NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   2   3   4   5   6   7   8   9   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
15 
Avstriya,  Macarıstan,  Türkiyə,  Bolqarıstan  və  Qafqaz  –  Gürcüstan, 
Azərbaycan,  Ermənistan  və  Dağlılar  İttifaqı)  göndərilməsi  müəyyən-
ləşdi. Konfransda iştirak etmək üçün M. Ə. Rəsulzadə X. Xasməmmə-
dov və A. Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Bu-
raya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nüma-
yəndə  heyətinə  konfrans  iştirakçıları  ilə  siyasi,  iqtisadi,  maliyyə  və 
hərbi məslələrlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq sə-
lahiyyəti verilmişdi. 
M. Ə.  Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-
də İstanbula gəldi. İstanbulda nümayəndə heyəti çox gərgin vəziyyət-
də  işləməli  oldu.  Bu  vəziyyət  M.  Ə.  Rəsulzadənin  göndərdiyi  məlu-
matlarda daha dəqiq ifadə olunmuşdur. M.  Ə.  Rəsulzadənin  1918-ci 
ilin avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici İş-
lər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt 
Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox  qaranlıq idi, indi hər 
şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdor-
folmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat 
verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər eh-
timala qarşı Bakı məsələsi əhəmiyyət kəsb edir. Azərbaycanın səla-
hiyyətli nümayəndəliyinin sədri – Məhəmməd Əmin Rəsulzadə.  
M. Ə. Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bil-
dirirdi: “Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır” (16, 
F. 277, s. 2, iş 1, v. 37). 
O,  Nazirlər  Şurasının  sədri  F.  Xoyskiyə  göndərdiyi  məktubda  isə 
bildirirdi: “Siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsa-
sında sülh təklif edilib. Konfrans baş tutmayacaq. Ermənilər Qarabağı 
tələb  edirlər.  Avropada  mütləq  gecikmədən  təbliğat  lazımdır.  Biz 
getməyə hazırlaşırıq. Əli Mərdan bəy Avropaya gedir” (16, F.277, s. 2, 
iş 1, v. 37). 
Göründüyü kimi, Bakının alınması həyati bir məsələyə çevril-
mişdi. Müsavat Partiyasının yaradıcılarından biri olan M. Ə. Rəsuloğ-
lunun xatirələri bu mənada çox maraqlıdır: “Türk ordusu qərargahına 
xəritə,  plan  yetişdirmək  üçün  Müsavat  partiyası  bütün  qüvvəsilə 
çalışırdı. Hər gün dəniz və quru yolla türk ordusu qərargahı nəzdində 
bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin hərəkə-
ti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bol-
şeviklər bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi...” 


 
Nяsiman Yaqublu 
 
 
16 
Qeyd edək ki,  M. Ə. Rəsulzadə hələ İstanbulda olarkən Almaniya 
ilə sovet Rusiyasının arasında Brest-Litovsk müqaviləsinə əlavə sazişə 
(27  avqust)  cavab  olaraq  (həmin  sazişə  görə  Almaniya  Bakı  neftinin 
bir  hissəsini  almaqla,  Azərbaycanın  bütün  zəngin  neft  yataqlarının 
Kür sahilinə qədər Rusiyaya verilməsinə razı olurdu) Azərbaycan hö-
kuməti  adından  Almaniyanın  səlahiyyətli  nümayəndəsi  qraf  Valdbur-
qa bəyanat təqdim etmişdi. 
M. Ə. Rəsulzadənin təqdim etdiyi bəyanatda deyilirdi: “Axirən Al-
maniya ilə Rusiya arasında bağlanmış müqavilənin Bakıya aid maddə-
lərindən son dərəcə təəccüb və heyrətə düçar olan hökumətindən aldı-
ğım təlimata əsasən aşağıdakı maddələri ali nəzərinizə çatdırmağa tə-
ləsirəm: - Azərbaycan əhalisi rus inqilabında elan edilən və Brest-Li-
tovskda rus rus hökuməti tərəfindən təkid edilən “hər millətin öz mü-
qəddəratını  özünün  təyin  etməsi  hüququndan”  istifadə  etməklə  Dörd-
lər  İttifaqı  dövlətlərinin  dostluq  duyğularına  istinad  edərək  əsrlərdən 
bəri  altında  əyildiyi  rus  boyunduruğunu  üstündən  ataraq  istiqlalını 
elan  etsə  də,  adı  çəkilən  müqaviləyə  əlavə  olaraq  bağlanmış  müqa-
vilələrlə Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına yardım etdi-
yini xəbər verməklə çox mütəəssir və kədərlidir” 11, s. 8). 
M. Ə. Rəsulzadə bu problemlə bağlı qəti və kəskin mövqeyini “İq-
dam”  qəzetindəki  yazılarında  da  bildirirdi.  Bundan  əlavə,  ona  müra-
ciət  edən  qəzetlərin  müxbirlərinə  demişdi:  “Bakısız  Azərbaycan  – 
başsız bədəndir”(70, s. 56). 
Göstərilən cidd-cəhdlər nəticəsində 1918-ci il sentyabrın 23-də Tə-
lət Paşa ilə Almaniya arasında gizli protokol imzalandı və həmin pro-
tokola  əsasən  Türkiyə  qoşunları  Azərbaycandan  çıxır,  Almaniya  isə 
Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasını təmin edirdi. 
Lakin  sonrakı  vəziyyət  Almaniyanın  bu  prosesi  təmin  etməyinə 
imkan  yaratmadı.  Məlum  oldu  ki,  müharibədə  Almaniya,  Avstriya-
Macarıstan və Osmanlı dövləti ilə Bolqarıstan məğlub olmuş, hadisə-
lərin istiqaməti dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü 
başlamışdı.  Belə  ki,  Almaniya  artıq  məğlub  dövlətə  çevrilmişdi  və 
1918-ci ilin oktyabrın 30-da Lemnos adasının Mudros limanında, ingi-
lislərin “Aqamemnon” gəmisində imzalanan sülhə əsasən Bakı, Batu-
mi və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi. 
Türk qoşunlarının Bakıdan çıxarılmasından sonra şəhərə girən in-
gilislər Azərbaycanı müstəqil dövlət olaraq qəbul etmirdilər. Lakin gene-
ral Tomsonla aparılan uğurlu danışıqlar getdikcə real nəticələr verirdi.  
 


 
Bakыnыn Qurtuluшu 
 
 
17 
 
QAFQAZ İSLAM ORDUSU. NURU PAŞANIN 
FƏDAKARLIĞI. BAKININ QURTULUŞU 
 
usiyada    1917-ci  ildə  baş  verən  Oktyabr  inqila-
bından və bu hadisə nəticəsində bolşeviklərin ha-
kimiyyətə  gəlməsindən  sonra  Osmanlı  dövləti 
Güney Qafqazda fəallığını artırdı. Bu fəallaşma-
da Baş komandan vəkili Ənvər  Paşanın  və III Ordu komandanı Və-
hib  Paşanın  xüsusi  rolu  vardı.  Məhz  Ənvər  Paşanın  təklifi  ilə  Vəhib 
Paşa 1918-ci ilin yanvarın 9-da Qafqazdakı rus hərbi qüvvələrinin mü-
vəqqəti  komandanı,  gürcü  generalı  Odişelidzeyə  bir  məktubla  müra-
ciət etmişdi (s. 442). 1918-ci ilin yanvarın 16-da isə Vəhib Paşa Ənvər 
Paşanın  hazırladığı  teleqramı  Tiflisdəki  Rus-Qafqaz  ordusu  koman-
danlığına çatdırdı. Bu teleqramda Ənvər Paşa Zaqafqaziya hökuməti-
nin Brest-Litovsk sülh danışıqlarında iştirakı vacibliyini  bildirir və bu 
zaman  Zaqafqaziya  hökumətinin  tanınmasına  Osmanlı  dövlətinin  kö-
mək edəcəyini bildirirdi (14, s. 442). Sonrakı dövrdə də Osmanlı döv-
ləti Qafqazla bağlı siyasətini davam etdirməyə başladı. 
Eyni  zamanda  Azərbaycandan  olan  milli  qüvvələr  də  Osmanlı 
dövlətindən  yardım  almaq  üçün  əlaqələr  qurmağa  başladılar.  Bu  işin 
reallaşmasında  rus  əsirliyindən  qaçaraq  Gəncəyə  gəlmiş  Osmanlı  za-
biti  Hüsaməddin  Tuğac  bəyin  rolu  böyük  idi.  Az  sonra  Gəncədəki 
Milli  Komitənin  tapşırığı  ilə  (burada  Nəsib  bəy  Yusifbəylinin  böyük 
rolu vardı) Nağı Şeyxzamanlı, ziyalı Ömər Faiq Nemanzadə, acarların 
nümayəndəsi  Cəlal  Həmşizadə  və  axılkələkli  Əbraim  bəy  birlikdə 
Türkiyəyə  getdilər.  Onların  məqsədi  icmaları  adından  türk  ordusunu 
öz vətənlərinə dəvət etmək idi (14, s. 445). 
Az  müddət  sonra  bu  əlaqələrin  ilk  bəhrələri  görünməyə  başladı. 
Belə  bir  zamanda  Ənvər  Paşa  bolşevik  inqilabından  sonra  Qafqazda 
yaranmış  vəziyyətdən  bəhrələnib  Berlin  müqaviləsi  ilə  itirilmiş  Qars, 
Ərdəhan  və  Batumu  vətənə  geri  qaytarmaq,  həm  də  Azərbaycan  və 
Quzey Qafqazda Osmanlı himayəsində müstəqil dövlətlər qurmaq isti-
qamətində fəal siyasət tərəfdarı idi (14, s. 445). 
Bu  dövrdə  Osmanlı  dövləti  Qafqaza  bir  ordu  göndərmək  qərarını 
alınca, Ənvər Paşa bu ordunun komandanlığına öz qardaşı Nuru-
nu təyin etdi. Əvvəlcə ona diviziya generalı rütbəsi, sonra Paşa (gene-



Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə