Neriman Qurban indd



Yüklə 3,83 Mb.
Pdf görüntüsü
səhifə37/185
tarix15.03.2018
ölçüsü3,83 Mb.
#31888
1   ...   33   34   35   36   37   38   39   40   ...   185

120

hüseyn Quliyevi, Rəşidbəy Topçubaşovu tanıdı. Aslan və Mir 

Abdulla arxa cərgədə Murad bəy Teymurxanov, Mir Zeyna-

labdin  Mirqasımov,  Mustafa  ağa  Vəkilov,  Məhəmməd  bəy 

Muradov,  Bayram  Hacıyev,  Mustafa  Mustafayev,  Xaspolad 

bəy Hacıyev, Əli Xudaverdiyev, Məhəmmədrza Seyidəliyev, 

Balağa  Ağayevlə  yanaşı  dayanmışdılar.  Görünür,  digərləri 

başqa şəhərlərdə oxuyurdular, gəlməyə imkanları olmayıb. 

 Miri üzə vurmasa da, hiss elədi ki, çox ehtiyacı var, necə 

olur-olsun, ona pul göndərməlidi. Ürəyi parçalanır, əlacsız-

lıqdan hönkürmək istəyirdi. İndiki vaxtda əli bir yana çatmır, 

bolşevik istilasından qaçanların, öhdəsində olan altı nəfərin 

qarnını  doyurmaqdan,  sağ  qalmalarını  birtəhər  təmin  elə-

mədən başqa bir şey düşünə bilmirdi.

Elə həmin vaxt məlum oldu ki, fürsət gözləyən daşnakla-

rın “Nemezis” planı işə düşüb. Ötən ilin oktyabrında Daşnak-

sütyun  firqəsi  İrəvanda  qurultay  keçirib  Osmanlının  və 

Azərbaycanın  altı  yüz  əlli  nəfərini  siyahıya  almış,  “erməni 

xalqının başına gələnlərin baiskarı” kimi qiyabi ölüm hökmü 

çıxarmışdı. Ardınca yaradılan üç-beş nəfərlik terror qrupları 

artıq həmin şəxsləri izləyib öldürürdülər.

  Mayın  31-də  Nəsib  bəy  Yusifbəyli  Kürdəmirdəmi,  Sığ-

naqdamı, iyunun 19-da Fətəli xan Xoyski və Həsən bəy Ağa-

yev Tiflisdə qətlə yetirildi. Xəlil bəy Xasməmmədovun bəxti 

üzdəymiş, yara alsa da, yanındakılar atəş açan Misak Kira-

kosyanı yaralamışdılar, Aram Yerkanyansa qaçıb aradan çıx-

mışdı...

 Deyilənə görə, “Nemezis”in İstanbulda da qolu yaradıl-

mışdı,  “Çakamamart”  adlanırdı.  Belə  çıxırdı,  mühacirətə 

gələn kəslər heç vaxt əmin-amanlıqda olmayacaqdılar...

 

***


 O günlər əməkdaşların vəzifələrinə davam eləmələri vic-

dan məsələsiydi, Yusif Vəzir bunu çox gözəl başa düşürdü... 

Tələbələr  də  həsrətlə  gözlədikləri  yay  tətilinə  gedə 

bilməmişdilər.  İndi  heç  gündə  bir  qarın  yeməyi  belə  tapa 




121

bilmirdilər. Tez-tez səfarətə baş çəkir, Yusif Vəzirin göstərişi 

üzrə Qamət Əfəndinin tədarük elədiklərilə aclıqlarını öldü-

rür, sonra təsadüfi iş axtarmağa gedirdilər. Cəmi bir neçə ay 

əvvəl böyük ümidlərlə gəlmiş cavanların bu cür ümidsizliyə 

qapılması ürəyini şan-şan eləyirdi.

 Gələn qaçqınlar da Vətəndən bir-birinin ardınca ağlasığ-

maz  xəbərlər  gətirirdilər:  XI  Ordu  xüsusi  şöbəsinin  rəisi 

cəllad Semyon Pankratovun əmrilə Milli hökumətdə olanla-

rın bir çoxunu, adlı-sanlı ziyalıları həbs eləmişdilər, kimsənin 

öldü-qaldısından  xəbər  tutmaq  olmurdu.  Pankratovun  99 

nəfərdən  ibarət  qətl  siyahısında  Cəfər  Cabbarlı,  Üzeyir 

Hacıbəyov da varmış. Həbs olunanlar həbsxanadan çörəyin 

arasında Nəriman Nərimanova məktub göndərib vəziyyətdən 

hali  eləyirlər.  Nərimanov  son  məqamda  onların,  həm  də 

Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskinin buraxılma-

sına nail olub...

 İyulun ortalarında Cahangir bəy tutqun halda otağına gi-

rib masanın üstünə qəzetlər atdı: 

 “Qaçqınlar gətiriblər... Bir görün nələr yazırlar...”

  Yusif  Vəzir  bolşeviklərin  “Kommunist”  qəzetini  açıb 

dinməzcə  oxudu.  29  iyun  nömrəsində  yazmışdılar:  “Gəncə 



Quberniyasının Fövqəladə Komissiyası elan edir. Gəncə Quberniya-

sının  Fövqəladə  Komissiyası  aşağıda  adı  çəkilən  ailələri  girov 

saхlayır:  Qacarlar,  Kazımbəyovlar,  Şıхlinskilər,  Хanхoyskilər 

ailəsini  və  Gəncədə  iki  yüzə  yaхın  görkəmli  burjuaziya  sinfindən 

olan şəхsləri. Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-

qəsddə yaхalanarsa, həmin şəхs dərhal sorğu-sualsız güllələnəcəkdir”. 

30 iyun nömrəsində oxuduqlarısa beynində ildırım kimi çax-

dı: “Gəncə. İyunun 28-də Tiflisdən gələn yoldaşlar хəbər verirlər ki, 

Azərbaycan  əksinqilabçılarının  hamısı  Tiflisin  küçələrində 

veyllənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı, general Cavad bəy 

Şıхlinski, Teymurbəy Novruzov və bütün Şamхor bəyləri də orada-

dırlar. Nəsib bəy Yusifbəyov Konstantinopola gedib. Tiflisdə belə bir 

şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına görə 

Хan Хoyski müsavatçılar tərəfindən qətlə yetirilib…”



122

 “Bolşeviklərlə daşnaklar əlbir işləyirlər, – Papiros yandır-

dı, içəridəki bürküdən darıxmış kimi açıq pəncərənin qabağı-

na getdi. – Çətin olacaq, çox çətin olacaq...”

 “Qətlləri müsavatçıların üstünə atmaq başqa niyyətlərdən 

xəbər verir... – Cahangir bəy daha da ruhdan düşmüşdü. – 

Neyləyəcəyik?”

“Bilmirəm, – papirosun tüstüsünü əlilə bayıra qova-qova 

çiyinlərini  çəkdi.  –  Daha  səhih  xəbərlər  alanacan  gözləyə-

cəyik...”

Bir neçə gündən sonra Cahangir bəy üç əməkdaşı da götü-

rüb Batuma yollandı – Tiflisə gedib bu çətin günlərdə ailəsinin 

yanında  olmaq  istəyirdi;  əməkdaşlarısa  qınamaq  olmazdı, 

orda külfət qoyub gəlmişdilər. Mirzə Qədirin ailəsi ötən ildən 

Tiflisdəydi,  ona  görə,  bir  o  qədər  narahat  deyildi.  Zeynal 

bəysə onun kimi hələ subaylığın daşını atmamışdı, külfət sa-

rıdan bircə anası vardı, onu da dayısının himayəsində qoy-

muşdu.

 Qamət Əfəndi hələ də sədaqətini göstərir, şikayətlənmədən 



öhdəsinə  düşən  işləri  görürdü.  Zeynal  bəylə  Mirzə  Qədir 

səfarətxananın  bir  otağına  köçmüşdülər,  daha  kirayə  haqqı 

verməyə  pulları  yox  idi.  Səfarət  binasının  da,  mənzilin  də 

kirayə haqları üst-üstə yığılırdı. Axır vaxtlar Yusif Vəzir də 

işin  çoxluğunu  bəhanə  eləyib  səfarətxanada  gecələyirdi  ki, 

Xeyriyyə xanımın yanında xəcalət çəkməsin. Üstəlik, yemək 

xərcini get-gedə azaldır, bir qarnı ac, bir qarnı tox keçinməyə 

məcbur olurdular.

 ...Belə bir vaxtda əvvəlcə Nağı bəy Şeyxzamanlının, son-

rasa Xəlil bəyin yaralı halda Məşədi Əliylə İstanbula gəlməsi 

gəncəli  qaçqınların  həyəcanına  səbəb  oldu.  Avqustun 

əvvəlləriydi,  səfarətin  üçnəfərlik  heyəti  yersiz-yurdsuz,  ac-

yalavac qaçqınların dərdinə çarə eləmək üçün artıq gecələr 

belə  yatmırdılar.  Mirzə  Qədirin  təmkini,  Zeynal  bəyin 

dəyanəti olmasaydı, Yusif Vəzirin əsəbləri dözməz, bəlkə də 

yenə  yorğan-döşəyə  düşərdi.  Bəzən  taqəti  tükənir,  artıq 




Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   185




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə