NəSİman yaqublu



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix12.03.2018
ölçüsü5,08 Kb.
#31278
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
Nяsiman Yaqublu 
 
 
72 
Səlimin mülkünü bayquş yıxacaq vayə salıb!.. 
Həmdüllah ki, rəva görmədi bu zülmü xuda
Məscidin məxrəbini səmti-kəlisaya salıb! 
Qəhrəmananə hücum eylədi düşmənlərinə, 
Türkün ordusu nəhayət oxunu yayə salıb. 
Ol səbəbdən bizə ümmidi-nicat oldu bu gün, 
Əhli-imanı xudaməqsədi-mavayə salıb! 
Bizə məxsus edilən bügzü, nifağı tann 
Kafiristanə bu gün qismət edib, mayə salıb! 
Bu gürüh ali-müsəlmanə rəva gördüyünü, 
Döndərib bari-xuda ümməti-İsayə salıb. 
Ayıq ol, türk, ərəb, fars, tatar əqvamı! 
İtirib qüvvəsin ol kəs ki, sizi payə salıb. 
İntiqam almalısan, bəy, gəda, müttəfiq ol! 
Fürsəti fövt eləmə milləti qovğayə salıb! 
Nüsrətin gör ki, xudanın necə tədbir elədi, 
Qəhrəman nemsələri türklərə həmsayə salıb! 
Züvqiya! Sən də bu gün canını qurban eylə! 
Vətənin meylini çün aşiqi-şeydayə salıb... 
 
Hürriyyətdən sonra keçdiyimiz  
adi günlər təcrübəsi olaraq 
 
 
Acı həqiqətlər qarşısında 
böyük ümidvarlıq 
 
Qəsəmi-pərvərdigarə qılmışam, səbrim nəhayətdir, 
Gərək şimdi açam sirri, deməzsən çün xəyanətdir. 
Nədəndir bizlərin halı rəzalət pür nədamətdir, 
Məgər yalnız bətalətdir səbəb, yaxud cəhalətdir? 
Deyil haşa! Əsl əsbabi bir başqa fəlakətdir! 
Yıxan türk aləmini əskidən qalmış bənəmlikdir. 
Bu aləm içrə hər dəm təfriqə salmış bənəmlikdir, 
Ayırmış milləti, dinə qılıc çalımış bənəmlikdir. 
Tamam əyani-ixvanı ələ almış bənəmlikdir, 
Bənəmlikdən necə bizlər üçün bir qiyamətdir. 


 
Bakыnыn Qurtuluшu 
 
 
73 
 
Yönəl tarixə doğru, gör bənəmlik bir nələr qoydu
İgid Çingizin övladın ayırdı, dərbədər qoydu. 
Teymurləngin büsatını dağıtdı, bisəmər qoydu, 
Nə Baurdan, nə Nadirdən, nə Əkbərdən əsər qoydu, 
Bənəmlik türklərə bəxş etdiyi yalnız zəlalətdir. 
 
Bənəmlik kəndini  sevməksə, bir əmri təbibdir 
Ki, onsuz bir tərəqqi mümkün olmaz – bu bədihidir. 
Fəqət hankı bənəmlik həm təbii, həm həqiqiqdir? 
Firəngi, nemsəvi japonidir, ya ingilisdir... 
Bənəmi bunlar üçün mənbəi-elmü səadətdir! 
 
Nədəndir pəs ki, bir qövmq bənəmlik tacidar etdi? 
Digər bir qövçü məhkum elədi, zülmə düçar etdi? 
Birin alicənab etdi, birini  kəsmədar etdi? 
Bir iqlimə nicat verdi, birini tarımar etdi? 
Birində hökm edir birlik, birisində şərarətdir? 
 
Bu ondandır ki, hər bir türk millət içrə tənhadır! 
Nemislər millətinin üzvüdür, hər fərdi danadır. 
Firənglər, ingilislər həmçinin birlikdə yektadır. 
Ayırmaq bunları yek-digərindən bir müəmmadır. 
Qovuşdurmaq, barışdırmaq bizi eyni kəramətdir. 
 
Nemis millətlə fəxr eylər, bizə məchuldur millət! 
Firəng qövmündən ayrılmaz, bizə mənfurdur millət! 
Yapon milli tərəqqidə, bizə çox dövrdür millət! 
Olar madər sanır qövmün, bizə bir gordur millət! 
Olar qurban verir qövmə, bizə millət nə hacətdir? 
 
Cahanın ol güruha millətdir mərkəzi bişəkk,  
Bizə mərkəz deyil, aləm özü qurbanımızdır tək! 
Nə əyandan, nə alimdən, nə başqa sinifdən seçsək, 
İki adam tapılmaz bizdə olsun yekcəhət-yekrəng!.. 
Bu ziddiyyət, bu keyf mayəşa milli dəlalətdir! 
 


 
Nяsiman Yaqublu 
 
 
74 
Bu nəfsaniyyəti hifz etməyə qalxandır millət, 
Bu nəfsaniyyətə bişəkk verən qurbandır millət. 
Budur bizdə olan məslək, belə talandır millət! 
Nifaqə, zülmə yox sərhəd, tamam giryandır millət, 
Rətasət, mənffəti-şəxsi bizə amal, adətdir. 
 
Neçün hürriyyətə bizzat düşmənlik edir əyan? 
Nasıl etməz ki, istibdad qılmış onları xaqan! 
Qılıc, qamçı qoparsın nalə, qoy fəxr eləsin şeytan, 
Qayıtsın, əsri-istibdad, olsun yurdumuz viran, 
Yetişsin bir neçə adam muradına... ədalətdir! 
 
Nəcabət bizlərə məxsus olan xislətdir, ey qafil, 
Sədaqət, rəhm, insafü ədalət türklərə şamil... 
Buna hökm eləyir düşmən, bunu isbat edir aqil, 
Necə bədbəxt adamsan ki, “öz məqsudimə nail  
Olum” deyirsən, düşünmürsən ki, bu milli cinayətdir?” 
 
Ayıl, ey zadei-millət! Ey əyan! Ey müəllimlər... 
Yaxışmaz sizlərə qəflət! Keçirsən fürsəti, kimlər 
Görün meydan oxur: “Türk aləmində olmasın türklər?”  
Rəvadımı bu gündən sonra bir də qəflət etsinlər 
O kəslər kim düşünmüşlər ki, böhrani-siyasətdir? 
 
Xoşa, Osmanlı imdi bu mərəzdən salim olmuşdur, 
Vətən divanəsi... millət yolunda xadim olmuşdur... 
Nicatın sirrini bulmuş, ayılmış, qaim olmuşdur, 
Cocuqlar, həm qadınlar əsgər olmuş, alim olmuşdur, 
Bizi ilhaq edərsə kəndinə, milli hidayətdir. 
 
Aya, ey şanlı Osmanlı! Cahangir, qəhrəman millət! 
Livayi-dini gəl qaldır! Tamam ixvanı qıl dəvət! 
Ona qandır nədir borcu... əldən getməmiş fürsət, 
Bu an keşməkeşdə ittifaqən kəsb edib qüvvət, 
İtirmiş ixtiyarını geri alsın, kifayətdir... 
 


 
Bakыnыn Qurtuluшu 
 
 
75 
Nemislər əsri sabiqdə pərişan idi bizlərdən
Müəllim sayəsində aldılar təlim mərdü zənn...  
Beyinlər milli amal ilə doldu, çünki hər evdən 
Gələn layla sədası bəsləyirdi afəti-düşmən... 
Tamamdır. Hal üçün, Zövqi, sənin borcun işarətdir! 
 
 
Zaqafqaz Seymini millət tanımayır, Türk və İslam aləminin mə-
nafeyinə zidd, fəqət qüvvəsiz bir firqələr qurultayı ədd ediyor.  Mi-l-
lətin  bu  halda  yeganə  məqsədi  qəhrəman  türk  ordusunun  Qafqaza 
vüududur. 
 
 
QAFQAZA DƏVƏT 
 
Ey nəsib övladın ordusu, Şəki, Şirvanə gəl! 
Tiflisü, Baküyü Şişə, Gəncəbü Səlyanə gəl! 
Qafqazın hər guşəsində guş qıl, nalanə gəl! 
Hazırıq biz siz gələrkən can verək sultanə gəl! 
Səbrimiz daha tükəndi, durma gəl, şahanə gəl! 
Yurdumuz düşmən əlində olmamış viranə gəl! 
 
Hər ürəkdə səbt olubdur: “Ya ölüm, ya Türkiyə!” 
Hər ağızdan yüksəlir fəryadi-şeyda: Türkiyə! 
Hər məqamda başqa söz yox, cümlə guya: Türkiyə! 
Ən qəvi düşmən bu gün olmuşsa bərpa, Türkiyə! 
Səbrimiz artıq tükəndi, durma gəl, mərdanə gəl! 
Yurdumuz düşmən əlində olmamış viranə gəl! 
 
Millətin sənsən pənahı, dini-islam rəhbəri! 
Misrü Hindistaü İran... günbəgün getdi geri, 
Bircəsinin yox bu gündə səltənəti-kərrü fəri... 
Razı qıldın tək bu aləmdə sən o peyğəmbəri, 
Tabü taqət qalmayıbdır kimsədə, dərmanə gəl! 
Yurdumuz düşmən əlində olmamış viranə gəl! (24) 


Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə