Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə40/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   36   37   38   39   40   41   42   43   ...   185

131

 Yəqin Berlində vəziyyət o qədər də yaxşı olmaz, frau Şul-

te,  –  Leo  xəyallar  içində  dillənirdi,  –  müharibədə  məğlub 

olub axı”.

“Müharibə Berlində getməyib ki, Leo, – frau Şulte etiraz 

eləyirdi. – Berlində bir dəfə belə olmasam da, bilirəm ki, yaşa-

maq üçün çox gözəl yerdi”.

“Mən  bir  müddət  Konstantinopolda  qalmaq  istərdim,  – 

Leo gözlərini tavana zilləyib, az qala, pıçıldayırdı. – Sultanla-

rın,  paşaların  sarayları,  minillərdən  qalmış  qala  divarları, 

camelər, kilsələr, sinaqoqlar, cürbəcür üslublarda tikilmiş bi-

nalar,  nağıllardakı  kimi,  suyun  ortasında  salınmış  əzəmətli 

şəhər... Bütün bunlar mənə çox tanış gəlir...”

Abram adətən ancaq yatmağa gəlir, dərhal da taleyindən 

razı halda yatağına uzanıb yuxuya gedirdi.

Düzdü, hələ paroxod yola düşməmiş elan eləmişdilər ki, 

yemək-içməyin dəyəri yalnız frank, funt sterlinq, yaxud dol-

larla ödənəcək, bu da onun ovqatını bir qədər korlamış, şalva-

rının astarını xeyli yüngülləşdirmişdi, amma artıq Avropanın 

bir addımlığındaydı, ağlı, fərasəti, bacarığı sayəsində özünə 

də,  oğluna  da  bir  gün  ağlayacaqdı  –  buna  şübhə  eləmirdi. 

Təki ciddi xəstəliyə düçar olmayaydı...

Bu  ağlasığmaz  səyahət  dörd  gün  çəkdi.  Qış  günləri  olsa 

da,  hava  aradabir  göyərtəyə  çıxmağa,  məhəccərə  söykənib 

mavi sulara, uzaqlarda görünən gəmilərə, Konstantinopolun 

və Avropanın yerləşdiyi səmtə baxmağa imkan verirdi. Belə 

məqamlarda hamı, hətta atası və dayəsi də yola çıxırdılar, bu 

dünyanın  ən  gözəl  gəmisində  təkcə  Leo,  bir  də  hələ  adını 

bilmədiyi, amma çox gözəl bir qız qalırdı, birgə xoşbəxt dün-

yaya doğru üzürdülər.

 “Knyaz Amerikaya getməyi məsləhət görür, – Abram axı-

rıncı gün frau Şulteyə deyirdi. – Dediyinə görə, zəngin ölkədi, 

yaşamaq üçün asanlıqla imkan tapmaq olar”.

  “Amerikaya  sonralar,  Avropanı  görəndən  sonra  getmək 

olar,  –  Leo  dərhal  söhbətə  qarışdı.  –  Onlar  kefləri  istəyirsə, 

getsinlər”.




132

 “Leo haqlıdı, – frau Şulte də ona qahmar çıxdı, – Avropada 

qədim tarix, böyük mədəniyyət var, bunları əxz eləmək onun 

xeyrinə olar...”

  Abram  dillənmədi,  qəti  qərarı  orda,  Konstantinopolda 

verəcəkdi...

***

Dördüncü  gün  gəmi  Boğaza  girib  ağır-ağır  Xalicə,  Qızıl-



buynuz  limanına  doğru  irəliləyəndə  Leo  soyuqlayacağı 

barədə frau Şultenin və atasının xəbərdarlıqlarına baxmaya-

raq,  göyərtədə  yerini  tutmuşdu,  suların  əhatəsindəki  yeddi 

təpə  üzərində  salınmış  möhtəşəm  şəhərə  baxırdı.  Atasının 

dediyinə görə, indi Konstantinopol işğal olunmuş, ingilislər, 

fransızlar,  italyanlar,  hətta  yaponlar  əsgərlərini  şəhərdə 

yerləşdirmişdilər. Bu cür şəhəri tutmağın mümkünlüyü Leo-

nun  ağlına  batmırdı:  “Yəqin,  Sultan  belə  məsləhət  bilib,  – 

fikirləşirdi,  –  yoxsa  elə  Boğazın  girişində  cəmi  bir  neçə  top 

yerləşdirsəydilər, gəmilərin birini də salamat buraxmazdılar. 

Belə görünür, atışma-filan da olmayıb”.

  Onu  hər  şeydən  çox  Sultanəhməd  və  Süleymaniyyə 

camelərinin, bir də Qalata qülləsinin əzəmətli görkəmi valeh 

elədi. Soyuq qış havasında lap aydın görünən minarələrdə, 

elə  bil,  ovsunlayıcı  sehr  vardı,  dərhal  düşüncələrinə  hakim 

oldu. Məktəbdə “tatar dili” adlandırdıqları dili öyrənmədiyinə, 

ailədə  və  yaşıdlarıyla  rusca,  dayəsilə  almanca  danışdığına 

görə təəssüf elədi. Eşitmişdi ki, Azərbaycanda danışılan “ta-

tar dili”lə Osmanlı türkcəsinin böyük fərqi yox idi, bu dilləri 

bilənlər bir-birlərilə sərbəst danışırdılar.

 Abram Nussimbaum Qalata səmtində yerləşməyi nəzərdə 

tutmuşdu: şəhəri tanıyanlar yəhudilərin orda daha çox yaşa-

dıqlarını deyirdilər, fikrincə, çətinliyə düşsə, öz soydaşlarına 

əli  asanlıqla  çatardı.  Knyaz  Mzivani  Amerikaya  getmək 

fikrindən dönməmişdi, ona görə də hələ elə Qızılbuynuzda 

qalıb vəziyyəti öyrənəcəkdi. Hər ehtimala qarşı, paroxoddan 

düşməmiş vidalaşdılar – dünyanın işini bilmək olmazdı.



133

 Limana girəndə Leo zolaqlı bayraq dalğalanan boz rəngli 

hərbi  gəmiləri  gördü:  belə  çıxırdı,  Boğaza  ingilislər  nəzarət 

eləyirlər. Atasının dediyinə görə, limandan cənubda fransız-

lar yerləşmişdilər, Qalata səmti – frank məhəllələri ingilislərin 

nəzarətindəydi, qalan məhəllələrdəsə italyanlar və yunanlar 

bərqərar  olmuşdular.  Limanda  çoxlu  rus  gəmiləri  də  gözə 

dəyirdi. Knyaz Mdivaninin dediyinə görə, bir neçə ay əvvəl 

çar generalı Vrangel köhnə Rusiyanın qaymağını Krımda yüz 

iyirmi altı gəmiyə yığıb bura gətirmişdi. İndi Konstantinopol 

mübaliğəsiz  mühacirlərin  paytaxtına  çevrilmişdi,  Şimali 

Qafqazdan,  Qafqazbərisindən,  Türküstandan,  İrandan... 

gələnləri də hesaba alsaq, şəhərin, az qala, yarısı gəlmələrdən 

ibarət idi.

 Amma Konstantinopolda olmaq Leodan ötrü dünyanın ən 

böyük möcüzələrindən biriydi. Yadına kitablardan oxuduqla-

rını  salırdı,  romalıların,  bizanslıların,  səlibçilərin  keçib 

getdikləri, türklərin ələ keçirib beş yüz il kimsəyə vermədikləri 

şəhərə  indi  müttəfiq  qüvvələrin  qoşunları  girmişdilər.  Leo 

körpüdə  ingilis  əsgərlərinin  düzüldüklərini,  gəmi  koman-

danlığının  intizar  içində  kimisə  gözlədiklərini  gördü.  Sən 

demə, çətinliyin böyüyü elə burdaymış: türklərin də olduqla-

rı  müttəfiq  qüvvələri  təmsilçilərindən  ibarət  komissiya 

gələnləri bir-bir yoxlayıb səhhətinə və siyasi baxışlarına görə 

ölkəyə  münasib  olub-olmadıqlarını  ayırd  eləyəcəkdilər;  bir 

çox xəstəliklərin, siyasi-mülki cinayətlərin sadalandığı siyahı, 

görənlərin şəhadətinə inansa, kifayət qədər uzun idi, yoxla-

ma  hələ  uzun  çəkəcəkdi;  üçüncü  dərəcəli  kayutdakıları 

körpüdən  birbaşa  həbsxanaya  aparır,  orda  hamısının 

səhhətini və keçmişini diqqətlə araşdırır, ikinci dərəcəli ka-

yutdakılar elə gəmidəcə yoxlanışdan – tibbi müayinədən, sor-

ğu-sualdan keçirilirdilər.

 Knyaz Mdivani xilaskar mələkmiş: birinci dərəcəli kayut-

dakıları  hörmətlə  qarşılayır,  nəzakətlə  yola  salırdılar:  ahıl 

professor bir-bir hamının əlini sıxır, yoluxucu xəstəliklərinin 



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə