NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə2/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   2   3   4   5   6   7   8   9   ...   57

 
Nяsiman Yaqublu 
 
 

 
 
AZƏRBAYCAN  İSTİQLALININ 
 ELAN EDİLMƏSİ.OSMANLI DÖVLƏTİ İLƏ 
 ƏLAQƏLƏRİN YARADILMASI. 
BAKININ AZAD EDİLMƏSİNİN HƏYATİ 
ƏHƏMİYYƏTİ 
 
 
-ci ilin sonlarına doğru  Azərbaycanın siyasi 
həyatında  böyük  yüksəliş  dövrü  idi.  Artıq 
milli  hərəkatda  üç  cərəyan  seçilirdi:  milli 
demokratlar,  sosialistlər  və  islamçılar.  Xüsusi  olaraq  fərqlənən  milli 
demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər.  
Belə  vəziyyətdə  Zaqafqaziyadakı  siyasi  təşkilatlar  da  fəaliyyəti 
gücləndirdilər.  1917-ci  ilin  noyabr  ayında  Tiflisdə  Zaqafqaziyadakı 
siyasi  təşkilatların  yığıncağı  keçirildi  və  Zaqafqaziya  komissarlığı 
yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də  yaradılmış 
yeni hökumətin tərkibi elan edildi. 
1918-ci  ilin  fevralından  Zaqafqaziya  Seyminin  ilk  iclasından  isə 
Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizə-
sinin  yeni  mərhələsi  başlandı.  Həmin  ilin  fevralın  23-də  Tiflisdə  Za-
qafqaziyanın qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu. 
Seymdəki  Azərbaycan  fraksiyası  44  millət  vəkilindən  ibarət  olub. 
“Müsavat”,  “İttihat”,  “Hümmət”  və  “Müsəlman  Sosialist  bloku”nu 
təmsil  edirdilər.  1918-ci  ilin  martın  14-də  keçirilən  Trapezund  Sülh 
Konfransında  da  Türkiyə  nümayəndələri  artıq  Zaqafqaziya  nümayən-
dələrindən  respublikaların  siyasi  quruluşları  haqqında  qətnamə  tələb 
edirdilər. 
Bundan əlavə 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymin-
dəki  münasibətləri  gərginləşdirdi  və  Azərbaycanın  milli  müstəqilliyi 
uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on mi-
nə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart ha-
disələri Azərbaycan tarixinin ən faciəli səhnələrindən idi. 
Qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud-
luğu  dövründə  ermənilərin  Azərbaycanda  həyata  keçirdikləri  kütləvi 
1917 


 
Bakыnыn Qurtuluшu 
 
 

terror və qırğınları öyrənmək məqsədi ilə ayrıca bir fövqəladə təhqiqat 
komissiyası yaradılmışdı. 
1918-ci ilin martın 29-da Bakı və Tiflis dəmiryolu bağlandığından 
şəhərdə qalan erməni silahlıları “Evelina” gəmisində Müsəlman divi-
ziyasının  bir  neçə  yüz  əsgərini  tərksilah  etdikdən  sonra  vəziyyət  gər-
gin həddə çatmış və Qızıl Ordu dəstəsinə atılan təxribati güllədən son-
ra  silahlı  ermənilər  dinc  əhaliyə  hücum  edərək  onları  amansızcasına 
qırmışdı. 
Bununla  əlaqədar  M.  Ə.  Rəsulzadə  yazırdı:  “Bu  hadisə  ilə  bolşe-
viklər bir çox vilayətlərdə yapdıqları qanlı əməliyyatı Bakıda da tətbiq 
edirdilər. Əmələ və füqəra hakimiyyəti naminə “Müsavat firqəsi milli-
müsəlman şurası”na elani-hərb edən “Bakı Soveti” erməni alayları ilə 
biliştirak 10 000 qərib müsəlmanı qətl etdi” (53, s. 33). 
Qeyd edək ki, hakimiyyəti ələ keçirmək üçün mart ayında Bakıda 
bolşeviklərin daşnaklarla birlikdə qaldırdığı qiyam və aprel ayında Ba-
kı quberniyasında törədilən milli qırğın xalqların təyini müqəddəratını 
elan etmiş Sovet Rusiyasının Azərbaycana münasibətinin təzahür for-
ması idi. (31, s. 57) 
Minlərlə  günahsız  adamın  ölümünə  səbəb  olan  ermənilərin  xəya-
nəti, törətdikləri qırğın haqda məlumat 1918-ci ilin aprelin 2-də Zaqaf-
qaziya Seyminə çatdırıldı. Lakin Seymin bu qırğına laqeyd münasibəti 
azərbaycanlı  nümayəndələrdə  ciddi  narazılıq  doğurdu.  Eyni  zamanda 
Seymin  gürcü-erməni  çoxluğu  Bakı  Sovetinə  ciddi  təsir  göstərmək 
istəmirdi.  Bu  münasibəti  görən  Seymin  azərbaycanlı  deputatları  ayrı-
ayrı partiyaları təmsil etsələr də, eyni  mövqeyə gəlib birgə  fəaliyyətə 
üstünlük  verdilər.  Mart  hadisələri  Milli  İstiqlal  Mübarizəsinin  nəinki 
məqsədində, eləcə də forma və vasitələrində keyfiyyət dəyişikliyi ya-
ratdı. 
Bu  hadisələrdən  sonra  fikir  müxtəlifliyində  olan  azərbaycanlılar, 
gürcülər  və  ermənilərin  Seymdə  birgə  fəaliyyəti  getdikcə  mümkün 
olmur, münasibətlərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və 
ermənilər  Türkiyə  ilə  münasibətdə  ciddi  siyasi  ziddiyyətdə  idilər. 
Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna 
nail  olmaq  üçün  Qars  və  Ərdəhanı  güzəştə  getməyi  lazım  bilirdilər. 
Türklərin  isə  Seym  daxilindəki  ziddiyyətlərdən  məlumatları  var  idi. 
Odur  ki,  Zaqafqaziya  hökumətinin  Türkiyə  ilə  apardığı  müharibə  8 


 
Nяsiman Yaqublu 
 
 

gündən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni za-
manda Qarsı mühasirəyə aldılar. 
Belə  vəziyyətdə  aprelin  19-da  Seymə  daxil  olan  Azərbaycan  nü-
mayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyi-
ni  tələb  etdilər.  Azərbaycanlı  nümayəndələr  bildirdilər  ki,  əks  halda, 
onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər. 
Tezliklə  gürcülər  və  ermənilər  türklərin  əsas  tələbinin  yerinə  ye-
tirilməsinin – yəni Brest-Litovsk Müqaviləsi şərtlərinin və Zaqafqazi-
yanın  müstəqilliyinin  elanının vacibliyini  dərk  edib, müharibənin da-
yandırılması  zərurəti  qarşısında  qaldılar.  1918-ci  ilin  aprelin  22-də 
Zaqafqaziyanın müstəqilliyi elan edildi. 
Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə 
gərginləşirdi.  Xüsusən,  Almaniyanın  da  Zaqafqaziyada  təsirinin  art-
ması, gürcülərin onlara meylini artırırdı. 
Bakı  məsələsi ilə bağlı  Almaniyanın  da  mövqeyi  maraqlı idi. Al-
maniya  Bakı  məsələsinə  görə  “Rusiyanın  yenidən  ittifaq  dövlətlərinə 
qarşı müharibəyə girməsinin öz mənafeyi baxımından təhlükəli olaca-
ğını  düşünürdü.  Çünki  Rusiya  Bakının  Osmanlı  ordusu  tərəfindən 
alınmasını  müharibə  səbəbi  sayırdı.  (45,  s.  156).  Anlaşılacağı  kimi, 
Bakı  Qafqaz  probleminin  zirvə  nöqtəsi  halına  gəlmişdi.  Bir  tərəfdən, 
cənubdan  Bakıya  tərəf  irəliləyən  ingilis  əsgərləri  qarşısında  Bakının 
bir  an  əvvəl  İttifaq  dövlətləri  tərəfindən  işğalı  məcburiyyəti,  digər 
tərəfdən, Bakının Osmanlı dövləti tərəfindən alınmasını müharibə sə-
bəbi sayan Rusiya və Qafqazda Bakını almaq üçün kifayət qədər əsgə-
ri olmayan Almaniya. (45, s. 156). 
Zaqafqaziya  Seymi  daxilindəki  narazılıqlar,  Gürcüstanın  Qafqaz 
birliyindən çıxıb  Almaniya himayəsinə keçmək istəyi artıq bu  millət-
lərin birləşib bir orqanda fəaliyyət göstərməyini sual altına qoymuşdu. 
Qeyd edək ki, ermənilərin “Daşnaksütyun” partiyasının Seymdəki 
deputatları  müsəlman  burjuaziyasına  belə  bir  siyasi  təklif  də  etmişdi-
lər: “Bakıda gələcək hökumətin sırf  müsəlman  deyil, beynəlmiləl xa-
rakterdə olması və erməni hissələrinin Bakıda qalması”. Bunun müqa-
bilində onlar təklif edirdilər ki, Bakı Sovetini buraxmağı öz öhdələrinə 
götürürlər. Lakin Seymin müsəlman nümayəndələri bu həyasız şərtləri 
qətiyyətlə rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bil-
dirmişdilər. (35a, s. 45). 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə