NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
Nяsiman Yaqublu 
 
 
48 
Alicənab Azərbaycan xalqı Türkiyə qoşunlarının əvəzsiz xidmətl-
ərini heç vaxt unutmayacaq və onların Azərbaycan qoşunları ilə Bakı-
ya birgə girişi xalqımızın tarixinin ilk səhifələrinə həkk olunacaq. 
Əgər 28 Mayı biz müstəqilliyimizin elanının rəsmi günü olaraq qə-
bul ediriksə, onda 15 Sentyabrı Azərbaycan qoşunlarının və Azərbay-
can  hökumətinin  Bakıya  daxil  olması  günü  sayırıq.  Çünki  məhz  bu 
gündən  müstəqilliyin  faktiki  qazanılması  və  dövlətçiliyin  əsaslarının 
yaradılması başlanılmışdır.  
Biz bilirik ki, Bakının alınması günahsız qurbanlarla da müşaiyət 
olunub. Biz bunları dərin kədərlə xatırlayırıq,  amma  müharibənin tə-
biəti və onun nəticələri belə hallarsız ötüşmür. 
Tarix həmişə öz hüdudlarını müdafiə edən xalqa münasibət bəslə-
yib. 
Və 
tarixin 
Azərbaycana 
köməyə  göndərdiyi  Osmanlı 
imperiyasının  mərd  oğulları  öz  qan  qardaşlarına  yardım  etmək  üçün 
dağ və dərələrdən keçərək, hər cür çətinliyə, aclığa və əzaba dözərək 
bolşevik cəbhələri üzərinə şığıdılar. 
O vaxtdan bir il keçib. Bu vaxt ərzində Azərbaycan dövlətçiliyi si-
yasi çaxnaşmada, xarici və daxili təhlükələr içərisində yavaş-yavaş cü-
cərib və möhkəmlənib. Və indi fikrən bir il əvvələ qayıdaraq gənc res-
publikanın  necə  özünü  qoruduğunu,  özünün  siyasi  gücünü  təsdiq 
etdiyini  düşünəndə,  bir  illik  müstəqil  siyasi  həyat  dövründə  əldə 
olunmuş  nailiyyətləri  analiz  edəndə,  möhkəmlənən  dövlətçiliyi  və 
gənc  respublikanın  həyatının  bütün  sahələrində  qurulmuş  qayda-
qanunu  görürük.  Bu  zaman  aydın  olur  ki,  Azərbaycan  dövlətinin  və 
xalqının zəifləməyən inkişaf tempi gələcək siyasi həyat və dövlətçilik 
quruculuğunda indiyədək görünməmiş qabiliyyət vəd edir (6). 
 
“Azərbaycan” (rusca),  
15 Sentyabr, 1919-cu il, N197. 
 
 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
49 
 
 
 
 
 
E L A N 
 
“Qafqaz  İslam  Ordusunun  komandiri  Nuru  Paşa  hər  gün  saat 
10-dan  12-yə  qədər  gələnləri  qəbul  edir.  Qəbula  gəlmək  istəyən 
şəxslər adyutanta növbəyə yazılsınlar.” 
 
“Azərbaycan”  qəzeti (rusca),  
15 Sentyabr, 1919-cu il, N197. 
 
 
 


 
Nяsiman Yaqublu 
 
 
50 
 
AZƏRBAYCAN ŞAİR  VƏ YAZIÇILARININ 
TÜRKLƏRİN BAKINI  AZAD ETMƏSİNƏ 
HƏSR OLUNAN BƏDİİ ƏSƏRLƏRİ 
 
 
 
 
ƏHMƏD CAVAD 
 
 
 
 
 
 
 
 
GƏLMƏ! 
 
Bu dağlar mənimdi: yeni gün gördü, 
Boğar səni ahım, ey duman gəlmə! 
İnanma fələyə dönükdür üzü, 
Bir üzə gülməyir, hər zaman gəlmə! 
 
Ey yağmursuz bulud, uğursuz gəlmə! 
Dəyişməm mən alı o çirkin rəngə. 
Sevdası könlümdə bir darğın ölkə, 
Baxar yad gözlərə pək yaman, gəlmə! 
 
Könüllər bir dəniz, coşdurma onu, 
Coşqun könüllərin fırtına sonu. 
Sən ey şimal yeli, gəl etmə bunu
Yox isə əmrinə uyanlar, gəlmə! 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
51 
Sən ey gözlərimə batan quruntu, 
Sağlam bir imanə səndən nə qorxu! 
Bəslərsə vicdanlar pək böyük duyğu,  
Yenilməz bir qələ hər heçdən, gəlmə!..(25, s. 139) 
 
11 noyabr, 1919, Bakı. 
 
Qaliblərin təkrar Bakıya gələcəyi xəbəri 
 çıxdığı vaxt söylənmişdir.  
 Seçilmiş əsərləri, I cild, Bakı, 1992, səh. 139. 
 
 
İNGİLİS 
 
Bakıya gəlmişsiz salam verməyə
Ey Xan sarayını tutan ingilis! 
Gedərkən Kəbəyə Hacı karvanı, 
Hacı karvanını tutan ingilis! 
 
Damağında Çanaqqala ağısı, 
Sənmisən türk ellərinin yağısı? 
İslam dünyasını ölüm çalğısı, 
Ölüm niyyətilə yaxan ingilis! 
 
Sarıb Hindistanın cansız qolunu, 
Gəldin bağlamağa Turan yolunu. 
Aldadıb hər yerdə Tanrı qulunu, 
İnsanları ucuz satan ingilis! 
 
Bax yenə qarşımda köksümü açdım, 
Bakı dağlarına al bayraq sancdım. 
Sən meydan oxudun, gəldim, ulaşdım, 
Mərd deyil meydandan qaçan, ingilis! 
 
Sən bağla hər yolu, süngüm tez açar, 
Üç ayda gələnlər üç gündə qaçar. 
Zənn etmə qurşunum havalı uçar, 
Türkdür bu qurşunu atan, ingilis. 


 
Nяsiman Yaqublu 
 
 
52 
O xain gözünü dikdiyin ellər, 
Mənim nişanlımdır, türkülər söylər... 
Göz dikmə taxtıma, bax əlim titrərə, 
Düşəcək təxtinə talan, ingilis! (25, s. 150-151) 
 
Bu parça 12 sentyabr 1918-ci ildə əsgərlərimiz tərəfindən  Bakı mühasirə 
edildiyi vaxt Bakı ətrafında olan  Güzdəkdə söylənmişdir.  
 
Seçilmiş əsərləri, I cild, Bakı, 1992.  
 
 
ŞƏHİDLƏRƏ 
(Azərbaycandakı Osmanlı şəhidlərinə) 
 
Qalx, qalx! Sarmaşıqlı məzar altından, 
Gəlmiş ziyarətə qızlar, gəlinlər. 
Ey karvan keçidi, yollar üstündə, 
Hər gələn yolçuya yol soran əsgər! 
 
Sənin qovduqların yabançı xanlar, 
Qurtardı ölkəmi tökdüyün qanlar! 
Bax nasıl ölməkdə tozlar, dumanlar, 
Qərib məzarını mən də bərabər! 
 
Sənin qanındanmı düzlərdə böylə, 
Qüdrət bitirmişdir sayılmaz lalə?! 
Dost elindən qopdu bir yanıq nalə, 
Yoxsa o nalənin ruhumu söylər?! 
 
Keçərkən göylərdən bir qatar durna
Ağlar buraxdığın gözləri sorma! 
Bax doğru çıxmaqda gördüyün röya, 
Bəslədiyin əməl bu gün gülümsər. 
 
Çarıqlı qardaşın sadədil köylü, 
Gəldi məzarına bir örük urdu. 
Toplanıb baş-başa hər üçü-dördü, 
Hər gün köylü qızlar dərdini dinlər! (25, s. 154-155) 
 
10 mayıs 1919, Gəncə. 
İstiqlalımızın bir illiyi münasibətilə çıxan  “İstiqlal” məcmuəsi üçün verildi. 
Seçilmiş əsərləri, I cild, Bakı, 1992. 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə