülmün, təqibin, sürgünün, qəsdin acısını duymuş
Bakıxanovun və Qutqaşınlının, Mirzə Cəlilin və Sabirin, Hadi
və Səhhətin, Cavid və Cavadın, Müşfiq və Çəmənzəminlinin
repressiyaya qurban gedən 29 min Azərbaycan ziyalısının
həqiqi varisləriyik.O zaman hələ qol-qanadı tam bərkiməmiş,
körpə uşaq kimi yenicə ayağa qalxmış Azərbaycanın başının
üstünü fəlakət təhlükəsi aldı. Bunu görən sinəsi dağlı xalq
Babək qeyrətli, Nəbi hünərli, Cavanşir siyasətli oğlunu Heydər
Əliyevi harayladı:
Heydər! Oğul, Tanrı sənə yar olsun,
Üzün gülsün, düşmənlərin xar olsun,
Bir əncam qıl ana yurdun halına
Bəlkə, bir gün zəfər himni çalına!
II Aparıcı:
Xalqın imdad səsini eşidib, ulu öndər özünü xalqın köməyinə
yetirdi. Vətən göylərində Günəş kimi parladı, şimşək kimi
çaxdı, müdrik Qorqud kimi didərgin xalqının önündə dayandı.
Öz müdrik kəlamı, dərin ağlı, işıqlı zəkası, güclü siyasəti ilə
prezident seçildi, dünya şöhrəti qazandı. Onun uzaqgörənliyi və
siyasəti sayəsində Azərbaycanın haqq səsinə hay verməyən
dünya indi Azərbaycan həqiqətlərini qəbul edir, ona dayaq
durur. Bu gün torpaqlarımızda qan tökülmür, analar, bacılar
yeni şəhid qəbirləri üstündə göz yaşı axıtmırlar.
“Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü.”
Böyük ədibimiz H.Cavid sanki bu misraları ümummilli
liderimiz Heydər Əliyevin haqqında demişdir.
Sözləri və musiqisi Leyla Əliyevaya aid olan “Elegiya” mahnısı Ağadadaş
Ağayevin ifasında səslənir. Ekranda həmin musiqiyə çəkilmiş klip nümayiş
etdirilir.
I Aparıcı: XX əsr bəşəriyyətə müdrik rəhbərlər, bacarıqlı dövlət xadimləri
bəxş etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, belə xoşbəxt
xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycanın tarixi dahi
şəxsiyyətlərin tarixidir. Azərbaycanın müasir tarixi isə
xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Bəli, Azərbaycan dünyanın cənnət misalıdır. Heydər Əliyev də
bu cənnət diyarın rəşadət, fədakarlıq, mərdlik, məğrurluq
timsalıdır. O, Günəş kimi təmənnasız bir şəxsiyyət idi. Onun
həyatının mənası Azərbaycan üçün daim yanmaq idi.
Respublikamızın mütərəqqi fikirli, təmiz vicdanlı vətəndaşları
çox gözəl bilir ki, Azərbaycan elminin, maarifinin,
mədəniyyətinin inkişafı, tərəqqisi Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyev qəlbləri ehtizaza gətirən, heç bir dəlilə,
sübuta ehtiyacı olmayan, inandırıcı, məntiqi çıxışları ilə nəhəng
20
siyasətçiləri heyran edən əvəzolunmaz diplomat idi. Bunun
nəticəsi olaraq bu gün müstəqil Azərbaycanın səsi ən mötəbər
kürsülərdən gəlir.
II aparıcı:
Hörmətli tədbir iştirakçıları, gəlin məktəbli oxucularımızın
ifasında sözləri Məstan Günərə aid olan” Heydər elə, el Heydərə
söykənib” şeirindən bir parçaya qulaq asaq.
2 nəfər oxucu səhnəyə daxil olur.
I Oxucu:
Ana torpaq, ana vətən yenilməz,
Yenilməyən bir nəfərə söykənib.
Nəğməkarlar sülh nəğməsi düşünür,
İnsan oğlu xoş xəbərə söykənib.
Daha dövlət saxsıdanmı, sökələr?
Sahibsizmi, kərpicini çəkələr?
Ölkəmizi arxa bilir ölkələr,
Azərbaycan ölkələrə söykənib.
II Oxucu:
Gəlib çıxar ağır yolun hamarı,
Köçüb gedər Qarabağın qübarı!
Heydər isə bu dövlətin memarı,
Bayrağı ər oğlu ərə söykənib.
Odur gücü əhdin, eşqin, vüqarın,
Dedi: “Gərək eli dardan qurtarım”.
Qartal süzür arasında dağların,
Qanadları zirvələrə söykənib.
II Oxucu:
Millət deyim, söz eşqimi tərpətdi,
Heydər deyim, hər kəlməsi sərvətdi.
Millət – Heydər hər ikisi qüdrətdi,
İki qüdrət bər məhvərə söykənib.
Şair Məstan həqiqətdir, xəyal yox,
Yazdığına nida qoyar, sual yox.
Biri varsa, o birinə zəval yox,
Heydər elə, el Heydərə söykənib.
II Aparıcı:
İnsan fəaliyyətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev
dühası, Heydər Əliyev zəkası oraya işıq saçıb nur çiləməsin.
Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni
sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu
və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə
yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi
xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri
daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir. Mənim
fikrimcə Heydər Əliyev irsindən bəhrələnmək, faydalanmaq,
onun hər bir fikrini, məsləhət və tövsiyyəsini gündəlik iş
prosesində əldə rəhbər tutmaq hər bir Azərbaycan vətandaşının
borcudur. Çağdaş tariximizdə Azərbaycan dövlətinə ən çox
rəhbərlik etmiş Heydər Əliyev özünə belə bir şöhrət çələngi