NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
41 
Həqiqətən  dövlətçiliyimizin  əsasının  möhkəmləndirilməsi  və  sər-
bəst mövcudluğu  bizim qanuni hüququmuzu möhkəmləndirmək üçün 
daha çox əziyyət və çətinlik tələb edir. 
Vətənə sevgi və özünün xalq və tarix qarşısında məsuliyyətini dərk 
etmək  bizim  hər  birimizdən  daima  vətənimizin  maraqlarının  qoruyu-
cusu olmağı və düşmənlərimizdən qorumağı tələb edir. 
Yaradıcılıq inşaatı yoluna daxil olmuş dövlət daima və  müntəzəm 
olaraq  sag-  soldan  təhlükəyə  təhrik  olunurdu.  Hətta  milli  mərasimlər 
günü  də    biz  illuziyaya  təslim  ola  bilmərik,  əksinə  xalqın  ruhunun 
yüksəldiyi  andan  istifadə  etmək  və  hökumətə  və  qanunvericilik 
müəssisələrinə dəstək göstərmək lazımdır. 
Hakimiyyətin xalq kütləsindən dayaq aldığına əmin olduqdan son-
ra o, möhkəm siyasət aparmaq və ölkəni xarici təhlükələrdən qorumaq 
iqtidarındadır. 
Əgər  azadlığa  dogru  düz  yol  açılarsa,ürəklərimizin  dərinliyində 
doğma  diyarımıza  olan  müqəddəs  sevgi  alovu  sönməyibsə  tam  əmin 
ola  bilərik  ki,  Azərbaycanın  bir  daha  qalxan    üç  rəngli  bayragı  bir 
daha enməz, nə qədər təhlükə olursa olsun.    
Azərbaycanın  paytaxtının  azad  olunmasının  ilk  ildönümünün 
təmtəraqlı  anında  xatırlayaraq  ki,  bu  həmin  gün  vətənə  hədiyyə 
olacaq  müqəddəs  and  içirik,  nə  qədər  ki,  onun  sevimli  və  sadiq 
oğulları  yaşayır, o qədər də onun bayrağı  daim yüksələcək.   
 
“Azərbaycan” qəzeti,1919, №197 
 
 


 
Nяsiman Yaqublu 
 
 
42 
 
C. DAĞISTANİ 
(Ceyhun Hacıbəyli) 
 
TARİXİ  GÜN 
 
 
-i  zilhicceyi-haram  15-i 
Eylul  (Sentyabr)  bütün 
Türk  və  İslam  ələminin 
ən səadətli, ən  şövkətli  günlərindən ədd 
olunacağı  şübhəsizdir.  Haman  gün  türk 
və  islam  tarixində  zərrin  (qızıl)  bir 
səhifə işğal edəcəkdir. 
Həmin  gün  Bakı  süqut  etdi.  Bakının 
süqutu yalnız bir Azərbaycan deyil, bəlkə 
bütün türk  və islam  aləmi üçün  siyasi və 
mənəvi  nöqteyi-nəzərdən  ali  mövqe  açr. 
Həmçinin  əks  surətdə  kürreyi-zəmində 
yaşayan  bütün  türk    və  islam  övladlarına  onun  matəməngiz  bir  təsiri 
olacaq  idi.  Çünki  siyasət  meydanına  atılan  mətaziqiymət  (qiymətli)  idi. 
Haman mətatürk öğlunun namus və şərəfi idi. 
Türklük və islamlığın ən mühib (təhlükəli) düşmənlərindən olan müs-
təbid Rusiya dövlətinin xarabazarlığından  yaşıl budaq kimi ovcisəmayə 
(göyn ənginliklərinə) qalxan yeni, bir-birinə sarılmış türk milləti dörd bir 
tərəfdən  əsən  yellər,  gələn  fırtınalar  qarşısında  cavan  qədd-qamətini 
əyəcəkmi,  ya  bu  ruzigarı-xəsimanədən  (düşmən  hücumlarından)  sağ  və 
salim çıxacaqdır? 
Əslində hamının diqqətini cəlb edən məsələ bu idi. Bunu həm dost, 
həm düşmən kəmali-diqqətlə dinləyib gözləyirdi. Öz-özlərinə buraxılmış 
türk  övladı  istedadmı  və  kəsalətmi    (süstlük)  göstərəcəkdilər?  Dostlar 
bunu  böyük  bir  iztirab  içində,  düşmənlər  isə  məxfi  saxlanıla  bilməyən 
təhqiranə bir xüsumət (düşmənçilik) və ədavətlə gözləyirdi. 
Türklük və islamlıq əleyhinə bəslənilən ədavət və bədxahlıq o dərə-
cədə  idi  ki,  düşmənlər  hətta  öz  mənafelərindən  belə  vaz  keçib  türk  or-
dusuna məğlubiyyət  dilərdi. Halbuki, elə olduqda bütün Qafqaz qan için-



 
Bakыnыn Qurtuluшu 
 
 
43 
də  çabalayıb,  bütün  Qafqaz  millətlərinin  rahatca  güzəranı  paymal  olub 
gedərdi. 
Lakin  beminnətil-kərim  (şükürlər  olsun  ki)  düşmənlər  öz  mə-
ramlarına  yetmədilər,  məyus  oldular.  Türkün  qəhrəman  oğlanları 
öz istedadlarını, öz rəşadətlərini, özlərinin yaşamaq üçün ölməyə ha-
zır olduqlarını bütün aləmin gözünə çarpdılar. Və bundan belə yüz 
illərlə başqalarının təhtitəzyiqində əzilən milyonlarca dindaş və mil-
lətdaşlarımıza böyük ümidlər bəxş etdilər. 
İndi növbə onlarındır! (3). 
 
“Azərbaycan”, 3 oktyabr, 1918, №5.  
 
 


 
Nяsiman Yaqublu 
 
 
44 
 
ÜZEYİR HACIBƏYLİ 
 
 
NURU PAŞA HƏZRƏTLƏRİ ŞƏRƏFİNƏ 
BÖYÜK BİR ZİYAFƏT 
 
təşrini-sani 
(noyabr) 
yekşənbə  gününün  ax-
şamı  Bakı  şəhər  əhalisi 
tərəfindən 
qəhrəman 
ordumuzun  şanlı  komandanı  Nuru  Paşa 
həzrətləri  şərəfinə  yay  klubunun  zalında 
böyük və təntənəli bir ziyafət  verildi. 
Klubun içi və dəhlizləri gözəl və qiy-
mətli xalılarla  döşənmiş, divanları da ay-
ulduzlu  al  bayraqlarla  bəzənmiş  idi:  yu-
xarıda  böyük  musiqi  orkestri,  aşağıda  da 
həm  Osmanlı  və  həm  Azərbaycan 
türklərinə məxsus milli sazəndə və xanən-
dələr tərənnüm etməkdə idilər.  
Hökumət əhlindən ümum nazirlərimiz Baş nazirlə bərabər, şəhəri-
mizin bütün böyük  məmurları, ümum zabitan  əfəndilər, İran konsulu 
cənabları, ziyalılarımız, böyük tacirlərimiz və sair əyan və əşrəf ziya-
fətdə hazır idilər. 
Nuru  Paşa  həzrətlərinin  salona  vürudu  əsnasında  musiqi  orkestri 
tərənnümə başlayaraq, məclis əhli ehtiramla Paşa həzrətlərini səmimi-
yətlə salamladılar; hər kəs badə əlində miz başında özünəməxsus olan 
yerini tutub, ziyafət başlandı. 
Yemək  əsnasında  Baş  nazirimiz  Fətəli  Xan  Xoyski  həzrətləri 
birinci  olaraq  bəlağətli  bir  nitq  söyləyərək  Azərbaycan  Türklərinin 
əsarət bəndindən xilası səadətinə nail olması yolunda tökülən Osmanlı 
Türk qanına işarə ilə “Bu qan və bu qan tökülən mübarək yerlər heç 
bir vaxt unudulmaz və xatirdən çıxmaz” buyurdu, Azərbaycan Türklə-
rinin  təşəkkürlərini  Paşa  həzrətlərinə  bildirib  qədəh  qaldırdı.  O  halda 
bütün  həzərat  ayağa  duraraq  müzəffər  və  şanlı  komandanımız  Paşa 
10 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə