NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
45 
həzrətlərinin  şərəfinə  şərbətnuş  olub  sürətli  alqışlarla  izhari-məsərrət  
və şadyanlıq etdilər. 
Həqiqət, bu böyük məclisdə hamının, xüsusilə Bakı əhlinin olma-
zın dərd, möhnət, bəla və zillət çəkdiklər və olmazın həqarətlərə düçar 
olduqları  ağarmış  saç-saqqallarından,  solğun  çöhrələrindən,  məhzun 
gözlərindən  bəlli  olan  üzlərində  bu  axşam  o  qədər  bəxtiyarlıq  və 
bundan irəli gələrək o dərəcə şükr və səna əlaməti peyda idi ki, keçmiş 
qara  günlərin  fəna  təsirləri  bu  gün  nail  olduğumuz  ağ  günlərin 
müqbilində unudulmaq üzrə olduğu aydın və aşkar idi!  
Yox! Fəna təsirləri unudulur, fəqət o təsirləri buraxan qara günlər 
unudulmaz: onları unutmaq üçün ya filosof olmalıdır, ya laübalı!.. 
Nə qərib təsadüf: 
Təqribən bir il bundan əvvəl, bu gün ay-ulduzlu Türk bayrağı 
ilə  bəzədilmiş  bu  salonda  bolşevik  Suxarçev,  Nikolay  Romanova 
məxsus bir zalım hakim vəziyyətini alaraq, hüquq siyasəti və insaniy-
yətləri xüsusunda ağız açmağa “cürət” edən Bakı müsəlmanlarını təh-
did yolu ilə “Bakıda daşı daş üstə qoymaram!” – deyə meydan açırdı. 
Buna qarşı olaraq Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə 
yoldaşımız:  “Əlbəttə!  Biz  azadlıq  yolunda  mübarizə  edirik,  nəticədə 
bizə ya istiqlaliyyətimiz qalar, ya uçurulmuş daşlar! Fəqət əmin olun, 
müvəqqəti  qələbə  sizin  üzərinizdə  olsa  da,  daimi  zəfər  bizimdir!”  – 
deyə  gələcəkdən  xəbər  vermişdi.  Bu  axşam  Rəsulzadə  cənabları  öz 
səlis nitqində bu fəqərəni yada salıb qanlı və həqşəkən Suxarçevlərin 
mühazirə oxuduğu bu meydanda bu gün daimi və əzmli bir Türk zəfə-
rinin  bayram edilməsinə işarə ilə haqq sözün haqq yerinə düşməyin-
dən ötrü razılıq etdi. 
Yox! Əgər Suxarçev bu axşam klub salonuna bədnəzər yetirib bu 
al bayraqları, bu şanlı komandanları, bu qəhrəman zabitləri, bu cəsur 
əsgərləri, bu bəxtiyar çöhrələri görsə idi, hədəsinin nə qədər gülünc və 
əbəs olduğunu özü də etirafa məcbur olardı. 
Rəsulzadə nitqinə davam edərək, -  siyasi üfüqdə qara buludlar gö-
rünən kimidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmətqo-
van nuru var, - dedikdə bütün məclis əhli ayağa qalxıb Paşa həzrətləri-
ni xüsusi bir təzimlə alqışlamağa başladılar. 
Bir ildən bəri əziz qonağımız və keçirdiyimiz qara günlərə bizimlə 
bərabər şərik olan Rövşəni bəy həzrətlərinin bəliğ nitqi o qədər yanıqlı 
və o qədər atəşli idi ki, həzəratın üzərində böyük bir təsir buraxdı: əqi-


 
Nяsiman Yaqublu 
 
 
46 
də amalımıza yetmək, azad edilmiş hüdudumuzu son qüvvəmizlə sax-
lamaq    və  bu  yolda  hər  bir  fədakarlığa  hazır  olmaq  üçün  bu  gecənin 
şərəfinə həmin lüzumundan bəhslə məclis əhlinin ruhunu yüksəldirdi. 
Həzərat  aramızda  oturan  bir  nəfərin  nitqinə  müntəzir  görünürdü: 
bu cənabın illərdən bəri eşitmədiyi səsini eşitmək, fikrini bilmək, nə-
zəriyyəsindən  xəbərdar  olmaq  istəyirdi.  O  möhtərəm  cənab  sevgili 
ustadımız  Əhməd  bəy  Ağayev  idi  ki,  nitq  söyləmək  üçün  yerindən 
qalxarkən  salonda  dərin  bir  sükunət  əmələ  gəlib,  hər  kəs  bütün  diq-
qətini ona tərəf yönəltdi. 
Əhməd bəyin nitqində bəzilərinin gözlədiyi atəş yox idi, amma hə-
qiqi bir səmimiyyət vardı: “Mən Bakını İstambulda və İstambulu Ba-
kıda görüb, özümü o qədər bəxtiyar görürəm  ki, daha ölsəm o qədər 
də qəmim yoxdur, dünyadan kam almış kimiyəm” – kimi sözləri o, sə-
mimi  bir  hisslə  söyləyirdi  ki,  eşidənlər  də  özünün  Əhməd  bəy  kimi 
bəxtəvər və bəxtiyar hiss edirdilər. 
Biz Əhməd bəyin nitqini icmala cəsarət etməyib, tamamilə qəzeti-
mizdə dərc üçün lütfən bizə göndərilməsi ümidilə oxucularımızı səbrə 
dəvət edirik. 
Bu  qədər  nitq  və  alqışlara  cavab  olaraq  Nuru  Paşa  həzrətləri 
gözəl İstanbul şivəsilə ruhumuza ləzzət verən və məzmunca qəlbimizi 
bir çox əndişələrdən təmiz etməklə bəlağətli və səlis nitqilə məclis əh-
lini şərəfyab və minnətdar etdi. 
Bu nitqin təsiri ilə idi ki, hər kəsdə gələcəyə artıq əndişəsiz bir nəzər 
əmələ gəlib özündə böyük bir ümid, yüksək bir hiss edərək, xoşbəxt və 
xoşvaxt bir hal ilə bir-birini təbrik edib məclisə xitam verdilər( 2).  
 
Müəllifin bu məqaləsi “Ü” imzası ilə çap edilib. 
“Azərbaycan” qəzeti, 1918, №37. 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
47 
 
 
BAKI, 15 SENTYABR 1919-CU İL 
(Bakının Qurtuluşunun 1 illik yubileyi) 
 
gər 28 Mayı biz müstəqilliyimizin elanının rəsmi gü-
nü  olaraq  qəbul  ediriksə,  onda  15  Sentyabrı  Azər-
baycan  qoşunlarının  və  Azərbaycan  hökumətinin 
Bakıya  daxil  olması  günü  sayırıq.  Çünki  məhz  bu 
gündən  müstəqilliyin  faktiki  qazanılması  və  dövlətçiliyin  əsasla-
rının yaradılması başlanılmışdır.  
Bu  gün,  təşkilatlanmış  daşnak-bolşevik  qüvvəsi  tərəfindən 
nəinki  Azərbaycanın  və  digər  Zaqafqaziya  respublikalarının 
müstəqilliyinə,  həm  də  Zaqafqaziyadakı  türk  xalqlarının  fiziki 
mövcudluğuna  olan  ölüm  təhlükəsini  aradan  qaldırdığı  gündür. 
Bu, Şamaxı uyezdini bürümüş və Azərbaycanın digər uyezdlərinə 
də  od  ələyən  böyük  bir  yanğının  söndürüldüyü  gündür.  Bu, 
Azərbaycan xalqının düşmənləri tərəfindən hazırlanmış böyük bir 
planın ləğv olunduğu gündür. 
Azərbaycanın  siyasi  müstəqilliyinin elan  edildiyi gün bütün xalqa 
aydın  oldu  ki,  Azərbaycan  özünün  mədəni,  milli,  iqtisadi  və  siyasi 
mərkəzi olan Bakısız mövcud ola bilməz. Hamıya aydın idi ki, Azər-
baycanın  ürəyi,  onun  milli  mövcudluğunun  mənbəyi  olan  Bakının 
alınması gənc Azərbaycan hökuməti və bütün xalq üçün “condito sine 
gua non” (latınca – “mütləq şərt”) deməkdir. 
Maddi  vəsait,  sursat  və  təşkilatlanmış  ordusu  olmadan  gənc  res-
publikanın qüvvələri əzəli mərkəz saydıqları Bakıya daxil olmaq üçün 
sayca özlərindən qat-qat çox olan daşnak-bolşevik bandaları ilə müba-
rizəyə girdilər. Gənc respublika bu mübarizənin nə ilə nəticələnəcəyi-
ni görə bilməsə də,  möhkəm  əmin idi ki, ədalətin və oyanmış xalqın 
milli,  mədəni  və  siyasi  hüquqlarının  müdafiəsi  işi  kobud  fiziki  güc 
üzərində qələbə çalacaq. 
Türkiyə qoşunları Azərbaycan Respublikasına köməyə hansısa im-
perialist məqsədlər naminə və işğalçılıq üçün gəlməmişdi. Onlar özlə-
rinin qardaşlarını xilas  etmək  məqsədilə gəlmişdilər və Azərbaycanın 
savaş  meydanında  qanlarından  fədakarcasına  keçərək  qardaşları 
qarşısında borclarını yerinə yetirdilər. 
Ə 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə