Nяsiman Yaqublu
6
AZƏRBAYCAN İSTİQLALININ
ELAN EDİLMƏSİ.OSMANLI DÖVLƏTİ İLƏ
ƏLAQƏLƏRİN YARADILMASI.
BAKININ AZAD EDİLMƏSİNİN HƏYATİ
ƏHƏMİYYƏTİ
-ci ilin sonlarına doğru Azərbaycanın siyasi
həyatında böyük yüksəliş dövrü idi. Artıq
milli hərəkatda üç cərəyan seçilirdi: milli
demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli
demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər.
Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyəti
gücləndirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı
siyasi təşkilatların yığıncağı keçirildi və Zaqafqaziya komissarlığı
yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də yaradılmış
yeni hökumətin tərkibi elan edildi.
1918-ci ilin fevralından Zaqafqaziya Seyminin ilk iclasından isə
Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizə-
sinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Za-
qafqaziyanın qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu.
Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub.
“Müsavat”, “İttihat”, “Hümmət” və “Müsəlman Sosialist bloku”nu
təmsil edirdilər. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh
Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayən-
dələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb
edirdilər.
Bundan əlavə 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymin-
dəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi
uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on mi-
nə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart ha-
disələri Azərbaycan tarixinin ən faciəli səhnələrindən idi.
Qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud-
luğu dövründə ermənilərin Azərbaycanda həyata keçirdikləri kütləvi
1917
Bakыnыn Qurtuluшu
7
terror və qırğınları öyrənmək məqsədi ilə ayrıca bir fövqəladə təhqiqat
komissiyası yaradılmışdı.
1918-ci ilin martın 29-da Bakı və Tiflis dəmiryolu bağlandığından
şəhərdə qalan erməni silahlıları “Evelina” gəmisində Müsəlman divi-
ziyasının bir neçə yüz əsgərini tərksilah etdikdən sonra vəziyyət gər-
gin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribati güllədən son-
ra silahlı ermənilər dinc əhaliyə hücum edərək onları amansızcasına
qırmışdı.
Bununla əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Bu hadisə ilə bolşe-
viklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq
edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə “Müsavat firqəsi milli-
müsəlman şurası”na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə
biliştirak 10 000 qərib müsəlmanı qətl etdi” (53, s. 33).
Qeyd edək ki, hakimiyyəti ələ keçirmək üçün mart ayında Bakıda
bolşeviklərin daşnaklarla birlikdə qaldırdığı qiyam və aprel ayında Ba-
kı quberniyasında törədilən milli qırğın xalqların təyini müqəddəratını
elan etmiş Sovet Rusiyasının Azərbaycana münasibətinin təzahür for-
ması idi. (31, s. 57)
Minlərlə günahsız adamın ölümünə səbəb olan ermənilərin xəya-
nəti, törətdikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqaf-
qaziya Seyminə çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti
azərbaycanlı nümayəndələrdə ciddi narazılıq doğurdu. Eyni zamanda
Seymin gürcü-erməni çoxluğu Bakı Sovetinə ciddi təsir göstərmək
istəmirdi. Bu münasibəti görən Seymin azərbaycanlı deputatları ayrı-
ayrı partiyaları təmsil etsələr də, eyni mövqeyə gəlib birgə fəaliyyətə
üstünlük verdilər. Mart hadisələri Milli İstiqlal Mübarizəsinin nəinki
məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi ya-
ratdı.
Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar,
gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün
olmur, münasibətlərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və
ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər.
Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna
nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər.
Türklərin isə Seym daxilindəki ziddiyyətlərdən məlumatları var idi.
Odur ki, Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8
Nяsiman Yaqublu
8
gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni za-
manda Qarsı mühasirəyə aldılar.
Belə vəziyyətdə aprelin 19-da Seymə daxil olan Azərbaycan nü-
mayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyi-
ni tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks halda,
onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər.
Tezliklə gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə ye-
tirilməsinin – yəni Brest-Litovsk Müqaviləsi şərtlərinin və Zaqafqazi-
yanın müstəqilliyinin elanının vacibliyini dərk edib, müharibənin da-
yandırılması zərurəti qarşısında qaldılar. 1918-ci ilin aprelin 22-də
Zaqafqaziyanın müstəqilliyi elan edildi.
Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə
gərginləşirdi. Xüsusən, Almaniyanın da Zaqafqaziyada təsirinin art-
ması, gürcülərin onlara meylini artırırdı.
Bakı məsələsi ilə bağlı Almaniyanın da mövqeyi maraqlı idi. Al-
maniya Bakı məsələsinə görə “Rusiyanın yenidən ittifaq dövlətlərinə
qarşı müharibəyə girməsinin öz mənafeyi baxımından təhlükəli olaca-
ğını düşünürdü. Çünki Rusiya Bakının Osmanlı ordusu tərəfindən
alınmasını müharibə səbəbi sayırdı. (45, s. 156). Anlaşılacağı kimi,
Bakı Qafqaz probleminin zirvə nöqtəsi halına gəlmişdi. Bir tərəfdən,
cənubdan Bakıya tərəf irəliləyən ingilis əsgərləri qarşısında Bakının
bir an əvvəl İttifaq dövlətləri tərəfindən işğalı məcburiyyəti, digər
tərəfdən, Bakının Osmanlı dövləti tərəfindən alınmasını müharibə sə-
bəbi sayan Rusiya və Qafqazda Bakını almaq üçün kifayət qədər əsgə-
ri olmayan Almaniya. (45, s. 156).
Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz
birliyindən çıxıb Almaniya himayəsinə keçmək istəyi artıq bu millət-
lərin birləşib bir orqanda fəaliyyət göstərməyini sual altına qoymuşdu.
Qeyd edək ki, ermənilərin “Daşnaksütyun” partiyasının Seymdəki
deputatları müsəlman burjuaziyasına belə bir siyasi təklif də etmişdi-
lər: “Bakıda gələcək hökumətin sırf müsəlman deyil, beynəlmiləl xa-
rakterdə olması və erməni hissələrinin Bakıda qalması”. Bunun müqa-
bilində onlar təklif edirdilər ki, Bakı Sovetini buraxmağı öz öhdələrinə
götürürlər. Lakin Seymin müsəlman nümayəndələri bu həyasız şərtləri
qətiyyətlə rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bil-
dirmişdilər. (35a, s. 45).
Dostları ilə paylaş: |