Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə180/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   177   178   179   180   181   182   183   184   185

578

təşkilata  məxsus  idi.  Uşaqları  öp,  onları  sıxıntı  çəkməyə  qoyma, 

səbirli ol, haqq yerini tapar”.

 Onda artıq Nurməmməd Şahsuvarovun özünün də həbs 

olunub Krasnodara sürgün edildiyini bilmirdi; heç onun qar-

daşı Mürsəl bəyə də rəhm eləməmişdilər, o da almanlara ca-

susluqda ittiham olunub gedər-gəlməzə göndərilmişdi... 

 Yəqin, xəbər tutsaydı, Mustafa Vəkilovun taleyi onu daha 

çox ağrıdardı: XDİK yanında Xüsusi Müşavirədə Azərbaycan 

SSR  Konstitusiyası  türk  mətninin  redaktoru  olan  ilk  hüquq 

professoru 1941-ci ilin yanvarında “antisovet-millətçi təşkilatda 

iştirakına  görə”  cəzasını  islah

-əmək  düşərgəsində  çəkməklə 

beş il müddətinə azadlıqdan məhrum eləmişdi. 

 Ay yarım sonra ailəsindən məktubla yanaşı tütün, papiros, 

qış  paltarı,  qulaqlı  papaq,  qatıq  şüşələrinə  doldurulmuş 

ərinmiş yağ, bir neçə qutu şirniyyat aldı. Bütün bunların han-

sı çətinliklər bahasına başa gəldiyini dərk eləyirdi, bilirdi ki, 

qardaşları olmasa, Bilqeyis çox əziyyət çəkər.

 Arvadı yazırdı ki, SSRİ Ali Sovet Rəyasət Heyətinin sədri 

Mixail  Kalininə  ərizə  göndərib,  haqq-ədalət  naminə  kömək 

göstərilməsini, işə təzədən baxılmasını xahiş eləyib. Öz arva-

dını həbs düşərgəsindən qurtara bilməyən “Ümumittifaq ağ-



saqqalı” ona necə kömək eləyə bilərdi? Yəqin, bunu Bilqeyis 

xanım bilmirdi.

 Düşərgədə dustaqlar Yusif Vəzirə hörmətlə yanaşırdılar, 

hətta  nəzarətçilər  belə,  digər  məhbuslara  göstərdikləri 

təhqiramiz münasibəti ona rəva görmür, onu “çuçmek”, “yol-

daşi”,  “salyonıy”,  “faşist”  adıandırmırdılar.  Düşərgə  rəisi 

ailəsilə görüşə icazə vermək barədə xahişini də rədd eləmə-

mişdi.  Sevinə-sevinə  arvadına  yazmışdı  ki,  indiyə  qədər 

məndə bir nöqsan tapmayıblar, inşallah, bu yaxın günlərdə 

görüşməliyik. Bunun necə çətin olacağını bilirdi. Bilqeyis xa-

nımın  üç  uşaqla  bu  uzaq  yerə  gəlməsinin  əzab-əziyyətdən 

başqa  maddi  tərəfi  də  vardı.  Amma  onları  çox  görmək 

istəyirdi, artıq iki ilə yaxın idi ki, üzlərinə həsrət qalmışdı.




579

 ***


Müharibə araya qəfil düşdü. Artıq görüşdən söhbət gedə 

bilməzdi...

 Bu sarsıntıya ürəyi tab gətirmədi, xəstələndi, bir müddət 

ağır fiziki işlə məşğul ola bilmədi...

 Zaxar İlyuşinin arvadı, məktublar şöbəsində işləyən Lyu-

bov  lap  ilk  vaxtlardan  ziyalı  görkəmli,  savadlı,  rus  dilində 

gözəl  danışan  dustağa  rəğbət  duymuşdu.  Fürsət  düşəndə 

gün-güzərandan,  cəbhədəki  vəziyyətdən  söhbət  eləyirdilər. 

Onun  altı  dil,  üstəlik,  ərinin  həvəs  göstərdiyi  fransız  dilini 

bildiyindən xəbər tutanda ağlına bir fikir gəldi: Zaxar elə hey 

fransız  dilini  öyrənməyi  arzulayır,  bəlkə,  Vəzirovu  fiziki 

işdən azad etdirsinlər, həm onu xilas eləyərlər, həm də əri ar-

zusuna çatar. 

 Təklifini əri də bəyəndi. Lyubov İlyuşina köməkçi tələbilə 

rəisin  yanına  gedib  “dustaq  Vəzirov”un  onun  sərəncamına 

verilməsini  xahiş  elədi.  Rəis  məsələni  bir  qədər  uzatsa  da, 

onun istəyini yerinə yetirdi. 

 Bu Yusif Vəzirdən ötrü göydəndüşmə idi, işi az olurdu, 

səhər tezdən peçi qalayır, otaqları silib-süpürür, boş vaxtla-

rında çətinliklə tapdığı kağızlara beynini qurcalayan şeyləri 

yazır, fürsət tapanda Lyubaya oxuyurdu. Baş leytenant Zaxar 

İlyuşin  də  xidməti  işlərindən  vaxt  tapan  kimi  məktublar 

şöbəsinə gəlir, dərs başlayırdı. Belə şəraitdə də olsa, biliyini 

kiməsə verməkdən xoşu gəlirdi. Həftədə bir neçə dəfə keçdiyi 

dərs, zabitin hörmətkar davranışı, qadının mərhəməti ona az-

çox təpər verirdi.

 Həyat bəzən adamları ona görə ayırır ki, bir-birindən ötrü nə 

qədər əziz olduqlarını dərk eləsinlər. Xatirələrlə üzbəüz qalanda 

Bakını,  ailəsini  fikirləşir,  onların  gün-güzəranının  qayğısını 

çəkirdi. Alman qoşunları Moskvaya doğru irəliləyirdilər, ölkə 

kartoçka  sisteminə  keçmişdi,  adambaşına  gündə  dörd  yüz 

qram  qara  çörək  verilirdi,  deməli,  balaları  qarındolusu 

yeməyə  həsrət  idilər.  Bunları  düşünəndə  ürəyinin  ağrısı 

dözülməz olurdu.



580

 ...Onda bilmirdi ki, noyabrın ortalarında evlər idarəsinin 

müdiri,  bir  də  sahə  müvəkkili  qapısını  döyüb  yuxarıdan 

gələn tapşırığı çatdırıblar:

 “Sizə üç gün vaxt veririk, hazırlaşın noyabrın on yeddisində 

qapıya maşın gələcək, sürgün olunacaqsınız”.

  Bilqeyis  xanım  üç  uşaqla  hara  gedəcəyini  bilmədən  əli 

qoynunda qalmışdı, əlacsızlıq içində olan-qalanlarını yığışdı-

rıb  qohumlarının  evinə  göndərmiş,  deyilən  vaxt  pal-paltar 

bağlamalarını  yığışdırıb  “polutorka”  maşınının  kuzovuna 

minmiş,  onları  ötürməyə  gələn  qohumların,  qonum-qonşu-

nun  göz  yaşlarının  müşayiətilə  yola  düşmüş,  Keşlədəki 



“tərəvəz anbar”ında sığınacaq tapmışdılar; bazaya çatan kimi, 

Bilqeyis xanımın pasportuna “müvəqqəti sürgün” möhürü vu-

rulmuş, qərar çıxana qədər də elə anbarın soyuq kameraların-

da  yaşamağa  məcbur  edilmişdilər;  o  vaxtkı  Mardakertə, 

Şaumyankəndə,  Dəstəfura  göndəriləcəklərini  gözləyə-

gözləyə iki həftə məşəqqət içində qalandan sonra Bilqeyis xa-

nımın qardaşları və dayısı böyük zəhmət hesabına onları Ba-

kının tərk eləmək şərtilə ümumi sürgündən xilas eləmiş, axır 

ki, evlərində bir gün qalandan sonra Qubaya getmək qərarına 

gəlmişdilər.

 Bilqeyis xanımın qohumları evi boşaltmışdılar, qayınanası 

Kiçikxanım kürəkəninin arxivini evinə aparıb, sandığına yı-

ğıb, açarını da kimsəyə vermir, heç bir günahı olmayan “bül-

lur  kimi  saf  və  xeyirxah”  Yusif  Vəzirin  nə  vaxtsa  qayıdıb 

gələcəyinə ümidini itirmirdi...

***

 1942-ci ilin qışı Yusif Vəzirdən ötrü ağır keçdi. Baş leyte-



nant  Zaxair  İlyuşini  cəbhəyə  göndərmişdilər,  buna  görə  də 

onsuz da çətin olan həyatında daha bir boşluq yaranmışdı. O 

biri tərəfdən də ərzaq, geyim, xüsusilə də papiros qıtlığı son 

dərəcə  dözülməz  olmuşdu.  İki  il  ərzində  xeyli  qocalmış, 

çəkdiyi  iztirabların  izləri  üz-gözünə  çökmüşdü.  Bəzən 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə