NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
Bakыnыn Qurtuluшu 
 
 
83 
bir  çarə  qalmadığına  qane  oldular.  Cəfəng  Qekçiqori  hökumətini 
susdurub,  yerinə  sülhçü  Çengeli  kabinəsini  gətirdilər.  Batumda  yeni 
müzakirə başladı. Çengeli Trabzondakı türk iddiasının artmayacağına 
ümid edərkən, həqiqət təsəvvür etdiyi kimi çıxmadı. Batum ilə Qarsda 
tökülən türk qanına İstanbul hökuməti qanhaqqı olaraq yeni bir ərazi 
tələb edirdi. Axsixə, Axalkələk, Aleksandropol, Sürməli və Naxçıvan 
qəzaları bu tələbi təşkil edirdi.  
Cənubi  Qafqaz  icazəli  heyəti  ilə  türk  təşrif  heyəti  Batumda 
müzakirə məşğulunda ikən, Nuru Paşa ilə bərabər bir neçə zabiti İran 
və  Qarabağ  tərəfdən  Gəncəyə  daxil  olmuşdular.  O  zaman  müdhiş  bir 
anarxiyaya  məruz,  digər  tərəfdən  də  bolşevik  təcavüzü  ilə  hədələnən 
Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qarşılamışdı. 
Batum  müzakirəsi  bir  çox  çətinliklərə  məruz  qalırdı.  Müzakirə 
uzanırdı.  Gürcülər  artıq  Cənubi  Qafqaz  hökuməti  itaətində  qalmağı 
öz  hesablarına  zərərli  görür,  əl  altından  Almaniya  ilə  danışıqlar 
aparırdılar.  Türkiyə  ilə  müttəfiqi  Almaniya  arasında  ixtilaf  gürcülərə 
belə  bir  hərəkətin  faydalı  olacağını  təlqin  edirdi.  Nəhayət  əmr  yerinə 
yetirildi.  Mayın  26-da  Gürcüstan  Cənubi  Qafqazdan  ayrı  özbaşına 
müstəqil bir cumhuriyyət təşkil etdiyini elan etdi.  
Gürcüstanın  Cənubi  Qafqaz  federasiyasından  çıxmaları  üçün 
birləşmiş    hökumət  parçalanmışdı.  Bunun  üçün  Seymdəki  müsəlman 
üzvü də gürcülər kimi özlərinin Azərbaycan Milli Şurasını elan etdilər. 
İki  gün  sonra  Mayın  28-də  Milli  Şura  Azərbaycanın    istiqlalını 
elan etdi və bu hadisəni 30 may tarixli yayımı ilə bütün dövlətlərə 
bildirdi.  Milli  Şura  istiqlal  elanı  ilə  bərabər  Azərbaycan  hökumətini 
də  təşkil  etdi.  İlk  hökumət,  Tiflisdə  Azərbaycan  milli  hərəkatının 
düşmənləri  tərəfindən  qətlə  yetirilən  mərhum  Fətəli  xanın  rəyasət 
heyətində təşəkkül etmişdi. 
Cənubi  Qafqaz  hökumətinin  dağılması  ilə  Batumdakı  icazəli  he-
yəti də dağılmış, onun müqabilində Azərbaycan, Gürcüstan və Ermə-
nistan  heyətləri  münfəridən  sülh  müzakirəsini  idamə  etdirmişdilər 
(fərqli  qaydada  sülh  müqaviləsini  davam  etdirmişdilər).  Batumda  4 
iyunda dövlət mənafeyi naminə Ədliyyə naziri və birinci müavin Xəlil 
bəylə Şərq orduları komandanı və ikinci müavin Vəhib Paşa, Azərbay-
can naminə  Milli Şura rəisi Məhəmməd Əmin Rəsulzadə və Xarici İş-
lər naziri Məhəmməd Həsən bəylər tərəfindən bir əhdnamə imza edil-
di. Bu əhdnamənin 4-cü maddəsinə görə məmləkətin əmniyyət və asa-


 
Nяsiman Yaqublu 
 
 
84 
yişini müdafiə etmək üçün Azərbaycan Cumhuriyyəti Türkiyədən əs-
gər yardımı istəmək haqqına malik idi. 
Azərbaycanın hansı çətinliklərə məruz qaldığı və bu təhlükələrdən 
çıxa bilmək üçün Türkiyənin yardımına möhtac olduğunu Azərbaycan 
nüməsilləri  (nümayəndələri)  Trabzon  ilə  Batumda  türklərlə  yaranan 
təmasları  əsnasında  şifahi  şəkildə  anlatmışdılar.  Bu  dəfə  Azərbaycan 
Milli Şurası naminə biz və Xariciyyə Nəzarəti naminə də Məhəmməd 
Həsən bəy müqavilənin 4-cü maddəsinə istinadən Türkiyə hökumətinə 
müraciətlə imdad istədik. 
Bütün  Azərbaycan  xalqının  ümidlərinə  uyğun  olan  bu  müraciəti-
mizə  Türkiyə  icazəli  heyəti  öz  müvafiq  cavabını  verdi.  Fəqət  Gür-
cüstan tərəfi ilə ediləcək imdad Almaniya hökumətini göstərdiyi çətin-
liklər ucbatından istənilən bir sürət ala bilmirdi. Fövqəladə vəziyyət və 
şərait içərisində istiqlal elan edən Milli Şura Gəncəyə üz tutdu. 
İyun ayının 16-da keçirdiyi tarixi iclasında Milli Şura Fətəli xanın 
ikinci  kabinəsini  təşkil  və  bütün  ixtiyarını  yuxarıda  adı  çəkilən 
hökumətə  həvalə  edərək,  fövqəladə  vəziyyət  adı  ilə  özü  tətil  etdi. 
Məclisin  bu  xüsusda  qeyd    etdiyi  qərar  aşağıdakı  şəkildə  idi:  “Azər-
baycanın  keçirməkdə  olduğu  daxili  və  xarici  çətinlikləri  nəzərə 
alaraq Azərbaycan Milli Şurası bütün hüquq və səlahiyyətini Fə-
təli  xan  Xoyski  rəyasət  Heyətində  təşəkkül  edən  kabinəyə  həvalə 
və  yuxarıda  adı  çəkilən  kabinəni  arayi-ümumiyyə  üzərinə  müs-
tənid  bilətəxir  məclisi-müəssisan  (ümumi  seçkilər  yolu  ilə  təxirə 
salınmadan  Təsisçilər  Məclisinin  seçilməsi)  dəvət  oluncaya  qədər 
Azərbaycan  həqiqi  hakimiyyətini  öz  əlində  saxlayaraq  heç  kimə 
verməmək vəzifəsini saxlayır.” 
Azərbaycan  Milli  Şurasının    bu  şəkildə  tətili  o  zaman  Gəncədə 
yaranan bir taqım (qisim) siyasi mübarizələr nəticəsində hasil olmuşdu. 
Bu  mübarizə  məmləkət  üsul-idarəsinə  aid  demokratik  cərəyanlarla 
aristokrat  zehniyyətlər  arasında  vüqu  gəlirdi  (baş  verirdi).  Hər 
tərəfdən  düşmən  bir  cərəyanla  əhatə  olunan  məmləkətdə  bu  kimi 
mübarizələri bir zaman müvəqqət üçün bir tərəf etmək lüzumu vardı. 
Bu  lüzum  geniş  səlahiyyətlərə  malik  bir  hökumətin  təşəkkülü  üçün 
təmin edilmişdi. 
Azərbaycanın  təşəkkül  tarixində  mühümlükdən  baş  verən  bu 
hadisə  əsnasında  Milli  Şuranın  nə  kimi  hissiyatla  təsis  olunduğunu 
göstərmək üçün söylədiyimiz açılış nitqini qismən burada dərc edirik: 


 
Bakыnыn Qurtuluшu 
 
 
85 
“... Bəli əfəndilər! Azərbaycanın müvəqqəti paytaxtı olan Gəncədə 
naqis  də  olsa  milli  hakimiyyəti  təmsil  edən  bir  müəssisənin 
(təsisçilərin)  bu  surətlə  meydandan  çəkilmək  məcburiyyətində 
qalması heç şübhəsiz, demokratiyanın bir ricəti (geriyə qaytarma, 
geriləmə və irticanın bir müvəffəqiyyətidir). Bu ricət (geriləmə) ağ 
və təmiz qüvvələrə müqabil qara və pak qüvvələri qüvvətləndirə-
cəkdir.  Bu  nöqteyi-nəzərdən  görülüncə  ilk  baxışda  bizim  halımız 
Ukraynanın  halına  bənzəyir.  Bu  hallar  bizdə  Rusiya  inqilabının  ifla-
sına dair bir əqidə formalaşdırır. Fəqət, əfəndilər! Zavahirlə qalmayaq, 
səthi  düşünməyək,  həm  də  məyus  olmayaq.  Rusiya  inqilabı,  nə 
deyirlərsə-desinlər, qətiyyən iflas etmədi. Rusiyada inqilab nə edəcək-
dir?  Bu  sualla  “Böyük  Rusiya”  fikri  ilə  zəhərlənmiş  rus  inqilabçıları 
nöqteyi-nəzərindən  deyil,  inqilabın  öz  kəndi  təbiətini  təhlil  edərək 
cavab  verməlidir.  Belə  baxılırsa,  Rusiya  inqilabı  məzlum  və  məğdur 
siniflərlə  məhkum  millətləri  azad  etməlidir.  Məğdur  (zərər  çəkən) 
siniflər,  etiraf  edək  ki,  istədiklərindən  yaxşısını  aldılar.  Millətlər  isə  
bir-bir  istiqlal  əldə  edirlər.  İnqilab  dünyanın  altıda  birini  tutan  böyük 
Rusiya  yaratmaq  vəzifəsində  idimi?  Qətiyyən  deyildi.  İfrata  varan 
sinif  hürriyyətləri  əlbəttə  ki,  qeyd  olunacaq  və  mötədil  (liberal)  bir 
şəklə girəcəkdir. Çünki hürriyyətin bu şəkli heç şübhəsiz ki, hürriyyət 
deyil,  bir  afətdir  (fəaldır).  Fəqət,  bu  yolda  ediləcək  ricət  (geriləmə), 
əminəm  ki,  hər  halda  inqilabdan  əvvəl  mövcud  olan  hüdudun  övtə-
sində  (o  tərəfində)  deyil,  gerisində  saxlanacaqdır.  Demək,  əvvələ 
nisbətdə  hər  halda  yaxşı  olacaqdır.  Əfəndilər!  Mən  sabit  Rusiya 
ərazisində baş verən bu hadisəyə belə baxıram. Buna görə də hələ 
ümidlərimlə yaşayıram. Əfəndilər, bilirəm ki, Azərbaycan Rusiya 
inqilabının  doğurduğu  müsbət  nəzəriyyələrlə  elan  etdiyi  əsil 
hürriyyətdən son dərəcə istifadə edəcəkdir. İştə müstəqil bir Azər-
baycan:  siyasətin  hürriyyət  və  istiqlal  edəcək  Azərbaycanda  icti-
mai hürriyyətlər və bəşər hüququna aid düsturlar hər halda istila-
çı Rusiya zamanından daha geniş, daha  əlverişli olacağına şübhə 
etmirəm.  Hətta,  əfəndilər,  söyləmək  istəyirəm  ki,  Azərbaycan  Qaf-
qazda  ən  hürriyyətpərvər  və  inqilabçı  təsəvvür  olunan  Gürcüstandan 
daha  məsuddur.  Çünki  burada  bizim  daxili  hürriyyətlərimizə  nüfuz  
edəcəyi  təsəvvür  edilən  qüvvə  yad  bir  qüvvə  deyil,  öz  qüvvəmizdir 
(alqışlar).  Buradan  istiqbal  böyük  və  şanlı  bir  millətin  müxtəlif  şöbə 
və  budaqlarını  tovhidə  doğru  gedəcəyi  eyni  məqsədimizdir  (alqışlar). 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə