NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
53 
TÜRK ORDUSUNA 
 
Ey şanlı ölkənin şanlı ordusu, 
Unutmam Qafqaza girdiyin günü! 
Gəlirkən qovmaya Turandan Rusu, 
Ayağını Qara dəniz öpdümü? 
 
İlk atarkən əski bürcə addımı, 
Qars qalası salam topu atdımı? 
Sən yaparkən orda zəfər şənliyi
Məğlub düşmən qaşlarını çatdımı? 
 
Çıxdığın gün Allah əkbər Dağına, 
Dağıstan dağları qibtə eylədi. 
Baxdım  Sarayıviran tağına, 
“Sən gəlirsən şən oluram” – söylədi. 
 
Gəldiyin gün Kürün axar-baxarı, 
Əski günahlardan silkindi, çıxdı. 
Eşidib Gümrüdə təkbir səsini, 
Araz sevincindən dünyanı yıxdı. (25, s. 152-153) 
 
 
1918, Gəncə. 
Seçilmiş əsərləri, I cild, Bakı, 1992. 
 
ÇIRPINIRDIN QARA DƏNİZ 
 
Çırpınırdın Qara dəniz, 
Baxıb Türkün Bayrağına. 
“Ah” deyərdin heç ölməzdim, 
Düşə bilsəm ayağına! 
 
Ayrı düşmüş dost elindən
İllər var ki, çarpar sinən... 
Vəfalıdır gəldi, gedən, 
Yol ver Türkün Bayrağına! 


 
Nяsiman Yaqublu 
 
 
54 
İncilər tək, gəl yoluna, 
Sırmalar sən sağ-soluna. 
Fırtınalar dursun yana, 
Salam Türkün Bayrağına! 
 
“Həmdiyyə” o Türk qanı, 
Heç birinin bitməz sanı. 
“Kazbek” olsun ilk qurbanı, 
Heyran Türkün Bayrağına! 
 
Dost elindən əsən yellər, 
Bana şer, salam söylər. 
Olsun bizim bütün ellər, 
Qurban Türkün Bayrağına. 
Yol ver Türkün Bayrağına. (25, s. 149-150) 
 
1914, Gəncə. 1918-ci ildə Qafqaz İslam Ordusu  Bakını azad etdikdən 
sonra bəstəkar Üzeyir Hacıbəyli  bu şerə musiqi bəstələmişdir.  
Seçilmiş əsərləri, I cild, Bakı, 1992. 
 
 
BİSMİLLAH 
 
Atıldı dağlardan zəfər topları, 
Yürüdü iləri əsgər, Bismillah! 
O Xan sarayında çiçəkli bir qız, 
Bəkliyor bizlərdən zəfər, Bismillah! 
 
Ey döyünən ürək, dumanlı şəhər, 
Bilirmisən bu zor gurultu nədir? 
Aç sisli qoynunu Ordumuz gəlir, 
Nişanlın qoynuna girər, Bismillah! 
 
Ey hərbin taleyi, bizə yol ver, yol! 
Sən ey gözəl dəniz, gəl Türkə ram ol! 
Sən ey sağa, sola qılınc vuran qol, 
Qollarına qüvvət gələr, Bismillah! 


 
Bakыnыn Qurtuluшu 
 
 
55 
Ey Bakı, sən qorxma, gəldik, gələli, 
Səninçün atıldıq daim irəli. 
Sağ qalanlar annələrə təsəlli, 
Şəhidlərin ruhu gülər, Bismillah! 
 
Ey düşmən alnının yazısı qara, 
Öldürməz bizləri vurduğun yara. 
Yolladığın qurşun ərməğan sana, 
O kirli alnını, öpər, Bismillah! 
 
Sən mərd olub dursan qarşımda əgər, 
Qudurğan saçmalı növbətin keçər. 
Saxlandığın topraq qanını içər, 
Yurdum olmaz sana sipər, Bismillah! 
 
Yurdumuzda bizə meydan oxuyan, 
Murdar cəmdəkləri murdar qoxuyan. 
Təkbur səslərini uzaqdan duyan, 
Düşmənimiz aman istər, Bismillah! (25, s. 147-148) 
Seçilmiş əsərləri, I cild, Bakı, 1992. 
 
EY ƏSGƏR 
(Ordumuza ərməğan) 
 
Dağa, daşa sancağını öpdürüb, 
Duman kimi bu dağları bürüdün! 
Dənizlərə salam rəsmi yapdırıb, 
Göylərdəki bulud kimi yürüdün! 
 
Yürü, yürü batan günün izinə
Gülümsəyir doğan Günəş yüzünə. 
 
Baş əydi, bax, toplarının səsinə, 
Yad ellərin yıldırımı, şimşəyi. 
Quzğun kimi qurumağa başladı, 
Səni görən cəlladların biləyi! 
 
Yürü, yürü batan günün izinə, 
Gülümsəyir doğan Günəş yüzünə. 


 
Nяsiman Yaqublu 
 
 
56 
Arslan kimi saldırdığın düşmana, 
Ər oğlu ər olduğunu göstərdin! 
Fələk bu gün uyğun sana, deyir ki
Türk əsgəri, sən böyləmi istərdin? 
 
Yürü, yürü batan günün izinə, 
Gülümsəyir doğan Günəş yüzünə. 
 
Qardaşlığın  fərmanına baş əyib, 
Məzlumların imdadına yetişdin! 
Qaranlıqda süngün sana yol açdı, 
Sən o yoldan muradına yetişdin! 
 
Yürü, yürü batan günün izinə, 
Gülümsəyir doğan Günəş yüzünə. 
 
Ey Türk, sənin hansı dində oluğun 
Minarəyə buyur, bizə söyləsin! 
Eşitməyən qulaqlara səsini, 
Əsən yelə buyur, xəbər eyləsin! 
 
Yürü, yürü batan günün izinə, 
Gülümsəyir doğan Günəş yüzünə. 
 
Şu qarşıkı duman çıxan bacadan, 
Sən gəlmədən iniltilər çıxardı. 
Geciksəydin, məzlumların fəryadı, 
Yeri, göyü, kainatı yıxardı. 
 
Yürü, yürü batan günün izinə, 
Gülümsəyir doğan Günəş yüzünə. 
 
Ey Türk, bana sevda çiçək bu şeylər, 
Göydə hilal, yerdə sənin sancağın! 
Dumanlardan göndərdiyim salamı, 
Gətirdimi sana ana toprağı? 
 
Yürü, yürü batan günün izinə, 
Gülümsəyir doğan Günəş yüzünə. (25, s. 151-152) 
 
Seçilmiş əsərləri, I cild, Bakı, 1992. 


 
Bakыnыn Qurtuluшu 
 
 
57 
 
                                    
 
 
 
MƏHƏMMƏD HADİ 
ƏBDÜLSƏLİMZADƏ
 
 
 
 
 
 
 
 
 
 
TÜRKÜN NƏĞMƏSİ 
 
Türkün tökülən qanları bihudə gedərmi? 
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi? 
Dörd ildə verilmiş bu qədər can hədər olmaz
Məfkurə yolunda tökülən qan hədər olmaz, 
 
Qiymətli olan xuni-şəhidan hədər olmaz, 
Dul qalmış olan noheye-nisvarı hədər olmaz, 
Bax sən sonuna, himməti-türkan hədər olmaz
Bədbəxt olan əfqani-yetiman hədər olmaz. 
Türkün tökülən qanları bihudə gedərmi? 
Diqqətlə  düşün, yoxsa bu qan həpsi hədərmi? 
 
Qan ilə qazandıq zəfəri, verməyiz əldən, 
Xof eyləmədik atəşi-dəhhaşe-dövlətdən, 
Bir zərrə belə qorxmayırız dəst-əcəldən, 
İstərsə cahan çevrili, varsın da təməldən, 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə