NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
131 
   
“Azərbaycan” aylıq Kültür  
Dərgisinin redaksiya məqaləsi 
 
15 SENTYABR 
 
undan 36 il əvvəl 15 Sentyabr 1918-ci ildə Azərbay-
canın  rus-bolşevik  istilasında  olan  başkəndi  Bakı, 
qardaş  Türkiyə  ordularının  yardımı  ilə  milli  Azər-
baycan  qüvvələri  tərəfindən  qurtarılmış  və  beləliklə 
28 Mayda İstiqlalını elan edən Cumhuriyyət əsil bu tarixdən etibarən 
felən təsis edilmişdi. Bu böyük hadisənin milliyyətçi Azərbaycan tərə-
findən  necə  tərəqqi  edildiyini  göstərmək  niyyətilə,  Milli  Azərbaycan 
Hərəkatının  nəşr  orqanı  olan  “Yeni  Qafqasiya”  (1)  dərgisinin  vaxtilə 
bu olaya ayırdığı baş məqaləni aşağıda nəşr edirik: 
Yalnız  Azərbaycan  tarixinin  deyil,  yeni  Türk  tarixinin  ən  va-
cib günlərindən biri də 15 Sentyabrdır. 
1918-ci il tarixində, Sentyabrın 15-də qardaş imdadına çatan Türk 
Ordusunun yardımı ilə Azərbaycan millətpərvərləri bolşevik əsarətin-
də  olan  Bakını  xilas  etmiş  və  İslam  tarixində  ilk  dəfə  təşəkkül  edən 
Cumhuriyyəti bilfiil (birbaşa, gerçəkdən) təsis etmişdilər. 
15  Sentyabr  münasibətilə  qurulan  mərasimi  təsidiyəde  (təntənəli 
mərasimdə) Azərbaycan Milli Hökuməti Rəisi, irkan (irqən) və harsan 
(mədəniyyətcə) bir olan qardaş millətin eyni məqsəd uğrunda bərabər 
axıtdıqları qan sayəsində daha artıq qaynaşıb qarışdıqlarını bildirmiş-
di. 
Bəli,  Rəis  doğru  söyləmişdi.  Çənbərə  Kəndində  yatan  fədakar 
Məhmətciklərin  qardaş  məzarı  üzərində  dikələn  şəhidlik  abidəsinin 
vazı (bünövrə qoyma) əsas mərasimi əsnasında, 1919-cu ildə vuku bu-
lan (baş verən) milli təəssüratı xatırlayanlar, bu müqəddəs ölülərin öz 
fədakarlıqları ilə nə məqsəd, və nə ülvi hiss və məfkurələr doğurmaq-
larına şahid olmuşdular. 
Qəlbi  millət  eşqi  ilə  çarpan  Türklərə  15  Sentyabr  tarixinin  müte-
şekkir (minnətdar) Azəri qəlbində tevlit etdiyi (baş qaldırdığı) sammit 
və qüdsi (müqəddəs) həyəcanları, bir az olsun, Məhəmməd Əmin Rə-
sulzadənin millətpərvər Azərilərin hissiyat duyğularına uyğun olan bir 
nitqini burada dərc etmək istəyirik. Zamanın təsirindən məsun qalma-



 
Nяsiman Yaqublu 
 
 
132 
yacağı  (solmayacağı)  muhəkkək  (dəqiq  bilinən)  olmaqla  bərabər,  bu 
nitqdən  xatirimizdə  qalan  qismi  belə  o  günlərdə  yaşanan  həyəcan  və 
duyğuları az-çox ifadə edir. 
Abidənin  ilk  daşı  qoyulduqdan  sonra  Çənbərə  Kəndini  dolduran 
camaat hüzurunda kürsi xitabətə çıxan natiq bir neçə dəqiqə sükut et-
di. Sözünə belə başladı: 
“Ey hürr Azərbaycanın hürr vətəndaşları! Əziz millətdaşlar... Qey-
ri  düşünən  böyük  bir  hiss,  milliyyət  və  qardaşlıq  hissi  ilə  uzaq  yol-
lardan  keçərək  bizi  hilasa  (xilasa)  gələn  və  öz  ölümləri  ilə  yeni  bir 
Türk  dövlətini  yaşadan  bu  böyük  insanları  teşit  (bayram  etmək,  yad 
etmək)  edərkən  sizi  bir  az  düşündürmək  istəyirəm.  Milli  muxtariyyət 
və  istiqlal  Rusiya  İhtilalının  (inqilabının)  şüarlarından  idi.  Hər  millət 
öz müqəddəratını təyin etməyə səlahiyyətlidir, deyilmişdi. Fəqət, icti-
mai məfkurələr heç bir zaman o məfkurənin müstənit əleyhi bulunma-
yan  (əsaslanmasının  əleyhinə  olmayan  qüvvələr)  sayəsində  tahakkuk 
(zülm)  etməmişdir.  Rus  əmələsi  (fəhləsi)  millətlərin  istiqlal  haqqını 
elan  edir,  bu  mümkündür  və  vakidir  (baş  verəndir).  Fəqət,  bir  Türk 
istiqlalının  təhəkkukunu  (zülmünü)  rus  əmələsindən  (fəhləsindən) 
gözləmək əbəsdir. Sinfi məfkurələrin tahakkuku (zülmü) siniflərin öz 
qüvvə  və  səylərinə  bağlı  olduğu  kimi,  milli  məfkurələrin  təhəkkuku 
(zülmü) da milli qüvvələrin səy və hümmətinə bağlıdır. 
Bunun üçündür ki, millətlərə haqqı istiqlal elan edən Rus kommu-
nizmi, iş Azərbaycan istiqlalına müncər olunca (çatınca), Türk düşmə-
ni olan ünsürlərlə üzləşdi, başımıza qanlı Mart hadisəsini çıxardı. Bizə 
“muxtariyyət yox, xarabazar vermək” istədi. Bu qızıl və qanlı yalana 
qarşı milli istiqlalımızın həqiqi müdafiəçisi olaraq bizə Xızır kimi  gə-
lən qüvvə hansı qüvvə idi?! Bu qüvvə bitabbi (təbii ki) Rusiya əmələsi 
(fəhləsi) deyil, Türk Ordusu idi. Milli bir qüvvə idi!.. 
Bəli, Azərbaycan milli hürriyyət və istiqlalını, yeni Türk dövlə-
tinin  vücudunu  bu  gün  böyük  məzarları  başında  huşu  və  husu 
(bütün  varlığı)  ilə  üzərində  diz  çökdüyümüz  bu  böyük  insanları, 
qardaşlarımızı  düşünən  bu  böyük  Türkiyəyə  medyundur  (  min-
nətdardır)! 
Bu borclarını əda etmək (qaytarmaq) üçün Azərbaycan Türklərinə 
15 Sentyabr şəhidlərinin şanlı  fədakarlığına teessi  etməkdən (baş əy-
məkdən)  başqa  bir  çarə,  üzərlərinə  düşəcək  bir  vəzifə  yoxdur!..” 
deyəndən  sonra  natiq  zamanın  əhəmiyyətini  təsvir  və  nəticədə 


 
Bakыnыn Qurtuluшu 
 
 
133 
“Kuzğun Dəniz”in mavi suları ilə, mavi səmada parlayan günəşi şahid 
tutaraq məzar başındakı xalqa: “Bu böyük şəhidlər kimi biz də fədakar 
olacaq,  hürriyyətimizi,  milli  vəhdət  və  istiqlalımızı  canımızı  verərək 
müdafiə edəcəyik!” deyərək özlərinə söz vermişlər. 
Əfsus ki, bu söz həyata keçirilə bilmədi. Taleyin dönən üzü yalnız 
Azərilərdən bir qismini deyil, o  məzar altında  yatan böyük şəhidlərlə 
silahdaşlıq edənləri belə iğfal etdi. Bolşeviklər ikinci dəfə daha qanlı 
və  qızıl  yalanları  ilə  meydana  çıxdılar;  düşməni  ikən  dost, 
müstəmləkəçi ikən xilaskar cildinə girdilər!.. 
15  Sentyabr  təsidi  mənedildi  (qeyd  edilməsi  qadağan  edildi),  indi 
Bakıda  Çənbərə  Kəndindəki  Türk  Şəhid  məzarına  getmək  böyük  bir 
təhlükə yaradır. 
Fəqət nə beis (ruhdan düşməyə dəyməz) var. Türk şəhidlərinin  
məzarı yalnız Çənbərə Kəndidədirmi? Xeyr, orada Məhmətçiliyin 
yalnız  əti  və  sümüyü  dəfn  olunub.  Onun  təmsil  etdiyi  böyük 
məfkurə isə Azərbaycan gəncliyinin atəşin və müntəkim (intiqam) 
qəlbinə  keçmişdir.  O,  orada,  sönməz  bir  şölə  kimi  daim  yanır  və 
yalandan  dikələn  qanlı  istila  binasını  bir  həmlədə  yıxmaq  üçün 
tarixin özünə vəd etdiyi böyük günü gözləyib durur! 
O  gün  gələcək  və  Azəri  gənci  “Kuzğun  Dəniz”lə  “parlaq  gü-
nəş”ə qarşı duyduğu hicabı al qanı ilə yuyacaqdır!.. (9, s. 11-13). 
 
Sentyabr-oktyabr 1954, №6-7(3031).  
 
 
* * *  * 
 
GÖZƏL QAFQAZ NƏĞMƏSİ 
 
Qarlı dağları aşalım, 
Qafqazyaya tez varalım. 
Zəfər üçün gecə-gendüz
Tanrımıza yalvaralım. 
 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə