NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə4/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   2   3   4   5   6   7   8   9   ...   57

 
Nяsiman Yaqublu 
 
 
12 
baycan  xalqı  bu  tarixdən  etibarən  millət  olaraq  dövlət  qurmuş  və  bu 
dövlətin  istiqlalı  uğrunda  bütün  mövcudiyyəti  ilə  meydana  atılmış-
dır”(71, s. 74). 
Azərbaycan  istiqlalı  elan  olunandan  sonra  Zaqafqaziya  hökumə-
tinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan 
Milli  Şurasının  sədri  M.  Ə.  Rəsulzadə  müstəqil  Azərbaycan  Cümhu-
riyyəti  adından  M.  H.  Hacınski  (o,  Xarici  İşlər  naziri  idi)  ilə  birlikdə 
Türkiyə  nümayəndəliyi  ilə  iyunun  4-də  dostluq  haqqında  müqavilə 
imzaladı (15, s. 2, iş. 88, v. 1). 
1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə 
Azərbaycan  Respublikası  arasındakı  dostluq  müqaviləsi”ni    Tür-
kiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsi-
nin  Baş  komandanı  Vəhib  Paşa,  Azərbaycan  hökuməti  adından 
isə Xarici İşlər naziri M. H. Hacınski və Milli Şuranın sədri M. Ə. 
Rəsulzadə  imzaladılar.  Azərbaycan  Respublikası  nümayəndələri-
nin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin – Os-
manlı imperiyası və Azərbaycan hökuməti arasında “Siyasi, hüqu-
qi,  iqtisadi  və  intellektual  zəmində  mehriban  dostluq  münasibətləri 
bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi” bildirildi. 
İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorlu-
ğu hökuməti ilə, Azərbaycan Respublikası hökuməti  arasında daima 
sülh və möhkəm dostluq olacaqdır” (16, s. 2, iş 89, v. 10). 
Sənədin  4-cü  maddəsində  isə  yazılmışdı:  “Dinclik  və  asayişi 
möhkəmləndirmək,  ölkənin  təhlükəsizliyini  təmin  etmək  üçün, 
əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan  Respublikasına 
hərbi yardım göstərməyi öz üzərinə götürür” (16, s. 2, iş89, v. 10). 
Azərbaycan hökuməti ən ağır və çətin şəraitdə məhz həmin müqa-
vilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M. Ə. Rəsu-
lzadə  yazırdı:  “Bütün  Azərbaycan  xalqının  çar-çeşmlə  bəklədiyi 
ümidə  tərcüman  olan  bu  müraciətimizdə  Türkiyə  heyəti-mütəxəssisi 
həmən müvafiqət cavabını verdi” (53, s. 40). 
M. Ə. Rəsulzadənin başçılıq etdiyi Milli Şuranın da  Azərbaycanın 
bir müstəqil dövlət halına gəlməsində həqiqətən böyük xidmətləri oldu. 
Azərbaycan  İstiqlal  Bəyannaməsinin  altıncı  maddəsində  göstəril-
diyi kimi, “Azərbaycan İdarəsinin başında Şurayi Milli” dururdu. 
Azərbaycan  Milli Şurası istiqlalımız uğrunda hətta özünün burax-
maq  dərəcəsinədək  lazım  gələndə  güzəştə  getmişdi.  Milli  Şuranın 


 
Bakыnыn Qurtuluшu 
 
 
13 
İstiqlal  elanının  ilk  vaxtlarındakı  mübarizəsi  olduqca  çətin  idi.  Azər-
baycan daxilindəki bəzi qüvvələr Milli Şuranı ləğv etməyə çalışırdılar. 
Bu qüvvələr “İlhaqçılar” adı altında çıxış edərək hökumətin buraxıla-
raq  Nuru  Paşanın  yeni  hökumət  təşkil  etməsini  tələb  edirdilər.  M.  B. 
Məmmədzadə  yazırdı:  “O,  yalnız  bitərəflik  elan  etməmiş,  hökumətin 
və Milli Şuranın tamamilə dağılmasını və mövqeyini paşanın öz ordu-
su ilə təşkil edəcəyi  hökumətə verməsini istəyirdi. Təşkil olunacaq bu 
“hökumət” isə rus çarizminin sabiq deputatları ilə şeyxülislamdan iba-
rət olacaqdı”.  
Milli  Şuranın  son  iclasında  çıxış  edən  M.  Ə.  Rəsulzadə  dedi: 
“Əfəndilər, hələ səhər iclasını açanda indiki şəraitin necə əhəmiyyətli 
olduğunu xatırlamışdım. 
Əfəndilər, demək istəyirəm ki, Azərbaycan hətta Qafqazda ən 
azadlıqsevər  və inqilabi respublika sayılan Gürcüstandan da xoş-
bəxt olacaq!..” (69, s. 83). 
Vəziyyətin  gərginliyini  nəzərə  alıb,  N.  Yusifbəylinin  təklifi  ilə 
Milli Şuranın 17 iyun tarixli iclasında Fətəli Xan Xoyskinin ikinci ka-
binəsi təşkil edildi. 
Qeyd edək ki, Bakıdakı xəyanətkar qüvvələr bu mühüm şəhəri 
əldən verməmək üçün ciddi müqavimət göstərirdilər. S. Şaumya-
nın Leninə göndərdiyi teleqramların məzmunundan aydın olurdu 
ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı. Azərbay-
canın  müstəqilliyi  elan  olunduqdan  sonra  da  Bakı  Soveti  və  onun 
İcraiyyə orqanı olan  Bakı Xalq Komissarları Soveti bütün vasitələrlə 
milli  hökumətə  qarşı  mübarizə  aparırdı.  Bakı  Xalq  Komissarları  So-
veti  tabeliyindəki  ordunun  köməyi  ilə  Azərbaycan  hökumətinin  yer-
ləşdiyi Gəncəyə hücum etmiş, lakin Göyçay vuruşmasında kommuna 
qoşunlarının  hücumu  dəf  edilmişdi.  Sovet  Rusiyasının  köməyindən 
məhrum olan, Türkiyə qoşunlarının Bakıya yaxınlaşdığını görən Bakı 
Xalq  Komissarları  Soveti  vəziyyətin  gərginliyini  başa  düşürdü.  Nəti-
cədə ingilislərin Bakıya dəvət olunması haqqında qətnamə qəbul edil-
di  və  iyul-avqust  aylarında  eser-daşnak-menşevik  ittifaqı  əsasında 
“Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət He-
yəti diktaturası” adlı mürtəce hökumət təşkil olundu. Bakının taleyi ol-
duqca təhlükəli xarakter aldı. 
Bununla  əlaqədar  olaraq  M.  Ə.  Rəsulzadə  Şaumyanın  mövqeyini 
kəskin  tənqid  edirdi.  1918-ci  ilin  mart  hadisələri  zamanı  “Bakının  və 


 
Nяsiman Yaqublu 
 
 
14 
ətraf  rayonların  İnqilabi  Müdafiə  Komitəsinə  başçılıq  edən  Şaumyan 
qırğında bilavasitə məsuliyyət daşıyırdı. 
S. Şaumyan “Bakinski raboçi” qəzetinin 1918-ci ilin 17 fevra-
lındakı  “Vətəndaş  Rəsulzadəyə  cavab”  yazısında  öz  xəyanətkar 
mövqeyini açıqlayırdı. Hələ o zaman irəli sürülən Azərbaycan Mux-
tariyyəti  ideyasına    qarşı  barışmazlıq  göstərən  Şaumyan  1917-ci  ilin 
dekabrında Leninin imzaladığı Türkiyə ərazisində Ermənistana muxta-
riyyət verilməsi dekretinə nail olmuşdu. M. Ə. Rəsulzadənin təbirincə 
belə bir sənədi cibində gəzdirirdi. 
M. Ə. Rəsulzadəyə hücumunu davam etdirən  Şaumyan bildirirdi: 
“Tutaq  ki,  Rəsulzadənin  özü  inqilabi  qayda-qanunun  bərpası  naminə 
milli polkların təşkilində şəxsən iştirak etsin, tutaq ki, onun obyektiv 
niyyətləri büllur kimi safdır, lakin obyektiv surətdə onun fəaliyyəti əks 
nəticə  verəcəkdir,  ona  görə  ki,  sinfin  siyasəti  bu  və  ya  digər 
şəxsiyyətin yaxşı niyyətlərindən deyil, sinfi niyyətlərindən irəli gəlir. 
Şaumyanın davam etdirdiyi qorxulu siyasəti V. İ. Lenin 1918-ci il-
də ona göndərdiyi teleqramda belə ifadə edirdi: “Sizin möhkəm və qə-
ti siyasətiniz bizi sevindirir” (70, s. 53). 
Qeyd edək ki, Sovet Rusiyası hökuməti və onun rəhbəri V. İ. Le-
nin 1918-ci ilin martında Kremldə Qırmızı Xaçın Rusiyadakı Amerika 
missiyasının rəisi polkovnik R. Robinsonla keçirdiyi söhbətində qeyd 
edirdi:  “Bakının  Rusiya  Sovet  Respublikası  üçün  iqtisadi  əhəmiyyəti 
nədən ibarətdir? Bu – neft, işıq, enerjidir”. (Dərabadi). Həmin dövrdə 
isə  Bakı  Xalq  Komissarları  Soveti  Bakı  quberniyasını  RSFSR-in  tər-
kib  hissəsi  elan  etmişdi.  Bolşevik  hökuməti  bununla  yanaşı  regiona 
xüsusi önəm verir, strateji cəhətdən mühüm Həştərxanın müdafiə qa-
biliyyətinin möhkəmləndirilməsi və eləcə də Xəzərdəki hərbi donanması-
nın  döyüş  qabiliyyətinin  gücləndirilməsi  yolunda  bir  sıra  ciddi  addımlar 
atılmışdı. (23a, s. 28). 
Əlavə  edək  ki,  Türklərin  Bakıya  hücumunun  qarşısını  almaq 
üçün  bolşeviklər  hətta  düşmən  münasibətdə  olduqları  ingilislərlə 
də əlaqə qurmağa çalışırdılar. Bununla əlaqədar bolşeviklərin Ən-
zəlidəki  komitələrinin  sədri  Çelyabin  Bakıdakı  sovet  hökumətinə 
ingilislərin  silah  və  avtomobillə  kömək  göstərməsini  xahiş  etmişdi. 
(39, s. 204). 
Bu ərəfədə iyulun 17-də Azərbaycan Respublikası nümayəndələri-
nin  İstanbul  Beynəlxalq  Konfransına  (orada  Mərkəz  –  Almaniya, 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə