Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə177/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   173   174   175   176   177   178   179   180   ...   185

569

şeyləri eləyə bilər. Bəs o? Boynuna qoymağa çalışsalar, kimisə 

satarmı? Yox, bundan ölüm yaxşıdı...

***


  Günlər həddən artıq sıxıntılı, boz, yeknəsəq keçir, qısa, 

etinasız və hökmlü ifadələrdən başqa heç nə eşitmirdi: səhər 

saat altıda kameranın qapısı şaqqıltıyla açılır, nəzarətçi “pod-

yom”  (qalx)  qışqıranda  qalxıb  adyalı  mitilin  üzərinə  çəkir, 

sonra “v ubornuyu” əmrilə vedrəni götürüb ayaqyoluna ge-

dir; qayıdanda “saxar” (qənd), “çay”, “xleb” (çörək) sözlərilə 

səhər yeməyini verirlər; “selyodka” (balıq), “xleb” sözləriləsə 

naharını  yeyir;  “proqulka”  (gəzinti)  kəlməsini  eşidəndə 

nəzarətçinin  müşayiətilə  həyətə  gəzintiyə  çıxır;  axşam 

yeməyini alanda “sup”, “xleb”, “çay” ifadələrini eşidir; “no-

mer” (nömrə) əmrilə nömrəsini deyir; bir də gecə “otboy” (yat) 

hökmü səslənir. Səhər iki selyodka başı, yüz əlli qram qara 

çörək, bir parç isti su, bir çay qaşığı şəkər tozu, günorta içində 

bir-iki çürük kartof, ya da çuğundur parçası üzən sup, yüz 

qram çörək, axşamsa arpa, vələmir, yaxud qarğıdalı unundan 

bir qab sıyıq, əlli qram çörək verirlər.

 İlk istintaqa fevralın on üçündə apardılar...

 Nəzarətçi səhər yeməyindən bir qədər sonra gəldi, kame-

ranın qapısını açıb çıxmağı, əlləri arxada saxlamağı əmr elədi, 

dar  dəhlizlərlə,  dolama  yollarla  uzun-uzadı  apardılar,  tast 

gələn qarovul dəstəsindən bir nəfər dustağın nömrəsini so-

ruşdu, müsbət cavabdan sonra dövrəyə alıb komissarlığın bi-

nasında  bir  neçə  mərtəbə  qaldırıb-endirdilər,  nəhayət, 

müstəntiq Yeqor Zavyalovun otağına saldılar, küncdəki stul-

da  oturdub  xəbərdarlıq  elədilər:  ətrafa  baxmaq,  qurcalanmaq, 

əl-ayağını tərpətmək, icazəsiz sual vermək, müstəntiqin gözlərinin 

içinə dik baxmaq olmaz. 

 Müstəntiq Zavyalovun daş kimi donuq, ifadəsiz gözlərinə 

baxanda içi ürpəşdi: bu cür adama həqiqət yox, nəticə lazım-

dı, nəticəsə mümkün qədər çoxlu “xalq düşməni” aşkara çıxa-

rıb güllə qabağına, sürgünə göndərməkdi... 



570

  Müstəntiq  169  nömrəli  istintaq  işi  materiallarından  ibarət 

qovluğu  açdı,  bir  kağız  götürüb  müttəhimin  bioqrafiyasını 

oxudu, millətçi-filan qruplara “qoşulduğu” tarixləri göstərdi.

 “Mən heç bir qrupun üzvü olmamışam”, – özünü saxlaya 

bilmədi.


 “Bunu sübut eləyirik, – Müstəntiq qapıda dayanmış silahlı 

əsgərə əmr elədi. – Bugünlük qurtardıq, apar!”

 Əlbəttə, bilirlər ki, heç bir qrupun-filanın üzvü olmayıb, 

amma nəyisə sübut etməyə çalışmalıdılar axı!

 Səhəri gün müstəntiq yavaş-yavaş mətləb üstünə gəlməyə 

başladı:


 “Kiyevdə oxuyanda Müsavat Partiyasının üzvü olmusu-

nuzmu?”


 “Bəli, Kiyevdə oxuyanda Müsavat Partiyasının üzvü, par-

tiyanın Kiyev təşkilatının sədri olmuşam”.

 “Özbəkistanda kimlərlə əlaqədə olmusunuz, onların siyasi 

məsləkləri barədə nə deyə bilərsiniz?”

 “Urgənc şəhərindəki Pedaqoji İnstitutunda işlədiyim ya-

rım il ərzində direktor müaviniylə, dekanla, kafedra müdir-

lərilə  müəllimlərlə,  beş  mühasiblə  qarşılıqlı  işgüzar  müna-

sibətlərdə  işləmişik. Amma  onların  keçmişləri,  siyası  məsə-

lələri mənə məlum deyil. Mən orda işlədiyim ilyarım ərzində 

özümü  yaxşı  müəllim  kimi  tanıtdırmışam.  Urgəncin  ağır 

şəraitinə, dəmir yolundan uzaq olmasına baxmayaraq, işim-

dən razıydım. Çünki nəhayət, ailəm üçün çörək pulu qazanır-

dım”.

 Növbəti gün müstəntiq İstanbula kimin təklifinə getdiyilə 



maraqlandı.

 “Məni İstanbulda səlahiyyətli nümayəndə vəzifəsinə min 

doqquz yüz on doqquzuncu ildə hökumət başçısı Usubbəyov 

təklif elədi”.

 ...Həmin gün sorğu-sual ediləndə artıq evində axtarış apa-

rıldığını  bilmirdi.  Xalq  Daxili  İşlər  Komissarlığından  Qnez-

dov və Sultanov gəlib şahidlərin iştirakıyla tapdıqlarını siya-

hıya  almışdılar.  Tapılanlarsa  köhnə  vəsiqələrdən,  fotoşə kil-




571

lərdən,  arayışlardan,  yazışmalardan,  kitabçalardan,  köhnə 

kağız  pullardan,  Vəli  Xuluflunun  bir  neçə  kitabından  iba-

rətiydi.  Amma  gələnlər  mənzilin  sadəliyindən  əməlli-başlı 

hey rətlənmişdilər, görünür, məşhur yazıçının bu cür sıxıntı 

içində yaşadığına inanmırdılar.

 İki-üç gündən bir aparıldığı istintaqda müstəntiq hər şey 

soruşurdu.  Hansı  əsərlərin  müəllifi  olduğu  barədə  sual 

verəndə yandırdıqlarını demədi, Zavyalov da qurdalamadı, 

görünür, Vyanada qoyduğu əlyazmalardan xəbər tutmamış-

dılar; bir də “İki od arasında” romanının adını çəkmədi, hələ 

nəşr olunmayıb, oxuyacaqlar, çək-çevir eləyəcəklər, uzun ba-

şağrısı olacaq. “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərisə, 

əlbəttə, millətçi, daha doğrusu, mütərəddid əsərlərdi.

 Fevralın iyirmi altısında müttəhim ittihamı ona uzatdı.

 “Tanış olun, sonra imzalayın”.

 Oxudu; deməli, 1919-cu ildə hökumətin konsulu vəziyyətində 

işləyəndə ingilis-fransız və Türkiyə kəşfiyyat təşkilatlarıyla əlaqədə 

olub, fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının 

rəhbər  özəyinin  üzvü  seçilib,  1927-ci  ildə  müsavatçılarla  milli 

təmayülçüləri  yaratdıqları  antisovet  blokuna  keçib;  üstəlik,  öz 

həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ 

eləyib,  1931-ci  ildə  Azərbaycan  əksinqilabi-millətçi  təşkilatçının 

tərkibinə daxil olub, yəni Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-

73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə ittiham olunur.

 Dodaqlarında acı təbəssüm peyda oldu: Vətəninə ayaq ba-

san gündən namusla yaşamağa, vicdanla işləməyə çalışıb, ya-

zı-pozusundan,  ailəsindən  başqa  fikri-zikri  olmayıb,  amma 

onu əksinqilabi fəaliyyətdə günahlandırırlar. Yəqin, bunları 

kimlərinsə dilindən qoparıblar.

  Qələmi  götürüb  qərarın  altında  yazdı:  “Mənə  verilən  üç 

maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar he-

sab etmirəm”. Sonra imzasını qoydu.

 Müstəntiq kağızı götürdü, dərkənarı oxudu, soyuq-soyuq 

gülümsündü:

 “Nə olar, biz günahlarınızı sübut eləyərik”.




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə