Neft və qaz ehtiyatlarının hesablanma üsulları



Yüklə 1,71 Mb.
səhifə14/19
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#146183
1   ...   11   12   13   14   15   16   17   18   19
Neft v qaz ehtiyatlar n n hesablanma sullar

Hektar üsulu. Bu üsulu tətbiq etmək üçün tükənməkdə olan layın və ya yatağın qalınlığı 1 m olmaqla 1 hektar sahəsinə düşən neft hasilatını bilmək lazımdır. Geoloji cəhətdən oxşar göstəricili qonşu layların aşağı kateqoriyalar üzrə neft ehtiyatlarını hesabladıqda, bu məlumatlardan istifadə etmək olar. Tükənməkdə olan yatağın qalınlığı 1 m olmaqla 1 hektar sahədən çıxarılan ehtiyat aşağıdakı kimi hesablanır: q = Q/ F  H , burada :
q - qalınlıq 1 m olmaqla yatağın 1 hektar sahəsindən çıxarılan ehtiyat;
Q - yatağın istismarı zamanı çıxarılan neftin cəmi;
H - bütün işlənilmə obyektlərinin effektiv qalınlığı cəmi;
F - orta neftlilik sahəsidir (bütün layların sahəsinin orta ədədi qiyməti).
q - nun alınmış qiymətinə əsasən qonşu sahələrin ehtiyatları (aşağı kateqoriyalar üzrə - kateqoriya C3) həmin sahələrin neftlilik sahəsini (F1) və effektiv qalınlığını (H1) müəyyən etmək mümkün olduğu zaman hesablanır.
Çıxarılan ehtiyat (Qç ) aşağıdakı kimi tapılır: Qç = q F1 H1



  1. .Həcm-statistika üsulu ilə neft ehtiyatının hesablanması. *****

1.Həcm-statistika üsulu. Bu üsul, həcm düsturundakı bir yaxud bir neçə parametrin (həcmi səciyyələndirən parametrlərdən başqa) haqqında məlumat olmadıqda istifadə olunur. Məsələn, layın neftlə doyma və neftvermə əmsalı haqqında məlumatlar olmadıqda. Belə hallarda həmin məlumatlar başqa oxşar laylar üzrə alınır və bu əmsalların hasilindən ibarət məsamələrin həcmindən istifadə əmsalı (y) tətbiq edilir.
y = Kn.doyma   , burada
Kn.doyma – neftlə doyma əmsalıdır;  - neftvermə əmsalıdır.
«y» qiyməti çoxdan işlənilən layın məlumatlarına əsasən təyin edilir. Ona görə bu layın da səciyyəsi ehtiyatı hesablanan layın səciyyəsinə yaxın olmalıdır. Məsələn, kəşf olunmuş və tükənməkdə olan yatağın ilk çıxarılabilən ehtiyatı aşağıdakı həcm düsturu ilə təyin olunmuşdur.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə