Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə42/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   38   39   40   41   42   43   44   45   ...   185

137

  “Mən  səni  təhsilin  barədə  düşünürəm,  Leo,  –  Abram 

kədərlə oğlunu süzdü. – Altı sinfin yarısını məktəbə getmədin 

– xəstə oldun, kefin istəmədi, qarışıqlıq yarandı, qaçaq düş-

dük. Artıq on beş yaşına girmisən. Təhsilini başa vurmalısan, 

oğlum. Avropaya can atmağımın səbəbi budu. Mənim başıma 

bir iş gəlsə, sənin halın necə olar?”

 “Ümidvaram, bir şey olmaz, tezliklə Avropaya gedərik, – 

frau Şulte ona ürək-dirək vermək məqsədilə söhbətə qoşuldu. 

– Yəqin, Leo da bu barədə düşünür”.

 ...O günlərin birində qımızıların Gürcüstana girdiklərini, 

yerli  bolşeviklərin  köməyilə  milli  hökuməti  yıxdıqlarını 

eşitdilər. Bu amansız zərbəydi, belə çıxırdı ki, artıq Gürcüstan 

pasportları  da  qüvvədən  düşüb,  Avropaya  getmək  üçün 

başqa  çıxış  yolu  axtarmaq  lazım  gələcək.  Bir  il  əvvəl 

Azərbaycan vətəndaşıydı, əgər səfarət hələ bağlanmamışdı-

sa, ordakılardan kömək uma bilərdi. Bunu onun ağlına frau 

Şulte salmışdı.

  Səhəri  gün  Leo  ilə  birgə  bəxtini  sınamaq  üçün  çıxdı. 

Oteldən səfarətin hardasa Sultanəhməd camesi tərəflərdə ol-

duğunu demişdilər. Bundan ötrü Qalata körpüsündən keçib 

Sirkəcidə faytona minməli, camenin yanında düşüb soraqlaş-

malı  oldular.  Səfarətin  binasını  tapandasa,  məlum  oldu  ki, 

cəmi  iki-üç  ay  əvvələcən  işləyirmiş,  sonra  bağlanıb,  kimin 

harda olduğunu bilən yoxdu.

 “Qismətimizə bir bax, – Abram Nussimbaum sürüşməmək 

üçün  ayaqlarını  yerə  ehtiyatla  basa-basa  geri  qayıdanda 

kədərlə  deyirdi.  –  Daha  faytona  minməyə  də  imkanımız 

yoxdu, oğlum. Bir az ehtiyatım qalıb, o da bilet puluna çata-

çatmaya. Bir də qiymətli kağızlarım var, o kağızlar da burda 

kimə lazımdı axı?”

 Leo onu, elə bil, eşitmirdi, gözlərini geniş açıb Sultanəhməd 

camesinin nəhəng günbəzinə, səmaya sancılmış minarələrinə, 

Ayasofyanın əzəmətli gözəlliyinə, Topqapının soyuq gün işı-

ğında bərq vuran damına baxırdı. Bu zənginliyi qoyub Avro-

paya getmək nəyə gərək idi?




138

 “Gərək sabah bizimkilərdən kimisə tapım. Dünyanın hara-

sında olur olsun, yəhudi yəhudiyə əl uzatmalıdı, Leo, bunu 

yadında saxla. Yəqin ki, bu çətin vəziyyətdən qurtaracağıq, 

buna ümidimi itirməmişəm”.

  Abram  aradabir  dayanır,  dincini  alır,  oğlunun  üzünə 

baxırdı. Leonun görkəmində şəfqət-filan tapmayıb ovqatı təlx 

olur, təzədən yoluna davam eləyirdi. Yox, oğlu öz aləmi ilə, 

öz fantaziyalarıyla yaşayır, atasının nələr çəkdiyini heç vaxt 

duymayacaq. Bu da taleyin bir zərbəsidi. 

 Sirkəçidə Qalata körpüsünü keçib otelə çatanda hava qa-

ralmışdı. Abram Nüssimbaum güclə bir fincan qəhvə içib ya-

tağa  yıxıldı.  O  yıxılanda  bir  həftə  yerindən  qalxa  bilmədi. 

Frau  Şulte  ikisinin  də  qayğısını  öz  üzərinə  götürdü,  Leo 

məktəbə  gedən  il  Abramın  hədiyyə  elədiyi  həmayili  satıb 

həkim çağırdı, otelin borcunu ödədi, güzəran xərclərini təmin 

elədi. Onun bu sədaqəti xəstəni lap kövrəltmişdi.

 “Siz bizim xilaskar mələyimizsiniz, frau Şulte, – deyirdi, – 

bu  sədaqətimiz  diqqətdən  kənar  qalmayacaq.  Əmin  ola 

bilərsiniz”.

 “Bu barədə danışmayın, – frau Şulte qayğıyla onun yorğa-

nını düzəltdi. – İndi insan səhhətindən başqa dəyərli bir şey 

yoxdu...”

***


 Çıxış yolunu xəstəni yoluxmağa gəlmiş tanış mühacir – ru-

siyalı ağqvardiyaçı göstərdi: sən demə, müttəfiq qoşunları ko-

mandanlığına  müraciət  eləmək,  bolşeviklərin  zülmündən 

qaçdığını söyləyib, Avropaya getmək üçün icazə almaq olar-

mış. Bu ümid, elə bil, Abrama ikinci həyat vermişdi. Cəmi üç 

gün  sonra  yatağından  qalxdı,  olan-qalan  abırlı  paltarını 

təmizlətdi, şalvarının astarından vaxtilə Bakıda firma sahibi 

olduğunu sübut eləyən sənədləri çıxarıb Leoyla komandanlı-

ğa yollandı.

 Leo atasının onları qəbul eləyən ingilis zabitinə şəxsiyyətini 

sübuta yetirmək üçün necə dil tökdüyünə, rusca sənədləri o 



139

tərəf-bu  tərəfə  çevirən  soyuq  görkəmli  zabitin  tərəddüdlü 

hərəkətlərinə göz qoya-qoya fikirləşirdi ki, indi hər şey onun 

dodaqları  arasında  çıxacaq  bircə  kəlmə  sözdən  asılıdı. 

Əslində, o sözün oğlandan ötrü elə bir fərqi yox idi, amma 

atasının  xətrinə  Avropaya  getməkdən  də  boyun  qaçırmaq 

fikrində deyildi. 

 Axır ki, zabit onları uzun-uzadı süzüb qərarını verdi.

 “Buraxılsın!”

 Leo atasının bu sözləri eşidəndə ağlayacağını, ya da yıxıla-

cağını  düşünürdü,  amma  Abram  Nussimbaum  bu  sevincə 

mətanətlə tab gətirdi, zabitə uzun-uzadı təşəkkür eləyib uzat-

dığı kağızı cəld qoynunda gizlətdi.

 Elə o gün də bir neçə həftədən sonra İtaliyaya yola düşəcək 

gəmiyə bilet aldılar. Düzdü, bu dəfə ikinci dərəcəli kayutda 

gedəcəkdilər – Abram daha qənaət eləməyi öyrənmişdi, şal-

varının lap yüngülləşmiş astarından get-gedə daha çox asılı 

olduğunu  başa  düşürdü.  Bununla  belə,  artıq  dirçəlmişdi, 

xoşbəxt görünürdü.

 Leosa həmin məqamlarda, elə bil, qəfildən böyüdüyünü, 

yetkinləşdiyini duyurdu. Bu vaxtacan başına gələnlər uşaqlıq 

macəralarıydı, indisə on beş yaşına girmişdi, hisslərindən baş 

açmağı bacarırdı. Dərk eləyirdi ki, taleyin hökmüylə Qərbə 

getməli olsa da, ruhundakı Şərqi heç vaxt unuda bilməyəcək. 

Artıq yazın girdiyinin, ağır qışdan sonra bu əzəmətli şəhərin 

tumurcuq-tumurcuq, 

yarpaq-yarpaq, 

çiçək-çiçək 

gözəlləşdiyinin fərqinə varırdı.

  O  bir  həftəni  şəhərdə  ömrünün  son  günlərini  yaşayan 

adam kimi dolaşır, gördüyü hər şeyi yaddaşına köçürməyə, 

ruhuna hopdurmağa çalışırdı...

 Avropanı fəth eləyəndən sonra mütləq bura qayıdacaqdı...

 Yəqin, Qərb onun Şərqi daha yaxından duymasına kömək 

eləyəcəkdi...

 Hələ ki, irəlidə uzun yol, naməlum amma cəlbedici gələcək 

vardı...



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə