Neft mədən hidrotexniki qurğularının istismarı təmiri və korroziya ilə mübarizə üzrə mühəndis Azneft İB 28 May NQÇİ 3 7 tipli test tapşırıqları
tt@socar.az elektron ünvanına müraciət edə bilərsiniz
60. Dənizdə suyun dərinliyi 100-150 m olan hissələrində quraşdırılan xüsusi stasionar platformaların özül
dayaqlarının dəniz dibində qrunta salınma dərinliyi aşağıdakı hansı bənddə düzgün göstərilmişdir?
A) 70 metr
B) 100 metr
C) 250 metr
D) 55 metr
E) 350 metr
F) 200 metr
G) 150 mter
Testin çətinlik dərəcəsi: Orta
İstinad: R.F.Abasov, K.M.Məmmədov, Z.S.Musayev. Dəniz hidrotexniki qurğuları, neftin, qazın saxlanması və
nəqli. Dərslik. Bakı, 2010
61. Dayaz qazmada işlədilən 17-18 m uzunluğunda şamlar üçün hündürlüyü neçə metr olan vışka qurulur?
A) 28 metrdən çox
B) 22 metr
C) 22 metrdən az olmayaraq
D) 22 metrdən çox
E) 18 metr
F) 28 metr
G) 28 metrdən az olmayaraq
Testin çətinlik dərəcəsi: Asan
İstinad: R.S.İbrahimov, Ş.O.Baxşəliyeva. Neft və qaz quyularının qazılması texnikası və texnologiyası. Bakı,
2012
62. Qülləli istismar vışkalarına, dorlara (eklipislərə) vaxtaşırı neçə ildən gec olmayaraq komissiya tərəfindən
baxış keçirilməli və onlar təsdiq olunmuş üsul ilə sınanılmalıdır?
A) 10 ildən gec olmayaraq
B) 10 ildən çox
C) 10 il
D) 8 il
E) 5 ilə qədər
F) 5 ildən çox olmayaraq
G) 5 il
Testin çətinlik dərəcəsi: Asan
İstinad: Dorların qüllələrin istismar təlimatı
63. Dərin dəniz sahələrində tətbiq edilən stasionar platformalar üsulunun hansı çatışmazlıqları var?
A) Platformaların təchizat işlərinin və platformanın abadlaşdırma işlərinin hidrometreloji şəraitdən asılı
olmaması
B) Müasir stasionar platformaların iri bloklu olması onların müxtəlif və mürəkkəb hidrometroloji şəraitində
tikintisinin aparılmasına imkan verir
C) Ehtiyyac yarandıqda platformanın üst hissəsinin genişləndirmə imkanının olması
D) Qazma və istismar işləri başa çatdıqdan sonra stasionar platformanın demontaj edilərək sökülə bilməsi