Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə184/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   177   178   179   180   181   182   183   184   185

591

ğa  izləyib  təqdir  elədiyi  əqidə  dostunun  həyatdan  belə  tez 

getməsi ondan ötrü sarsıdıcı zərbəydi. Daha bir Əsəd bəyin 

yetişməsi müşkül məsələdi, həm də yaxın müddətdə bunun 

baş verəcəyinə inanmır...

 Sonrakı dörd ili durğun intizarla keçirdi...

  Müharibə  sonsuz  fəlakətlər  gətirib,  dağıntılar  törədib, 

talelər şikəst eləyib başa çatdı, dünya Xirosima və Naqasakiyə 

atılan atom bombalarıyla bir daha sarsılıb sükuta qərq oldu...

***


 Müharibə başa çatandan az sonra onları sürgündən burax-

dılar, Muhamməd Əsəd Kəraçiyə qayıtdı...

  Həmin  günlərdə  o  Muhamməd  Əli  Cinnənin  yanında, 

onun etibar elədiyi, məsləhətləşdiyi, fikirlərini bölüşdüyü az-

saylı adamlar arasındaydı...

 1947-ci il qızğın hadisələr ili oldu...

  Hindistan  Milli  Konqressi  axır  ki,  Müsəlman  Liqasının 

təzyiqlərinə davam gətirə bilməyib ölkənin bölünməsinə ra-

zılıq  verdi.  Hələ  ki,  yeni  dövləti  –  Pakistanı  Britaniyanın 

nəzarəti altında general-qubernator idarə eləyəcəkdi. 

 Cinnə onda Bombeydəydi, təcili evini satdı, bacısı və yaxın 

adamlarıyla vitse-kralın təyyarəsində Kəraçiyə uçdu. Həmin 

vaxt  Muhamməd  Əsəd  Cinnəni  qarşılayanlar  arasındaydı, 

axıracan da onun yanında oldu.

 Bir neçə gündən sonra yeni konstitusiya assambleyasında 

Məhəmməd Əli Cinnə ölkənin müstəqilliyini elan elədi... 

 Avqustun on yeddisində sərhəd xətti dəqiqləşəndə böyük 

köç başlandı: milyonlarla hindi Güneyə, müsəlmansa quzeyə 

üz tutdu... 

 O günlərin birində artıq baş nazir təyin olunmuş Ləyaqət 

Əli xan Muhamməd Əsədi iqamətgahına çağırdı: Xarici İşlər 

Nazirliyinin Orta Şərq şöbəsi ona həvalə olunurdu, bunu ge-

neral-qubernator məsləhət görmüşdü...

  Sonralar  öyrəndi  ki,  Cinnə  onu  nazir  görmək  istəsə  də, 

kabinetdəki bəzi adamları bu seçimin düzgünlüyünə inandı-



592

ra bilməyib. Amma bu da taleyin bəxşişiydi, elə bil, ürəyindən 

keçəni oxumuşdular. Üstəlik, İslamı Yeniləşmə Qurumunun 

üzvü seçildi, ölkənin dini cəhətdən yenidənqurulmasında söz 

sahiblərindən biri oldu...

 On üç il əvvəl müəyyənləşdirilmiş hədəflər artıq fəth olun-

muşdu, bir müddət rahat yaşayıb-işləyə bilərdi...

 Orta Şərqlə əlaqələr necə qurulacaqdı, orda dövlət qurmaq 

istəyən  sionistlərə  münasibət  necə  olacaqdı?  Yeni  dövlətin 

dini  həyatında  hansı  yeniləşmələr  aparılmalıdı?  İndi  onun 

beynini məşğul eləyən bunlar idi. Əlbəttə, sionizmə qarşı çıx-

maq  lazımdı  –  Pakistan  müsəlman  ölkəsidi,  Fələstini  ayağa 

verməz.  Yeniləşmənisə  çox  ehtiyatla  aparmaq  lazımdı  – 

fanatiklər istənilən qədərdi, onları qıcıqlandırmaq olmaz...

 ...Elə o ildən Fələstin ətrafında baş verən hadisələri diqqətlə 

izləyirdi. Belə görünürdü ki, iyirmi beş il əvvəl doktor Veys-

manın dediklərinin gerçəkləşməsinə az qalıb...

  Əvvəlcə  Britaniya  Fələstinə  dair  mandatından  imtina 

elədi.  Noyabrın  29-da  BMT  Baş  Assambleyası  Fələstinin 

bölünməsi,  yəhudi  və  ərəb  dövlətlərinin  yaranması  barədə 

qətnamə  qəbul  elədi.  Qətnəməyə  görə  Qüds  və  Vifleem 

şəhərləri  beynəlxalq  nəzarətdə  olan  ərazi  kimi  saxlandı  ki, 

münaqişə obyekti olmasın. Yəhudi hökuməti vəzifəsini yerinə 

yetirən  “İşuva”  agentliyi  təklifi  dərhal  qəbul  elədi,  Ərəb 

Dövlətləri Liqası və Ali Ərəb Şurasısa bu bölgüyə qəti etirazı-

nı bildirdi.

 1948-ci il mayın 14-də David Ben-Quruon İsrail dövlətinin 

müstəqilliyi barədə bəyannamə elan elədi. Bir gün sonra da 

Suriya,  Misir,  Livan,  İraq  və  Transiordaniya  İsraillə  müha-

ribəyə girdiklərini bildirdilər. Ərəb ölkələrini çaxnaşma bü-

rüdü,  yəhudilərin  evlərinə  basqınlar  oldu,  nəticədə  yüz 

minlərlə yəhudi İsrailə, yüz minlərlə ərəbsə Fələstinə ayrılmış 

ərazilərə köçmək məcburiyyətində qaldı.

 Mayın on altısında İsrail Müvəqqəti Dövlər Şurası yaradıl-

dı, Haim Veysman Şuranın sədri, David Ben-Qurion ilk baş 



593

nazir seçildilər. Həmin günlərdə Haim Veysman qürurla de-

mişdi:

 “Biz yəhudilər iyirminci yüzildə Orta Şərqdə yıxılmaz ad-



lanan dövləti (Osmanlı imperatorluğunu) yıxıb iki dövlət (İsrail 

və Türkiyə) qurduq. Onlara (Türkiyəyə) elə gözəl sistem inşa 

elədik ki, türklər Fələstini bizə verməyən Əbdülhəmidi ən azı 

iki yüz il də söyəcəklər”.

  Muhamməd  Əsədsə  həmin  məqamda  Pakistanın 

mövqeyindən sionizmi pisləyir, ərəblərə ədalət tələb eləyirdi, 

amma qəlbində ağlagəlməz sevinc vardı: uğrunda savaşdıq-

ları, qurbanlar verdikləri ideya artıq həqiqətə çevrilmişdi...

  Yəqin,  doktor  Veysman  bir  vaxtlar  ona  inanıb  bu  yola 

çıxan, iyirmi beş il ərzində səbirlə, inadla, bacarıqla öz missi-

yasını  yerinə  yetirən  Muhəmməd  Əsədi  –Leopold  Veysi  də 

unutmayacaqdı...

***


Üç il sonra Muhamməd Əli Cinnə vərəmdən öləndə həya-

tında  nəyinsə  dəyişəcəyini  duymuşdu.  Onu  əvəz  eləyən 

Ləyaqət  Əli  xan  Muhamməd  Əsədi  xarici  işlər  naziri  təyin 

eləmək fikrindəydi, amma macal tapmadı, az sonra öldürül-

dü. Yeni general-qubernator Xoca Nazimuddinsə Muhamməd 

Əsədin ölkədə qalmasını istəmirdi...

  1952-ci  ilin  əvvəllərində  Pakistanın  BMT  yanındakı 

nümayəndəsi təyin olunduğu barədə qərarı eşidəndə taleyin 

bir daha ona qarşı mərhəmətli olduğuna inandı. Belə hesab 

eləyirdi  ki,  buna  haqqı  var,  geridə  qoyduğu  illərin  zəngin 

təcrübəsi, qazandığı etibar, çatdığı nüfuz bu mühüm vəzifəyə 

layiq olduğuna sübutdu.

 Yenə çıxışlarında, müsahibələrində sionizmə qarşı çıxırdı, 

bununla belə, onun sionistlərlə gizli münasibətlərdə olduğu 

barədə  də  şayiələr  dolaşırdı.  O  şayiələrin  həqiqətəuyğun 

olub-olmadığınısa kimsə dəqiq bilmirdi...

 Nyu-York başqa dünyaydı, burda özünü ali ierarxiyanın 

üzvü  kimi  hesab  eləyirdi.  Bu  ierarxiyada  layiq  olduğu  yeri 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə