NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə3/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   2   3   4   5   6   7   8   9   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 

Mayın 25-də gürcülər Seymin buraxılması və Gürcüstanın Müstə-
qilliyini elan etməsi qərarına gəldilər. 
1918-ci ilin  mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun 
fəaliyyəti  dayandırıldı.  Seymin  fəaliyyəti  dayandırıldıqdan  sonra 
1918-ci ilin mayın  27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı 
buraya  daxil  olan  Azərbaycan  nümayəndələrinin  fövqəladə  iclası 
keçirildi  və  iclas  Azərbaycanın  idarə  olunması  vəzifəsini  öz  üzərinə 
götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Sonra Milli 
Şuranın  sədri  seçkisinə  başlanıldı.  Müsavat  Partiyası  M.  Ə.  Rəsulza-
dənin sədrliyini irəli sürdü. “İttihad”  partiyası  istisna  olmaqla,  qa-
lan təşkilatların səsverməsi nəticəsində M. Ə. Rəsulzadə Milli Şu-
ranın  sədri  seçildi.  H.  Ağayev  və  M.Seyidov  Milli  Şura  sədrinin 
müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nə-
fərdən  ibarət  icraiyyə  orqanı  yaradıldı.    F.Xoyski  icraiyyə  orqa-
nının sədri seçildi. İlk Azərbaycan hökumətinin təşkili F. Xoyskiyə 
tapşırıldı. Yaradılan ilk hökumət aşağıdakı tərkibdə idi: “Nazirlər 
Şurasının sədri və Daxili İşlər naziri – F. X.Xoyski; Hərbi nazir – 
Xosrov bəy Sultanov; Xalq Maarifi və Maliyyə naziri – Nəsib bəy 
Yusifbəyli;  Xarici  İşlər  naziri  –  Məmməd  Həsən  Hacınski;  Poçt-
teleqraf və yollar naziri – Xudadat bəy Məlikaslanov; Əkinçilik və 
əmək naziri – Əkbər ağa Şeyxülislamov; Ədliyyə naziri – Xəlil bəy 
Xasməmmədov;  Ticarət  və  sənaye  naziri  –  Məmməd  Yusif  Cəfə-
rov; Dövlət naziri – Cəmo bəy Hacınski. 
Mayın  28-də  Milli  Şuranın  ilk  iclasında  (24  nəfərin  iştirakı  ilə) 
aşağıdakı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yelizavetpoldakı 
(Gəncədəki)  son  hadisələr  barədə  məlumatı;  2.  M.  Ə.  Rəsulzadənin 
Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxıl-
ması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbay-
canın vəziyyəti. 
Üçüncü məsələ ilə bağlı (yəni Azərbaycanın vəziyyəti) Şura üzvü 
X.Xasməmmədov Azərbaycanın müstəqil respublika elan edilməsi va-
cibliyini  bildirdi,  F.Xoyski  isə  “yerlərdə  bəzi  məsələlərin  aydınlaş-
dırılmasına kimi  Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan 
etmədən  ölkələrlə  sülh  danışığı  aparmaq  üçün  tamhüquqlu  Azərbay-
can hökumətinin yaradılması ilə bağlı kifayətlənməyi təklif etdi. Lakin 
Milli  Şura  22  səslə  (S.  M.  Qəniyev  və  C.  Axundov  bitərəf  qaldılar) 


 
Nяsiman Yaqublu 
 
 
10 
Azərbaycan istiqlalının elanı haqqında qərardan sonra “İstiqlal bəyan-
naməsi” qəbul etdi. 
“İstiqlal  bəyannaməsi”  (həm  “Əqdnamə”,  həm  də  Misaqi-milli” 
adlandırılır) altı maddədən ibarət idi: 
“1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına 
malik  olduğu  kimi,  Cənubi-Şərqi  Zaqafqaziyadan  ibarət  olan 
Azərbaycan dəxi kamiləl hüquq müstəqil bir dövlətdir. 
2.  Müstəqil  Azərbaycan  dövlətinin  şəkli-idarəsi  Xalq  Cümhu-
riyyəti olaraq təqərrür edir. 
3. Azərbaycan Xalq Cümhuriyyəti  bütün millətlər və bilxassə 
həmcüvar  olduğu  millət  və  dövlətlərlə  münasibati-həsənə  təsisinə 
əzm edər. 
4. Azərbaycan  Xalq Cümhuriyyəti  millət,  məzhəb, sinif,  məs-
lək  və  cins  fərqi  gözləmədən  qələmrovunda  (hüdudu  daxilində) 
yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin 
eylər. 
5.  Azərbaycan  Xalq  Cümhuriyyəti  ərazisi  daxilində  yaşayan 
bilcümlə  millətlərə  sərbəstanə  inkişafları  üçün  geniş  meydan  bu-
raxır. 
 6.  Məclisi-Müəssisan  toplanıncaya  qədər  Azərbaycan  ibarəsi-
nin  başında  areyi  ümumiyyə  ilə  intixab  olunmuş  şuraya  milli  və 
şurayi milliyə qarşı məsul hökuməti müvəqqətə durur (70, s. 48). 
Qeyd  edək  ki,  Azərbaycan  İstiqlalının  elan  olunması  günündə  M. 
Ə. Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Ba-
tuma  göndərilərək,  orada  türklərlə  danışıqlar  aparması  idi.  Çünki 
Müstəqil  Qafqazın  Batum  danışıqlarına  sülh  heyəti  göndərərkən  (M. 
Ə.Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin bir-
ləşmiş  iclasında”  Nəsib  bəy  Yusifbəyli  “Osmanlı  dövlətindən  yardım 
istəmək zərurətini” bildirmişdi. 
Azərbaycan  istiqlalı  elan  edilməsinin  məna  və  əhəmiyyəti  böyük 
idi.  Bu  baxımdan  1918-ci  ildə  Azərbaycan  istiqlalı  elan  edilməsinə 
xarici ölkə alimlərinin və tədqiqatçılarının verdiyi qiymət olduqca də-
yərlidir. 
Professor  Qothard  Coske:  “28  Mayıs  1918-ci  ildə  elan  olunan 
Azərbaycan  İstiqlaliyyəti,  Türk  və  Azərbaycan  düşməni  bəzi  bədxah 
zümrələrin  “isbata”  çalışdıqları  kimi,  təsadüfi  bir  hadisə  və  ya  işin 
içindən çıxa bilmək üçün verilmiş məcburi bir qərar deyildir və uzun 


 
Bakыnыn Qurtuluшu 
 
 
11 
müddətdən  bəri  inkişaf  etməkdə  olan  təbii  bir  təkamül  seyrinin  son 
mərhələsi və nöqtəsidir” (71, s. 72). 
Professor  Berd  Fon  Mende:  “Bu  tarix  bilavasitə  onunla  əlaqədar 
olan  zümrə  xaricindəkiləri  əlaqədar  edən  böyük  bir  günün  tarixidir. 
Çünki, bu sadə Qafqaziyadakı  milli  dövlətçilik inkişafı üçün  mühüm 
bir  təməl  daşı  olmaqla  qalmayıb,  eyni  zamanda  Rusiya  imperatorlu-
ğunda başlayan siyasi hadisələrin seyrində milliyyət prinsipinin hakim 
rol oynamağa başlandığı bir günün tarixidir” (71, səh. 72). 
Professor Herbert  Duda: “Həqiqi  milliyyətçiliyin lüzumu ilk öncə 
Azərbaycanda qavrandı və bütün Türk irqdaşlarını kültür baxımından 
birləşdirmək məfkurəsinə orada çalışıldı”(71, s. 73).  
Professor Herbert Yanski: “1918-ci ildə rus əsiri olan türklər üçün 
bir istiqlal açıldı: həsrətini çəkdikləri hürriyyətə qovuşacaqlardı. Müs-
təqil bir dövlətin təməlini quran ilk türk yurdu Azərbaycan idi”. 
Doktor Bartold Spuler: “28 Mayısın aşıladığı ruh əsrimizin hakim 
və  mədəni  insanlığın  əbədi  və  əzəli  həyat  prinsipi  –  millətçilik  üm-
dələrinə  dayandığı  üçün  Azərbaycanın  çalınmış  istiqlalını  geri  almaq 
işində mühəqqəq tarixi rolunu müvəffəqiyyətlə ifa edəcəkdir” (71, s. 73). 
Cohannes  Benzinq:  “28  Mayısı  doğuran  Azərbaycanı  necə  tanı-
maq  lazım?  28  Mayısın  ilhamları  haradan  gəlir?  Vəd  olunan  suallara 
qısa  bir  məqalə  çərçivəsində  kafi  dərəcədə  bir  cavab  vermək  çətin 
olmaqla  bərabər  bəzi  əsas  nöqtələr  təbarüz  etdirilirsə,  28  Mayıs 
anlaşılır:  Azərbaycan  tarixi  hər  şeydən  əvvəl  bizə  Azəri  Türkünün 
hürriyyətə olan dərin bir sevgisini göstərməkdədir”(71, s. 73). 
Professor Tadeuş Svyatoçovski: “İndiyə qədər coğrafi bir bölgənin 
adı olan Azərbaycan artıq iki milyonluq bir dövlətin adı idi. Tatarlar, 
Transqafqaziya müsəlmanları və Qafqaziya türkləri kimi dəyişik isim-
lərlə anılan xalq artıq rəsmən azərbaycanlı olmuşdu”(71, s. 73). 
Qeyd  edək  ki,  28  May  İstiqlalının  elanı  bütün  Şərq  aləmində  və 
bütün  türk  dünyasında  yeni,  demokratik  prinsiplərə  söykənən  bir 
dövlətin  qurulduğunu  xəbər  verirdi.  Rusiya  əsarətində  yaşayan  türk 
xalqları arasında Azadlıq bayrağını ilk dalğalandıran Azərbaycan oldu 
və  28  May  “Azadlığa  qovuşan  bir  insan  kütləsinin  hürriyyəti 
simvolu”na çevrildi. 
Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M. Ə. Rə-
sulzadə 28 May İstiqlalını mühüm hadisə adlandıraraq bu münasibətlə 
yazırdı: “O tarixdən  əvvəl bir millət olaraq varlığını isbat edən Azər-


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə